Month: March 2019

  • Bakıda maraqlı toy – Ərəb bəy, gəlin azərbaycanlı – VİDEO

    Bakıda maraqlı toy keçirilib.

    Bu barədə gəlinlik kirayə verən mağazadan məlumat verilib. Bildirilir ki, gəlin azərbaycanlı, bəy isə ərəbdir.

    “Toy bu yaxınlarda keçirilib. Gəlinlə və bəylə bağlı ətraflı məlumat vermək istəmirik”, – deyə məlumat verilib.

    Qeyd edək ki, çox gözəl məclis keçirilib. Gəlinlə bəyin xoşbəxt olduğu bildirilir. Videodan da göründüyü kimi ərəb bəy Azəybaycan dilində danışa bilir və başa düşür. O, gəlini çox sevdiyini bildirib.
    //Baku.ws

  • Yardımlıda kütləvi dava – Zakir Qaralov və Ramil Usubov işi nəzarətə götürdüYardımlıda kütləvi dava – Zakir Qaralov və Ramil Usubov işi nəzarətə götürdü

    Yardımlıda kütləvi dava baş verib.

    Hadisə ilə bağlı Azərbaycan Republikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Baku.ws-ə məluamt verilib.

    Verilən məlumata görə, 23 fevral 2019-cu il tarixdə saat 17 radələrində Yardımlı rayonu, Ləzran kəndi ərazisində kənd sakini Bəhruz İsgəndərovla rayonun Şovud kənd sakini Teymur Hüseynov arasında münaqişə olub.

    Baş vermiş münaqişə zamanı həmin şəxslər, eləcə də Pərviz İsgəndərov, İbrahim Mirzəyev xəsarət alıb. Bəhruz İsgəndərov aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

    İstintaq zamanı hadisə yeri müayinə edilmiş, maddi sübutlar götürülüb. Bəhruz İsgəndərovun meyiti daxili və xarici müayinə edilib Məhkəmə-tibbi, kompleks məhkəmə-tibbi bioloji və digər ekspertizalar təyin edilib. Şahidlərin ifadələri alınmış və digər zəruri istintaq hərəkətləri aparılıb.

    İş üzrə Teymur Hüseynov ifadəsində Bəhruz İbrahimovu bıçaqla vurmasını etiraf edib. Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 26-da barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

    Rayonun Ləzran kənd sakinlərinin müraciəti nəzərə alınaraq cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinə tapşırılıb,

    Baş Prokurorluq və Daxili işlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılaraq rayona ezam ediliblər.

    Cinayət işinin istintaqı və həyata keçirilən əməliyyat təhlükəsizliyi Azərbaycan Respublikasının Baş prokuroru və Daxili İşlər naziri tərəfindən xüsusi nəzarətə götürülmüşdür.

    Hazırda cinayət hadisəsinin bütün iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • В Агджабеди “ВАЗ 2106” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 4-го марта примерно в 19 часов в поселке Хиндарх автомобиль марки “ВАЗ 2106”, управляемый жителем Агдамского района Д.Аллахвердиевым сбил насмерть жительницу поселка С.Асадову.

    В Агджабединском РОП по факту ведется расследование.

  • Ağcabədi rayonunda “VAZ 2106” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, martın 4-ü saat 19 radələrində Hindarx qəsəbəsində, Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə qəsəbə sakini S.Əsədovanı vurub.

    Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Ağcabədi RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • QİÇS-in müalicəsi tapıldı

    Böyük Britaniyada QİÇS-dən əziyyət çəkən pasiyent kök hüceyrəsinin köçürülməsi sayəsində sözügedən ölümcül xəstəlikdən qurtulub.

    BBC-nin məlumatına görə, bu barədə “The Nature” nəşrində elmi məqalə dərc olunub.

    Kliniki sınaqlarda könüllü olaraq iştirak etmiş xəstənin qanında 18 aydır ki, QİÇS alamətləri izlənilmir və o, artıq HİV-ə qarşı həblər qəbul etmir.

    Habelə tədqiqatçılar onun tam olaraq HİV-dən azad olduğunu deməyin hələ çox erkən olduğunu hesab edir.

