Month: March 2019

  • В Барде мужчина убил топором жену и ранил тещу – ФОТО

    В Бардинском районе произошло жестокое убийство.

    Как передаёт Median.Az со ссылкой на Report, в селе Каталпараг местный житель отправился домой к тестю и насмерть зарубил топором свою 27-летнюю жену Нават Гурбанову.

    Он также тяжело ранил свою тещу Рахилю Гараеву. Не ограничившись этим, мужчина забрал своего 6-летнего сына и поджог дом. Раненая женщина доставлена в Бардинскую центральную больницу, ее состояние оценивается как тяжелое.

    По факту в Бардинской прокуратуре ведется расследование.


  • Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı – FOTO

    Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

    Bu barədə Report məlumat yayıb.

    O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib.

    Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və oradan uzaqlaşıb.

    R.Qarayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

    Qətl törədən şəxs Kətəlparaq kənd sakini Qurbanov Elçin Nazim oğlu polisə təslim olub.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


  • В Сураханском районе у бывшего зэка изъяли “Наган”

    Как сообщает Median.Az, сотрудники Главного управления полиции на транспорте МВД на железнодорожной станции Сураханы задержали жителя столицы, ранее судимого А.Гусейнова, у которого изъяли пистолет марки “Наган” и два патрона к нему.

    По факту возбуждено уголовное дело.

  • Suraxanıda keçmiş məhkumdan “Naqan” götürülb

    Median.Az xəbər verir ki, DİN Nəqliyatda Baş Polis İdarəsi əməkdaşlarının Suraxanı dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov saxlanılıb.

    Ondan nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Мехман Гусейнов вышел на свободу

    Отбывавший наказание блогер Мехман Гусейнов вышел на свободу.

    Отбывавший наказание в исправительном учреждении №14 Пенитенциарной службы М.Гусейнов 2 марта освобожден в связи с окончанием срока заключения.

    Напомним, что М.Гусейнов находился в заключении с 3 марта 2017 года.

    Уголовное дело в отношении М.Гусейнова было возбуждено в порядке особого обвинения со стороны начальника Насиминского РУП Мусы Мусаева. Он потребовал привлечь блогера к ответственности и наказать по статье 147.2 (Клевета, соединенная с обвинением лица в совершении тяжкого или особо тяжкого преступления) УК Азербайджана.

    Решением Сураханского районного суда М.Гусейнов был осужден на 2 года лишения свободы.

    Кроме того, как сообщала Пенитенциарная служба, 26 декабря прошлого года в ходе планового общего досмотра-обыска в исправительном учреждении №14 осужденный Гусейнов Мехман Рафиг оглу, не подчинившись законным требованиям старшего инспектора режимно-контрольного отдела, лейтенанта юстиции Абдалова Али Аладдин оглу, применил против него силу и, оказав физическое сопротивление, нанес последнему телесное повреждение, а также разбросал и разбил различные предметы в служебном помещении.

    По факту в Гарадагской районной прокуратуре Баку было возбуждено уголовное дело по статье 315.2 (Сопротивление или применение насилия в отношении представителя власти) УК.

    Группа правозащитников, а также Мехман Гусейнов, отбывавший наказание, обратились к Президенту Ильхаму Алиеву с просьбой обеспечить объективное расследование данного инцидента.

    Президент учел данные обращения и рекомендовал генпрокурору принять все необходимые меры, предусмотренные законом, для проведения объективного расследования по уголовному делу, принятия справедливого и гуманного решения.

    В соответствии с рекомендациями Президента генпрокурор дал следственному органу, проводившему следствие по делу Мехмана Гусейнова, соответствующие поручения по уголовному делу.

    Следственный орган учел молодой возраст М.Гусейнова, непривлечение его к дисциплинарной ответственности в период заключения, тот факт, что он встал на путь исправления, наличие у него пожилого отца, который живет один и нуждается в уходе, то, что совершенное им преступление не относится к категории тяжких преступлений, что в настоящее время его деяния и личность не представляют опасности для общества, и прекратил уголовного дела в отношении М.Гусейнова.

