Month: February 2019

  • Anası körpəni bir həftə evdə tək qoydu, uşaq acından öldü

    Rusiyanın Kirov şəhərində ananın məsuliyyətsizliyi üzündən 3 yaşında uşaq evdə tələf olub. Bir həftə mənzildə tək qalan körpə acından ölüb.

    Uşağın meyitini nənəsi aşkar edib. O, nəvəsinin ad gününü təbrik etmək üçün 21 yaşlı qızının mənzilinə gəlib. Bu zaman uşağın evdə acından öldüyü aşkarlanıb.

    İçki düşkünü olan ana hadisə haqda emosiyasız danışır. O, evdə uşağa hətta içməyə su da qoymadığını etiraf edir. Guya evdən bir neçə günlük çıxıb. Rəfiqəsigilə gedən qadının başı spirtli işkiyə elə qarışıb ki, övladı yadından çıxıb. Bu bir həftədə uşağa heç baş çəkməyib.

    Qonşular deyir ki, Mariya adlı qadın öz körpəsiylə bu mənzildə bir neçə ildir yaşayır. O, adətən, səliqəli geyinirmiş, özünü mədəni aparırmış. İş orasındadır ki, qonşular onu sərxoş görməzmiş.

    Mariyanın anası nəvəsindən həmişə zəng vuraraq xəbər tutarmış. Bu günlərdə də nəvəsini unutmayıb. Amma hər dəfə qızı hər şeyin qaydasında olduğunu deyirmiş.

    Mariya evə taksiyə veriləcək pulu olmadığına görə qayıtmadığını deyir. Bu onu cinayət məsuliyyətindən azad etməyəcək. Hadisə ilə bağlı cinayət işi açılıb. Mariyanı müvəqqəti saxlanma təcridxanasına aparıblar.

  • Мать поздравляла дочь с 3-летием в соцсетях, пока та умирала от голода – ФОТО

    После гибели девочки, которую родная мать бросила на неделю одну дома, выяснились новые ужасающие подробности.

    Как сообщает Median.Az со ссылкой на life.ru, 21-летняя мать погибшей малышки Мария К. находилась в загуле, который длился около недели, в то время как девочка погибала дома одна без воды и еды. Однако девушка не забывала выставлять себя хорошей мамой в соцсетях.

    В день, когда малышку нашли мёртвой, жительница Кирова опубликовала в “Инстаграме” пост, где поздравляла дочку с трёхлетием. Мария называла девочку “своей жизнью” и ангелом и желала, чтобы та была “самой счастливой и здоровой”. К посту она приложила несколько фото, где в том числе целовала малышку, держа на руках. Глядя на такое, сложно поверить в обстоятельства, приведшие к трагедии.

    Сейчас девушка находится под арестом, ей предъявили обвинение в убийстве малолетнего с особой жестокостью.

    Напомним, девочку обнаружила в квартире её бабушка, которая, по предварительным данным, пришла поздравить малышку с днём рождения. 20 февраля ей должно было исполниться три года.

    Маме девочки Марии К. всего 21 год. Она воспитывала ребёнка одна и, по словам соседей, периодически пропадала на несколько дней. Девочка оставалась без присмотра. И теперь это обернулось трагедией — малышку нашли мёртвой. По предварительным данным, она умерла от обезвоживания, пока её мама около недели была в очередном “загуле”. Также рассматривается версия с отравлением — девочка от голода могла съесть стиральный порошок.









  • Azərbaycanlı müğənnidən yenə erotik rəqs – VİDEO

    Qalmaqallı azərbaycanlı gənc müğənni Səma Sərvərzadə yenə gündəmə gəlməyi bacarıb.

    Hazırda Türkiyədə olan Səma “instagram” hesabında paylaşdığı videolarına görə tənqid və təhiqrlərə məruz qalıb.

    Belə ki, əvvəlcə erotik geyimdə, sonra isə alt paltarı geyinmədən rəqs edən Səmanın bu görüntüləri birmənalı qarşılanmayıb. Qeyd edək ki, Səma Sərvərzadə bir müddət əvvəl çılpaq fotoları ilə də mətbuatın gündəminə gəlmişdi.

