Month: March 2019

  • “GEN” MMC tikinti şirkətinin aldatdığı payçılar evlərini tələb edir – Video

    “GEN” MMC tikinti şirkətinin aldatdığı vətəndaşların nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.

    Ona görə də, zərərçəkənlər onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarının icra olunmamasından şikayətçidirlər.

    Bizimyol.info xəbər verir ki, aldadılmış vətəndaşlar onlara dəymiş zərərin ödənilməsi ilə bağlı bu gün aksiya keçiriblər.

    Etirazçılar bəyan ediblər ki, bu gün onların uşaqları, nəvələri kirayə mənzillərdə yaşamağa məhkum olunublar.
    Vətəndaşlar isə əlindəki sənədlərlə baş-başa dövlət orqanlarına gedib-gəlməkdən bezdiklərini deyiblər.
    Xatırladaq ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev ev almaq istəyən 350-dən artıq vətəndaşın külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinərək həbs olunub.

    Aksiyadan hazırladığımız reportajı təqdim edirik:

  • Президент наградил Адалята Велиева

    Адалят Магсад оглу Велиев награжден орденом «Эмек» третьей степени.

    Соответствующее распоряжение подписано 5 марта президентом Ильхамом Алиевым.

    А.Велиев удостоен награды за продолжительную плодотворную деятельность в сфере культуры в Азербайджане.

    Отметим, что в этом году А.Велиеву исполняется 60 лет. В 1993-2006 гг. он занимал должность замминистра культуры, 2006-2018 гг. – замминистра культуры и туризма Азербайджана.

  • Prezident Ədalət Vəliyevi ordenlə təltif edib

    Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

    Bu barədə müvafiq sərəncamı martın 5-də prezident İlham Əliyev imzalayıb.

    Ə.Vəliyev mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

    Qeyd edək ki, bu il Ə.Vəliyevin 60 yaşı tamam olur. O, 1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-2018-ci illərdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

  • Ильхам Алиев позвонил Расиму Балаеву

    Президент Ильхам Алиев провел телефонный разговор с народным артистом Расимом Балаевым.

    Как передаёт Median.Az, об этом сам Расим Балаев сообщил сайту Ölkə.Az.

    «Несколько минут назад господин Президент разговаривал со мной по телефону. Он сказал, что это (неприглашение Расима Балаева на встречу Президента с деятелями культуры) не связано с его отношением ко мне, а вина тех, кто составил список. Президент сказал, что в этом году сфере кинематографа было выделено пять миллионов манатов.

    В следующем году средства для кинематографа будут включены в бюджет. Он спросил меня, какие у меня были бы предложения, если бы я участвовал. Я ответил, что мои предложения совпадают со словами Мехрибан Заки».

    Отметим, что 1 марта Президент Ильхам Алиев и Первая леди Мехрибан Алиева встретились с деятелями культуры и искусства. Р.Балаев на встречу приглашен не был.

  • İlham Əliyev Rasim Balayevə zəng vurdu

    Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.

    Bu barədə Ölkə.Az-a Rasim Balayev özü məlumat verib.

    “Bir neçə dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı.

    Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür”.

    Qeyd edək ki, martın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. R.Balayev görüşə dəvət olunmayıb.

    Məlumat üçün bildirək ki, Xalq artisti Mehriban Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi:

    “Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi.

    Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb.

    Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim”.

  • Adam öldürən “Laçın” Ticarət Mərkəzinin sahibinin oğlunun cinayət işindən XƏBƏR VAR

    Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.

    Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. 

    Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-cı il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.

    Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

    Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
     

     

     

     

     

  • BŞİH Müsavatın mitinqinə icazə vermədi

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.

    BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən yürüş etməklə “Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

    Bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.

    ///Report

  • Röya və Leyla Şıxlinskayanın şərab keyfi – FOTOLAR

    Xalq artisti Leyla Şıxlinskaya və əməkdar artist Röya Ayxan bərabər görüntüləniblər.

    Sənətçilərin içki masasında əyləşib, şərab içmələri də diqqətdən yayınmayıb.

    Qeyd edək ki, L. Şıxlinskaya bir müddətdir ki, sahibi olduğu klinikanın işçilərinin oradan 1 milyon manat mənimsəməsi xəbəri ilə gündəmdədir. O, uzun zamandır davam edən məhkəmə prosesindən sonra klinikanı satmaq məcburiyyətində qalıb. 

    /Baku.ws

  • Azərbaycanda artıq bu şəxslər həbs ediləcək – Qanuna dəyişiklik edilir

    Azərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə əlavələr edilir.

    Həmin əlavələrə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

    Bu zərər vurulmuş ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüqüqundan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Qeyd edək ki, yeni layihədə nəzərdə tutulan “müvafiq qurğu” dedikdə mobil nömrə sim-kartları quraşdırılan və internet vasitəsilə qəbul edilən beynəlxalq telefon trafikinin ümumistifadəli telekommunkasiya şəbəkəsinə dolayı yolla istiqamətləndirilməsini təmin edən qurğu başa düşülür.

    Dəyişikliklər Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

  • В Азербайджане вводятся новые штрафы

    В Азербайджане будут штрафовать лиц, нарушивших правила ведения государственного реестра, передаёт Median.Az со ссылкой на Trend.

    В связи с этим вносятся дополнения в Кодекс об административных проступках.

    Согласно этим дополнениям, будет применяться штраф за нарушение законодательства об обременении движимого имущества.

    В дополнениях отмечается, что за непредоставление в государственный реестр данных об обременении движимого имущества в порядке, предусмотренном в законе «Об обременении движимого имущества», а также за намеренное предоставление ложных и неполных данных, физические лица будут оштрафованы на 150 манатов, должностные лица – на 700 манатов, юридические лица – на 2500 манатов.

    Нарушение должностными лицами структуры, ведущей госреестр обременения движимого имущества, правил хранения данных и ведения реестра, будет караться штрафом в размере 2000 манатов.

    Изменения в Кодекс были вынесены на голосование на пленарном заседании парламента Азербайджана и приняты во втором чтении.