Month: March 2019

  • Bakıda dörd şəxsiyyətə heykəl qoyulacaq

    Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sabir Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması məsələsi müzakirə edilir.

    Bunu mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, heykəllərin ucaldılması üçün memarlar müsabiqə yolu ilə seçiləcək:

    “Görüşdə dörd nəfərin heykəlinin ucaldılması məsələsi qaldırmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik”.

  • Bakıda dünyanın dini liderlərinin toplantısı keçiriləcək

    14-15 noyabr tarixində bütün dünyanın dini liderlərinin Azərbaycanda toplanması planlaşdırılır.

    Bunu Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlmasında bildirib.

    Onun sözlərinə görə, hazırda bunun üçün son hazırlıq işləri aparılır.

    “Azərbaycan yalnız nefti və iqtisadiyyatı ilə deyil, mənəvi həyatda gördüyü işlərlə də ölkələr aırasında liderdir”.

  • Azərbaycanda korrupsiya ilə bağlı ən çox müraciət edilən sahələr – SİYAHI

    Ötən il Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 – Qaynar xətti”nə daxil olan müraciətlərlə bağlı statistika açıqlanıb.

    Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, Baş İdarə tərəfindən vətəndaşların 8058 müraciətinə, o cümlədən, 4204 ərizə, şikayətinə baxılıb. Eyni zamanda, Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 3854 müraciətə baxılıb. Həmin müraciətlərdən 3442-si ilkin, 412-si isə təkrar olub. Müraciətlər əsasən, sosial müdafiə, səhiyyə, polis, təhsil, bələdiyyə və digər sahələri əhatə edib.

    Hökumətin hesabatında yer alan siyahını təqdim edirik:
     

    //azxeber

  • Cəfər Cabbarlının ev muzeyi ilə bağlı nazirdən – AÇIQLAMA

    Cəfər Cabbarlının ev muzeyi dövlət balansında olmadığı üçün biz binanın taleyini ailə yaxınları ilə müzakirə edirik.

    Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

    O qeyd edib ki, C.Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil:

    “Həmin ev C.Cabbarlının ailəsi tərəfindən özəlləşdirilib. Bu müddət ərzində binanın təmir-bərpa işləri üçün zəruri tədbirlər həyata keçirilmədiyindən bina yararsız hala düşüb. Lakin binanın dövlət hesabına təmiri üçün o, yalnız dövlət balansında olmalıdır.

    2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o evin yerində yeni ev tikilsin və evin birinci mərtəbəsi C.Cabbarlının ev muzeyi edilsin.

    Bu təcrübə mövcuddur. Ə.Əzimzadənin də ev muzeyinin hazırlanması bu şəkildə aparılıb. Biz özümüz də həmin binanın vəziyyətindən narahatıq. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur.

    Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidir. Ümid edirəm ki, C.Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.
    //oxu.az

  • 8 Marta olan hava proqnozu

    Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.

    Bunu oxu.az-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

    “Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”, – direktor vurğulayıb.

  • Новое назначение в отделе образования

    В отделе образования Шемахинского района новое назначение.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, на должность заведующего отделом назначен Нагиев Намик Рзахан оглу.

    Ранее Н.Нагиев занимал должность заместителя директора Института профессионального развития работников образования.

    Отметим, что бывший заведующий отделом образования Шемахинского района Эйваз Эминалиев был освобожден от должности 22 февраля.

  • Nazir “Planet Parni iz Baku”ya qoyulan qadağadan danışdı: “Müdaxilə edə bilmərəm”

    “”Planet Parni iz Baku”nin fəaliyyəti daim nazirliyin diqqətindədir. Bütün konsertlərin təşkili üçün Heydər Əliyev Sarayında şərait yaradılır”.

    Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, özəl şirkətlər tərəfindən KVN-ə qadağalar qoyulmuşdu:

    “Özəl kanalların fəaliyyətinə birbaşa müdaxilə edib hansısa tapşırıq verə bilmərəm. Mən onlara tövsiyə, məsləhət verə bilərəm. Ötən günlərdə onların yeni filminin təqdimatı oldu”.
    //Baku.ws

  • Потратившие 10% от прибыли на футбол будут освобождаться от налогов

    В апреле АФФА проведет конференцию в связи с поправками в Налоговый кодекс. Будем надеяться, что после этих изменений бизнес начнет активнее вкладываться в футбол.

    Как передает Median.Az со ссылкой на azerifootball.com, об этом заявил генсек АФФА Эльхан Мамедов. По его словам, на мероприятии ожидается участие местных и иностранных компаний, а также представители УЕФА.

    Генсек отметил, что они хотят и в футболе воспользоваться льготами министерства налогов: “Компании, тратящие 10% от своей прибыли на футбол, будут освобождаться от уплаты налога. Ранее такой возможности не имелось. Теперь после этих поправок станут возможны дополнительные источники финансирования”.

  • Azərbaycanda bu məktəb biabırçı gündədir – FOTO

    Cəlilabad rayonunda orta məktəb biabırçı gündədir.

    Bu barədə tanınmış jurnalist Niyaz Niftiyev məlumat yayıb.

    Onun saytımıza verdiyi məlumata gör, şəhid Elxan Fətiyev adına Təzəkənd kənd orta məktəbi acınacaqlı durumdadır.

    “Kənddə ilk ibtidai sinif 1937-ci ildə açılıb. 1957-ci ildə 8 illik, 1986-cı ildə isə hazırda haqqında bəhs etdiyim 11 illik orta məktəb istifadəyə verilib. Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun üstündə yerləşən məktəb istifadəyə veriləndən sonra heç zaman əsaslı və ya cari təmir olunmayıb”.

    Qeyd edək ki, əhalisinin sayı 3500 nəfərə yaxın olan Təzəkənd kənd məktəbi artıq bir neçə ildir bərbad vəziyyətdədir.

    İkimərtəbəli təhsil müəssisəsinin damı uçub, divarları, tavanı dağılıb, taxta pəncərələr sıradan çıxıb, şüşələri qırılıb, elektrik sistemi ümumiyyətlə yox səviyyəsindədir.

    Və belə bir şəraitdə böyük bir kəndin uşaqları dərs keçmək, müəllimləri isə dərs vermək məcburiyyətindədirlər.




































    //Baku.ws

  • Интересная свадьба в Баку: азербайджанка вышла замуж за араба – ВИДЕО

    В Баку состоялась интересная свадьба.

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, об этом сообщили в магазине, где выдают на прокат свадебные платья.

    Отмечается, что невеста является азербайджанкой, а жених – арабом.

    «Свадьба была недавно. Рассказывать подробно о молодоженах не хочется», – говорится в информации.

    Отметим, церемония свадьбы прошла очень красочно. Видно, что жених и невеста счастливы вместе. Как видно на видео, жених-араб говорит и понимает по-азербайджански. Он отмечает, что очень любит свою избранницу.