Month: March 2019

  • “Rüstəm kişi” onun son rolu idi, yaddaşlarda da elə qaldı

    Yaddaşlarda, hafizələrdə Rüstəm kişi, Hüseyn dayı kimi qalan, yaşayan, Azərbaycanın korifey sənətkarlarından biri və birincilərindən olan SSRİ Xalq artisti Ələsgər Ələkbərovun bu gün doğum günüdür.

    Korifey sənətkarın, tanınmış kino və teatr aktyorunun bu gün 109 yaşı tamam olur. Qeyd edək ki, Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub.

    Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb.

    Teatrda işlədiyi illərdə aktrisa, korifey sənətkar, SSRİ Xalq artisti Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.


    Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad (Gəncə) Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.

    Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz – Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur.

    Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960).

    Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb.

    Bu yerdə qeyd edək ki, Rüstəm kişi obrazı Ələsgər Ələkbərovun kinoda (ümumən yaradıcılığında) son rolu, son obrazı olub. Bu film 1962-ci ildə çəkilib, filmin ilk baxış tarixi isə 1963-cü ilin may ayının 13-də olub. Hansı ki, artıq həmin vaxt böyük aktyor həyatla, fani dünya ilə vidalaşmışdı.

    Böyrək çatışmazlığından əziyyət çəkən korifey sənətkar yaşının və yaradıcılığının ən gözəl vaxtında, 1963-cü ilin yanvar ayının 31-də, cəmi 53 yaşında əbədiyyən dünyaya gözlərini yumub…

    Bununla yanaşı, böyük aktyor “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində rollar alıb.1961-ci ildə keçmiş sovetlərin ən yüksək fəxri adına – SSRİ xalq artisti adına layiq görülüb.


    Qeyd edək ki, Ə. Ələkbərov ilk və azsaylı azərbaycanlı SSRİ xalq artistlərindəndir. Həmçinin, Azərbaycanın ən gənc xalq artistlərindən biri olub.

    İstedadlı aktyor cəmi 30 yaşında, 1940-cı ildə Azərbaycan SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb…//oxu.az

  • Грузия возглавит Совет Европы

    В ноябре текущего года Грузия станет страной-президентом Совета Европы.

    Как передает Грузия online, об этом сообщила журналистам первый вице-спикер грузинского парламента Тамар Чугошвили.

    Как отметила Чугошвили, в этом году исполняется 20 лет, как Грузия является полноправным членом Совета Европы.

    «Это важная дата для нас. Это совпадает с тем, что в этом году Грузия станет президентом Совета Европы. Это очень редкий случай, потому что в Совет Европы входят 48 государств, и каждое из них по очереди возглавляет Совет Европы. Президентство Грузии начнется в ноябре. Такая возможность выпадает стране один раз за десятилетия. Нас ожидает еще более активный год, потому что у страны имеется возможность стать президентом такой крупной международной организации. Мы хотим использовать эту возможность в интересах страны», – сказала Чугошвили.

    По заявлению первого вице-спикера грузинского парламента, в период своего председательства в Совете Европы Грузия усилит работу по деоккупации грузинских территорий.

    «Проблема номер один в нашем случае — это правовое положение наших граждан на оккупированных территориях и территориальная целостность страны. Нашим приоритетом не будут только негативные темы. Мы хотим лучше познакомить Европу с нашими достижениями и реформами, которые имеет страна. Нам это нужно не для самолюбования, а для того, чтобы наша страна имела поддержку со стороны этих стран», — подчеркнула Чугошвили.

    По информации Чугошвили, 10 апреля премьер-министр Грузии Мамука Бахтадзе посетит Парламентскую ассамблею Совета Европы в Страсбурге, где наряду с двусторонними и многосторонними встречами высокого ранга также состоятся политические дебаты.

  • Qonşusunun itini güllələdi, polisə düşdü

    Sabirabadda tüfənglə həmkəndlisinin itini vuran şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 25-də Sabirabad rayonunun Moranlı kənd sakinlərindən biri rayon Polis şöbəsinə ərizə ilə müraciət edib həmin gün saat 12 radələrində, ona məxsus itin həmkəndlisi A.İsmayılov tərəfindən tüfəngdən açılmış atəşlə vurulmasını bildirib.

