Month: March 2019

  • Vahid Əhmədov: Banklar faizləri aşağı salmalıdır

    Banklar faiz dərəcələrinə yenidən ciddi şəkildə baxmalı, onları aşağı salmalıdır.

    Bu sözləri oxu.az-a açıqlamasında iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib.

    Millət vəkili buna ciddi ehtiyac olduğunu vurğulayıb: “Banklar bu addıma mütləq getməlidirlər. Eyni zamanda, düşünürəm ki, cənab prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman banklarda kredit fazilərinin azaldılmasına səbəb ola, buna da gətirib çıxara bilər.

    Artıq banklar işlərini elə qurmalıdırlar ki, faizlər yüksək olmasın. Prezidentin problemli kreditlərlə bağlı fərmanında üç ciddi məsələ var ki, onlardan biri elə bu məsələni özündə ehtiva edir. Yəni həmin məsələ qiymətli kağızlar bazarının inkişaf etdirilməsi ilə əlaqədardır.

    Bunun üçün qiymətli kağızlar bazarına 715 milyon dollar vəsait buraxılır. Bu, qiymətli kağızlar bazarının inkişafı deməkdir. Dövlət banklara ona görə kömək etmir ki, 25-30 faizlə kredit verməkdə davam etsinlər.

    Banklar problemli kreditlərlə bağlı məsələ həll edildikdən sonra, dediyim kimi, sıfırdan işlərini başlamalıdırlar. Beynəlxalq aləmdə olduğu kimi, kredit faizlərini 15-16 faizə salmalıdırlar”, – deyə millət vəkili bildirib.

    Millət vəkili bankları yalnız milli valyuta ilə – manatla kredit verməyə çağırıb. Qeyd edib ki, dollarla verilən kreditlərin yaratdığı çətinliklər, narahatlıqlar göz önündədir, burada nəsə kəşf etməyə ehtiyac yoxdur:

    “Ona görə də banklar yaxşı götür-qoy etməli, kreditlərin dollarla deyil, manatla verilməsi barədə birdəfəlik qərar verməlidirlər. Burada ikinci bir söz ola bilməz”.

    Qeyd edək ki, millət vəkili Tahir Rzayev bankları öz siyasətlərində dəyişiklik etməyə, xüsusilə kreditləri dollarla deyil, milli valyuta ilə verməyə çağırıb.

  • Официальный Баку ответил СНБ Армении

    МИД Азербайджана ответил на высказывания директора Службы национальной безопасности Армении Артура Ванецяна.

    Как говорится в заявлении пресс-службы МИД, то, что высокий чиновник Армении высказался в таком ключе, является неприкрытым выпадом против многолетнего переговорного процесса под эгидой сопредседателей Минской группы (МГ) ОБСЕ, противореча его сущности и логике, особенно в свете результатов последней встречи министров иностранных дел Азербайджана и Армении в Париже:

    «По сути, здесь налицо попытка подорвать переговорный процесс и бросить вызов деятельности сопредседателей.

    С другой стороны, данное заявление является еще одним явным свидетельством прямого участия Армении в оккупации территорий Азербайджана и стремления хоть как-то «оправдать» вынашиваемые ею планы по аннексии этих земель, в том числе путем проведения незаконной переселенческой политики, что в корне противоречит Женевским Конвенциям 1949 года и дополнительным протоколам к ним.

    В связи с этим хотели бы напомнить стране-агрессору, что именно Республика Армения несет ответственность за все возможные негативные последствия подобных провокационных высказываний.

    Азербайджан, со своей стороны, поднимет этот вопрос в рамках встреч ведущих международных организаций, включая ООН, ОБСЕ и т.д.

    Призываем сопредседателей МГ ОБСЕ выступить с решительным заявлением о принципиальном осуждении такого рода шагов представителей высшего политического руководства Армении», – говорится в заявлении МИД.

  • Rəsmi Bakı Vanesyana cavab verdi

    Azərbaycann Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyana cavab verib.

    XİN-nin mətbuat xidmətinin bəyanatında bildirilir ki, Ermənistanın yüksək səviyyəli məmurunun bu kimi fikir söyləməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında aparılan danışıqların mahiyyəti və məntiqi, xüsusilə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçirilmiş sonuncu görüşünün nəticələri ilə ziddiyyət təşkil edərək, uzun illərdir ki, aparılan danışıqlar prosesinə qarşı açıq hücum xarakteri daşıyır.