    Həmin görüntüləri sizə təqdim edirik:

  • Azərbaycanlı milyarderdən Fuad Abbasova DƏSTƏK – Zirehli maşınını təklif etdi (FOTO)

    “Dünya Azərbaycanlıları İttifaqı”nın və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun Prezidenti Fizuli Məmmədov ermənilərin təzyiqinə məruz qalan jurnalist Fuad Abbasovla bağlı dünya azərbaycanlılarına müraciət ünvanlayıb.

    Median.Az həmin müraciəti olduğu kimi təqdim edirik: 

    “Hörmətli həmvətənlər!
    Yəqin ki, əksəriyyətiniz tanınmış azərbaycanlı jurnalist Fuad Abbasovun həmin axşamkı birbaşa efirini izləmisiniz. Ermənilər onu millətlər arasında ədavəti qızışdırmaqda təqsirləndirərək, ona qarşı cinayət işinin başlanması tələbilə imza toplayırlar. Bizim mənfur qonşular həm də Fuadı “Facebook” sosial şəbəkəsindən və “Youtube” videobloqundan sıxışdırıb çıxarmaq üçün kampaniyaya başlayıblar. Onlar Fuadın “Facebook” səhifəsini və “Youtube” kanalını bağlamaq istəyirlər. Ermənilər onun bu internet resurslardakı materiallarını da blok etmək üçün kampaniya start veriblər. Bundan başqa, onlar hətta Fuad Abbasovun ünvanına açıq təhdidlərə keçiblər.

    Çox təəssüf ki, Fuad Abbasovun təqibində həmçinin bizim bəzi həmvətənlərimiz də iştirak edirlər. Öz tanınmış həmvətənlərinə dəstək vermək yerinə bəzi azərbaycanlıların onun ünvanına olan hədələrə qoşulduğunu eşitmək mənə çox ağırdır. Bu hədələrlə bağlı olaraq mən Fuad Abbasova öz zirehli avtomobilimi və mühafizəçilərimi təklif etdim, lakin o imtina etdi. Buna baxmayaraq, mən bundan sonra da ona mənəvi, hüquqi və maddi dəstək göstərməyə hazıram.

    Lakin, bəzi şeylər var ki, mənim təkbaşına gücüm çatmır. Bu Fuad Abbasova olan ümumxalq dəstəyidir. Hesab edirəm ki, belə bir kritik məqamda hər bir əsil azərbaycanlı vətənprəvər ona mənəvi dəstək nümayiş etdirməlidir. Bütün dünyadakı həmvətənlərimizi “Facebook” və “Youtube”da Fuad Abbasova dəstək kampaniyasına başlamağa çağırıram.

    Bundan əlavə, Rusiyada, ilk növbədə isə Moskvada dərhal ona dəstək mqəsədilə imza toplamalıyıq. Ermənilərin ona qarşı imzalarından daha çox imza toplaya bilməyimiz üçün Fuad Abbasova dəstək kampaniyamız çox fəal olmalıdır.

    Fuad Abbasovun həbsi azərbaycan xalqına və bütün türk dünyasına əsil zərbə ola bilər. Bizim haqqımız çatmır ki, erməni millətçiləri ilə mübarizədə onu yalnız qoyaq. Biz mütəşəkkil və kütləvi şəkildə tanınmış jurnalist həmvətənimizin hüquq və maraqlarını qorumalıyıq. Bu gün Fuad Abbasov rus telekanallarında Azərbaycanın və Türkiyənin səsidir. O davamlı və çox effektiv şəkildə Azərbaycan və Türkiyənin milli maraqlarını müdafiə edir. Buna görə də bütün həmvətənlərimizi mümkün olan bütün hüquqi metodlarla Fuad Abbasova dəstək verməyə, onun həbsinə, o cümlədən “Facebook” səhifəsinin və “Youtube” kanalının bağlanmasına imkan verməməyə çağırıram”.

    //Baku.ws

  • В Сумгайыте за совершение краж задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полиции Сумгайытского ГУП в результате проведенной операции задержали жителя города, ранее судимого Э.Алиева, который украл из двух автомобилей и двух квартир деньги и предметы быта.

    Кроме этого, сотрудники 1-го отделения полиции задержали жителя города, ранее судимого И.Гусейнова, который украл из одного дома 100 манатов и золотые украшения, из одного автомобиля деньги и парфюмерию, а также совершил мошенничество в отношении жителя города Т.Тагиева.

