Month: February 2019

  • В Лондоне осквернили могилу Карла Маркса

    Неизвестные осквернили могилу Карла Маркса на Хайгейтском кладбище в Лондоне, сообщает CNN.

    По словам работников кладбища, на могилу «будто напали с молотком».

    Они уточнили, что постарались привести захоронение в порядок «как можно скорее», однако монумент получил повреждения.

    Главный исполнительный директор Фонда друзей кладбища Хайгейт Ян Дангавелл заявил, что произошедшее — глупая затея.

  • İcbari tibbi sığortanın tam tətbiqi üçün iş aparılır – AÇIQLAMA

    Gələn ildən Azərbaycanın hər yerində icbari tibbi sığortanın tam tətbiq olunması ilə əlaqədar işlər davam etdirilir.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. O, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə şəklində tətbiq edilərək böyük təcrübə toplanıldığını və digər xəstəxanaların bu proses üçün hazırlandığını bildirib.

    Əli Əhmədov Azərbaycan hökumətinin gənclər siyasəti ilə bağlı da danışıb və deyib ki, hökumət gənclərin ölkədə gedən bütün proseslərdə, o cümlədən seçkilərdə fəal iştirakını istəyir. O, Yeni Azərbaycan Partiyasına üzv olan gənclərin bu il keçiriləcək bələdiyyə seçkilərində də fəal iştirak edəcəyini deyib.

    Bu arada, baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və bir sıra deputatlar Yeni Azərbaycan Partiyasının gənc üzvləri ilə görüşüblər. Görüşdə ölkədə baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

  • Feysbuk BUNU DA ETDİ: Göndərilən mesajları silmək…

    Feysbuk sosial şəbəkəsi fevralın 5-dən”Messenger”də göndərilən mesajların 10 dəqiqə ərzində silinməsi funksiyasını işə salıb.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Facebook Messenger”in məlumatında bildirilir.

    “Bu gündən etibarən “Messenger”də bir nəfərə və ya qrupa göndərdiyiniz mesajları asanlıqla silə biləcəyiniz funksiyanı işə salırıq”, – deyə məlumatda qeyd olunub.

    Bunun üçün ekranda mesajın üzərinə basmaq və “hamı üçün silmək”, yaxud “özün üçün silmək” variantlarından birini seçmək lazımdır. Eyni zamanda birinci halda bütün qrup iştirakçılarına mesajın silinməsi barədə məlumat gələcək. Mesajları göndərdikdən sonra yalnız 10 dəqiqə ərzində silmək mümkün olacaq.

    Yeni funksiya “iOS” və “Android” əməliyyat sistemlərinin son versiyalarından istifadə edənlər üçün yararlı olacaq.

  • Из Азербайджана в Туркменистан пытались вывезти крупную сумму – ФОТО

    Согласно информации, поступившей в отдел Главного таможенного управления по энергетическим ресурсам и на морском транспорте Азербайджана, на таможенной пост, расположенный в Бакинском терминале Международного морского торгового порта, вошли водитель и пассажир транспортного средства Toyota Hilux, которые на судне “Беркарар” направлялись в Туркменистан.

    Об этом во вторник сообщает Trend со ссылкой на Государственный таможенный комитет Азербайджана.

    Во время пересечения таможенной границы водитель и пассажир в устной форме задекларировали валюту в размере 9700 долларов и 8500 долларов и сказали, что больше у них ничего нет.

    Однако в связи с тем, что действия обоих граждан вызвали подозрения, была проведена проверка. В ходе проверки внутри Toyota Hilux были найдены спрятанные и незадекларированные 9600 долларов.

    По факту ведется расследование.

  • Jurnalistlər işsiz qalır? robot tərəfindən yazılan ilk məqaləni dərc edildi

    “The Guardian” nəşrinin Avstraliya versiyasının saytında dünyada robot tərəfindən yazılmış ilk məqalə dərc olunub.

    Median.Az xəbər verir ki, “ReporterMate” adlı robot nəşrin jurnalisti Nik Eversxed və proqramçılar qrupu tərəfindən birgə yaradılıb. Alqoritm böyükhəcmli məlumatları emal edə, onları axtarıb tapa və artıq hazır mətn şablonlarına yerləşdirə bilər.

    N.Eversxed qeyd edir ki, “ReporterMate” jurnalistləri tam əvəz etməyə qadir deyil, ancaq o, araşdırmalar zamanı böyük məlumatların təhlili ilə daha dəqiq işləyəcək. Bu isə jurnalistlər tərəfindən tez-tez yol verilən riyazi səhvlərin qarşısını alacaq.

