Month: March 2019

  • Sabirabadda maşın mağazaya girib – Ölən və yaralanan var

    Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, martın 7-də saat 21 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində Şıxlar kənd sakini M.Əliyev idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarında olan mağazanın divarına vurub. Nəticədə sürücü və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

    Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.//Baku.ws

  • Həkimlərdən həyəcan təbili – Piylənmədən ölənlərin sayı…

    Türkiyəli professor Mehmet Mahir maraqlı araşdırma aparıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, professor araşdırıb ki, insanları öldürən zərərli maddələrdən biri siqaretdirsə, ikincisi piylənmədir. Hətta piylənmədən ölənlərin sayının yol qəzalarında ölənlərdən çox olduğunu deyən həkim “özünüzü artıq çəkidən qoruyun” deyə xəbərdarlıq edib.

    Statistik məlumatlara görə, Türkiyədə ildə 18 min nəfərədək insan mədəkiçiltmə əməliyyatı etdirir. Türkiyə əhalisinin 2.9 faizi, yəni 80 milyonluq əhalinin 2.4 milyonu artıq çəkidən əziyyət çəkir.

    Həkimlərin tövsiyəsinə əsasən, mədəkiçiltmə əməliyyatından daha faydalısı pəhriz və idmandır. “Mədəkiçiltmə əməliyyatından maksimum dərəcədə az yararlanmaq lazımdır” – deyə ekspertlər bildirirlər.

  • Ana olmağa hazırlaşan Natavan Həbibi ərinin şəklini paylaşdı və… – FOTO

    Natavan Həbibi özündən 6 yaş kiçik olan reper həyat yoldaşı Dadonu (Səid Əliyev) qısqanıb.

    Median.Az xəbər verir ki, ana olmağa hazırlaşan hamilə sənətçi instaqramda həyat yoldaşı ilə yeni şəkillərini paylaşıb. O, paylaşdığı fotolarda qeyd edib ki, ərini qısqanır:

    “Fanatlardan sevgi etirafı gələndə, sən o sən deyilsən. Qısqana-qısqana baxmaq da bu imiş”.

  • Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поздравила азербайджанских дам c 8 Мартa

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева поздравила азербайджанских дам c 8 Марта.

    Как сообщает Median.Az, Лейла Алиева поделилась поздравлением на своей официальной странице в Instagram.

    «Дорогие женщины, поздравляю вас с праздником!
    Пусть солнце всегда освещает ваш путь, а любовь озаряет ваши сердца!
    Желаю всего самого хорошего, и чтобы все ваши сокровенные мечты сбывались!
    Спасибо всем!», – написала в Instagram Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.

  • Dəniz quldurları İran tankerinə hücum ediblər

    İran Hərbi-Dəniz Qüvvələri Babül-Məndəb boğazında dəniz quldurlarının ölkəyə məxsus neft tankerinə hücumunu dəf edib.

    «RİA Novosti»nin məlumatına görə, 11 ədəd qayıqda hərəkət edən silahlı quldurlar göyərtəsində 150 min ton neft olduğu bildirilən tankeri ələ keçirməyə cəhd edib.

    Lakin İran Hərbi Dəniz Qüvvələrinin 60-cı donanmasının operativ müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.

  • Десятки погибших в результате наводнения в Африке

    По меньшей мере, 23 человека стали жертвами наводнения на юге Малави в Африке. Об этом сообщает агентство «Синьхуа» со ссылкой на министерство природных ресурсов, энергетики и горнорудной промышленности страны.

    Ливни с сильным ветром обрушились на 13 южных областей этого африканского государства. Другие подробности о последствиях удара стихии пока не приводятся, отмечает ТАСС.

  • “Güclü kişi qarşıma çıxsaydı, zülmdən qurtarardım” – Mətanət+Video

    “Güclü kişi qarşıma çıxsaydı, bu zülmdən qurtarardım”.

    Median.Az xəbər verir ki, bu sözləri ARB TV-nin “Səhər-Səhər” proqramında qonaq olan müğənni Mətanət Əsədova deyib.

    O bildirib ki, həyatda özünü xoşbəxt qadın saymır:

    “Xoşbəxt deyiləm. Xoşbəxt onda olardım ki, oturardım evdə. Çörək qazanmaq üçün oxuyuram. Xoşbəxtlik deyil. Onda xoşbəxt olardım ki, özümdən güclü kişi qarşıma çıxardı, mən də evdə oturardım. Heç nəyin qiymətini bilməzdim. Bilərdim ki, mənim işimi görən biri var. O vaxt xoşbəxt olaram ki, mən bu zülmdən qurtararam”.

  • Leyla Əliyeva qadınları təbrik etdi – Foto

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətləri qadınları təbrik edib.

    Median.Az xəbər verir ki, L.Əliyeva bu barədə özünün İnstaqram hesabında yazıb:

    “Əziz qadınlar! Bayramınız mübarək! Qoy günəş hər zaman yolunuza işıq saçsın, sevgi qəlblərinizi nurlandırsın. Sizə ən xoş arzularımı çatdırıram. Qoy ürəyinizdəki bütün arzular yerinə yetsin”.

  • Kran suyunun təhlükəli olduğu ölkələr açıqlandı: Siyahıda Azərbaycan da var

    “Globehunters” turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik – red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.

    Median.Az Oxu.az-a istinadən bildirir ki, siyahıda 187 ölkə, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və bütün postsovet ölkələri yer alıb, Estoniya istisna olmaqla.

    Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.


    Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa – red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.

    Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.

  • Problemli krediti olanlar mütləq izləsin – İNFOQRAFİKA

    Azərbaycanda problemli kreditlərin həllinə yönəlmiş prezidentin məlum fərmanı ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Video icmal” hazırlayıb.

    Fərmana əsasən, kredit təşkilatları, həmçinin Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.