    Сотрудники 2-го отделения полиции задержали жителя города, ранее судимого Р.Байрамова, который украл из трех автомобилей, из одного склада и дома деньги, предметы быта и стройматериалы.

    В Следственном отделе Сумгайытского ГУП по фактам возбуждены уголовные дела.

  • Sumqayıtda oğurluğa görə 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində, 2 avtomobildən, habelə 2 evdən pul və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

    Bundan başqa, 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisində 1 evdən 100 manat və qızıl-zinət əşyaları, 1 avtomobildən pul və parfumeriya oğurlayan, həmçinin şəhər sakini T.Tağıyevə qarşı dələduzluq edən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov saxlanılıb.

    Sumqayıt ŞPİ 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, şəhər ərazisində 3 avtomobildən, 1 anbardan, 1 evdən pul, məişət əşyaları və inşaat materialları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində faktlarla bağlı cinayət işləri başlanılıb.

  • В США сняли первый фильм о Ходжалинском геноциде – ВИДЕО

    В эфире телеканалов американского штата Калифорния демонстрируется документальный фильм «Побег из тьмы» (Running from the Darkness), произведенный американскими кинематографистами Лос-Анджелеса в 2017 году и повествующий об ужасах Ходжалинской трагедии.

    Показ фильма осуществляется по инициативе и при поддержке генконсульства Азербайджана в Лос-Анджелесе, а также при участии азербайджанки Зарифы Мусаевой, проживающей в Северной Калифорнии.

    Основная сюжетная линия фильма построена на интервью с выжившими очевидцами Ходжалинского геноцида. Показ картины начался в эфире общественных каналов в таких городах Северной Калифорнии, как Сан-Франциско, Сан-Хосе, Кэмпбелл, Маутин-Вью, Лос-Альтос, Пало-Альто и других. Трансляция будет продолжаться в течение одного года. Данные города входят в состав «Силиконовой долины», являющейся мировым центром высоких технологий.

    В фильме также отражены заявления законодателей и известных религиозных деятелей штата в связи с ужасным событием в Ходжалы, мнения ученых-исследователей и журналистов; освещается работа, проделанная в рамках международной кампании «Справедливость к Ходжалы» под руководством вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой.

    Отметим, что данный фильм является первой кинолентой, снятой в США на тему Ходжалинского геноцида.

  • ABŞ-da Xocalı soyqırımı ilə bağlı ilk film çəkilib – VİDEO

    Xocalı faciəsinin dəhşətlərindən bəhs edən, 2017-ci ildə Los-Anceles şəhərində amerikalı kinematoqraflar tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən” (Running from the Darkness) sənədli filmi ABŞ-ın Kaliforniya ştatının bir sıra ictimai kanallarında nümayiş etdirilir.

    Sənədli filmin nümayişi Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi, Şimali Kaliforniyada yaşayan soydaşımız Zərifə Musayevanın təşkilatçılığı ilə həyata keçirilir.

    Əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulmuş bu filmin nümayişinə Şimali Kaliforniyanın San Fransisko, San Xose, Kampbel, Mauntin Vyu, Los Altos, Palo Alto, Menlo Park, Aterton və digər şəhərlərindəki yerli ictimai kanallarda start verilib və nümayiş bir il müddətində davam edəcək. Sözügedən şəhərlər dünyanın yüksək texnologiyalar mərkəzi olan Silikon Vadisinə daxildir.

    Filmdə, həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin Xocalıda törədilmiş soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən danışılır.

    Qeyd edək ki, bu film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir.

  • Yeni ailə quran gənc azərbaycanlı yazar qəfil dünyasını dəyişdi

    Gənc yazar Kamran Su (Kamran Rüstəmov) vəfat edib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumatlar yayılıb. Dostları gənc yazarın ürək problemi olduğunu, infarktdan öldüyünü yazıblar.

    28 yaşlı Kamran yeni ailə qurmuşdu.

    Son illər Tiflisdə yaşayırdı. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında mədəniyyətdən, əsasən kinodan yazırdı.

    Fərqli düşüncəyə sahib Kamran Su yazılarını şəxsi bloqunda paylaşırdı.

  • Əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişikliklər olunub

    Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1514-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.