    Ekspertlər QİÇS-in müalicəsinə bu innovativ praktikanın heç də bütün HİV xəstələrinin müalicəsində keçərli olmadığını etiraf etsə də, tədqiqatın nəticəsinin bu ölümcül xəstəliyə qarşı effektiv dərmanın hazırlanmasına kömək edəcəyini hesab edir.

    Adı açıqlanmayan londonlu kişi pasiyentə 2003-cü ildə HİV diaqnozu qoyulub, 2012-ci ildə isə fəsadlaşma nəticəsində Hockin Limfomasına tutulub.

    Sonuncudan qurtulmaq üçün kimya terapiyasından keçib və əlavə olaraq ona HİV-ə qarşı immuniteti olan donordan kök hüceyrəsi köçürülüb. Nəticədə, o, həm xərçəngdən, həm də QİÇS-dən qurtulub.

    Bu, artıq kök hüceyrəsi transplantasiyası hesabına QİÇS-ə qalib gəlmə ilə bağlı ikinci haldır. 10 il əvvəl başqa bir şəxs Berlində iki dəfə kök hüceyrəsinin köçürülməsi əməliyyatı keçirmiş və nəticədə, HİV və Leykemiyadan azad olmuşdu.

  • США выдвинули условия России по ДРСМД

    США готовы к переговорам с Россией по Договору о ракетах средней и меньшей дальности (ДРСМД), но на определенных условиях.

    Как передаёт Median.Az, об этом, как сообщил телеканал «Россия 24», заявили в Госдепартаменте.

    Условием переговоров в ведомстве назвали возможность проведения беспрепятственных проверок ради «безопасности США и их партнеров».

    Отметим, накануне президент РФ Владимир Путин подписал указ о приостановлении выполнения договора до того момента, пока США не устранят нарушенные ими обязательства или до прекращения действия соглашения.

    Напомним, 2 февраля после ряда взаимных обвинений в нарушении договора Дональд Трамп объявил о выходе из ДРСМД. В то же время Россия неоднократно заявляла, что строго соблюдает свои обязательства по соглашению.

  • Azərbaycandan Həcc ziyarətinə gedənlər üçün qiymət bahalaşdı – RƏSMİ

    Bu il Azərbaycanda Həcc ziyarəti üçün ayrılan kvota məlum olub.

    Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini, müfti Salman Musayev “Report”a açıqlamasında bildirib ki, bu il ziyarət üçün 2000 kvota ayrılıb.

    O qeyd edib ki, ötən il də kvota eyni olub, sadəcə yekunda 1440 nəfər sənəd vermişdi: “Bu il otellərdə fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Yəni, qiymətlərdə 75 dollar artım olacaq”.

    Başqa sözlə, bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

    S.Musayev vurğulayıb ki, fevralın 26-dan etibarən sənəd qəbuluna başlanılıb və proses may ayının sonuna kimi davam edəcək: “Səfərin avqust ayının əvvəlində olması planlaşdırılır. Hazırda AZAL-la dəqiq tarixlər müzakirə olunur, çünki onlar qarşı tərəfdən yol xəritəsi almalıdırlar.

  • İntihar etdiyi deyilən 3 ayın gəlininin anasından şok sözlər: “Əri döyüb öldürüb” – VİDEO

    Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən riyaziyyat müəlliməsi Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir. Mərhumun valideynləri qızlarının hərbçi həyat yoldaşı Ruzi Axundov tərəfindən döyülərək öldürüldüyünü düşünürlər.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, qızının həyat yoldaşı tərəfindən qətlə yetirildiyini düşünən və qızının ölümünün əsl səbəbini bilmək istəyən ana ATV-nin “Bizimləsən” proqramına üz tutub.

    Nisə xanım qızı Afətin heç bir maddi çətinliyinin olmadığını deyib: “Müəllimə işləyirdi, 500-600 manat maaş alırdı. Özünə maşın da almaq istəyirdi. Atası kömək edəcəkdi. Ruzini də sevirdi. Burada başqa səbəblər var. Qızım özünü öldürə bilməzdi. Ruzi yasa da gəlmədi. Düzdür, biz onları dəfn mərasiminə və məclislərə buraxmadıq.

