Month: March 2019

  • Samir küsülü olduğu Röya barədə: “Demirəm istifadə edir, xarakteri budur”

    “Dostlarım öz dəyərini bilmədilər deyə, köhnəldilər”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Sözhbətsiz” proqramında müğənni Samir Cavadzadə deyib.

    O, əməkdar artist Röya Ayxanla pozulan münasibətlərindən danışıb.

    “Röyayla sıx dostluğumuz olub. Röyadır öz-özünə inciyir, barışır. Kiminləsə dostluq edəndə götürə bilmir. Qısqancdır. Kiminsə kaprizini çəkməyə hövsələm yoxdur. Dəfələrlə təklif edib ki, duet oxuyaq. Gəlib görmüşəm ki, tək oxuyub. Sadəcə öyrənib ki, mahnı yaxşıdır, ya yox. Demirəm istifadə edir, xarakteridir” deyə, Samir bildirib.

  • Азербайджанский каратист проведет финальный бой в Австрии

    Азербайджанский каратист Асиман Гурбанлы (+84 кг) вышел в финал престижного турнира «Серия АKarate1» в австрийском Зальцбурге.

    Как передает Median.Az, победив соперников из Франции, Италии, Ирана и Эквадора, в полуфинале А.Гурбанлы одолел последнего чемпиона мира Йонатана Хорне (Германия).

    Завтра азербайджанский каратист проведет решающий бой с иранцем Салехом Абазари.

    Фирдоуси Фарзалиев (-60 кг), победивший в пяти из шести встреч, проведет бой с казахстанцем Кайсаром Алпысбаем в схватке за бронзу.

  • 12 yaşlı oğlanı otlaq sahəsində zorlayıb video çəkdilər, şantaj etdilər – Samuxda cinayətin TƏFƏRRÜATI

    Samux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Həsənov Murad Həsən oğlu Ali Məhkəməyə şikayət edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə baxılaçaq.

    Beləki hadisə 2015-ci ilin iyun ayında Samux rayonunda baş verib. Sənan Bağırov həbs olunana kimi Gəncə şəhəri, 2 saylı peşə liseyinin şagirdi olub. O, 2005-ci il təvəllüdlü Sadiq Səlimova (ad və soyad şərti verilib – red.) təcavüz edib.

    Həmin gün saat 18 radələrində Sadiq Səlimov Samux rayonu, Kəsəmən kənd ərazisindəki otlaq sahəsində iri və xırdabuynuzlu heyvanlarıni otarırmış.

    Bu zaman ora Sənan Bağırov gəlib. O, Sadiq Səlimova cinsi əlaqədə olmağı təklif edib. Lakin 12 yaşlı oğlan Sənan Bağırovun bu təklifini rədd edib.

    Sənan Bağırov Sadiq Səlimovu yerə yıxaraq döyüb və daha sonra onun əllərini saman kəndiri ilə bağlayıb. Onu otlaq sahəsinin yaxınlığında “qarğılıq” adlanan yerə aparıb.

    Orada Sənan Bağırov Sadiqin köməksiz vəziyyətindən istifadə edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra 12 yaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər edib.

    Sənan Bağırov Sadiq Səlimova etdiyi zorakılıq hərəkətlərini videoya çəkib. Həmin video çəkilişi “Vatsap” vasitəsilə Murad Həsənova göndərib.

    Murad Həsənov da həmin çəkilişi Sadiq Səlimova göstərib və onunla da cinsi əlaqədə olmayacağı təqdirdə həmin video çəkilişi sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

    Bu hədələrlə Murad Həsənov Sadiq Səlimovla qeyri-təbii yolla cinsi əlaqədə olub. 12 yaşlı Sadiq Səlimov baş verən hadisəni valideynlərinə danışıb. Onun valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında Sənan Bağırov və Murad Həsənov həbs edilib.

    Bundan başqa, Sənan Bağırov və Murad Həsənov həmin kəndin sakini Elçin Əliyevə qarşı da seksual xarakterli hərəkətlər ediblər. O, həmin hərəkətləri video çəkiliş edib və sonra dəfələrlə onunla cinsi əlaqədə olub.

    Sənan Bağırov və Murad Həsənov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham ediliblər.

    Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Məhkəmədə ifadə verən Sənan Bağırov özünü təqsirli bilməyib. O bildirib ki, Sadiq Səlimova qarşı zorakılıq və seksual xarakterli hərəkətlər etməyib.

