Month: March 2019

  • Mey istefa verəcəyi tarixi açıqladı

    Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”dən sonra istefa verəcək.

    Median.Az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumət başçısının özü bildirib.

    Onun sözlərinə görə, Avropa İttifaqı ilə danışıqların ikinci mərhələsi zamanı yeni yanaşma və yeni lider lazımdır. Baş nazir buna mane olmamağa söz verib.

    Qeyd edək ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu ilin 29 martında başa çatmalı idi. Ancaq Britaniya parlamenti “Brexit” sazişini iki dəfə rədd edib. Nəticədə rəsmi London Aİ-dan çıxış tarixinin 30 iyunadək uzadılması üçün Brüsselə müraciət edib. Mayın 23-də isə Avropa Parlamentinə keçiriləcək seçkilərlə əlaqədar Brüssel “Brexit”in mayın 22-dək təxirə salınmasına şərti razılıq verib.

  • В Гобустане массовый падеж скота – ФОТО/ВИДЕО

    В селе Поладлы Гобустанского района за последнюю неделю пало более десяти голов ягнят и телят.

    Как передает Median.Az с ссылкой на oxu.az, массовый падеж молодых животных в селе наблюдается с декабря прошлого года.

    Наибольший ущерб неизвестное заболевание нанесло хозяйству жителя села Араза Рустамова.

    Сотрудники районного ветеринарного управления обследовали животных, образцы больных животных направлены на экспертизу.

    Экспертиза установила, что падеж скота вызван острым инфекционным заболеванием паратиф, которое завершается смертельным исходом.

    По словам фермера, прописанные ветеринарами методы лечения и препараты оказались безрезультатными.

    Кроме того, Араз Рустамов пожаловался на дефицит лекарств.

    В настоящее время в селе продолжается вымирание мелкого и крупнорогатого скота. В целом, за последние 3 месяца пало более 65 голов скота.

    Фермер ждет помощи от соответствующих структур в предотвращении эпидемии.

  • Rusiyanın məşhur azərbaycanlı reperi Bakıdadır

    Rusiya və MDB-də məşhur olan azərbaycanlı reper Navai (Nəvai Bəkirov) Azərbaycana gəlib.

    Median.Az Baku.ws–ə istinadən xəbər verir ki, reperin səfəri işgüzar xarakter daşımır, sadəcə olaraq Novruz günlərində Vətənini ziyarət etməyə gəlib.

    Qeyd edək ki, Nəvai Bəkirov Rusiyada yaşasa da, Azərbaycanda doğulub.

  • Alimlərdən yeni kəşf – İnsanın altıncı duyğu orqanı var

    Məlum olduğu insanın beş duyğu orqanı var.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, müasir alimlər dəfələrlə altıncı duyğu orqanı kimi açıq məkanda tarazlıq hissinə cavab verən vestibulyar aparatı göstərirlər. Eyni zamanda bir çoxları intuisiyanı da altıncı hiss kimi qəbul edirlər. Amma müasir elm bunu qəbul etmir.

    ABŞ-ın Kaliforniya texnologiya institutunun alimləri və onların Kioto universitetindəki həmkarları müştərək tədqiqat aparıblar. Nəticədə məlum olub ki, insanın eyni zamanda maqnitoresepsiya, yəni Yerin maqnit sahəsini hiss etmə qabiliyyəti var.

    Bu hiss bakteriyalarda, milçəklərdə, bal arılarında, quşlarda, molyusklarda, balıqlarda, tısbağalarda, yarasalarda və bəzi digər heyvanlarda da var.

  • ABŞ Özbəkistan pambığının alışına qoyulan qadağanı aradan qaldırıb

    ABŞ-ın Əmək Departamenti Özbəkistanda istehsal olunan pambığının alışına 2010-cu ildə qoyulan qadağanı aradan qaldırmaq barədə yekun qərar qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Müvafiq qadağa həmin məhsulların məcburi uşaq əməyindən istifadə edilməklə hazırlanması səbəbindən qoyulmuşdu. Bundan sonra Birləşmiş Ştatların istənilən dövlət müəssisəsi pambığı uşaq əməyindən istifadə edilmədən hazırlanması barədə sertifikat tələb etmədən ala biləcək.

    Respublikanın xarici siyasət idarəsinin məlumatına əsasən, bu qərar ABŞ bazarına tam daxil olmaq üçün Özbəkistanın pambıq istehsalçılarına perspektiv yaradacaq.

  • Bakıda gənc qız itkin düşdü

    Bakıda gənc qız itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

    Yasamal rayonu, M.Seyidov küçəsi, ev 21, mənzil 2-də yaşayan 1999-cu il təvəllüdlü Sevda Rəhim qızı Səfərəliyeva martın 25-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırmalara başlanıb.

  • В Казахстане упал и сгорел вертолет: 13 погибших

    В Казахстане разбился военный вертолет Ми-8, экипаж погиб, сообщил президент страны Касым-Жомарт Токаев.

    Комитет по ЧС МВД Казахстана ранее сообщил, что вертолет Ми-8 министерства обороны упал и полностью сгорел в Кызылординской области республики. По данным оборонного ведомства, на борту воздушного судна находились 13 человек.

    “В Кызылординской области потерпел крушение вертолёт министерства обороны. Выполнял полет в рамках военного учения по маршруту Актау-Шымкент. Экипаж вертолета погиб. Мною приказано начать расследование”, – написал президент в своем аккаунте в Twitter.

    Глава государства также выразил соболезнования семьям погибших и сообщил, что им будет оказана материальная помощь.

  • Azərbaycanda orijinal toy dəvəti – FOTO

    Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.

    Median.Az “Sherg.az”-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.

    Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.

    Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.

    Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.

  • Qazaxıstanda helikopter qəzası – 13 nəfər həlak oldu

    Bu gün Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mİ-8 hərbi helikopteri qəzaya uğrayıb.

    Qəzada bütün ekipaj üzvləri həlak olub. Bu barədə ölkə prezidenti Kasım Jomart Tokayev öz Twitter hesabında məlumat yayıb.

    RİA Novosti-nin məlumatına görə,hadisə bu gün səhər saatlarında Qazaxıstanın Qızıl Orda rayonunda baş verib. Mİ-8 markalı hərbi helikopter yerə çırpılıb və tamamilə yanıb.

    Helikopterdə olan 13 hərbçinin hamısı həlak olub. Onların hərbi təlim məqsədiylə havaya qalxdığı bildirilir.//oxu.az

  • Сильный взрыв в Сумгайыте – есть погибший и раненые

    Как сообщает Median.Az со ссылкой на publika.az, ЧП произошло в сталелитейном цехе в поселке Строителей, на территории бывшей ТЭЦ-1.

    В результате взрыва пострадали 4 человека, работавших там в это время: Алибаба Мехралиев, Джейхун Гарачаев, Вугар Джалилов и Минйаз Сеидалиев. Все они были госпитализированы с ожогами, затем переведены в Баку. Один из пострадавших позднее скончался.