  • Mehman Hüseynov azadlığa buraxılıb

    Həbsdə olan bloqer Mehman Hüseynov azadlığa buraxılıb.

    Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M.Hüseynov bu gün cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılıb.

    Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

    Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.

    Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

    Prezident İlham Əliyev həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.

    Prezidentin tövsiyələrinə uyğun olaraq Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

    İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

  • Günün qoroskopu: Verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

    Median.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir

    Qoç – yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz.

    Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər.

    Axşam saatlarını təklikdə keçirməyə çalışın.

    Buğa – maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin.

    Köhnə dostlardan birinin məsləhətindən yararlanın.

    Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun.

    Əkizlər – yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın.

    Günün ikinci yarısında yaxın ətrafınızdak insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin.

    Xərçəng – planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun.

    Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin.

    Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır.

    Şir – yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz.

    Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.

    Axşam saatlarında normal istirahət etməyə çalışın.

    Qız – günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək.

    Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir.

    Axşam saatlarını ailənizə həsr edin.

    Tərəzi – maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın.

    Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər.

    Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

    Əqrəb – baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur.

    Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər.

    Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın.

    Tərəfdaşla təmasları gərginləşdirməyin.

    Oxatan – yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun.

    Yeni əlaqələrin yaxşı perspektivləri var.

    Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın.

    Axşam saatlarında normal istirahət edin.

    Oğlaq – situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın.

    Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar.

    Rasionununuzu daha faydalı etməyə çalışın.

    Axşam saatlarını açıq havada keçirin.

    Dolça – günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var.

    Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir.

    Verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

    Balıqlar – informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın.

    Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz.

    Axşam saatlarında normal istirahət etməyə çalışın.

  • Səhiyyə nazirindən ƏMR – 20-40 yaş arası hər kəs peyvənd olunacaq – VİDEO

    Azərbaycana qızılca əleyhinə vaksinlər gətirilib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son dövrlər dünyada və ölkəmizdə qızılca xəstəliyinə yoluxanların sayının artması nəzərə alınaraq, immunizasiya məqsədilə böyüklərin də qızılca-məxmərək əleyhinə peyvənd olunmaları tapşırılıb. Bunu Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, vaksinlər 20-40 yaş arası şəxslərin immunizasiyası üçün istifadə ediləcək.

    Mərkəz rəsmisi əlavə edib ki, 18 yaşından yuxarı olan şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd oluna bilərlər..

    Afaq Əliyeva qeyd edib ki, hazırda Azərbaycanda uşaqların immunizasiyası üçün kifayət qədər vaksin var. Əgər hələ də peyvənd olunmayan uşaqlar varsa, onların da təcili peyvənd olunmaları məsləhət görülür…

  • В Азербайджане завершается охотничий сезон

    В Азербайджане 10 марта этого года завершается охотничий сезон 2018-2019 года.

    Об этом в пятницу сказал директор Департамента сохранения биологического разнообразия и развития особо охраняемых природных участков министерства экологии и природных ресурсов Хикмет Ализаде, сообщает Trend, передает Median.Az.

    Ализаде отметил, что охотничий сезон был объявлен с 26 мая 2018 года.

    По его словам, лимит охоты по текущему охотничьему сезону близится к завершению. Директор департамента министерства сообщил, что на данный момент идет период охоты на водно-болотных птиц.

    Директор департамента также сказал, что в конце мая будет объявлено начало охотничьего сезона 2019-2020 года.

  • В нацпарках Азербайджана появятся уголки для детей

    В национальных парках Азербайджана в этом году будут созданы уголки по типу “Познай природу-развлекайся”.

    Об этом в пятницу сказал директор департамента по охране биоразнообразия и развитию особо охраняемых природных территорий министерства экологии и природных ресурсов Хикмет Ализаде, сообщает Trend, передает Median.Az.

    Ализаде отметил, что цель создания таких уголков – добиться того, чтобы дети могли проводить своем время на территории национальных парков более плодотворно и с интересом.

    В таких уголках планируется проводить для детей различные интерактивные игры, способствующие познанию природы и окружающей среды.

    Ализаде сказал, что такие уголки планируется создать во всех национальных парках.