    “Mahiyyət etibarilə bu, danışıqlar prosesini məhv etmək və həmsədrlərin fəaliyyətini heçə endirmək cəhdi deməkdir. Digər tərəfdən, bu bəyanat Ermənistanın Azərbaycanın torpaqlarının işğalında birbaşa iştirak etdiyinin növbəti aşkar göstəricisidir və Ermənistanın 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollarına zidd olaraq həyata keçirdiyi qeyri-qanuni köçürmələr siyasəti də daxil olmaqla bu ərazilərin ilhaqı planlarına bəraət qazandırmaq cəhdidir.

    Bununla əlaqədar olaraq işğalçı ölkəyə xatırlatmaq istərdik ki, bu kimi təxribat xarakterli çıxışların bütün mümkün mənfi nəticələrinə görə məsuliyyəti, məhz Ermənistan Respublikası daşıyır.

    Azərbaycan, öz tərəfindən, bu məsələni BMT, ATƏT və digər aparıcı beynəlxalq təşkilatlar çərçivəsində qaldıracaq. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanın yüksək siyasi rəhbərliyinin nümayəndələrinin bu kimi addımlarını qəti şəkildə pisləyən bəyanatla çıxış etməyə çağırırıq”, – deyə bəyanatda qeyd olunur.

    Qeyd edək ki, Vanesyan Dağlıq Qarabağa səfər edib. Səfər zamanı o Füzuli rayonu ərazisində ermənilərin məskunlaşması üçün qəsəbə salacaqlarını, burada infrastruktur yaradılacağını və kənd təsərrüfarının inkişaf etdiriləcəyini deyib:

    “Qarabağın Azərbaycana veriləcəyi barədə iddialar əsassızdır. Qarabağın bir qarışını da Azərbaycana verməyəcəyik”.

  • Enerji içkilərinin topdansatışı dayandırıldı – Qiymətlər bahalaşacaq

    Enerji içkilərinin topdansatışı dayandırılıb.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, yaxın günlərdə bu içkilərin qiymətlərində artım olacaq.

    Xatırladaq ki, ötən ay da enerji içkilərinin qiymətləri artırılmış, lakin daha sonra əvvəlki qiymətlər bərpa olunmuşdu. Budəfəki qiymət artımının da əvvəlki həddə olacağı ehtimal edilir.

    Qeyd edək ki, bu ilin əvvəlindən Vergilər Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat aksiz vergisi tətbiq olunub.

  • Birinci qrup əlillər nə qədər müavinət alacaq? – RƏSMİ AÇIQLAMA

    Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, bu da hazırkı müvafiq məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır.

    Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.

    Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.

    Həmçinin, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.

  • Начался суд над молодым человеком, расстрелявшим будущую невесту и ее мать – ФОТО

    В Бакинском суде по тяжким преступлениям началось рассмотрение уголовного дела в отношении жителя столицы Сабира Гадимова (1999-го года рождения), обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 29. 120. 2.7 (покушение на умышленное убийство двух или более лиц) УК Азербайджана.

    Как сообщает Median.Az, инцидент произошел 31-го мая прошлого года на улице Г.Салахова, 15 в поселке Балаханы. Жительница поселка Эсмира Джафарова (1963-го года рождения) и ее дочь Айтан Джафарова (2001-го года рождения) получили огнестрельные ранения., вследствии чего были доставлены в клиническую больницу № 3. Несмотря на оперативные медецинские меры жизнь девушки спасти не удалось. Ее мать прооперировали, у нее ампутировали 2 пальца правой руки.

    Жителя поселка Сабира Гадимова задержали сотрудники 12-го отделения полиции Сабунчинского РУП, у него в доме обнаружили двуствольное охотничье ружье.

    Во время судебного процесса гособвинитель ознакомил участников заседания с обвинительным актом.

    С.Гадимов признал себя виновным по предъявленным обвинениям.

    Потерпевшая Эсмира Джафарова показало, что во время обследования дочери в больнице, ей стало известно что Айтан на 4-м месяце беременности. Она призналась, что осталась беременной от жителя поселка Сабира Гадимова. Узнав об этом женщина потребовала, чтобы родные Сабира незамедлительно явилиь к ним домой.
    Узнав о случившемся стороны пришли к согласию, что Сабир обязан жениться на Айтан. Мать обвиняемого сказала, что так как еще не прошла годовщина бабушки, им придется подождать. Но данный ответ не понравился Эсмире Джафаровой. Как только родные Сабира ушли, он позвонил ее дочери и начал оскорблять. Чуть позже кто-то постучал в дверь, Эсмира открыв, увидела Сабира в руках с ружьем. Между ними вновь вспыхнул спор. Гадимов открыл огонь из ружья, ранив дочь и пытавшуюся защитить ее мать.

