Month: March 2019

  • EMIN представил новую песню с азербайджанским диджеем – АУДИО

    Народный артист Азербайджана, певец и композитор Эмин Агаларов (EMIN) представил свою новую песню.

    Совместную работу с азербайджанским диджеем DJ Heyder EMIN разместил на своей странице в социальной сети Instagram.

    Совместная работа – это новый ремикс на песню “Let Me Go” (“Отпусти меня”), которую в соцсети музыкант подписал так:

    “Друзья, представляю вашему вниманию еще одну совместную работу с DJ Heyder – новый ремикс на песню “LetMeGo”. DJ Heyder родом из моего родного города Баку, он работал с такими известными артистами как One Republic, Robin Schulz и многими другими”.

  • Damlaya növbəti zərbə – FOTO

    Müğənni Damlanın “Youtube” kanalı bağlanıb.

    Sənətçi bunun həmkarlarının işi olduğunu iddia edib.

    Damla “Instagram” hesabında bunları qeyd edib:

    “Mən kənardan bu qədərmi təhlükəli görsənirəm? İndi də “Youtube” kanalımı sındırdınız. Nəyin savaşına çıxmısınız? Allahın yazdığı qisməti, uğuru, silməyəmi cəhd edirsiniz? Allahla Allahlıqmı etmək istəyirsiniz? “Çamadan” mahnımız 1 günə trenddə 1-ci oldu. Həmin an kanalı sındırdınız.

    Bu qədər nifrəti içinizdə necə daşıya bilirsiniz? Mahnını silin, klipi silin, kanalı silin, bəs sonra? Allah ucaltdığını Allah yıxar. Bilirəm, mənim səssizliyimə dözmək çox çətindir. Hackerlərə tökdüyünüz pulları bir kasıbın qarnını doyurmağa ayırsanız, Allah da sizi ucaldar. O səhifəni onsuz da bərpa edəcəyik. Allah hər kəsin qəlbinə görə verir. Bu da keçəcək”.

    Qeyd edək ki, Damlanın videolarının baxış sayı “Youtube”da milyonu keçmişdi.


    //Baku.ws

  • Prezidentin mədəniyyət xadimləri ilə görüşü – TAM VİDEO

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər.

    Dövlət başçısı görüşdə çıxış edib.

    Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.

    Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

    Median.Az Azərbaycan prezidenti İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünün videoyazısının tam versiyasını təqdim edir:

  • Обстрелы на границе Индии и Пакистана, шесть погибших

    У линии контроля в Кашмире на границе Индии и Пакистана произошла перестрелка.

    Как передаёт Median.Az со ссылкой на «Анадолу», в результате перестрелки погибли четыре пакистанца и двое индусов, двое пакистанцев получили ранения.

    Индийские военнослужащие открыли огонь из тяжелого оружия по районам Накиял, Таттапани и Жандрот.

    В результате обстрелов повреждены многие дома.

    В то же время официальные источники в Индии сообщили, что в результате перестрелки погибли три мирных жителя.

    Отношения Индии и Пакистана резко ухудшились после инцидента в Джамму и Кашмире, где 14 февраля 2019 года был совершен теракт, ставший самым кровавым в регионе за последние 30 лет.

    Теракт унес жизни 45 сотрудников сил Центрального полицейского резерва Индии, 35 человек получили ранения.

    В ответ ВВС Индии нанесли удар по территории Пакистана.

    По утверждению Дели, удар был нанесен по лагерю террористов. На перехват были подняты самолеты пакистанских ВВС.

    Далее ситуация в Кашмире накалилась, были сбиты два индийских и один пакистанский самолет.

  • Nazir hakimin döyülməsi işini nəzarətə götürdü

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov həvəskarlar arasında keçirilən MFL-də baş verən hadisəni nəzarətə götürüb.

    Median.Az xəbər verir ki, sport7.az-ın əldə etdiyi özəl məlumatda bildirilir ki, nazirin göstərişi ilə hadisə araşdırılır, artıq prokurorluq orqanları da Nahid Xasıyevə edilən hücumun istintaqını aparır.

    Xatırladaq ki, fevralın 27-də keçirilən “Sabko” – “Qala Sığorta” oyununda meydan sahiblərinin futbolçusu Ramil Əliyev matçın hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edib və nəticədə oyun 23-cü dəqiqəsindən etibarən dayandırılıb.

    Xasıyev özü isə Ramil Əliyevdən şikayətçi olmayıb. Gənc hakim Əliyevin ailə vəziyyətini, azyaşlı övladının olmasını nəzərə alıb və ona hücum edən futbolçunun ağır cəzalandırılmasını istəməyib.

    Məsələyə hüquqi qiymət hüquq-mühafizə orqanlarının araşdırmasından sonra veriləcək. Xasıyevin Ramil Əliyevdən şikayətçi olmaması futbolçunun işini nisbətən yüngülləşdirir.

    Qeyd edək ki, Ramil Əliyev tanınmış forvard Rauf Əliyevin qardaşıdı.

