Month: March 2019

  • Gəncədə avtoxuliqanlıq edən sürücülər saxlanılıb – FOTO

    Gəncədə avtoxuliqanlar saxlanılıb.

    Bu barədə DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

    Məlumat görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri – Ayxan Məmmədovun, Nicat Seyidzadənin, Novruz Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq etmələri məlum olub. “Mercedes”, “VAZ-2011”, “VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

    Bundan başqa Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində çoxavazlı səs siqnalları ilə vətəndaşların rahatlığını pozan və avtomobilin quruluşuna dəyişiklik edən sürücüləri də aşkarlayıb. Həmin sürücələr avtomobilləri cərimə meydançasına aparılmaqla inzibati qaydada məsuliyyətə cəlb ediliblər.//report.az

  • Стало известно, что за травма у Криштиану Роналду

    Стало известно о состоянии нападающего туринского “Ювентуса” и сборной Португалии Криштиану Роналду, получившего травму в матче отборочного турнира к Евро-2020. Результаты медицинского обследования опубликованы на сайте туринцев.

    У футболиста выявлено незначительное повреждение мышц правого бедра. Роналду должен пройти еще ряд тестов, которые позволят определить точные сроки восстановления, передает Median.Az со ссылкой на Ленту.ру.

    Сам форвард в интервью Football Italia заявил, что не переживает из-за травмы. По словам португальца, он хорошо знает свое тело и рассчитывает восстановиться не более, чем через две недели.

    Форвард получил повреждение в матче между Португалией и Сербией 25 марта и был вынужден покинуть поле. Встреча завершилась вничью – 1:1.

    Из-за травмы футболист может пропустить матчи “Ювентуса” в чемпионате Италии против “Эмполи” (30 марта), “Кальяри” (2 апреля) и “Милана” (6 апреля). 9 апреля туринцам предстоит провести первую четвертьфинальную встречу Лиги чемпионов против “Аякса”.

  • ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

    ABŞ İrana qarşı sanksiyalarını genişləndirib.

    Median.Az xəbər verir ki, İran üzrə sanksiya siyahısına 9 fiziki və 16 hüquqi şəxs daxil edilib.

    Sanksiyalar siyahısına “Asan Bank Brokerage”, “Currency Exchange”, “Colden Commodities LLC” və digər şirkətlər daxil edilib./Trend/

  • Zidan Mbappeni “Real”a keçməyə razı saldı

    “Real”ın baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappe ilə görüşüb.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, görüşdə 20 yaşlı futbolçunun “kral klubu”na mümkün transferi müzakirə olunub. 46 yaşlı çalışdırıcının həmyerlisini Madrid təmsilçisinə keçməyə razı saldığı iddia olunur. Mbappenin yaxın günlərdə klubun prezidenti Nasser Əl-Xəlafi ilə də görüşəcəyi və onu “Real”a buraxmasını xahiş edəcəyi bildirilir.

    İspanların Mbappeyə görə PSJ-yə İsko və Xames Rodriqesi də təklif edəcəyi gözlənilir. Gənc futbolçunun “Real”a keçidi rəsmiləşsə, o, yeni klubunda ilinə təxminən 40 milyon avro qazanacaq.

    Qeyd edək ki, bir müddət öncə “Real”ın Mbappe üçün PSJ-yə 280 milyon avroluq təklif göndərməyə hazırlaşdığı bildirilmişdi.

  • Ekspert yanğınla bağlı xəbərdarlıq etdi

    “Yanğın təhlükəsizliyi ictimai təhlükəsizliyin ən mühüm elementlərindən biridir. Ona görə də hər yerdə və hər kəs yanğın təhlükəsizliyi tələblərinə də ciddi yanaşmalıdır”. Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz “Facebook” səifəsində yazıb.

    O, qeyd edib ki, xüsusilə ictiami yerlərdə – çoxmənzilli binalarda, ticarət obyektlərində, şou məkanlarında, təhsil müəssisələrində və s. yanğından mühafizə qaydaları heç vaxt unudulmamlıdır: “Özü də yanğının baş verməsini istisna edən tədbirlərlə yanaşı, baş verən yanğının qarşısını almağın, insanları və müxtəlif maddi dəyərləri yanğından xilas etməyin mümkünlüyü də çox önəmlidir. Hazırda ölkəmizdə, xüsusən də Bakıda tikinti norma və qaydalarına məhəl qoyulmadan sıx məskunlaşma, xüsusən iri ticarət obyektlərinin ətrafında mövcud olan vəziyyət ciddi təhlükələrdən xəbər verir”.

