Month: March 2019

  • Pakistan əsir götürülmüş pilotu Hindistana qaytardı

    Pakistan və Hindistan arasında yaranmış hərbi insident nəticəsində əsir düşmüş komandir Abhinandan Varthaman bu axşam öz ölkəsinə təhvil verilib.

    RİA Novosti-nin məlumatına görə, Hindistanın əsas xəbər kanallarının hamısı bu barədə xüsusi canlı yayım edib. Hindistan sərhədi tərəfdə toplanmış sakinlər və KİV nümayəndələri hərbi pilotu milli qəhrəman kimi qarşılayıblar.

    Xatırladaq ki, fevralın 27-də Pakistanın Hindistanın iki təyyarəsini vurmaqla iki ölkə arasında gərginlik pik həddə çatıb.

    Hindistan və Pakistan aviasiyaları arasında baş verən hava döyüşündə 27 təyyarə iştirak edib.Hindistan Hərbi Qüvvələri dörd Su-30, iki təkmilləşdirilmiş “Dassault Mirage” və iki MiQ-21 qırıcısından istifadə edib. Sonuncu iki qırıcıdan biri döyüş zamanı vurulub, Hindistan tərəfi bunu təsdiqləyib.Pakistan isə havaya 24 təyyarə qaldırıb.

    Aviasiya zəncirinin komandiri Abhinandan Varthaman F-16-ya hücum edərək R-73 raketindən istifadə edib, lakin elə bu zaman onun MiQ-21 qırıcısı F-16 tərəfindən AIM-120 AMRAAM raketi ilə vurulub.

    Varthaman katapult edib və pakistanlılar tərəfindən saxlanılıb.

    Pakistanın baş naziri İmran Xan gərginliyin aradan qaldırılması naminə əsir götürülən hindistanlı pilotun martın 1-də sərbəst buraxacağını söyləmişdi.

  • Ağdam sakinini Bərdədə ağır yaraladılar

    Bərdənin mal bazarında ağır bədən xəsarətinə səbəb olan hadisə baş verib.

    Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu gün Ağdam rayon sakini Vüsal İsmayılov Bərdənin mal bazarında iki nəfərin hücumuna məruz qalıb. Ona başından dəmirlə ağır zərbə endirilib. Zərərçəkmişi Bərdə rayon Mərkəzi Xəstaxanasına çatdırsalar da, həkimlər tərəfindən onun vəziyyəti ağır qiymətləndirilib və o, Gəncəyə göndərilib. Vüsal İsmayılovun dayısı, Ağdam Dövlət Dram Teatrının aktyoru Kərim Xançoban Vüsalın məruz qaldığı hücumun səbəbindən məlumatlı olmadığını bildirib. Hazırda bacısı oğlunun Gəncə Xəstəxanasına yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu, koma durumuna düşdüyünü deyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Maşına benzin vurarkən və ya vurdurarkən, ehtiyatlı olun

    Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib. Bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib.

    Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib.

    Əskinasın saxta olduğunu növbə rəisi, Abşeron rayon sakini Alastan Nəbiyev müəyyənləşdirib. O, baş verən hadisə ilə bağlı polisə məlumat verib.

    Hazırda Qaradağ RPŞ-nin 10 saylı polis bölməsinin əməkdaşları sözügedən avtomobilin sahibini müəyyənləşdirməyə və saxta əskinasların hazırlanmasının izinə düşməyə çalışırlar.

    Polis İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyə qədər printerin köməyi ilə çap olunmuş saxta əskinasların yayılması ilə bağlı 10-dan artıq hal qeydə alınıb. Bütün bu hallar əsasən gecə vaxtı YDM-lərin ərazisində müəyyən edilib.

    Polis YDM əməkdaşlarına və avtomobillərinə benzin vurduqdan sonra nağd ödəniş edən sürücülərə ödənilən və qalıq olaraq qaytarılan pullara diqqət yetirmələrini tövsiyə edib.

  • В Азербайджане стартует новый проект в сфере высшего образования

    В Азербайджане при совместной поддержке Европейского союза (ЕС) и министерства образования начинается реализация проекта “Усиление исследований, открытий и инноваций в системе высшего образования Азербайджана”, сообщает в пятницу Trend, передает Median.Az.

    Выступивший на церемонии открытия проекта руководитель представительства ЕС в Азербайджане, посол Кестутис Янкаускас отметил, что главной целью проекта является создание нового механизма, направленного на исследования и инновации в системе высшего образования Азербайджана.

    Финансируемый со стороны ЕС проект, главным бенефициаром которого является министерство образования, охватывает период с октября 2018 года до апреля 2020 года. Главной целью проекта является исследование в системе высшего образования, усиление управления открытиями и инновациями.

    Вице-президент НАНА Иса Габиббейли отметил, что национальное законодательство Азербайджана создает широкие возможности для инновационной деятельности.

    “Принятие закона “О науке” расширило возможности использования научных достижений в сфере образования”, – добавил Габиббейли.

    Академик выразил уверенность, что в стране созданы благоприятные условия для международного сотрудничества в сфере науки и образования, и в том, что проект даст успешные результаты.

  • Ağstafada 26 yaşlı qadın intihara cəhd edib

    Ağstafa rayonunda intihara cəhd hadisəsi baş verib.

    Median.Az-ın report-a istinadən verdiyi məlumatına görə, 26 yaşlı qadının rayonun Eynallı kəndində yaşadığı evdə hələ ki, məlum olmayan səbəblərdən gəmiricilərə qarşı istifadə olunan kimyəvi dərmanı içərək özünü öldürmək istəyib. Zərərçəkmiş təcili xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib.

