Month: February 2019

  • Bakıda qadın itkin düşdü – 2 övladı ilə birlikdə

    Bakıda bir ailənin 3 üzvü itkin düşüb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

    Yeni Suraxanı qəsəbəsi, ev 45-də yaşayan 1995-ci il təvəllüdlü Bağırova Raziyyə Fəxrəddin qızı övladları – 2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızı və 2017-ci il təvəllüdlü Bağırov Səccad Elvin oğlu ilə birlikdə fevralın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Polis faktla bağlı araşdırmalara başlanıb.

  • Bakıda dəhşət — Ata öz məktəbli qızına tamah saldı

    Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə məhkum olunan Hacıyev Nuşirəvan Hüseyn oğlunun məhkəmə prosesinin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

    Xatırladaq ki, ötən ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

    Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızına qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur.

    Belə ki, N.Hacıyev məktəbdən gələn qızının paltarını dəyişdiyini görüb, ona qarşı seksual xarakterli hərəkətlər edib. Qız isə atasından qorxaraq bu barədə anasına heç bir söz deməyib.

    Ancaq bir gün ata eyni əməli qızına qarşı törədərkən, həyat yoldaşı iyrənc hərəkətin şahidi olub və dərhal polisə məlumat verib.

  • Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

    Bu gün ərzində Xocalı prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    “23.02.2019 tarixində Xocalı prospektində üfiqi nişanlanma xətlərinin çəkilməsi ilə əlaqədar gün ərzində yolda hərəkət qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu anlayışla qəbul etmələrini xahiş edirik”, – deyə məlumatda vurğulanıb

  • Əlilliklə bağlı səlahiyyətlər dəyişdi – FƏRMAN

    Azərbaycan prezidenti İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına dəyişiklik edib.

    Nazirliyin əsasnaməsindəki dəyişikliyə əsasən, reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək funksiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.

    Eyni zamanda nazirliyə həvalə edilib ki, əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparsın.

    Dəyişikliyə əsasən, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.13-cü yarımbəndi, yəni əlilliyi olan şəxslər, əlilliyin vəziyyəti və dinamikası, əlillərin sosial müdafiə, o cümlədən reabilitasiya tədbirlərinə olan ehtiyacı, görülən tədbirlərin nəticəsi və səmərəliliyi barədə sistemləşdirilmiş məlumat bankı yaratmaq funksiyası isə ləğv edilib.
    /oxu.az

  • Aşumovanın oğlu Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək

    Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının atıcılıq üzrə idman növündə hansı idmançıların təmsil edəcəyi müəyyənləşib.

    Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərovun oxu.az-a verdiyi xəbərə görə, 22-29 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarınınn atıcılıq növlərində beş idmançımız mübarizə aparacaq.

    Bunlar Emin Cəfərov, Nurlana Cəfərova (hər ikisi dairəvi stend atıcılığı), Aydan Camalova (stend atıcılığı), Ruslan Lunyov və Nigar Bağırovadır (hər ikisi güllə atıcılığı).

    Onu da bildirək IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medal qazanmış Ruslan Lunyov 2004-cü ilin Olimpiya mükafatçısı İradə Aşumovanın oğludur.

    Qeyd edək ki, daha əvvəl 22-23 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək samboçularımızın adını açıqlamışdıq.

  • В Азербайджане появится современная семеноводческая лаборатория

    Министерство экологии и природных ресурсов Азербайджана планирует создать современную семеноводческую лабораторию. Об этом в субботу сказал завсектором департамента развития лесов минэкологии Садиг Салманов, передаёт Median.Az со ссылкой на Trend.

    По его словам, также планируется создание саженцевого хозяйства с закрытой корневой системой. Одной из мер в сфере лесного хозяйства станет и закупка современной техники.

    Салманов отметил, что осуществление этих и ряда других мер поспособствует устойчивому использованию лесных ресурсов.

  • В Баку задержаны лица, угнавшие автомобили “Lexus” и “Нива”

    Как сообщает Median.Az, 22-го февраля примерно в 01 часов ночи с территории Хатаинского района была угнанна автомашина марки “Lexus”.

    В результате оперативно-розыскных мер сотрудники Главного управления дорожной полиции г.Баку задержали жителей столицы Н.Илдарзаде и Э.Наджафова, которые угнали данный автомобиль и врезались в тротуар.