    Zərərçəkmiş Sadiq Səlimov ifadəsində deyib ki, mal-qara otaran zaman Sənan Bağırov onun yanına gəlib və ona zorakılıq edib. O, həmçinin bildirib ki, Sənan Bağırov bu hərəkətlərini videoya çəkib və “WhatsApp” vasitəsilə yayıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Bağırov və Murad Həsənovun hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

  • Kənd təsərrüfatı yarmarkaları açıldı – FOTO

    Bakı şəhərində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları fəaliyyətə başlayıb.

    Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Yarmarkalar paytaxtın 14 məntəqəsində keçirilir. Yarmarkalara Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlər öz məhsullarını çıxarıblar. Yasamal, Nizami, Xəzər və Səbail rayonlarında yarmarkalar Bakı şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

    Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Nizami və Səbail rayonlarında keçirilən yarmarkaların fəaliyyəti ilə tanış olub, fermerlərlə görüşüb, qiymətlərlə maraqlanıb.

    Jurnalistlərə açıqlama verən İnam Kərimov bildirib ki, Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bazarda məhsul bolluğu yaratmaqdır:

    “Bu yarmarkalar prezident İlham Əliyevin göstərişi əsasında keçirilir. Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyimiz yarmarkalar “Kənddən Şəhərə” brendi altında təşkil olunur. Bu yarmarkaların əsas xüsusiyyəti odur ki, fermerlər öz məhsullarını vasitəçi olmadan, birbaşa alıcılara təqdim edirlər.

    Yarmarkaya məhsul çıxaran fermerlər vahid geyim formasından istifadə edir. Burada sanitar-gigiyenik normalara ciddi əməl olunur. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bütün yarmarkalarda müvafiq nəzarəti həyata keçirirlər.

    Hesab edirik ki, bu cür yarmarkaların təşkili nəticəsində həm bolluq olacaq, həm fermerlər öz məhsullarını satmaq üçün yeni imkan əldə edəcək, həm də alıcılar keyfiyyətli məhsulları daha ucuz almaq imkanı qazanacaqlar”.

    Qeyd edək ki, bu gündən başlayaraq paytaxtın bütün rayonlarında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfat məhsullarının satış-yarmarkaları keçiriləcək. Novruz bayramı ərəfəsində isə yarmarkalar martın 16-dan 21-dək davam edəcək.

  • Azərbaycanlı karateçi Avstriyada final döyüşünə çıxacaq

    Azərbaycanlı karateçi Asiman Qurbanlı (+84 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən nüfuzlu A Seriyası turnirinin finalına yüksəlib.

    Median.Az xəbər verir ki, bir-birinin ardınca Fransa, İtaliya, İran və Ekvadordan olan rəqiblərini məğlub edən A.Qurbanlı yarımfinalda son dünya çempionu Yonatan Horneyə (Almaniya) qalib gəlib.

    Sabah qızıl medal uğrunda həlledici görüşdə karateçimizi daha bir İran idmançısı Saleh Abazari ilə gərgin döyüş gözləyir.

    Altı görüşdən beşində qalib gələn Firdovsi Fərzəliyev (-60 kq) isə yarışın son günü Qazaxıstan idmançısı Kaysar Alpisbayla bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

    Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) mötəbər yarışlarından olan A Seriyası turnirinin ilk mərhələsində rekord sayda – 99 ölkədən 2057 karateçi iştirak edir. “Zalsburq Arena”da təşkil edilən turnirdəki digər idmançılarımız – Rafiz Həsənov (-67 kq), Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və dünya çempionumuz İrina Zaretskaya (-68 kq) bu gün mübarizəyə qatılacaq.

    Onu da bildirək ki, bu yarışda komandamızın lideri, dünya çempionumuz Rafael Ağayev (-75 kq) iştirak etmir.

  • Полиция Баку за совершение краж задержала 9 человек

    Как сообщает Median.Az, сотрудники 5-го отделения полиции Бинагадинского РУП в результате проведенной операции задержали жителя Апшеронского района Э.Исаева, который украл из одного автомобиля 200 манатов и 4500 долларов, а также пытался ограбить еще один автомобиль.

    Кроме этого, сотрудники 7-го отделения полиции Бинагадинского РУП задержали жителя Шамкирского района Э.Амирасланова, который в ночь на 1-е марта украл из магазина 425 манатов и сигареты.

    Сотрудники 35-го отделения полиции Хатаинского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы, ранее судимого Р.Гасанова, который с 8-го января по 19-е февраля украл из двух кафе и одного дома электрические приборы.

    Сотрудники 37-го отделения полиции Хатаинского РУП задержали жителя г.Нахчыван И.Исмайылова, который 3-го февраля украл из дома золотые украшения на сумму 2500 манатов.