  • Prezidentdən Bəşirqızının təklifinə cavab: “Teatr işçilərinin maaşı artırılacaq”

    “Burada teatrlarla bağlı bir neçə təklif səsləndi. Aparıcı teatrların adlarını mən çəkdim və giriş sözümdə dedim ki, ilk növbədə, teatrların təmiri ilə biz məşğul olduq – Akademik Dövlət Dram Teatrının, Rus Dram Teatrının, Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrının, Kukla Teatrının. Ona görə, əlbəttə, mən hesab edirəm ki, burada fərq qoymaq olmaz”.

    Bunu Prezident İlham Əliyev ötən gün mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, teatr işçilərinin əməkhaqları ilə bağlı təkliflər hazırlansın və əməkhaqları əhəmiyyətli dərəcədə artırılsın.

    “Biz bunu mütləq etməliyik. Əlbəttə ki, dəvətə görə, Hacı müəllim, təşəkkür edirəm. Mən məmnuniyyətlə gələrəm və sizinlə birlikdə gözəl tamaşalara baxmağa məmnun olaram. Vergilərlə bağlı burada bir fikir səsləndi. Bu, gərək araşdırılsın və baxılsın ki, nə etmək olar. Bununla paralel olaraq, hesab edirəm ki, bizim aparıcı teatrlarımıza dövlət tərəfindən maddi dəstək də göstərilməlidir. Göstəriş veriləcək. Düşünürəm ki, özəl sektor da teatrlara sponsorluq etməlidir. Mən bu gün özəl sektora da çağırış edirəm ki, bu məsələ ilə bağlı onlar da öz dəstəyini göstərsinlər. Amma ilk olaraq dövlət bu məsələni öz üzərinə götürəcək”, – deyə Prezident çıxışında qeyd edib.

  • Azadlığa çıxan Mehman ilk olaraq onun məzarına getdi – FOTOLAR

    Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov bu gün cəza çəkdiyi müəssisədən evə buraxılıb.

    M.Hüseynov ilk olaraq mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

    Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs edilib. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.


     
    Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.


     
    Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.


     
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.


     
    Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

    İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

  • Eldar Əzizov: “Bakı merinin seçilməsi məsələsi İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil”

    Bakı merinin seçilməsi ilə bağlı məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid deyil.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

    E.Əzizov qeyd edib ki, bu vəzifəyə təyinat qanunvericiliklə tənzimlənir:

    “Konstitusiyaya görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hər birinin öz üstünlüyü var, zəif tərəfləri də var”.

    İcra başçısı hesab edir ki, hazırkı struktur daha səmərəli işləyir: “Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar”.

  • “Maaşlarımız azdır…” – Afaq Bəşirqızıdan prezidentə müraciət (VİDEO)

    “Canım Prezidentim, mənim Sizə danışmamağım qeyri-mümkündür. Çünki sizi mən seçmişəm. Mən sizə səs vermişəm. Mən sizi dəstəkləyirəm. Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə sizə minnətdaram, ömrüm boyu minnətdar olacağam”.

    Bu sözləri xalq artisti Afaq Bəşirqızı prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı deyib:

    “Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır.

    Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq.

    Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

    Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, – şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, – üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

    Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var”.

  • Девятая планета Солнечной системы будет обнаружена в ближайшие 10 лет

    Девятая планета Солнечной системы, вероятно, находится намного ближе, чем показывали более ранние расчеты, и может быть обнаружена в ближайшие 10 лет, говорится в новой работе ученых из США.

    О возможном существовании в Солнечной системе девятой планеты начали говорить в середине 2010-х годов, по мере открытия все новых транснептуновых объектов. Оказалось, что орбиты некоторых из этих объектов почти перпендикулярны плоскости эклиптики – за исключением крайне маловероятного совпадения, такое могло произойти только из-за воздействия достаточно крупного небесного тела, находящегося поблизости.

    В 2016 году ученые Калифорнийского технологического института Константин Батыгин и Майкл Браун на основе анализа шести транснептуновых объектов рассчитали вероятные параметры девятой планеты. Ее масса, согласно этим расчетам, могла примерно в 10 раз превышать массу Земли, а большая полуось орбиты должна была составлять от 400 до 1500 астрономических единиц.

    В новой работе, опубликованной в феврале 2019 года, Батыгин и Браун уточнили свои же расчеты, использовав данные о множестве транснептуновых объектов, открытых с момента первой публикации. Оказалось, что девятая планета, скорее всего, относится к классу суперземель, а не газовых гигантов — ее масса, вероятнее всего, превышает массу Земли лишь в пять раз. Большая полуось орбиты планеты, наиболее вероятно, составляет 400 астрономических единиц, а ее плоскость вращения наклонена под углом около 20 градусов к плоскости эклиптики.

    Из-за более близкого, чем предполагалось ранее, расстояния до Солнца планета должна быть более яркой. Ученые полагают, что ее можно будет обнаружить с помощью телескопа LSST, который начнет работу в Чили в 2022 году.

    Вероятность того, что отклонения в орбитах исследованных небесных тел имеют случайный характер и не связаны с воздействием еще не открытой планеты, Батыгин и Браун оценивают в 0,2%.