Month: March 2019

  • “Səhiyyədə çox ciddi dönüş yaranacaq” – Prezident

    “Səhiyyə sahəsində çox ciddi islahatlar aparılır. Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik”.

    Median.Az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı deyib:

    “Biz bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, – bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, – bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur”.

  • Natavan bu dəfə “Hozu”dan imtina etdi

    Kəndli balası Hətəmin başına gələn əhvalatdan bəhs edən “Hozu” filminin ardı çəkilir.

    Median.Az axşam.az-a istinadən bildirir ki, filmin çəkilişləri artıq start götürüb.

    “Hozu 2” adlanan ekran işində bu dəfə müğənni Natavan Həbibi yer almayacaq.

    Qeyd edək ki, filmin rejissoru da birincidən fərqli olaraq İlham Yaşaroğlu deyil.

  • “Azəriqaz”dan xəbərdarlıq: Fırıldaqçılar var

    “Azəriqaz” İstehsalat Birliyi abonentlərə xəbərdarlıq edib.

    Qurumdan verilən məlumata görə, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında özünü “Azəriqaz” əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış Smart-kart tipli qaz sayğaclarının batareyasının dəyişdirilməsi və ya smart kartların “vaxtının keçməsi” kimi məsələləri bildirərək həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

    İstehsalat Birliyi istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərində abonentlərə göstərilən bütün xidmətlər yalnız “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirildiyindən “Azəriqaz” İB-nin əməkdaşları öz xidməti vəsiqələrini göstərdikdən sonra ödənişsiz olaraq yalnız mənzillərdə yerləşən sayğaclara profilaktik baxış keçirə bilərlər:

    “Sonda bir daha bildiririk ki, qeyd olunan hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər”.//milli.az

  • “Ehtiyacım var idi” – Bakıda tapdığı narkotiki Gəncədə satmaq istədi – VİDEO – FOTO

    Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

    Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Nurəddin Zəkiyev saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman 154.06 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

    Əli Əlizadə – Təhqiqatçı: “Biləsuvar rayonu Zəhmətabad kənd sakini Zəkiyev Nürəddin Mirövlə oğlu Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Kəpəz Rayon Polis Bölməsinə gətirilib. Kəpəz Rayon Polis Bölməsində Nürəddin Zəkiyevin üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd sarı yapışdırıcı lentlə bağlanılmış bükülü halda olan narkotik vasitə heroin aşkarlanıb”.

    İlkin dindirilmə zamanı Nurəddin Zəkiyev narkotik maddəni paytaxtdan taparaq, yaşadığı Biləsuvar rayonuna apardığını, oradan isə Gəncəyə satmaq üçün gətirdiyini deyib.

    Nürəddin Zəkiyev – Saxlanılan şəxs: “Gəldim Biləsuvara oradan heç evə dəymədim. Oradanda düz Gəncəyə gəldim ki, adam var ona verəm, 5 min manat pul alım. Ehtiyacım var idi. Oda alınmadı. Polis əməkdaşları tərəfindən tutuldum. Əməlimə görə çox peşmanam”.

    Zəkiyevin barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

    İstintaq davam edir.

  • Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq – Səfir

    Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.

    Median.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

    M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.

    Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.

  • Лукашенко: Отношения между Азербайджаном и Беларусью – образец отношений между мусульманским и христианским государствами

    Отношения между Азербайджаном и Беларусью – образец отношений между мусульманским и христианским государствами.

    Об этом сказал Президент Беларуси Александр Лукашенко в пятницу на встрече с представителями общественности и экспертного сообщества, белорусских и зарубежных СМИ, отвечая на вопрос Trend, передает Median.Az.

    Лукашенко отметил, что между двумя странами нет никаких проблем.

    “Один звонок Ильхама Гейдаровича мне, мой звонок ему – все вопросы решаются. Это вот к слову о личных отношениях между государствами, руководителями государств, и как они влияют на межгосударственные отношения”, – сказал глава белорусского государства.