    Сотрудники 23-го отделения полиции Низаминского РУП задержали жителя столицы Р.Новрузова, укравшего 25-го февраля в поселке Кешля из кармана жителя Товузского района Н.Садыгова 200 манатов.

    Сотрудники 21-го отделения полиции Насиминского РУП задержали жителя Дашкесанского района А.Гасанова, который 1-го февраля украл у жительницы столицы Ф.Мурадовой сумку, где находились 128 манатов, 2 мобильных телефона и ключи.

    Сотрудники 1-го отделения полиции Хазарского РУП задержали жителя столицы, ранее судимого М.Насирова, который украл из трех домов, трех дворовых участков электропровода, ремонтные инструменты, предметы быта и трех овец.

    Сотрудники 2-го отделения полиции Хазарского РУП задержали жителей столицы, ранее судимого А.Амрахова и С.Бабаева, которые с 15-го января по 27-е февраля
    в поселке Бузовна украли из трех домов в общей сложности электропровода, электрические инструменты и водяной насов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda oğurluğa görə 9 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən bir avtomobildən 200 manat və 4500 dollar oğurlayan, bir avtomobildən isə oğurluğa cəhd göstərən Abşeron rayon sakini E.İsayev saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, martın 1-nə keçən gecə mağazadan 425 manat pul və tütün məmulatı oğurlayan Şəmkir rayon sakini E.Əmiraslanov saxlanılıb.

    Xətai RPİ 35-ci pols bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 8-dən fevralın 19-dək olan müddətdə iki kafedən və bir evdən elektrik alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb.

    Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən fevralın 3-də evdən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Naxçıvan şəhər sakini İ.İsmayılov saxlanılıb.

    Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də Keşlə qəsəbəsində Tovuz rayon sakini N.Sadıqovun cibindən 200 manat pul oğurlayan Bakı şəhər sakini R.Novruzov saxlanılıb.

    Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən fevralın 1-də paytaxt sakini F.Muradovanın, içərisində 128 manat, 2 ədəd mobil telefon və açarlar olan çantasını oğurlayan Daşkəsən rayon sakini A.Həsənov saxlanılıb.

    Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində üç evdən, üç həyətyanı sahədən elektrik naqili, təmir-tikinti alətləri, məişət əşyaları və üç baş qoyun oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nəsirov saxlanılıb.

    Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 15-dən fevralın 27-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisində 3 evdən, ümumilikdə 2300 metr elektrik naqili, elektrik təmir-tikinti alətləri və su mühərriki oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Əmrahov və S.Babayev saxlanılıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Госкомитет градостроительства и архитектуры встал на защиту дома-музея Джафара Джаббарлы

    История вокруг сноса дома-музея выдающегося азербайджанского драматурга Джафара Джаббарлы продолжает оставаться в центре общественного внимания. Свое возмущение по поводу уничтожения памятника культурного наследия не скрывают как простые горожане, так и представители интеллигенции.

    Ранее, известный писатель Чингиз Абдуллаев, комментируя ситуацию вокруг сноса дома Джафара Джаббарлы, назвал происходящее «беспределом».

    Теперь на защиту дома-музея выдающегося драматурга встал Государственный комитет градостроительства и архитектуры. Как передаёт Median.Az, в ответ на запрос haqqin.az в пресс-службе Госкомитета заявили, что на сегодняшний день к ним не поступало обращений ни об утверждении документов территориального планирования, ни о получении разрешения на снос или строительство по адресу дома-музея (Баку, Ясамальский район, улица И.Гутгашенлы, 44).

    В Госкомитете отметили, что таким образом любые попытки снести дом-музей Джафара Джаббарлы или начать строительство на данной территории без разрешения соответствующего органа исполнительной власти не могут классифицироваться иначе как незаконные действия.

    В связи с этим, для пресечения каких-либо неправомерных работ по данному адресу Госкомитет направил соответствующие обращения в Исполнительную власть города Баку и Министерство чрезвычайных ситуаций.

    В Госкомитете также добавили, что здание музея находится в списке исторических и архитектурных памятников местного значения (инвентарный № памятника 5592), утвержденном решением Кабинета министров Азербайджанской Республики от 2 августа 2001 года за номером 132. В случае обращения для выдачи разрешения на проведение каких-либо строительных работ на данной территории, вопрос может быть рассмотрен только при условии сохранения и регенерации здания музея в его первоначальной форме и объеме, а также соблюдения требований градостроительного законодательства.