  • Türkiyədə azərbaycanlı qadının “fahişəlik şəbəkəsi” çökdürüldü

    Türkiyənin Kocaeli şəhərinin İzmit qəsəbəsində qadınları fahişəliyə məcbur edən şəbəkəyə qarşı əməliyyat keçirilib.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində şəbəkənin 9 üzvü saxlanılıb.

    Araşdırmalar nəticəsində məlum olub ki, şəbəkənin başçısı azərbaycanlı qadın S.M-dir. Onun şəbəkəsinin əcnəbi qadınları iş vədi ilə Türkiyəyə apardıqları və daha sonra insan alverinin qurbanlarına çevirdikləri üzə çıxıb.

    Məlumata görə, şəbəkə üzvləri öz aralarında gizli söhbət proqramı vasitəsilə əlaqə saxlayıblar və bir-birilərinə “dayı, bacı və fədai” deyə müraciət ediblər. Bundan başqa, müştərilər gəldiyində isə “Yeni avtomobillər gəldi” deyə məlumat ötürüblər.

    Qeyd edək ki, fahişəliyə məcbur edilən 10 qadın Türkiyədən deportasiya edilərək ölkələrinə göndəriliblər.//qaynarinfo.az

  • Tbilisidə XÜSUSİ ƏMƏLİYYAT: Azərbaycan vətəndaşı saxlanıldı

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində – azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirilib.

    Median.Az xəbər verir ki, əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

    Saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşının da olduğu bildirilir.

    Gürcüstanın Daxili İşlər Nazirliyi xüsusi əməliyyat barədə hələ rəsmi açıqlama yaymayıb.//Report

  • Gürcüstan hökuməti qara rəngli avtomobillərdən imtina etməyə başlayıb

    Gürcüstan hökuməti avtoparkında qara rəngdə olan avtomobillərin sayını azaldır.

    Median.Az report-a istinadən xəbər verir ki, hökumət 180 ədəd “Pikap” markalı avtomobil alacaq.

    Bununla bağlı bu gün elan olunan tenderin şərtlərinə əsasən, avtomobillər yeni və qara rəngdən başqa digər rənglərdə olmalıdır.

    Alınacaq avtomobillərin ümumi dəyəri, təqribən, 12 195 000 lari (4,6 mln. dollar) olacaq.

    Tenderlə bağlı təkliflər martın 5-dən 6-dək qəbul ediləcək.

    Qeyd edək ki, Gürcüstan hökumətinin ötən ilin aprelində qəbul etdiyi qərara əsasən, dövlət orqanlarına qara rəngdə olan avtomobillərin alınmasına qadağa qoyulub. Qadağa yerli idarəetmə orqanlarına da şamil olunub.

  • Афаг Баширгызы: Встреча с Президентом Ильхамом Алиевым и Первой леди Мехрибан Алиевой была очень плодотворной и послужит дальнейшему развитию нашей страны

    Встреча творческой интеллигенции с Президентом Азербайджана Ильхамом Алиевым и Первой леди Мехрибан Алиевой была очень важной и плодотворной и послужит дальнейшему развитию нашей славной страны, сказала Trend народная артистка, кавалер ордена “Шохрат”, профессор Азербайджанского государственного университета культуры и искусств, актриса Азербайджанского государственного музыкального театра Афаг Баширгызы, передает Median.Az.

    “На встрече присутствовали писатели, артисты, художники, скульпторы, оперные певцы и многие другие деятели культуры, каждый из которых обращался для решения различных проблем, обсуждались насущные вопросы, предлагалось свое видение дальнейшего развития национальной культуры и искусства. Я предложила перевести наш Государственный музыкальный театр в первую категорию, что даст возможность приблизиться к академическому званию – это скажется на значительном повышении зарплаты. Был также поднят вопрос обеспечения актеров среднего и молодого поколения жильем. Долг каждого видного деятеля культуры и искусства заботиться о сегодняшнем дне и будущем поколении. Я была очень счастлива, что Президент внимательно выслушал и в дальнейшей беседе основательно остановился на вопросе улучшения благосостояния творческих людей”, – сказала Баширгызы.

    По ее словам, такие встречи очень важны для определения дальнейших путей развития нашей культуры, которая является лицом страны, прославляет республику во всем мире, служит нравственному воспитанию и пропаганде высоких ценностей.

    “Особо следует отметить, что мы живем в состоянии войны, и, несмотря на вытекающие из этого трудности, каждый должен отложить свои личные амбиции в сторону и жить ради народа, каждый в своей сфере должен работать на совесть и с чувством гражданского долга, тем самым помогая процветанию своей страны”, – сказала Афаг Баширгызы.

  • Aeroport yolunda dəhşətli qəza törədən sürücü biznesmen imiş – YENİ FAKTLAR

    Fevralın 27-də saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

    Median.Az xəbər verir ki, aeroport yolu kimi tanınan magistralın köhnə Suraxanı dairəsi kimi tanınan hissəsində keçidin altında 45 yaşlı İlqar Kərimovu idarə etdiyi “Mercedes” markalı, 90 RR 906İ dövlət nömrə nişanlı avtomobillə vurub öldürən Bakı şəhər sakini Quliyev Qulu Ağasəf oğlu iş adamıdır.

    Belə ki, Q.Quliyev tikinti sektorunda tanınmış biznesmenlərdən biri kimi tanınır. Hadisə isə sürət həddinin saatda 120 kilometr olduğu yolda piyada yerüstü keçiddən istifadə etməyərək metal çəpəri keçərək yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verib. Havanın alaqaranlıq vaxtı piyada qəfil olaraq maşının qarşısına çıxdığından sürücü qəzadan yayına bilməyib.

    Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar aparılır. (publika.az)