Month: March 2019

  • Azərbaycanda fahişəxanaya basqın — ŞOK görüntülər (VİDEO)

    Ötən gün ölkə ərazisində fəaliyyət göstərən əxlaqsızlıq yuvasında hüquq-mühafizə orqanları tərəfindən reyd keçirilib.

    “Ölkə.Az” xəbər verir ki, qeyri-qanuni fəaliyyət göstərən əxlaqsızlıq yuvasına edilən reyd zamanı bir çox məqamlar üzə çıxıb.

    Məlum olub ki, mərkəzdə kiçik otaqların içində hamam inşa edilib və yataqla təmin edilib. Kiçik otaqların hər birindən fahişəliklə məşğul olan qızlar aşkar edilib. Görüntüləri təqdim edirik.

  • Апелляционный суд оставил пожизненный срок сотрудника банка, убившего двух братьев в силе – ФОТО

    В Бакинской Апелляционном суде завершился очередной судебный процесс по уголовному делу в отношении столицы Заура Тарланова (1984-го года рождения), осужденного по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 120.2.7 (умышленное убийство двух или более человек) УК Азербайджана.

    Как сообщает Median.Аz, 8 января 2015-го года примерно в 17 часов житель поселка Сахиль Гарадагского района Заур Тарланов в ходе спора, возникшего на почве личных отношений, из принадлежащего ему огнестрельного оружия марки «Vinçester» несколько раз выстрелил в сидящих в внедорожнике марки “Lexus” жителей того же поселка братьев Джахида Рагимова (1980-го года рождения) и его брата Джавида (1985-го года рождения), после чего скрылся с места присшествия.

    На основе поступившей информации был проведен осмотр места происшествия и тел погибших, изъяты вещественные доказательства и выполнены другие необходимые процессуальные действия. В связи с данным фактом районная прокуратура предварительно возбудила уголовное дело по статье 120.2.7 УК, согласно заключению назначенной судебно-медецинской экспертизы братья Рагимовы скончались из-за огнестрельных ранений грудной клетки с повреждением легких и сердца.

    В этот же день обвиняемый был задержан сотрудниками патрульно-постовой службы Гарадагского РУП. В ходе предварительного допроса, задержанный сообщил, что совершил преступление на почве ревности. Заур Тарланов являлся сотрудником филиала «Bank Standard» в Гарадагском районе.

    Во время судебного процесса Заур Тарланов виновным себя по предъявленным статьям не признал.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к пожизненному срока заключения.

    Бакинский Апелляционный суд рассмотрев дело, оставил приговор суда первой инстанции в силе.

    В связи с этим адвокат осужденного подал кассационную жалобу в Верховный суд.

    Верховный суд отменил решение Бакинского Апелляционного суда и направил дело на повторное апелляционное рассмотрение.

    Бакинский Апелляционный суд удовлетворил жалобу обвиняемой стороны. Согласно решению, суд отменил приговор о пожизненном заключении З.Тарланова и назначил ему 20 лет лишения свободы с отбыванием срока заключения в учреждении строгого режима.

    В этот раз кассационную жалобу в Верховный суд подала потерпевшая сторона.

    Верховный суд удовлетворил кассационную жалобу потерпевшей стороны и отменив решение Бакинского Апелляционного суда, направило дело на очередное рассмотрение.

    Бакинский Апелляционный суд в очередной раз рассмотрев дело, принял решение об оставлении приговора Бакинского суда по тяжким преступлениям в силе.


  • İki qardaşı öldürən bank işçisinin ömürlük cəzası qüvvəsində qalıb – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, saxlama və ya gəzdirmə) maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, 2015-ci il yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb.

    Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Səhərisi gün Qaradağ RPİ və 38-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov yaxalanaraq, istintaqa cəlb edilib.

    İlkin dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq hökmü dəyişdirilmədən saxlayıb.

    Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib.

    Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib.

    Bakı Apellyasiya Məhkəməsi işi araşdırıb, qərara gəlib ki, hökm dəyişdirilsin və Z.Tərlanova 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.

    Bu dəfə Ali Məhkəməyə zərərçəkmişin hüquqi varisi kassasiya şikayəti verib.

    Ali Məhkəmə kassasiya şikayətini təmin edərər, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yeni baxış üçün apellyasiya instansiyasına göndərib.

