Month: March 2019

  • Yer kürəsinin yaxınlığından daha bir asteroid keçib

    Yer kürəsinin 441 min kilometr məsafəsindən “2015 EG” asteroidi keçib.

    Median.Az “Space.com”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) məlumat yayıb.

    42 metrədək ölçüyə malik asteroid ilk dəfə NASA tərəfindən 2015-ci ildə müşahidə olunub.

    Qeyd edək ki, “Catalina Sky Survey” tədqiqat proqramı çərçivəsində bu ilin fevral ayının 11-də “2019 CN5” asteroidinin Yer kürəsindən cəmi 118,2 min kilometr, ayın 15-də isə “2019 CS5” asteroidinin 400 min kilometr məsafədə keçdiyi bildirilir.

  • İnam Kərimov: “Azərbaycan – Bolqarıstan münasibətləri strateji xarakter daşıyır”

    Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Bolqarıstanın Milli Gününə həsr olunmuş tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

    “Ölkələrimiz arasında diplomatik münasibətlər qurulduğu 27 il ərzində əməkdaşlığımız artan sürətlə inkişaf edib. Bu münasibətlərin gücləndirilməsinə böyük əhəmiyyət verən Azərbaycan əməkdaşlığı daha da genişləndirmək üçün böyük potensial görür. Hər iki ölkənin prezidentlərinin məqsədyönlü siyasəti nəticəsində münasibətlərimiz daha da inkişaf edir”, – deyən nazir bu günədək iki ölkə arasında 55 sənədin imzalandığını da diqqətə çatdırıb.

    Həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən İ.Kərimov sazişin icrasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

    1999-cu ildə yaradılan birgə əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində də əməkdaşlığın inkişaf etdiyini deyən nazir həmçinin enerji sahəsindəki əməkdaşlığın genişlənməsi baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini dilə gətirib.

  • Bakıda 18 yaşlı gənc qarət edildi

    Bakı sakini küçədə soyğunçuluğa məruz qalıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə polisə Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədbəyli Tofiq Toğrul oğlu məlumat verib.

    O bildirib ki, martın 3-də tanışları Gülməmməd, Ceyhun və Ayxan adlı şəxslər paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi 36 ünvanında onun “Samsung-J2-prima” markalı mobil telefonunu danışmaq adı ilə alsalar da, sonradan telefonu qaytarmayıb, hadisə yerindən qaçıblar.

    Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Məcidov Gülməmməd İlqar oğlu saxlanılıb, digər şəxslərin isə axtarışları davam etdirilir.

  • Мать нигерийского футболиста оказалась на свободе спустя неделю после похищения

    Мать нигерийского нападающего “Бордо” Самуэля Калу оказалась на свободе спустя неделю после похищения преступниками.

    Как сообщает Median.Az, по словам представителей полиции, женщину освободили прошлой ночью, после чего ей удалось добраться до дома.

    При этом защитники правопорядка не уточнили, был ли в итоге выплачен залог, который требовали злоумышленники.

    Отметим, что мать Самуэля Калу была похищена 27 февраля.

    Злоумышленники потребовали за женщину выкуп в размере 3 млн нигерийских найр (около 8 тыс. долларов), однако нарушили обещание и не отпустили её после выплаты суммы. Последним требованием преступников была выплата 15 млн найр (около 41 тыс. долларов).//report.az

  • Futbolçunun anası oğurlandıqdan bir həftə sonra sərbəst buraxılıb

    Nigeriya yığmasının və Fransanın “Bordo” klubunun futbolçusu Samuel Kalunun oğurlanan anası cinayətkarlar tərəfindən sərbəst buraxılıb.

    Median.Az xəbər verir ki, polis qadının ötən gecə sərbəst buraxıldıqdan sonra evə getdiyini bildirib.

    Həmçinin hüquq-mühafizə orqanları oğruların qadın üçün tələb etdikləri məbləği alıb-almadıqlarını araşdırmalıdırlar.

    Qeyd edək ki, Samuel Kalunun anası fevralın 27-də oğurlanıb. Qadını oğurlayan şəxslər əvvəl 8,3 min dollar pul istəsələr də, sonuncu tələbləri 41 min dollar olub.//report.az

  • Sumqayıtda əl qumbarası tapılıb

    Sumqayıtda əl qumbarası tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, martın 5-i saat 14:57-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 15:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

    Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə H.Z.Tağıyev adına çeşidləmə dəmiryolu stansiyasının ərazisinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Əl qumbarasının ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//report.az

  • ARDNF açıqlama yayıb

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) açıqlama yayıb.

    Qurumdan verilən məlumata görə, açıqlamada bildirilir ki, bir sıra kütləvi informasiya vasitələrində investisiya idarəetmə sahəsində heç bir təcrübəyə malik olmayan, qlobal maliyyə bazarlarındakı son trendləri izləməyən və səhm bazarlarındakı mövcud vəziyyəti araşdırmayan, suveren fondların investisiya fəaliyyətinin necə reallaşdırıldığı, onların investisiya fəaliyyətlərinin nəticələri və ümumiyyətlə, portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) 2018-ci ilin yekunları üzrə göstəricilərinin açıqlanmasının gecikdirilməsi və buna səbəb olaraq Fondun vəsaitlərinin düzgün idarə edilməməsi nəticəsində investisiya portfelinin gəlirliliyinin az olması barədə səsləndirilən əsassız fikirlər yer almaqdadır.

    Vurğulanır ki, hər ilin sonunda ARDNF-in aktivlərinin yenidən qiymətləndirilməsi və auditi aparılır və bütün bu məlumatlar yalnız qeyd olunan proseslər yekunlaşdıqdan sonra açıqlana bilər. Eyni zamanda ARDNF-in fəaliyyəti barədə Fondun İcraçı direktorunun müsahibə və çıxışları zamanı gəlirliliyin az olmasına birbaşa təsir edən amillər və bunun hansı səbəblərdən qaynaqlandığı barədə məlumatlar ictimaiyyətə açıqlanıb.

    Qeyd olunur ki, 2018-ci il beynəlxalq səhm bazarları üçün çox çətin il olub. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində qlobal səhm bazarlarında müsbət nəticələr əldə olunmasına baxmayaraq, sonuncu rübdə dünyanın əksər əsas iqtisadiyyatlarında qlobal iqtisadi artımın zəifləməsi barədə bədbin proqnozlar fonunda səhm bazarlarında mənfi gəlirlilik qeydə alınıb. “Brexit” ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması, eləcə də Birləşmiş Ştatlarda yüksələn faiz dərəcələri fonunda şirkət gəlirləri ilə bağlı bədbin gözləntilər kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərib.

    2018-ci ildə səhm bazarlarında yaşanan yüksək qiymət dəyişkənliyi mühiti və bu əsnada yaranan enmə trendi bir çox uzunmüddətli institusional investorlar (o cümlədən, aparıcı suveren ehtiyat fondlarının əksəriyyəti) üçün də təsirsiz ötüşməyib. Belə ki, investisiya portfelinin əhəmiyyətli hissəsinin səhm aktivlərinin təşkil etdiyi bu investorlar gəlirliliklərində aşağı və ya mənfi nəticələr əldə ediblər. Misal üçün, 2018-ci ildə Norveçin suveren fondu Dövlət Pensiya Fondunun gəlirliliyi – 6,1 faiz, Alyaska və Yeni Zelandiyanın suveren fondlarının gəlirliliyi isə müvafiq olaraq -1,1 faiz və -2,18 faiz olub. Qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət, əlbəttə ki, digər investorlar kimi ARDNF-in də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35 faiz olub.

    “Bir daha qeyd etmək istərdik ki, ARDNF-in əsas missiyası neft gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılması, habelə toplanan vəsaitlərin daimi gəlir mənbəyinə çevrilməsidir. Neft Fondunun investisiya portfelində səhm, daşınmaz əmlak, qızıl kimi aktivlərin də yer almasında əsas məqsəd uzunmüddətli dövrü əhatə edən qlobal investisiya portfelinin qurulmasıdır. Səhmlər də investisiya aktivi olaraq bu portfel üçün xüsusi əhəmiyyət kəsb edir. Şirkətlərdə sahiblik statusu verən, onların mənfəət artımını, eləcə də iqtisadi artım kimi önəmli komponentləri öz dəyərində əks etdirən səhm yatırımları uzunmüddətli dövr ərzində daha yüksək gəlirlilik vəd etməklə investisiya portfelinin şaxələndirilməsində müstəsna rol oynayır. Səhmlərin portfeldə optimal həcmdə yer alması ARDNF-in vəsaitlərinin real dəyərinin qorunmasında, o cümlədən onların alıcılıq qabiliyyətinin saxlanılmasında böyük əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, səhm investisiyaları qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə xarakterizə olunur ki, bu da, öz növbəsində, müəyyən zaman kəsiklərində investisiya portfelinə əlavə volatillik gətirir”, – deyə açıqlamada bildirilir.//report.az

  • Dubayda “Üzən Venesiya” adlı istirahət mərkəzi tikiləcək

    Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Üzən Venesiya” (“Floating Venice”) adlı böyük istirahət mərkəzinin tikilməsi nəzərdə tutulur.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, 414 otaqdan ibarət olacaq dördmərtəbəli binanın birinci mərtəbəsi suyun altında olacaq.

    Müştərilər istirahət yerlərinə qayıqlarla daşınacaq. 2021-ci ilə başa çatdırılması nəzərdə tutulan mərkəz 680 milyon dollara başa gələcək.

    Qeyd edək ki, “Üzən Venesiya” “Avropanın qəlbi” adlı süni ada şəklində Avropanın ayrı-ayrı ölkə və şəhərlərinin kiçik maketi şəklində düşünülən layihənin bir hissəsi olacaq.//report.az

  • Полада Бюльбюльоглу объявили «Послом года» – ФОТО – ВИДЕО

    Церемония награждения чрезвычайного и полномочного посла Азербайджана в России Полада Бюльбюльоглу, признанного «Послом года», прошла сегодня в посольстве Азербайджана в Москве. Об этом сообщает «Вестника Кавказа».

    Опрос проводился среди посетителей сайта UTRO.AZ. По словам главного редактора издания Хабила Агазаде, в нем приняли участие более 10,5 тыс. человек.

    По итогам опроса послом года был признан Полад Бюльбюльоглу: за него проголосовал 41% респондентов.

    Второе место занял посол Азербайджана на Украине Азер Худиев с результатом 17,82%, третьим стал посол Азербайджана в Катаре Рашад Исмаилов (12,02% голосов).

    Выступая на церемонии награждения, посол Азербайджана в России призвал своих коллег не обижаться на него.

    «Наверное, сказывается то, что я просто все-таки еще иногда выступаю на сцене как артист, как композитор, наверное, поэтому есть популярность. В принципе, все мои коллеги, вся азербайджанская дипломатия напряженно работает в непростых условиях. Мне хочется всем своим коллегам пожелать успехов», – сказал Полад Бюльбюльоглы.

    «У меня теперь единственная мечта в жизни — это такой замечательный фестиваль, который я, будучи министром культуры, проводил в Карабахе. Он назывался “Хары-бюльбюль”. “Хары-бюльбюль” – это цветочек, который растет только в предгорьях Карабаха. И вот под таким красивым названием четыре года подряд проводился фольклорный фестиваль, куда приезжали гости со всего мира – из Америки, Европы, Австралии. И поэтому у меня осталась единственная мечта – возобновить этот фестиваль и провести его когда-нибудь в Шуше», – заключил дипломат.

  • Kişi şahmatçılardan ibarət Azərbaycan millisi dünya çempionatının ilk turunda məğlub olub

    Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

    Median.Az report-a istinadən xəbər verir ki, duel Azərbaycan komandasının məğlubiyyəti ilə yekunlaşıb. Rauf Məmmədov Dinq Lirenə, Eltac Səfərli Vey Yiyə, Qədir Hüseynov isə Yu Yanqyiyə məğlub olub.

    Nicat Abbasov isə Bu Syançji ilə heç-heçə oynayıb.

    Qeyd edək ki, Azərbaycan yığması ikinci turda İngiltərə ilə qarşılaşacaq.

    Dünya çempionatı, I tur

    Çin – Azərbaycan – 3,5 : 0.5

    Dinq Liren – Rauf Məmmədov – 1:0

    Yu Yanqyi – Qədir Hüseynov – 1:0

    Vey Yi – Eltac Səfərli – 1:0

    Bu Syançji – Nicat Abbasov – 0,5:0,5

    Birinci turun digər qarşılaşmaları

    Hindistan – İsveç – 3.5:0.5

    İran – Rusiya – 1.5:2.5

    Misir – ABŞ – 1:3

    İngiltərə – Qazaxıstan 2.5:1.5