    Кроме этого, сотрудники 22-го отделения полиции Насиминского РУП и Главного управления полиции (ГУП) г.Баку задержали жителя г.Хырдалан, ранее судимого Ф.Асадова, угнавшего 20-го февраля примерно в 8 часов утра с улицы Д.Алиевой автомобиль марки “Нива”, принадлежащий жителю столицы Р.Шахбазлы.

    Автомобиль был обнаружен во дворе одного из домов в поселке Маштага Сабунчинского района.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda “Lexus” və “Niva” qaçıran şəxslər saxlanılıb

    Median.Az xəbər verir ki, fevralın 22-i gecə saat 1 radələrində Xətai rayonu ərazisindən Bakı şəhər sakini A.Aslanova məxsus “Lexus” markalı avtomobil qaçırılıb.

    Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobilin paytaxt sakinləri N.İldarzadə və E.Nəcəfov tərəfindən qaçırılması və rayon ərazisində idarə edilərkən, səkiyə vurması
    müəyyən edilib.

    Bakı ş. Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxslər saxlanılaraq Xətai RPİ 36-cı polis bölməsinə təhvil verilib.

    Bundan başqa, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı, fevralın 20-i saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.

    Bakı ş. Baş Polis İdarəsinin (BPİ) əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov saxlanılıb. Qaçırılan avtomobil polis əməkdaşları tərəfindən Maşatağa qəsəbəsində, bağ evlərinin birinin həyətində aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Хвостатые стражи границы: собаки на службе азербайджанской таможни – ФОТО

    Собаки на службе в таможне – незаменимые помощники. Их острый нюх помогает выявлять наркотики, взрывчатку, оружие и многие другие запрещенные грузы. Какие собаки служат в азербайджанской таможне – смотрите в фоторепортаже  из Кинологического центра.

    Как бы ни развивались современные технологии и ни изобретались новейшие приборы для обнаружения запрещенных грузов, потребность в собаках на охране государственных границ и в таможне не снижается. И не мудрено, ведь только нос собаки может с точностью определить одну молекулу вещества в литре воздуха. Кроме того, собаки могут очень тонко различать и хранить в памяти до тысячи разных запахов.

    Азербайджан является транзитной страной, поэтому почти каждый день в новостях мы читаем о случаях предотвращения различных видов контрабанды. Немалая роль в этом принадлежит хвостатым помощникам, состоящим на службе в Государственном таможенном комитете (ГТК) Азербайджана.

    Кинологический центр существует в структуре Азербайджанской таможни как самостоятельная единица с 2003 года. Расположившись на трех гектарах земли, по своему оснащению и параметрам, центр является самым крупным в регионе. Здесь есть и полигон для отработки поисковых операций, и полоса препятствий для тренировки собак, а количество вольеров позволяет содержать до 100 собак одновременно, передаёт Median.Az со ссылкой на Sputnik Азербайджан.

    В центре несколько раз проходили соревнования кинологов таможенных служб СНГ, а собаки центра занимали призовые места на международных состязаниях.

    В настоящее время здесь содержится 60 собак, среди которых есть немецкие и бельгийские овчарки, лабрадоры, доберманы, сенбернары и другие служебные собаки.

    Работники центра проводят не только их обучение и тренировку, но также выводят чистокровных особей, увеличивая количество питомцев.

    Стоимость таких собак достаточно высокая – в Европе за них предлагают от 10 до 15 тысяч евро.

    Кстати, двенадцать хвостатых воспитанников Азербайджанского кинологического центра ГТК уже служат в других странах.

  • В лесах Азербайджана появятся специальные тропы для туристов

    В Азербайджане в рамках мероприятий, проводимых в целях эффективного использования лесных ресурсов, будут организованы соответствующие тропы для передвижения туристов в лесах и определены места для их отдыха.

    Об этом в субботу сказал заведующий сектором департамента развития лесов министерства экологии и природных ресурсов Садиг Салманов, передаёт Median.Az со ссылкой на Trend.

    Салманов сказал, что туристический потенциал лесного фонда в Азербайджана является обширным, и подчеркнул, что есть перспективы для развития горного туризма.

    По его словам, в Гусарском, Губинском, Гекгельском, Шекинском, Гахском, Гедабекском и Дашкесанском районах уже имеются туристические маршруты.