    Bakı Apellyasiya Məhkəməsi işi araşdırıb, zərərçəkmiş tərəfin şikayətini təmin edib və qərara alıb ki, Z.Tərlanov barədə ömürlük azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılsın.


  • Bakıda yataqxanada baş verən güclü yanğından sakinlər belə xilas edildi (VİDEO)

    “Yanğın beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mənzillərdən birində başlayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub”.

    Bunu ONA-ya açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

    Onun sözlərinə görə, yanğın nəticəsində dəhlizdəki elektrik kabelləri yüksək temperaturdan əriyib. Yaranmış qatı tüstüdən zəhərlənən bir nəfər dünyasını dəyişib, tüstüdən zəhərlənən bir neçə nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.

    ONA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 120 ailənin yaşadığı yataqxanadan sakinlər təxliyə olunub, binaya elektrik və qaz verilişi təhlükəsizlik məqsədilə dayandırılıb.

    Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılıb.

    Toksikologiya Mərkəzindən ONA-ya bildirilib ki, yanğın zamanı tüstüdən zəhərlənmiş 5 nəfər Mərkəzə çatdırılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ölənlər Əliyeva Elza və Əliyev Surxay ər-arvaddırlar.

  • “Mərkəzi Bankdan çox şey gözləyirlər” – Elman Rüstəmov

    “Azərbaycan iqtisadiyyatı son 15 ildə sürətlə inkişaf edir”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda “İqtisadiyyatın şaxələndirilməsi – özəl sektorun rolu” forumunda deyib.

    O qeyd edib ki, bugünkü gün əsas məqsəd daha böyük uğura və iqtisadi inkişafa nail olmaqdır və bunun üçün bütün şərtlər var.

    E.Rüstəmov daha sonra bildirib ki, bunun üçün özəl sektoru inkişaf etdirmək, investisiya axınına, o cümlədən xarici investisiyalara yol açmaq vacibdir:

    “Maliyyə sektorunun razılaşdırılması çox vacibdir. Bu istiqamətdə bir sıra vacib işlər aparılır. Burada Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını xüsusi qeyd etmək lazımdır”.

    Baş bankir vurğulayıb ki, Mərkəzi Bank monetar siyasəti gücləndirməyi planlaşdırır.

  • Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 nəfəri cinayət başında yaxaladı

    2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumlarına 218 müraciət daxil olub.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, müraciətlərdən 104-ü “161-Qaynar xətt” əlaqə mərkəzindən daxil olub, digər 114 müraciət isə fiziki və hüquqi şəxslərin yazılı ərizələri olub.

    Əməliyyat qurumları tərəfindən 24 cinayət işi başlanılıb, keçirilimiş 12 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə 22 nəfər axtarışda olan şəxs saxlanılıb.

    2018-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində 648 cinayət işinin ibtidai araşdırılması aparılıb.

  • “Sovetski” sakinlərinə kompensasiya hansı əsaslarla verilir?

    Nazirlər Kabineti millət vəkillərinin qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan keçmiş “Sovetski” deyilən ərazidə və onun ətrafında yerləşən sökülən evlərin kompensasiyasının məbləğini manatın inflyasiyası nəzərə alınmaqla, heç olmasa, hər kvadratmetrə görə 2 min manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzillər vermək təklifinə cavab verib.

    Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqqında hesabatda bildirilib ki, Bakı şəhərinin Yasamal rayonu – Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 800 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır.

    “Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadratmetri üçün son hədd 1500 manat, digər sahələr üzrə isə bir kvadratmetr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300-1200 manat arasında qiymət təklif edilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun həyata keçirilir”, – hesabatda qeyd olunub.

    ///ONA

  • Rəqsanənin plastik əməliyyatdan əvvəlki halı – Foto

    Müğənni Təranə Qumral son günlər paylaşdığı arxiv fotolarla gündəmə gəlib.

    Sənətçi hətta küsülü olduğu ifaçılarla belə illər əvvəl çəkdirdiyi şəkillərini İnstaqram səhifəsində yerləşdirib.