    Buna da əsasımız var. Afət ölən günü həyat yoldaşım ondan soruşub ki, qızım niyə belə etdi. Cavab vermək əvəzinə qaçıb gedib. Qapının ağzında hərbi maşına oturub qaçıb. O gündən onu görməmişik. Günahı yox idisə, bizdən qaçmamalıydı.

    Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruzi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

    Biz Afətin əşyalarını gətirməyə gedəndə divanın üstündə, divarda qan ləkələri var idi. Masanın üstündə yarıyadək içilmiş araq şüşəsi vardı, yanında da stəkanı. Həmin gün Ruzi içkili olub. Qızımı döyüb öldürüb. Sonra da hamını aldatmaq üçün götürüb asıb”.

    Afətlə yaxın münasibətdə olan qonşu qadın “Bizimləsən” proqramına zəng edərək Afətin əri Ruzinin çox qısqanc olduğunu, hətta onun 12 yaşlı oğluna belə qısqandığını deyib.

    Afətin anası proqramda onu da açıqladı ki, Ruzi özünə 2017-ci ilin oktyabr ayında, daha sonra 2018-ci ildə toy etmək üçün onun qabaq qızının adına fərqli tarixlərdə 8 500 və 3 500 manat kredit götürüb.

    Afət Şahverdiyevanın atası Valeh Şahverdiyev da qızının intihar etmədiyini düşünür:

    “Fevralın 8-də qızımın əri Ruzi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib. Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət “papa, məni evə apar” dedi, o an da keçindi. Onun cəsədi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruzi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və “Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz”.

    8 fevral 2019 tarixində ölən Afət 12 noyabr 2018-ci ildə ailə həyatı qurmuşdu.

    Mərhumun valideynləri tərəfindən ittiham olunan Afətin həyat yoldaşı Ruzi Axundov deyib ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri onu da qeyd edib ki, hadisədən əvvəl onlar deyib-gülüblər.

    Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir. Meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.

  • Azərbaycanda 11 yaşlı qız intihar etməyib – TƏFƏRRÜAT

    Zaqatalada 11 yaşlı qızın intihar etməsi ilə bağlı xəbər yayılıb.

    Median.Az xəbər verir ki, hadisə barədə Unikal.org-a açıqlama verən Danaçı kənd 1 nömrəli məktəbin direktoru Əsədəli Nəbiyev bildirib ki, 2008-ci il təvəllüdlü Gülnaz Şaban qızı Naqqayeva intihar etməyib:

    “Mərhumun ailəsinin yaşadığı mənzil kürsülüdür. Uşaq oynayan vaxt evə bitişik yığılan taxtaların üzərində tullananda ayağı ilişib, paltar asmaq üçün olan kəndir boğazına keçib. Uşaq kəndirdən qurtula bilmədiyi üçün dünyasını dəyişib. Daha sonra prokurorluq əməkdaşları da hadisə yerinə gəliblər. Aydın olub ki, bu intihar deyil. Naqqayev ailəsinin 4 övldaından biri olan Gülnaz Danaçı kənd 1 nömrəli orta məktəbin 4-cü sinif şagirdi olub”.

  • Azərbaycanlı aktyor “Kurtlar Vadisi”nə çəkilməkdən imtina etdi – VİDEO

    Aktyor Kamran Ağabalayev ARB TV-də yayımlanan “Pəncərə” verilişində qonaq olub.

    Aktyor Türkiyənin məşhur “Kurtlar Vadisi” serialına çəkilməkdən imtina etdiyini açıqlayıb.

    Aparıcının “Nədən imtina etmisiniz?” sualını cavablandıran K. Ağabalayev bunları deyib:

    “Ola bilsin ki, kiminsə xətrinə dəyəcək, amma bütün seriallardan imtina etmişəm. Azərbaycanda heç bir serialda çəkilməmişəm. “Kurtlar vadisi”ndə təsdiq olunmuşam, amma bəyənmədiyim üçün imtina etmişəm. Belə hallar çox olur”.

    /azxeber.com