    Напомним, что информацию о сносе и строительстве на этом месте многоэтажного жилого здания haqqin.az сообщили в Главном управлении культуры города Баку, заявив, что земельный участок и постройки, относящиеся к дому-музею Джафара Джаббарлы, приватизированы в 1998-2005 годах.

    Министерство культуры не сочло нужным заплатить родственникам драматурга компенсацию за приватизированный ими дом, чтобы вернуть его на свой баланс, а решило, что более выгодно будет купить для Джафара Джаббарлы «дом» в новостройке.

  • Bəhram Bağırzadə Prezident və birinci xanımla görüşdən DANIŞDI

    Bir qrup mədəniyyət və incəsənət xadiminin Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü dostluq və səmimi mühitdə keçdi.

    Median.Az-in məlumatlına görə, bunu Trend-ə Əməkdar artist, Rəssamlar və Kinematoqrafçılar İttifaqının, Fotoqraflar Birliyi və Karikaturaçılar Cəmiyyətinin üzvü, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü, yazıçı, aktyor və rejissor Bəhram Bağırzadə deyib.

    O deyib: “Mənim İlham Əliyevlə ilk görüşüm 1995-ci il sentyabrın 2-də “Parni iz Baku” komandasının qələbəsindən sonra onun kabinetində baş tutmuşdu. İlham Əliyevin dəstəyi sayəsində biz o dövrdə beynəlxalq arenada böyük uğurlara nail olduq. O zamandan təxminən 25 il ötüb və ölkə mədəniyyəti üçün çox işlər görülüb. Dünənki görüş zamanı mənə söz veriləndə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması xahişi ilə müraciət etdim. Mən müraciətimdə təəssüflə dedim ki, biz indiyədək həyat fəaliyyətinin bütün sahələrində Azərbaycanın inkişafına böyük töhfə vermiş görkəmli həmvətənimizə abidə ucaltmamışıq. Mənə diqqətlə qulaq asdığı və təkliflə razılaşdığı, eləcə də Zeynalabdin Tağıyevlə bağlı ailə xatirəsini danışdığı üçün Prezidentə təşəkkürümü bildirirəm”.

    Prezident İlham Əliyev deyib: “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir. Təqribən 20 il bundan əvvəl Pir Həsən ziyarətgahı mənim tapşırığımla abadlaşdırılmışdır. Hacı Zeynalabdin Tağıyevin xeyirxah fəaliyyəti bizim ailəmizdə də özünü göstərmişdir. O vaxt mənim babam Əziz Əliyev ona məktub yazaraq xahiş etmişdi ki, ona pul versin, getsin həkim peşəsinə yiyələnsin. Hacı Zeynalabdin, əlbəttə ki, onu tanımırdı, tanıya da bilməzdi. Tək o məktuba görə ona pul göndərdi. O pulla da Əziz Əliyev getdi Sankt-Peterburqda Hərbi-Tibbi Akademiyaya daxil oldu, həkim oldu, ondan sonra da onun həyatında yeni dövr başladı. Hacı Zeynalabdin Tağıyevin minlərlə, bəlkə də on minlərlə insana köməyi dəyib və mənim Prezident kimi addımlarımdan biri də o idi ki, onun evi əsaslı şəkildə təmir olunsun. Orada Tarix Muzeyi yerləşir. Amma mən o binaya məhz onun evi kimi baxırdım və biz bunu etdik. Onun şərəfinə abidənin ucaldılması düzgün qərardır. Bəhram, əgər sən də burada fəal iştirak etsən, çox yaxşı olar. Təkliflər hazırlayın”.

    B.Bağırzadənin sözlərinə görə, Prezident İlham Əliyevlə söhbət onun qəlbinə görkəmli həmvətənimiz Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılacağına təkcə ümid yox, həm də əminlik gətirdi:

    “Mən həm də çox şad oldum ki, cənab Prezident mənim yaradıcılığımı izləyir və kitablarımı oxuyur”.

    B.Bağırzadə abidənin Abdulla Şaiq adına Kukla Teatrının önündəki bağda ucaldılmasını təklif edib:

    “Həmin yerdə kiçik postament ucaltmaq və Azərbaycan tarixində ilk dəfə atlara qoşulmuş fayton heykəli quraşdırmaq olar. Hacı Zeynalabdin Tağıyev bu faytonda oturub və gözəl şəhəri seyr edir”.

  • Bakıda su borusu partlayıb – Yolda tıxac yaranıb – VİDEO

    Bakıda su borusu partlayıb.

    ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Su xəttinin partlaması nəticəsində ətrafı su basıb və prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

    Baş vermiş qəzanın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.