    Təranənin yayımladığı fotolardan biri də müğənni Rəqsanə İsmayılova olub. Rəqsanənin arxiv şəkli izləyicilərin müzakirəsinə səbəb olub. Belə ki, foto ifaçı plastik əməliyyat etdirməzdən əvvəl lentə alınıb.

    Sosial şəbəkə istifadəçiləri İsmayılovanın indi çox dəyişdiyini vurğulayıblar.

    Qeyd edək ki, Rəqsanə burnunda, üzündə, dodaqlarında plastik əməliyyat etdirib.

    ///Axşam.az

  • Problemli kreditlərlə bağlı əlavə təkliflər var – 10 min dollardan yuxarı olan məbləğlər…

    Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bank ilə birlikdə xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri martın 15-dək təsdiq etməlidir.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq kompensasiya mexanizminin artıq hazırlanmaqda olduğundan bu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bir sıra digər təkliflərin də qəbulunu məqbul hesab edir.

    Belə ki, iqtisadçının fikrincə, 10 min dollar qalıq məbləği differensial olaraq müəyyənləşdirilməlidir: “Yəni, əgər vətəndaşımız 20 min dollar kredit alıbsa və devalvasiya zamanı onun əsas məbləğ üzrə kredit qalığı 14 min dollar olubsa, o zaman kompensasiya mexanizmi həmin məbləğin 10 min dollarına hesablansın. Bu halda formula belə olsun: 14 min dollarlıq kredit üzrə kompensasiya hesablanan məbləğ 10 min dollar, kompensasiyaya düşməyən hissə 4 min dollar. Bu qayda tətbiq olunarsa, o zaman devalvasiya zamanı qalıq məbləği 10 min dollardan çox olanlar da kompensasiyadan yararlana biləcəklər”.

    Ekspert təklif edir ki, əsas məbləğ üzrə qalıq məbləği 10500-dək olan bütün kreditlər yuvarlaq olaraq 10 min dollarlıq qalıq məbləği kimi qəbul olunsun və kompensasiya tətbiq olunsun: “Məsələn, vətəndaşımız 20 min dollar kredit götürüb və onun əsas məbləğ üzrə qalıq məbləği devalvasiya zamanı 10100 dollar olub, yəni 10 mindən cəmi 100 dollar çox. Belə kreditlərə də kompensasiya hesablanıb ödənilsin.

    Əgər birinci təklif qəbul olunarsa, o zaman ikinci təklifin ayrıca qəbuluna ehtiyac qalmır”.

    V.Bayramov hesab edir ki, güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən bütün kreditlərə şamil olunmalıdır: “Manat kreditinə güzəşt hesablanan zaman kredit müqavilələri üzrə əsas məbləğin və ya faiz borclarının ödənilməsində 360 gündən çox gecikdirilmiş borclar əsas götürüləcək. Daha məqsədə uyğun olardı ki, qaydaları hazırlayan zaman güzəşt son 1 ildə problemli kredit kimi rəsmilləşən qalıq məbləği nəzərə alınmaqla bütün kreditlərə şamil olunsun. Yəni, vətəndaşımız 15 min manat kredit götürüb, onun krediti 1 il öncədən daha əvvəl problemli kredit kimi rəsmilləşib və o, 1 il ərzində müəyyən ödənişlər də edib və həmin şəxs də güzəştdən faydalansın”.

    Ekspertin fikrincə, manatla kreditlərdə əsas qalıq məbləği müəyyənləşən zaman da differensial metodun tətbiq olunması məqsədəuyğundur: “Yəni, əsas məbləğ üzrə qalıq 30 min manat olan problemli manat kreditinin 17 min manatına güzəştlərin tətbiqi həyata keçirilsin”.

    Bundan başqa o, hesab edir ki, məbləği böyük olmayan xarici valyutada olan lizinq kreditlərinə də kompensasiyanın tətbiqi imkanlarına baxılması məqsədəuyğun olardı.

  • Nazir müdiri işdən çıxardı – Yeni təyinat

    Təhsil naziri Ceyhun Bayramov şöbə müdirini işdən çıxarıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Ceyhun Bayramovun müvafiq əmri ilə, nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev vəzifəsindən azad olunub. Onun yerinə İlqar Mahmudov təyin edilib.

    Xəbəri Təhsil Nazirliyindən təsdiqləyiblər.

    Qeyd edək ki, İlqar Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.