    Ekspert bildirib ki, hər il dünyada yanğınlar 85-90 min insanın həyatına son qoyur, inkişaf etmiş olkələrdə ÜDM-in təxminən 1%-i yanğınlarda külə dönür.

  • Провокация ВС Армении, азербайджанский военнослужащий стал шехидом

    26 марта в течение дня подразделения вооруженных сил Армении прибегли к провокациям на различных направлениях фронта.

    Как передаёт Министерство обороны Азербайджана, в результате обстрела противником позиций наших подразделений сегодня вечером на Физулинском направлении фронта погиб военнослужащий Азербайджанской Армии Эллезов Эллез Аледдин оглы.

    Руководство Министерства обороны выражает глубокие соболезнования родным и близким шехида.

    В то же время, армянская пресса распространила информацию о якобы попытке азербайджанской стороны продвинуть вперед свои позиции посредством проведения инженерных работ на армяно-азербайджанской границе.

    Официально заявляем, что распространенная информация не соответствует действительности, является очередной провокацией армянской стороны и преследует цель обострить обстановку на фронте.

    В результате решительных и адекватных мер, предпринятых подразделениями Азербайджанской Армии, огневые точки противника были подавлены и его дальнейшие провокации были пресечены.

    В настоящее время подразделения Азербайджанской Армии полностью контролируют ситуацию на линии фронта.

  • Azərbaycan Ordusunun əsgəri şəhid olub

    Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb

    Müdafiə Nazirliyi xəbər verir ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

    Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

    Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

    Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

    Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

    Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.

  • Bakının Xətai rayonunda zenit top mərmisi aşkarlanıb

    Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 7 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək, agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Zenit top mərmisi ətrafında 2,500 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.//report.az

  • AVRO-2019: Azərbaycan millisi elit-raunddakı son oyununu böyük hesablı məğlubiyyətlə başa vurub

    19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda son oyununu keçirib.

    Median.Az report-a istinadən məlumatına görə, 1-ci qrupda yer alan yığma III turda Rumıniya yığması ilə üz-üzə gəlib.

    Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda təşkil olunmuş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rumıniya millisi qollarından 3-nü ilk yarıda vurub. 7-ci və 20-ci dəqiqələrdə Valentin Mihayla, 29-cu dəqiqədə Andrey-Marius Rus fərqlənib. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə Alexandru Tirlya qoyub.

    Qrupun digər oyununda Rusiya millisi “Krasnodar” Futbol Akademiyasının stadionunda İrlandiya yığmasına uduzub – 0:2.

    Beləliklə, 3 oyunun hamısını qələbə ilə başa vuran İrlandiya yığması 9 xalla qrup lideri olub və 14 – 27 iyulda Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

    Rumıniya 4 xalla 2-ci, Rusiya 2 xalla 3-cü yeri tutub. 3 oyundan cəmi 1 xalla ayrılan Azərbaycan millisi isə qrup sonuncusu olub. Bu görüşlərdə Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv cəmi 1 qol vurub və qapısından 7 top buraxıb.

    AVRO-2019-un elit-raundu

    III tur

    1-ci qrup

    26 mart

    18:00. Rumıniya – Azərbaycan – 4:0

    Qollar: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3

    Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

    Krasnodar, “Kuban” stadionu (Rusiya)

    18:00. Rusiya – İrlandiya – 0:2

    Qeyd edək ki, 14 – 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri olan 7 ölkə vəsiqə qazanıb.

  • Fransa mətbuatı Mehriban Əliyevanın Parisə səfərindən yazıb

    Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.

    “Qafqazın güclü iqtisadi gücə malik ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, – deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.

    Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.

    “Azərbaycan inkişafda olan güclü ölkədir”, – deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.

    Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.

    Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrində inkişafından danışılıb.

    Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.

    Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

    Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.

    Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.

    Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.