Month: March 2019

  • В связи с мошенничеством задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 13-го отделения полиции Сабунчинского РУП в результате оперативно-розыскных мер задержали жителя Шекинского района М.Абдулрахманова, который присвоил путем мошенничества у гражданки Н.Керимовой 2200 манатов и у гражданина С.Ширинова золотые украшения.

    Кроме этого, сотрудники Билясуварского РОП задержали жителя г.Ширван, ранее судимого И.Эминова, который путем мошенничества присвоил 385 манатов, принадлежащие трем жителям района.

    По фактам возбуждены уголовные дела по статье 178 (мошенничество) УК Азербайджана.

  • Dələduzluq əməllərinə görə 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Kərimovun 2200 manat pulunu və S.Şirinovun qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib Şəki rayon sakini M.Əbdülrəhmanov saxlanılıb.

    Bundan başqa, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayon sakinləri olan 2 qadının və 1 kişinin, ümumilikdə 385 manat pullarını dələduzluq yolu ilə alan Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Eminov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Азербайджан освободил эти автомобили от таможенных пошлин

    В Азербайджане определены таможенные пошлины на импорт автобусов, рассчитанных на перевозку более 120 пассажиров, и работающих на сжиженном газе.

    Автобусы, предназначенные для использования исключительно в аэропортах, освобождены от пошлины. Также освобождены от пошлины автомобили, используемые в медицинских целях.

    Решение вступает в силу с этого дня.

    Импорт остальных автобусов, рассчитанных на перевозку более 120 пассажиров, и работающих на сжиженном газе, будет облагаться таможенной пошлиной в размере 1,2 доллара за каждый кубический сантиметр двигателя.

  • Bakıda ata övladlarına görə məktub yazıb intihar etdi

    Bakıda iki ailədə faciə yaşanıb. 15 yaşlı qız və 28 yaşlı kişi öz canına qıyıb. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən və Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

    Belə ki, martın 7-nə keçən gecə saat 03:00-da Məhəmməd Hadi küçəsində yaşayan Nurlanə Əhmədova yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb və hadisə yerindəcə keçinib. Hələlik yeniyetmənin intiharının səbəbi məlum deyil. Xətai rayon Prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb və təhqiqat aparılır.

    Qeyd edək ki, ötən sutka ərzində paytaxtda ikinci intihar hadisəsi də qeydə alınıb. Binəqədi rayonu, Novxanı bağları qəsəbəsində yaşayan 28 yaşlı Bəhram Tağıyev evinin həyətindəki çardaqdan özünü asıb. Onun cəsədi martın 6-da axşam saat 20:20-də aşkarlanıb. Binəqədi rayon Prokurorluğu intiharın səbəbini araşdırır. Bu arada özünü asan kişinin cibindən məktub tapılıb. Məktubdan məlum olub ki, Tağıyevin faciəsinə səbəb maddi durumunun ağır olması olub.

    Tağıyev məktubunda yazıb ki, öz övladının ləyaqətli yaşayışını təmin edə bilmədiyi üçün həyatdan gedir: “Öz övladımın ləyaqətli yaşayışını təmin edə bilmədiyim üçün həyatdan getməkdən başqa çarəm yoxdur”.

    O da məlum olub ki, Tağıyev işsizlikdən əziyyət çəkirmiş və bu səbəbdən də uzun müddətdir uşağına məhkəmənin qərarı ilə müəyyən edilmiş alimenti ödəyə bilmirmiş. Aliment borcları üst-üstə qalandığından və övladının anasının himayəsində çətin vəziyyətdə yaşadığını bildiyindən, bədbəxt ata son çarəni intihara əl atmaqda görüb.

  • Ağsu dolayında tunel tikiləcək

    Ağsu dolaylarında yolun əsaslı təmir edilməsi ilə bağlı Azərbaycan Hökuməti və Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış “Azərbaycan Magistral Avtomobil yolu” layihəsi üzrə Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış Kredit Sazişi çərçivəsində “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı-Ağsu hissəsi üzrə alternativ yol oxunun seçimi və texniki-iqtisadi əsaslandırma”nın hazırlanması nəzərdə tutulur

    ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

    Sənəddə qeyd edilir ki, alternativ yol oxunun seçilməsi və texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün beynəlxalq rəqabətli tender keçirilib və İtaliyanın “NET Engineering S.p.A” məsləhətçi şirkəti ilə müqavilə imzalanıb. Mürəkkəb geoloji quruluşa və coğrafi mövqeyə malik ərazidə kifayət qədər dərin şəraitdə tunelin tikilməsi şərti ilə həyata keçirilməsi nəzərdə tutulan yolun texniki iqtisadi əsaslandırılması hesabatının son versiyası hazırlanır.

  • За квартирную кражу в Губе задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Губинского РОП в результате оперативно-розыскных мер задержали жителя Агсуинского района, ранее судимого Т.Алиева и жителя Хачмазского района Я.Ахмедова, которые 6-го марта украли из одного частного дома мобильный телефон и золотые украшения.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

  • Qubada evdən oğurluq edən şəxsər tutulub

    Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-da rayon ərazisindəki evdən mobil telefon və qızıl-zinət əşyaları oğurlayan Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş T.Əliyev və Xaçmaz rayon sakini Y.Əhmədov saxlanılıblar.

    RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda feministlər aksiya keçirməyə cəhd edib – polis aksiyanın qarşısını aldı – VİDEO

    Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə “8 MARŞ” yürüşü keçirməyə cəhd ediblər.

    Yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.

    Aksiya keçirənlərin arasında hüquq müdafiəçisi Xədicə İsmayıl da olub.

    Qeyd edək ki, dünən Bakı Şəhər Baş Polis İdarəsi feminist qadınların “8 Marş – Zoraklığa Qarşı Get” adlı yürüşü ilə bağlı xəbərdarlıq etmişdi. Bu gün polis qüvvələri icazəsiz aksiyanın qarşısını zorakılıq etmədən alıblar.



    //azxeber.com

  • Gənclər Şəhərciyindəki dəhşətli cinayətin təfərrüatı məlum oldu

    Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təfərrüatı məlum olub.

    “Report”un məlumatına görə, “Gənclər Şəhərciyi” yaşayış kompleksi, blok 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

    Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu, 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlunun törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

    Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhər, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis idarəsinə gətirilib.

    M. Şıxməmmədov dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
    Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb

  • 8 Mart Bakıda belə keçir – VİDEO

    Həmişə olduğu kimi 8 Mart-Beynəlxalq qadınlar günündə Bakının dükanlarında, ticarət mərkəzlərində fəallıq müşahidə edilir.

    Baku.TV hazırladığı reportajı təqdim edir: