Month: March 2019

  • “Ermənistan rəhbərliyinin son bəyanatları danışıqlar prosesinə ciddi xələl gətirir” – Elmar Məmmədyarov – FOTO

    Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarovla nazir Miroslav Layçak arasında keçirilən təkbətək görüşdən sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər.

    Qonağı salamlayan E.Məmmədyarov Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in mühüm rol oynadığını qeyd edərək, bu xüsusda üzv ölkələrin ərazisində mövcud olan və həlli uzadılmış münaqişələrin bu təhlükəsizliyə ciddi hədə olduğunu vurğulayıb. Nazir fəaliyyətdə olan sədrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verib. O, Ermənistan rəhbərliyinin son bəyanatlarına toxunaraq bu kimi bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini vurğulayıb. Azərbaycanın danışıqlar prosesində mövqeyinin dəyişilməz olduğunu söyləyən nazir işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı köçkünlərin öz torpaqlarına geri qayıtmasının danışıqların təməl daşı olduğunu və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğunu söyləyib.

    Öz növbəsində Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə toxunaraq münaqişələr və onların humanitar nəticələrinin qarşısının alınması, vasitəçilik edilməsi və yumşaldılması məsələsinin bu sırada olduğunu qeyd edib. Bu xüsusda, fəaliyyətdə olan sədr səfərinin münaqişə ilə bağlı vəziyyətə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib.

    Tərəflər daha sonra Azərbaycan-ATƏT əməkdaşlığı gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. ATƏT-in iqtisadi və ətraf mühit məsələlərindən ibarət ikinci ölçüsü üzrə əməkdaşlığın canlandırılması məsələsinə toxunan nazir Məmmədyarov bağlılıq məsələlərinə xüsusi diqqət ayrılmasını qeyd edib. O, slovakiyalı həmkarına “Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə keçirilən xarici işlər nazirlərinin dördtərəfli görüşü barəsində məlumat verib.

    ATƏT-in ikinci ölçüsü üzrə əmkdaşlığın inkişaf etdirilməsi fikrini dəstəkləyən fəaliyyətdə olan sədr bu xüsusda, ATƏT-in İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsini qeyd edib.

    Azərbaycan-Slovakiya münasibətlərinə toxunan nazirlər Slovakiyanın Baş nazirinin ölkəmizə həyata keçirdiyi son səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Bu xüsusda, slovakiyalı diplomat tezliklə ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılması ilə bağlı siyasi qərarını vurğulayaraq, bu qərarın ikitətəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini bildirib.

    Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • В Баку снесут дом-музей Джафара Джаббарлы? – ОТВЕЧАЕТ МИНИСТР

    С 2006 года здание, в котором расположен дом-музей Джафара Джаббарлы не принадлежит государству. Об этом, как сообщает Trend Life, сказал во вторник журналистам на пресс-конференции министр культуры Азербайджана Абульфас Гараев.

    По словам министра, для проведения ремонтно-восстановительных работ за счет государства здание должно быть на его балансе.

    “По решению членов семьи Джафара Джаббарлы это здание было ими приватизировано. Однако, с течением времени здание пришло в непригодное состояние. В 2010 году, когда ухудшилось состояние здания, мы были вынуждены все музейное имущество передать в Азербайджанский государственный театральный музей имени Джафара Джаббарлы. Семья хочет, чтоб на месте Дом-музея было построено новое здание, а на первом этаже было бы выделено место для музея”, – сказал министр.

  • İlham Əliyev və Mehriban Əliyeva Od çərşənbəsini belə qeyd etdi – FOTO

    Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da Od çərşənbəsini tonqal ətrafında qeyd edib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu barədə İnstaqramda şəkil paylaşıb və bu sözləri yazıb: “Çərşənbəniz Mübarək olsun!”

  • Ukraynada dörd azərbaycanlı saxlanılıb

    Ukraynanın Luqansk sərhəd xidmətinin əməkdaşları dörd nəfər Azərbaycan vətəndaşını saxlayıb.

    Ostro.org portalının məlumatına görə, onlar Ukrayna vətəndaşı ilə birlikdə Trotsk qəsəbəsində yaxalanıblar.

    Bununla bağlı Ukraynanın Dövlət Sərhəd Xidmətinin Şərq İdarəsi məlumat yayıb.

    Bildirilib ki, azərbaycanlıların üzərində lazımı sənədlər olmayıb, ukraynalı isə onları şəxsi avtomobilində qanunsuz yolla sərhəddən keçirməyə çalışıb.

    Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

  • “Milan” 600 milyon avro dəyərində yeni stadion tikəcək

    “Milan” və “İnter” hazırkı “San-Siro” stadionunun yaxınlığında yeni arenanın birgə tikintisi layihəsini nəzərdən keçirirlər. “Rossoneri” artıq meriyanın razılığını əldə edib, ona yalnız “neradzurri”nin qərarını gözləmək qalıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, stadion 60 min tamaşaçı üçün nəzərdə tutulur. Layihəyə görə, Milan klublarının hazırkı ev stadionu söküləcək, cəmi bir neçə yüz metr aralıda 60 min yerlik yeni qurğu Nyu-Yorkda yerləşən “MetLife Stadium”un modeli əsasında tikiləcək. Layihəyə, həmçinin konsertlərin təşkili üçün 5 min yerlik stadion və yeni ticarət mərkəzi daxildir.

    Dəyəri təxminən 600 milyon avro təşkil edən yeni stadionun 2023-cü ilədək tikiləcəyi gözlənilir.

    “Milan”ın icraçı direktoru İvan Qazidis “İnter” komandasından olan həmkarı Alessandro Antonello ilə birgə artıq Amerika Birləşmiş Ştatlarına səfər edib, “Goldman Sachs” bankı ilə tikintinin maliyyə variantlarının müzakirəsini aparıb və digər müasir stadionların layihələri ilə tanış olublar.

  • Почему люди и животные нуждаются во сне – ответ ученых

    Все многоклеточные живые существа тратят примерно треть своей жизни на сон из-за того, что в это время клетки их мозга проводят масштабные “ремонтные работы” по починке своей собственной ДНК. Это объясняет существование этой странной формы поведения. Об этом, как передает Median.Az со ссылкой на РИА Новости, пишут ученые в журнале Nature Communications.

    “Этот процесс можно сравнить с ямочным ремонтом на автострадах. Выбоины и трещины постоянно появляются на дорожном полотне во время движения машин, особенно в час пик, однако чинить их рациональнее всего ночью, когда ремонтным работам никто не мешает”, – рассказывает Лиор Аппельбаум (Lior Appelbaum) из университета Бар-Илана в Рамат-Гане (Израиль).

    Как сегодня считают ученые, мозг и гормональная система человека и всех остальных животных постоянно вырабатывает два типа сигналов – один из них заставляет организм спать, а другой – не дает ему заснуть. Колебания в силе этих сигналов, порождаемые суточными ритмами, заставляют нас засыпать ночью и просыпаться утром, и нарушения в их работе могут приводить к развитию бессонницы или нарколепсии.
    В последние годы биологи находят все больше следов того, что эти сигналы влияют не только на желание поспать, но и на работу многих клеточных систем. В частности, нарушения сна оказались связаны с ускоренным развитием болезни Альцгеймера, быстрым старением всех клеток тела и многими другими серьезными проблемами со здоровьем.
    Все эти открытия, как отмечают Аппельбаум и его коллеги, не дают ответа на главный вопрос – что именно происходит в мозге и в других частях организма во время сна. Часть ученых считает, что в это время тело чинит повреждения, а нервные клетки запоминают или отбрасывают накопленную за день информацию, однако ни ту, ни другую теорию строго никто не проверял.

    Израильские молекулярные биологи проверили эти идеи и раскрыли реальную причину того, почему нашему мозгу нужен сон, обратив внимание на одну необычную особенность нейронов – их длительная и повышенная активность ведет к накоплению разрывов и других серьезных поломок в их ДНК.
    Это заставило ученых предположить, что мозг использует время сна для ускоренной починки подобных повреждений двойной спирали и других процедур по “зачистке” клеток от повреждений. Они проверили, так ли это на самом деле, поменяв геном рыб-зебр таким образом, что концевые участки их хромосом начали светиться.

    Дополнительно ученые встроили аналогичные сегменты ДНК в другой набор генов, благодаря чему нейроны начали испускать вспышки света при их активации. И те, и другие модификации позволили израильским исследователям проследить за тем, как отличается работа нервных клеток во время сна и бодрствования.
    Как оказалось, хромосомы в нейронах рыб-зебр почти не двигались и оставались в частично “свернутом” состоянии в те времена, когда их обладатель продолжал бодрствовать. Когда рыба засыпала, “размах” движений нитей ее ДНК вырастал почти в два раза, из-за чего хромосомы начинали постоянно менять свою пространственную конфигурацию.

    Параллельно происходили два других важных изменения – уровень электрической активности связанных друг с другом групп нейронов заметно падал, а число молекул, участвующих в починке разрывов в геноме, наоборот, достигало необычно больших значений.

    Открыв эту необычную взаимосвязь, ученые проверили, что произойдет, если помешать хромосомам двигаться. Для этого они вставили в геном рыб-зебр дополнительные копии гена Lap2B, отвечающего за производство особого белкового “клея”, скрепляющего хромосомы, и проследили, как это изменение повлияет на жизнь нейронов.

    Эти опыты подтвердили подозрения ученых – блокировка перемещений хромосом резко замедлила починку ДНК и привела к тому, что число повреждений в геноме ночью начало не падать, а расти. Соответственно, сон и связанные с ними процессы внутри нейронов оказались критически важными для их выживания и поддержки работоспособности.
    “Несмотря на то, что сон мешает нам воспринимать опасности в окружающей среде, все живые существа, начиная с медуз и заканчивая человеком, нуждаются в подобном периоде покоя для эффективной починки ДНК. Скорее всего, это и есть причина того, почему эта форма поведения возникла в далекой древности и дожила до наших дней”, – заключает Аппельбаум.

  • Bakıda gənc oğlandan ağlagəlməz fırıldaqlıq… – VİDEO

    Bakıda 25 yaşlı gənc qızıl mağazalarından eyni üsulla müxtəlif qızıl dəstlər ələ keçirib. O, internet üzərindən qızıl sifariş verib və ünvana çatdırılan qızılları götürərək aradan çıxıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Əbdürrəhimov Murad Mehman oğlu öncə qızıl mağazalarının “İnstagram” hesablarına yazaraq qızıl dəstə almaq istədiyini bildirib.

    Sonra isə seçdiyi dəstlərin onun ünvanına çatdırılmasını istəyib. Beləliklə, qızılları əldə edən Murad aradan çıxıb.

    Satıcının sözlərinə görə, Murad onlardan oğurladığı qızılı başqa bir mağazaya dəyərindən aşağı qiymətə satıb.

    Məsələ ilə bağlı Sabuncu polis idarəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

  • Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb

    Səbail rayonunda, Bibiheybət məscidindən üzü şəhər istiqamətində çökən yol yenidən bərpa olunur.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, təmir işləri aparıldığından bu istiqamətdə yolun hər iki tərəfində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

    Ərazidən şəhərə gələn və əks istiqamətə hərəkət edən 125 saylı marşrut avtobusunun da istiqaməti dəyişdirilərək 20-ci sahə dairəsinə yönləndirilib.

    Qeyd edək ki, Bibiheybət məscidinin ətrafı tektonik ərazi sayıldığından buradakı yolda vaxtaşırı belə problemlər ortaya çıxır.

  • Bərdədə ev ehtiyatsızlıqdan yanıb

    Bərdə rayonunda yaşayış evində yanğın baş verib.

    Median.Az report-a istinadən verdiyi məlumata görə, hadisə Dəymədağlı kəndində qeydə alınıb.

    Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Əliyevə məxsus yaşayış evində yanğına səbəb siqaretlə ehtiyatsız davranma olub. Belə ki, siqaretin közünün divanın üstünə düşməsi evin alova bürünməsi ilə nəticələnib.

    Yanğına ilk olaraq ailə üzvləri müdaxilə etməyə çalışsalar da, alovun qarşısını ala bilməyiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Şöbəsinin əməkdaşları cəlb olunub. Alov yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülüb.

    Qeyd edək ki, bu gün Bərdə rayonunda 27 yaşlı qadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.

  • Lukaşenkodan KTMT baş katibi ilə bağlı vacib tapşırıq

    Belarus prezidenti Aleksandr Lukaşenko hökumətə qısa müddətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsi ilə bağlı tapşırıq verib.

    Median.Az teleqraf.com-a istinadən bildirir ki, Lukaşenko hökumətin bu gün keçirilən iclasında KTMT ilə bağlı vəziyyəti “qeyri-qənaətbəxş” adlandırıb.

    Xatırladaq ki, son vaxtlar Minsklə İrəvan arasında KTMT baş katibliyi ilə bağlı fikir ayrılığı ortaya çıxıb.

    Bu, Ermənistanın KTMT-dəki nümayəndəsi, eləcə də, təşkilatın baş katibi Yuri Xaçaturovu geri çağırması ilə bağlı olub.

    Belarus bu posta namizəd kimi Təhlükəsizlik Şurasının baş katibi Stanislav Zası təklif edib.