    Jurnalistin sözlərinə görə, süni intellektin müstəqil şəkildə böyükhəcmli material hazırlaması hələ ki, real səslənmir./AZƏRTAC/

  • İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist SAĞDIR

    İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

    Median.Az xəbər verir ki, bu barədə The Guardian qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

    Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

    The Sunday Times qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü.

  • Bakıda türkiyəli iş adamına qarşı dələduzluq edildi

    Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə fevralın 1-də, saat 17 radələrində paytaxtın Səbail rayonunda baş verib.

    Səbail rayonu, Neftçilər prospekti 8 ünvanındakı “Sədəf” restoranında Türkiyə vətəndaşı, iş adamı, 1964-cü il təvəllüdlü Asim Gülsevən Türkiyə vətəndaşı Onur adlı şəxsə birgə iş qurmaq adı ilə 2 min dollar verib. Onur adlı şəxs pulu alandan sonra A.Gülsevənə qarşı dələduzluq edib və hadisə yerindən qaçıb.

    Faktla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

    Məlumata görə, aldadılan iş adamı A.Gülsevən Bakıdakı “A.M.A.Y” Ticarət Mərkəzində ticarətlə məşğuldur.

  • Övladlığa uşaq götürmək istəyən valideynlərin nəzərinə – İşiniz asanlaşacaq – VİDEO

    Proseslər bundan sonra online şəkildə həyata keçiriləcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə başçısının 2018-ci ilin dekabrın 10-da imzaladığı fərmanla övladlığa uşaq götürməklə bağlı məsələlərdə məmur-vətəndaş ünsiyyəti minimuma endirilir. Ölkəmizdə daha çox 3 yaşa qədər olan sağlam uşaqlar övladığa götürülür. Müşahidələrə görə 3 yaşdan yuxarı olan uşaqlar, bacı-qardaşlar və əlilliyi olan uşaqların övladığa götürülməsi çətin olur.

  • Азербайджан объявил в международный розыск Эльнура Гусейнзаде

    Бывший военнослужащий N-ской воинской части Минобороны Азербайджана Эльнур Гусейнзаде 1 февраля 2017 года перешел на сторону противника с территории села Тапгарагойунлу Геранбойского района. Об этом haqqin.az сообщили в Военной прокуратуре Азербайджана.

    По данному факту 2 февраля 2017 года в отношении Эльнура Гусейнзаде Военной прокуратурой было возбуждено уголовное дело по статье 274 (государственная измена) УК Азербайджана.

    17 февраля 2017 года было принято решение о привлечении Эльнура Гусейнзаде обвиняемым по данной статье, и он был объявлен в розыск.

    В Военной прокуратуре также отмечают, что в период своей службы в рядах вооруженных сил Азербайджана Эльнур Гусейнзаде отличался недисциплинарным поведением и неоднократно самовольно покидал место службы.

    Напомним, что сегодня армянские СМИ сообщили об освобождении Эльнура Гусейнзаде после того, как он отсидел два года в оккупированном Нагорном Карабахе. Представители сепаратистов сообщили, что Эльнур Гусейнзаде отказался возвращаться в Азербайджан и отправится в третью страну.

  • Xalq artisti: “Mənim yanıma heç kəs gəlmirdi” – VİDEO

    Xalq artisti Arif Quliyev “ARB Günəş”in “Məktəbli ikən” layihəsinin qonağı olub.

    Median.Az xəbər verir ki, aktyor öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini tamaşıçılarla bölüşüb:

    “Peşəyönümlü internat məktəbində təhsil almışam. Orada sex var idi, yaxşı stol və stul düzəldə bilirdim. Dərslərimi zəyif oxuyurdum. Dram dərnəyində də üzv idim və kiçik yaşlarımdan tamaşalarda çıxış edirdim.

    İnternat məktəbində ütü olmadığından şalvarımı gecə yatanda döşəyin altına qoyurdum ki, qırışmasın. Valideynləri olan uşaqların yanına gəlirdilər, biz də pəncərədən onlara baxıb həsəd aparırdıq. Bir dəfə məktəb yoldaşlarımdan biri üçün yaxınları noğul gətirmişdi. Ondan iki-üç dənə noğul istədim, vermədi. Mən də xalq artisti, müğənni Lütfiyar İmanova məktub yazdım ki, internat məktəbində oxuyuram və mənim yanıma heç kim gəlmir, sizdən mənə noğul göndərməyinizi xahiş edirəm. Bir həftədən sonra müəllimim mənə dedi ki, Lütfiyar İmanov sənə poçtla bir qutu noğul göndərib. Noğuldan bütün uşaqlara payladım, həmin uşaq mənə yaxınlaşıb üzr istədi”.