Month: March 2019

  • Несчастный случай в туристическом комплексе «Шахдаг»

    Представитель иностранной компании получил серьезные травмы в туристическом комплексе «Шахдаг» в Гусарах.

    28 февраля Шепелев Никита Михайлович поступил в Центральную больницу Гусарского района с диагнозом «разрыв печени» и «кровоизлияние в почку», передаёт Median.Az со ссылкой на Qafqazinfo.

    По данным правоохранительных органов, гражданин России Никита Шепелев (1997 г.р.) работает монтажником в азербайджанском представительстве австрийской компании.

    Согласно информации, Н.Шепелев получил серьезные травмы в результате падения на него металлического канатного шкива. Пострадавший был немедленно прооперирован.

    На основании полученной информации, сотрудники полиции и органов прокуратуры провели осмотр на месте происшествия.

    По факту назначена судебно медицинская экспертиза, ведется расследование.

  • Şahdağda bədbəxt hadisə

    Şahdağ Qış-Yay Turizm Kompleksində bədbəxt hadisə baş verib.

    Bu barədə oxu.az-Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilir ki, əcnəbi işçilərdən birinin üzərinə ağır yük aşıb. Yaralı xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

    Həkimlər yaralının həyatını xilas ediblər.

    Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

  • Fazil Mustafa: Bəzi xidmət qurumları bazar günü işləsin

    Xidmət sektorunda vaxt çox ciddi məsələlərdəndir.

    Bunu parlamentin plenar iclasında millət vəkili Fazil Mustafa qeyd edib.

    Deputat qeyd edib ki, insanlar daha çox öz şəxsi problemləri ilə həftənin bazar günləri məşğul olurlar.

    “Məsələn, avtomobillərin satışı məsələsi daha çox bazar günü həyata keçirilir. İnsanlar ara-iş günləri bununla məşğul ola bilmirlər. Ona görə yaxşı olardı ki, vacib xidmət sektoru ilə bağlı bazar günlərinə iş salınsın. Yəni, onlara həftənin ara günlərindən birində istirahət günü verilsin və bunun əvəzində bazar günləri işləsinlər”, – deyə, millət vəkili əlavə edib.

  • Bakıda 13 dərəcə isti olacaq

    Sabah, martın 6-da Bakıda və Abşeron yarımadasında martın 6-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 6-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

  • Siyavuş Novruzov Dilqəm və Şahbaza qurulan məhkəmədən danışdı

    Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir.

    Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    O bildirib ki, dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur:

    “İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır.

    Nəinki Azərbaycanda , eləcədə ölkə sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada məscidlər, sinaqoqlar, kilsələr, bərabər şəkildə təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır”.

    S.Novruzov bildirib ki, biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq.

    “Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var.

    Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.

    Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:

    “Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.

  • Şəkidə 52 yaşlı kişi itkin düşüb – FOTO

    Şəkidə 52 yaşlı kişi itkin düşüb.

    Bununla bağlı DİN mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, 1967-ci il təvəllüdlü, Şəki rayonu Cumakənd sakini Rəşid Yusifov fevralın 27-si axşam saatlarında kənddə yaşadığı evdən mağazaya getmək adı ilə çıxıb və indiyədək geri qayıtmayıb.

    Evdən çıxanda əynində qara rəngli palto və şalvar, göy jaket, ayağında açıq qırmızı rəngli çəkmə olub. Boyu 167 sm, arıq bədən quruluşludur.

    Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • İt boğuşduranların kütləvi davası barədə – RƏSMİ AÇIQLAMA

    Yardımlıda it boğuşduranlar arasında baş vermiş kütləvi dava ilə əlaqədar Daxili İşlər Nazirliyi və Baş prokurorluq birgə məlumat yayıb.

    Bildirilib ki, fevralın 23-ü 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də, Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb, Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq zamanı hadisə yeri müayinə edilib, maddi sübutlar götürülüb, Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib, məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib, şahidlərin ifadələri alınıb və digər zəruri istintaq hərəkətləri aparılıb.

    İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib və Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs-qətimkan tədbiri seçilib.

    Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb, Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam edilib.

    Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi baş prokuror və daxili İşlər naziri tərəfindən xüsusi nəzarətə götürülüb.

    Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Şəhidlərin vərəsələrinə ödəmə üzrə yeni rəqəmlər açıqlandı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 310 şəhid hərbi qulluqçunun 492 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edilib.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Onların siyahısı birdəfəlik ödəmənin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. Yaxın günlərdə müvafiq vəsaitlərin həmin vərəsələrin bank hesablarına köçürülməsi təmin olunacaq.

