Month: March 2019

  • Bakı əhalisinin sayı açıqlanıb

    Ötən il paytaxt əhalisinin sayı 14 940 nəfər artıb.

    Bu, 0,7 faizə qədər artım deməkdir.

    2019-cu ilin yanvarın 1-nə olan statistikaya görə, hazırda Bakıda əhalinin sayı 2 277 500 nəfərə çatıb.

    Əhalinin 49,7 faizini kişilər, 50,3 faizini isə qadınlar təşkil edir. Hər bir kvadrat kilometrə düşən əhali sayı isə 1064 nəfərdir.

  • Акция протеста азербайджанцев в Иране – ВИДЕО

    Студенты университета в иранском городе Зенджан провели акцию протеста против поддержки Армении официальным Тегераном.

    Десятки студентов собрались перед зданием учебного заведения, держа в руках плакаты с надписями «Карабах наш». Один из участников акции выкрикивал лозунг «Карабах наш и будет нашим».

    Отметим, что визит армянского премьера Никола Пашиняна в Иран вызвал массовое недовольство азербайджанцев Ирана. Дело в том, что на встрече Пашиняна с армянской общиной был поднят плакат с надписью «Карабах – это Армения».

    После этого в ряде городов провинции Южный Азербайджан прошла серия протестов. Самую масштабную акцию протеста провели болельщики тебризского футбольного клуба «Тракторсази» на матче с «Сепаханом».

    Сообщается об аресте 30 азербайджанских активистов после акции.

  • İranda Qarabağla bağlı aksiyalar davam edir – VİDEO

    İranın Zəncan şəhərində universitet tələbələri rəsmi Tehranın Ermənistanı dəstəkləməsinə etiraz olaraq aksiya keçirib.

    Onlarla tələbə əllərində “Qarabağ bizimdir” yazılı plakatlar tutaraq, təhsil ocağının qarşısına toplaşıb. Aksiya iştirakçıları bir ağızdan “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndirib.

    Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın İran səfəri ölkədə yaşayan azərbaycanıların kütləvi narazılığına səbəb olub. Belə ki, Paşinyanın erməni icması ilə görüşü zamanı “Qarabağ – Ermənistandır” yazılı plakat qaldırılıb.

    Hadisədən sonra Cənubi Azərbaycan ostanının bir sıra şəhərlərində silsilə etiraz aksiyaları keçirilib. Ən irimiqyaslı anti-erməni nümayişi isə “Traktor Sazi” – “Sepahan” matçından əvvəl Təbriz stadionunda təşkil olunub.

    Aksiyadan sonra 30 azərbaycanlı fəalın həbs olunduğu deyilir.

  • Массовые беспорядки на бразильском карнавале – ВИДЕО

    Самое яркое событие года в Бразилии сорвано из-за массовых беспорядков.

    Как передаёт Median.Az со ссылкой на Dailymotion, во время традиционного карнавала толпа демонстрантов повалила ограждения и устроила схватку с полицейскими.

    Патрульные были вынуждены пойти на крайние меры и применить слезоточивый газ.

    Кроме зачинщиков столкновений, которых задержали, ядовитыми парами надышались остальные участники карнавала. В результате шествие пришлось отменить.

  • Braziliya karnavalında kütləvi toqquşma – VİDEO

    Braziliyanın ən populyar və irimiqyaslı tədbirlərindən olan karnaval kütləvi iğtişaşlara görə yarımçıq qalıb.

    Hadisənin görüntüsü “Daily Motion” saytında yayımlanıb.

    Ənənəvi karnavalın gedişində bir qrup çılğın nümayişçi kənar çəpərləri aşıraraq, asayiş keşikçiləri ilə qarşıdurmaya girib.

    Çevik polis qüvvələri dəyənəklərdən istifadə etsə də, iğtişaş iştirakçılarını uzun müddət sakitləşdirmək mümkün olmayıb. Nəticədə, asayişin bərpa olunması üçün gözyaşardıcı qaz tətbiq olunub.

    Yaşananlardan sonra yürüş təxirə salınıb.

  • Женщина-водитель сбила насмерть пешехода

    Как сообщает Median.Az, 5-го марта примерно в 20 часов автомобиль марки “Toyota”, управляемая жительницей столицы Т.Поладовой сбила насмерть жителя Гусарского района А.Гасанбекова.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Qadın sürücü piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, martın 5-i saat 20 radələrində Bakı şəhər sakini T.Poladova idarə etdiyi “Toyota” markalı avtomobillə Qusar rayon sakini A.Həsənbəyovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Bakıda qeyri-insani hərəkər – Gözdən əlil gülsatanı qarət etdilər (FOTO)

    Öz əlləri ilə toxunma güllər hörərək pul qazanması ilə sosial şəbəkədə rəğbət qazanan gözdən əlil Elçin qarət olunub.

    Oğru və ya oğrular onun mənzilinə girib böyük zəhmətlə topladığı 800 manat pulunu, 1 ədəd qızıl üzüyünü və gümüş boyunbağını aparıblar.

    Elçin hadisə barədə danışarkən göz yaşlarını saxlaya bilməyib: “Axı bir insan bunu necə edə bilər”? 