    Далее Лукашенко рассказал о своих добрых, дружеских отношениях с Общенациональным лидером азербайджанского народа Гейдаром Алиевым.

    “Я пришел еще сопливым президентом, а он – маститый, матерый. Когда я читал лекции, Гейдара Алиева в пример приводил. Это был самый честный – так позиционировали тогда – один из руководителей Советского союза. И у нас с ним как-то сложились очень дружеские отношения”, – сказал президент Беларуси.

    “У нас с Ильхамом Алиевым нет абсолютно никаких проблем, хотя он в ГУАМ состоял. У него были обязательства во время того, как ЕС и Америка нам санкции предъявили. Мы были под санкциями. Он везде не молчал и защищал Беларусь и поддерживал точно так, как грузин Саакашвили. Не знаю, нравится вам или нет, но он просто сражался за Беларусь. В ЕС, в Америке всех переубеждал: “Вы не знаете Беларусь, вы не знаете президента Беларуси. Зачем вы на них давите, катите и так далее и тому подобное”. Вот, у нас такие отношения по дипломатическим, политическим вопросам”, – сказал он.

    Что касается экономики, Лукашенко выразил сожаление, что Беларусь не может покупать нефть у Азербайджана, так как нет соответствующей логистики.

    “Но у Азербайджана есть, чем с нами торговать. Азербайджан – это очень богатая страна”, – добавил он.

    Лукашенко отметил, что Беларусь создает в Азербайджане совместное производство, помогает стране в нефтехимии, нефтепереработке.

    Президент Беларуси также добавил, что две страны сотрудничают в военно-промышленном комплексе, несмотря на критику со стороны Армении.

    “Я знаю отношение азербайджанцев к белорусам. Лучше и не надо. Дай Бог такие сохранятся отношения. Они к нам относятся как к братьям, хотя мы православные христиане и прочее, а вы мусульмане. Нам это не мешает. Это образец отношений христианского государства с мусульманским. И вообще мне повезло: мусульмане и ко мне, и к Беларуси во всем мире относятся как очень-очень близким людям и очень часто помогают”, – заключил Лукашенко.

  • Azərbaycana 200 min çinli gələcək

    Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

    Median.Az-ın məlumatına görə, memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

    Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb.

    İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak ediblər.

    Fuad Nağıyevin sözlərinə görə, sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.
    “Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, -deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

    “Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post-sovet məkanı, həm Asiya, həm Avropa, həm də Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”,-deyə Fuad Nağıyev qeyd edib.

    Dövlət Turizm Agentliyinin sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin iki dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır.

    “Biz – turizm sənayesinin təmsilçiləri, cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq”, – Dövlət Turizm Agentliyinin sədri deyib.

    Qeyd edək ki, ötən ilin nəticələrinə görə, Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi 2 milyard dollara yaxın olub.

  • Lukaşenko: İlham Əliyevə bir zəng və bütün problemlər həllini tapır

    Mən azərbaycanlıların belaruslara münasibətini bilirəm – daha yaxşısı bizə heç lazım deyil. Onlar bizə qardaş kimi yanaşırlar. Bu müsəlman ölkəsinin xristian dövlətinə olan münasibət nümunəsidir.

    Bu sözləri “Sputnik Belarus” agentliyinə müsahibəsində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

    “İlham Əliyevin mənə və ya mənim ona bir zəngim və bütün məsələlər öz həllini tapır”, – Belarus prezidenti deyib.

    Lukaşenko həmçinin Belarusun sanksiyalar altına düşdüyü zaman Azərbaycanın göstərdiyi mövqeyə görə ölkə başçısına təşəkkür edib.

    “Aİ və ABŞ-ın sanksiyalar elan etdiyi vaxtda İlham Əliyev susmurdu və bizə dəstək göstərirdi. O Belarus üçün döyüşürdü, hamını inandırırdı ki, siz Belarusu tanımırsız, prezidenti tanımırsız”, – Lukaşenko Azərbaycan-Belarus münasibətlərindən danışarkən deyib.