    Vəsait köçürüldükdən sonra bu barədə onların sənədlərini təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.

    Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 4291 şəhidin 5966 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və onlardan 3981 şəhid üzrə 5474 vərəsəyə ödəniş edilib.

  • От родителей школьников будут требовать код квитанции за свет

    С этого года во время приема детей в первые классы общеобразовательных школ от родителей будут требовать предоставить код квитанции на оплату электричества.

    Как передаёт Median.Az, об этом oxu.azзаявил эксперт по образованию Кямран Асадов.

    Он напомнил о том, что 13 марта начинается прием учеников и сказал, что технические новшества, которые были внедрены в этом году, создают определенные проблемы для родителей.

    «Одна из них – это требование при прохождении регистрации кода квитанции на оплату электричества.

    Эксперт напомнил, что прием документов в школу проводится в онлайн-режиме с 2015 года, и это достаточно большой успех.


    «Раньше при приеме в первый класс возникали некоторые проблемы. Директор школы и учителя выдвигали безосновательные требования. Но сейчас это сделать невозможно. Я считаю, что за последние пять лет самым большим успехом азербайджанского образования стало внедрение услуги электронного приема в дошкольные учреждения и школы. Хотелось бы верить, что это в ближайшее время будет применено везде.

    Напомню о том, что с первого дня введения подачи заявки в электронном виде в результате массового обращения родителей на сайт mektebeqebul.edu.az система не могла нормально функционировать.

    Министерство образования было вынуждено внести изменения. Так, регистрация в общеобразовательные учреждения, расположенные в городах Гянджа, Сумгайыт и на территории Абшеронского района, началась 12 марта 2018 года. В этом году, я думаю, основная причина задержки процесса приема в первые классы связана с реорганизацией системы технического обслуживания», – сообщил эксперт.

  • Nazirlikdən qəribə qərar: Valideynlərdən işıq pulu qəbzinin kodu tələb olunur

    Bu ildən etibarən ümumi təhsil məktəblərində birinci sinfə şagird qəbulu zamanı valideynlərdən elektrik enerjisi qəbzinin kodu tələb olunur.

    Bu sözləri oxu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

    O, şagird qəbulunun 13 martdan etibarən başlanıldığını xatırladıb və deyib ki, bu ildən tətbiq edilən texniki yeniliklər valideynlərdə müəyyən qədər narahatlıq yaradır.

    “Bunlardan biri də qeydiyyatdan keçən zaman valideynlərdən elektrik enerjisi qəbzinin kodunun tələb olunmasıdır.

    Bundan başqa, elektron xidmətlərdən istifadə edən valideynlər tez qeydiyyatdan keçir, amma bu kimi məsələləri zəif bilən, internet imkanları məhdud olanlar qeydiyyatdan gec keçirlər”.

    Ekspert xatırladıb ki, Bakı şəhəri üzrə orta məktəblərə sənəd qəbulu 2015-ci ildən etibarən onlayn xidmət vasitəsilə həyata keçirilir və bu, kifayət qədər böyük uğurdur.

    “Əvvəllər birinci sinifə qəbul zamanı neqativ hallar baş verirdi. Məktəb direktoru, müəllimlər əsassız olaraq bir çox tələblər irəli sürürdülər. Amma indi bu mümkün deyil. Hesab edirəm ki, son beş il ərzində Azərbaycan təhsilinin ən böyük uğuru məktəbəqədər təhsil və ibtidai siniflərə qəbulun elektron xidmətlər göstərməsi ilə həyata keçirilməsidir. İnanmaq istərdim ki, bu proses yaxın zamanlarda bütün ölkə ərazisində tətbiq ediləcək.

    Bir məsələni də xatırladım ki, 2018-ci ildə elektron xidmətlərin tətbiqi ilə bağlı ilk gündən valideynlərin mektebeqebul.edu.az portalına kütləvi şəkildə müraciət etməsi nəticəsində sistem fəaliyyətini davam etdirə bilmədi.

    Təhsil Nazirliyi məcbur olub, dəyişikliklər etdi. Belə ki, Gəncə və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ümumi təhsil müəssisələrinə qeydiyyat 2018-ci il 12 mart tarixində başladı. Bu il, düşünürəm ki, birinci siniflərdə qəbul prosesinin gecikməsinin əsas səbəbi texniki xidmətin yenidən qurulması ilə əlaqədardır”, – deyə ekspert şərh edib.