    Oğru Elçinin təkcə pulunu və üzüyünü oğurlamayıb, onun insanlara inamını oğurlayıb.

    Hadisə ilə bağlı polisə məlumat verilib. Gözdən əlil birini qarət edən oğru və ya oğruların tapılaraq cəzalandırılmasına ümid edirik.







  • Ana və qızının öldüyü qəzanın baş verdiyi an – VİDEO

    Martın 3-də Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunan qəza baş verib.

    Bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən Baku.ws-ə verilən məlumata görə, həmin qəzada 2 nəfər ölüb.

    Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri aparılıb.

    İstintaqla Cavadov Rəşad Rəhim oğlunun idarə etdiyi “Hyundaı Accent” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyadalar 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərlini vuraraq ölümlərinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

    Martın 5-də R.Cavadova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    Hadisənin görüntülərini “Qafqazinfo” saytı yayımlayıb.

  • Vergi Məcəlləsindəki dəyişiklik – Şirkətlər və futbol klubları üçün yeni imkanlar – TƏHLİL

    Azərbaycanda futbol klublarına sponsorluq edəcək şirkətlərə güzəşt tətbiq olunacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. 106.1.18 maddəyə uyğun olaraq, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə vergidən azad olunur. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

    Məsələn, “A” MMC uşaq futbolunun inkişafı məqsədilə futbol klubunun bank hesabına 5.000 manat vəsaiti nağdsız qaydada köçürür. Hesabat ilinin yekunlarına görə “A” MMC 40.000 manat vergiyə cəlb olunan mənfəət əldə edibsə, şirkətin futbol klubuna köçürdüyü 5.000 manatlıq vəsaitin 4.000 manatı (mənfəətin 10%-dən çox olmayan hissəsi) onun vergiyə cəlb olunan mənfəətindən çıxılır: 40.000 – 4.000 (40.000 x 10% = 4.000) = 36.000.

    Məcəllədəki dəyişiklikdən idman sektoru daha çox faydalana bilər. Bu istiqamətdə ilk addımı AFFA atmaq niyyətindədir. Qurum Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri üçün apreldə konfrans təşkil edəcək. Tədbirə UEFA-dan da nümayəndə dəvət ediləcək. 

    Bəs futbol komandaları Vergi Məcəlləsindəki dəyişiklikdən necə yararlana bilərlər? 

    “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov hesab edir ki, bu dəyişiklik idman, o cümlədən futbol sektoruna yeni sponsorların cəlb edilməsi üçün əlavə təkan olacaq. Onun sözlərinə görə, bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür: “Yenilik ondan ibarətdir ki, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də idman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülürsə, həmin hissə bu ilin yanvarından 10 il müddətinə vergidən azad olunur. Güzəştin şirkətlər üçün maraqlı olacağına inanıram. Lakin bu məsələdə əsas iş futbol klublarının üzərinə düşür. Məhz klublar təşəbbüs göstərməli, yeni sponsorların tapılması üçün konkret addımlar atmalıdırlar. Məsələn, şirkətləri fəaliyyət sektorlarına uyğun olaraq, bir neçə qrupa bölmək və hər biri üçün uyğun reklam paketləri hazırlayıb, təqdim etmək mümkündür. Təkliflər elə formada hazırlanmalıdır ki, şirkətlər əməkdaşlıqda maraqlı olsunlar”.

    E.Eyvazov klub və şirkətlərin məhsulların dəyişdirilməsi üsulu ilə əməkdaşlığa xüsusi diqqət ayırmalı olduqlarını düşünür. Klub rəsmisi buna misal olaraq, “Neftçi” və “Vita1000” arasında bağlanmış sponsorluq müqaviləsini göstərib: “Sponsorluq müqavilələri yalnız kommersiya xarakterli olmur. Təəssüf ki, bizim futbol sektorunda barter, yəni məhsulun dəyişdirilməsi yolu ilə klub və şirkətlər arasında sponsorluq anlaşmalarına az rast gəlinir. Halbuki bu istiqamətdə ciddi işlər görmək olar. Klublar öz tələbatlarına uyğun məshulları məhz bu üsulla əldə edə bilərlər. Məsələn, “Neftçi”nin “Vita1000”lə müqaviləsi var. Razılaşmaya əsasən, şirkət bannerlərinin stadion, eləcə də müxtəlif tədbirlərdə yerləşdirilməsinin müqabilində klubu mineral su ilə təmin edir. Eyni şeyi geyim, qida, nəqliyyat şirkətləri, tibbi müəsssisələr, otellər və digərləri ilə də etmək olar. Xarici ölkələrdə futbol klublarının ana sponsorlardan əlavə, 30-40 kiçik sponsorları var və onlardan gələn vəsait az qala büdcənin yarısını təşkil edir”.