    Потерпевшая отметила, что на следствии говорила, что в тот день рядом с Сабиром был его двоюродный брат, который помогал ему. Но следствие пришло к выводу, что Гадимов был один.

    Очередной процесс состоится 29-го марта.



  • Balaxanıda sevdiyi qızı və onun anasını güllələyən şəxsin məhkəməsi başlayıb – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sabir Qədimovun (1999-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az xəbər verir ki, ötən il mayın 31-də Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 15 ünvanında, qəsəbə sakini, Esmira Cəfərova (1963-cü il təv.) və onun qızı Aytən Cəfərova (2001-ci il təv.) odlu silahla güllələnib. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. E.Cəfərova sağ qalıb, onun sağ əlinin iki barmağı travmatik amputasiya edilib.

    Cinayəti törədən Balaxanı qəsəbə sakini Sabir Qədimov Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübut hesab edilən ov tüfəngi
    aşkar edilib.

    Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bilib.

    Zərərçəkmiş Esmira Cəfərova bildirib ki, qızı Aytən Sabirdən hamilə qalıb : ” Aytən mənə zəhərləndiyini dedi, xəstəxanaya apardıq. Orada məlum oldu ki, qızım 4 aylıq hamilədir. Sabirdən polisə şikayət etmədim. Onun ailə üzvləri evimizə gələndə, dedim ki, qızımı almalısınız. Sabirin anası, nənəsinin ili çıxandan sonra qızıma elçi gələcəklərini bildirdilər. Bir sözlə, başlarından edirdilər. Onlar evdən çıxan kimi Sabir qızıma zəng edib, onu təhqir edib. Daha sonra evlərinə gəlib, tüfənglə mənə və Aytənə atəşlər açıb. İstintaq zamanı
    Sabirlə birgə onun bibisi oğlunun bizə gəldiyini, onun da bu işdə əli olduğunu bildirdim”.

    Növbəti proses martın 29-na təyin edilib.



  • Сержант ДПС Фуад спас беременную женщину: новорожденного назвали его именем – ВИДЕО

    В Баку наряд ДПС доставил роженицу в больницу.

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, 26 февраля житель Баку, мужчина по имени Василий, вез в больницу свою беременную супругу. Увидев, что улица Юсифа Сафарова в связи с проводимыми мероприятиями перекрыта, он попросил помощи у сотрудников дорожной полиции.

    Сотрудники полиции сообщили Василию, что дорога будет открыта примерно через 15-20 минут. Однако ждать даже столько, времени не было. Один из полицейских сказал Василию, что поможет им добраться до больницы.

    Сержант полиции по имени Фуад на автомобиле дорожной полиции отвез беременную женщину и Василия в Центральную больницу нефтяников.

    Этот поступок сотрудников полиции очень растрогал Василия и в знак благодарности он назвал появившегося на свет сына именем сотрудника дорожной полиции Фуадом.

  • Turistlərin ən çox maraq göstərdiyi parklar açıqlanıb

    Azərbaycanda turizm agentlikləri Milli Parklarla işləməyə maraq göstərmirlər.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Hikmət Əlizadə deyib.

    H.Əlizadə Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi parkların da sayını açıqlayıb:

    “Bu Milli Park Göygöl Milli Parkıdır. Yeni açıldığı bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib. 2017-ci illə müqayisədə, 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı doqquz, Şahdağ Milli Parkına gedənlərin sayı üç, Hirkan Milli Parkına gedənlərin sayı iki, Abşeron Milli Parkına gedənlərin sayı iki dəfə artıb”.

    Hikmət Əlizadə bildirib ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli qərarı ilə Milli Parka giriş, yüksək dağlıq ərazilərdə bələdçilik xidməti və peşəkar video və foto çəkilişlər ödənişli əsaslarla olur.
    //oxu.az

  • Prezident: Bakıda xaotik tikinti prosesi sona çatır

    Şəhərsalma sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib. Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır.

    Bunu prezident İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.

    Dövlət başçısının sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun.

    “Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik”, – deyə Azərbaycan prezidenti qeyd edib.