    Belarus lideri müsahibəsində həmçinin vaxtı ilə Heydər Əliyevin şəxsiyyəti barədə leksiya oxuduğunu xatırlayıb.

  • Azərbaycanlı şahmatçı Rusiyada bürünc medal qazanıb

    Rusiyanın paytaxtı Moskvada keçirilən ənənəvi “Aeroflot Open” şahmat turnirində Azərbaycan təmsilçisi medal qazanıb.

    B turnirində mübarizə aparan təmsilçimiz Məhəmməd Muradlı üçüncü yeri tutaraq bürünc medala sahib olub.

    On beş yaşlı təmsilçimiz güclü şahmatçıların mübarizə apardıqları bu turnirdə 6,5 xal toplayıb.

    Birinci yeri 7,5 xalla Ukrayna təmsilçisi Stanislav Boqdanoviç tutub. Gümüş medalı ermənistanlı Tiqran Harutyunyan qazanıb.

    Digər şahmatçılarımızdan Vüqar Əsədli doqquzuncu, Aydın Süleymanlı 21-ci, Xanım Balacayeva 82, Read Səmədov 114-cü və Ülviyyə Fətəliyeva 115-ci olub.

    Qeyd edək ki, yarışın A qrupunda mübarizə aparan Rauf Məmmədov beş xalla qırxıncı, Eltac Səfərli dörd xalla 75-ci yeri tutub. Bu qrupda qalib adını yeddi xalla estoniyalı Kaido Kulaots qazanıb. Ermənistanlı Haik Martirosyan yeddi xalla ikinci, hindistanlı Krişnan Sasikiran 6,5 xalla üçüncü yeri tutub.

  • Что добавляют в сметану для ее удешевления?

    В Союз свободных потребителей Азербайджана (ССПА) постоянно поступают телефонные звонки с жалобами на качество молочной продукции.

    Увы, на азербайджанском рынке примерно 25% молочной продукции не соответствует стандартам качества. Но самое удручающее то, что результаты частной экспертизы того или иного продукта не признаются.

    Об этом заявил Media.Az глава ССПА Эюб Гусейнов.

    По его словам, сегодня в маркетах можно встретить молочную продукцию, срок годности которой порой достигает одного месяца и более. Сразу становится понятно, что в него добавили химию, ведь качественная молочная продукция не может храниться больше двух-трех дней.

    «Больше всего жалоб поступает на сливки, молоко, сметану и йогурт, на творог – гораздо реже. Очень часто жалуются на качество сметаны марки «Ромашка», – сказал Э.Гусейнов.

    Глава ССПА пояснил, что результаты независимой экспертизы не имеют юридической силы, поэтому, будучи общественной организацией, доказать что-либо порой невозможно.

    «Я бы посоветовал покупать местную молочную продукцию, а не импортную, она более качественная», – добавил Э.Гусейнов.

    По его словам, очень часто производители указывают на этикетке одну информацию, а внутри находится продукт совершенно другого качества. Это самый распространенный вид аферы.

    Вчера стало известно, что накануне российские специалисты Росконтроля в преддверии Масленицы проверили качество сметаны с массовой долей жира 20%, передает MK. Оказалось, что некоторые производители вводят в заблуждение потребителей, добавляя в продукт крахмал.

    Так, при анализе сметаны марок «Вкуснотеево» и «Простоквашино» специалисты обнаружили крахмал, о содержании которого не было написано на упаковке. Крахмал не опасен для здоровья, но его используют для того, чтобы сэкономить на сырье. В результате продукция обоих брендов за фальсификацию попала в «черный список» Росконтроля. А вторая, между прочим, активно продается на нашем рынке.

    Стоит отметить, что в прошлом году экспертный центр Союза потребителей провел исследование качества сметаны жирностью 15%. Тогда в сметане «Простоквашино» тоже был обнаружен каррагинан и крахмал. Но эта сметана до сих пор продается!

    Э.Гусейнов добавил, что наличие на рынке сметаны «Простоквашино», качество которой оставляет желать лучшего, говорит о том, что бизнесмены не думают о здоровье граждан, а только лишь о собственной выгоде.