    Polis əməkdaşları tərəfindən A.İsmayılov saxlanılıb, ondan 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.//modern.az

  • DİN-dən əməliyyat: 38 nəfər saxlanıldı

    Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.//yenicag.az

  • McDonald’s заключил самую крупную за 20 лет сделку

    Cеть ресторанов быстрого питания McDonald’s объявила о приобретении израильской компании Dynamic Yield, специализирующейся в сфере разработки технологий искусственного интеллекта.

    Как сообщает ТАСС, сумма сделки не разглашается. Однако известно, что она превышает 300 млн долларов, что делает ее крупнейшим приобретением сети быстрого питания за последние 20 лет.

    В McDonald’s заявили, что технологии израильской компании будут использоваться при составлении персональных меню, набор блюд в котором будет варьироваться в зависимости от погоды, загруженности ресторана и других факторов. То есть, исходя из выбора клиента, искусственный интеллект предложит ему дополнительные позиции из меню.

    Компания сообщила, что провела ряд пробных испытаний своей технологии в нескольких американских ресторанах в 2018 году. В 2019 году McDonald’s планирует начать применение технологии Dynamic Yield в своих филиалах в США, а затем выйти с ними на рынки других стран. Сеть ресторанов быстрого питания также собирается «оснастить» этой технологией свои киоски самообслуживания и мобильное приложение McDonald’s.

  • Гражданин Азербайджана попытался незаконно пронести в Грузию драгоценности

    Гражданин Азербайджана попытался пронести в Грузию незадекларированные золотые предметы через пограничный пропускной пункт “Сыныг Кёрпю”.

    Как передаёт Median.Az со ссылкой на Report, об этом сообщили в Службе доходов Министерства финансов Грузии.

    При прохождении проверки сканером на гражданине Азербайджана А.К. были найдены золотые предметы общим весом 134,7 грамма.

    Общая стоимость драгоценностей составила 8 647,84 лари (3 215 долларов).

    В соответствии с законодательством Грузии, было принято решение оштрафовать нарушителя на сумму равную общей стоимости драгоценностей.

  • Azərbaycan vətəndaşı qızıl əşyalarını Gürcüstana qanunsuz keçirməyə cəhd edib

    Azərbaycan vətəndaşı “Sınıq körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstana bəyan olunmamış qızıl əşyalar keçirməyə cəhd edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

    Azərbaycan vətəndaşı A.K. skaner yoxlanışından keçərkən onun üzərində ümumi çəkisi 134,7 qram olan qızıl əşyalar aşkar olunub.

    Zinət əşyalarının ümumi dəyəri 8,647.84 lari (3215 dollar) təşkil edib.

    Gürcüstan qanunvericiliyə uyğun olaraq, onun qızıl əşyaların dəyərinə bərabər məbləğdə cərimə olunması barədə qərar qəbul olunub.

  • Нурмагомедов об уходе Макгрегора из MMA

    Чемпион UFC в легкой весовой категории Хабиб Нурмагомедов отреагировал на уход Конора Макгрегора из MMA.

    «В джунглях может быть только один король. Только один», – написал Хабиб в твиттере.

    Макгрегор объявил о завершении карьеры в смешанных единоборствах 26 марта. 6 октября прошлого года он проиграл Нурмагомедову болевым приемом в четвертом раунде.

  • Qara Qarayev prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət davam edir

    Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir.

    Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayis Ağayev məlumat verib.

    Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz hərəkəti təmin edilib. Görülən tədbirlər sayəsində ictimai nəqliyyatın fəaliyyətində çətinliklər müşahidə olunmayıb.

    Məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə və Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edir.

    Bakı Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.//Baku.ws

  • Narkotikə görə tutuldu, oğurluğunun üstü açıldı

    Şirvan şəhər sakinləri narkotiklə yaxalanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib.

    Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Ətraflarında aparılan əməliyyat zamanı onların birgə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, saxlanılan şəxslərin bir müddət əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını oğurladıqları məlum olub.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.