    İqtisadçı-ekspert Samir Əliyev də Vergi Məcəlləsindəki müvafiq dəyişikliyi müsbət qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər: “Bu dəyişiklik elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrini stimullaşdırmaq üçün atılmış addımdır. Lakin şirkətlərin güzəştdən yararlanmaqda nə dərəcədə maraqlı olacaqlarını zaman göstərəcək. Bir qayda olaraq, maliyyələşmə məsələsində iri şirkətlər maraqlı olurlar. Kiçik şirkətlər nadir hallarda bu cür sahələrə vəsait ayırırlar. Ancaq istənilən halda, dəyişikliyi müsbət qiymətləndirirəm. Şirkət sponsorluq müqaviləsini məhsulunu reklam etmək üçün bağlayır. Söhbət futbol klubundan gedirsə, burada düşüncə belədir ki, komandanın oyununu məsələn, 100 min adam izləyəcək və onlar şirkətin məhsulunu bannerlərdə görəcəklər. Halbuki bəzi saytları çıxmaq şərti ilə, digərlərində həmin reklamı o qədər adam görmür. Futbolda isə reklam olunan brendin izlənilmə ehtimalı daha yüksəkdir. Ancaq əsas məsələ Azərbaycan Premyer Liqasının oyunlarına stadion və televiziya vasitəsi ilə neçə nəfərin baxmasıdır. Məsələn, telekanallarda nümayiş etdirilən verilişlərin reytinqi tərtib olunarkən subyektiv yanaşma olur. Futbolla bağlı real, obyektiv məlumatlar olmalıdır. Şirkət sponsorluq etdiyi klubun oyununa 100 min nəfərin baxdığına əmin olsa, vəsait ayırar. Bizdə təəssüf ki, milli çempionata böyük maraq yoxdur. Yalnız yığmanın və klubların avrokubok matçlarına çox adam baxır. Premyer Liqada izləyici sayı artsa, sponsorlar da maraq göstərər”.

    S.Əliyev daha bir problem kimi istehsal bazarının olmamasını göstərib: “Azərbaycanda yayımlanan seriallara diqqət yetirin – baş sponsor filmin içində də öz məhsullarını yerləşdirir. Filmin mahiyyəti qalır bir kənarda, ancaq reklam gedir. Bizdə sponsorlar daha çox bahalı xidmət göstərən özəl klinikalar, həkimlərdir. İstehsal şirkəti yox dərəcəsindədir. Reklam bazarının olmamasının əsas səbəblərindən biri istehsal bazarının zəif olmamasıdır. Daha çox idxaldır. Yəni, bütün bunlar bir-birinə bağlı məsələlərdir. Sponsorların azlığı, reklam bazarının zəif olması təkcə futbol sektoruna mənfi təsir etmir”.


    AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev isə bildirib ki, milli assosiasiyanın tərəfdaşlıq etdiyi əksər şirkətlər özəl sektora aid olduqlarından, Vergi Məcəlləsindəki dəyişiklik onlara da sirayət edəcək. “Biz futbol sponsorluğunun ölkəmizdə biznesə də faydalı olduğuna inanırıq. Məqsədimiz təkcə sosial xarakterli deyil, həm də hər iki tərəf üçün səmərəli və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır. Tərəfdaşlıq yalnız sosial xarakterli olduqda və tərəfdaş şirkətlər hər hansı iqtisadi çətinliklə qarşılaşdıqda, düşünmədən birinci həmin xərcləri təxirə salır. Bununla da maliyyə mənbəyi davamlı olmur və tərəfdaşlığın nə dərəcədə uğurlu alınmasından asılı olmayaraq, davamiyyətinə təsir gücümüz olmur. Vergi məcəlləsindəki məlum dəyişiklik isə şirkətlərə sponsorluq xərclərində qənaət etməyə və yeni sponsorların cəlb olunmasına şərait yaradacaq”.

    Federasiya rəsmisinin sözlərinə görə, sponsorluq məsələsində klublardan şirkətlərə düzgün yanaşmanın olması zəruridir: “Biz il ərzində öncədən müəyyən etdiyimiz biznes sahələri üzrə onlarla şirkətlə görüşüb müzakirələr aparırıq. Uğurlu tərəfdaşlıq üçün qarşı tərəfin gözləntilərini bilmək və buna uyğun məhsul təklif etmək önəmlidir. Kommersiya müqavilələri ilə yanaşı, barter xarakterli sponsorluq anlaşmaları da bağlamaq mümkündür. Bunun üçün klublar öz xərclərini gözdən keçirməli, buna uyğun şirkətlər tapmalıdırlar. Məsələn, səyahət, sığorta, nəqliyyat və digər bir çox sahədən olan şirkətlərlə əməkdaşlıq etmək olar”.

    Mütəxəssislərin də vurğuladığı kimi, Vergi Məcəlləsinə edilən dəyişiklik elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların stimullaşdırılmasına xidmət edir. Güzəştin effektiv olması üçün hər iki tərəfin fəallıq, təşəbbüs göstərməsi zəruridir. Məsələn, futbol klubları öz tələblərini qarşılayacaq sponsorlar tapıb, onlara uyğun reklam paketləri təklif etməlidirlər. Şirkətlər isə futbol sektorunu analiz etməli, məhsulunu daha böyük auditoriyaya çıxaracaq klubları müəyyənləşdirməlidirlər…