Month: March 2019

  • Azərbaycanda İİV-ə yoluxanlarla bağlı dəhşətli statistika açıqlandı

    İndiyədək Azərbaycanda İİV infeksiyasından 969 nəfər dünyasını dəyişib, 7408 nəfər isə daşıyıcıdır.

    Bu barədə bizimyol.info-ya Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Günəş Cəfərova bildirib.

    O deyib ki 1987-2018-ci illərdə müşahidə dövründə 7408 nəfər qeydiyyata alınıb. Onlardan 6538 (97%) nəfəri Azərbaycan vətəndaşıdır.

    Bu ilin yanvar ayına olan məlumata görə, İİV-lə yaşayan insanların 6193 nəfərin 4028 (71%) nəfəri kişi, 1633 (29%) nəfəri qadındır. Onların 80,7 faizi 25-49 yaş qrupuna aiddir. 2 faizi isə 17 yaşa qədər olan uşaqlardı.
    Mərkəzin rəsmisi onu da bildirib ki, 25 faiz İİV QİÇS mərhələsindədir.

  • “Diqlas”dakı yanğının başlama anı – Qaz balonu partlayır… – VİDEO

    Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.

    Median.Az azvision.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı yaxınlıqdakı mağazalar da yanaraq külə dönüb.

    İlkin məlumata əsasən, yanğın dönərxanada başlayıb. Daha sonra alovun miqyası böyüyərək ticarət mərkəzinə keçib.

  • Meyxanaçı Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR – Oğlu danışdı

    “Atamın vəziyyəti əvvəlinə baxanda daha da yaxşıdır”.

    Median.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında meyxana ustası Ağakərim (Kərim) Novruzovun oğlu Kamil deyib. O bildirib ki, atasının səhhətinin pisləşməsi ilə bağlı dərc edilən xəbərlər yalandır:

    “Yazılanlar həqiqəti əks etdirmir. Atamın vəziyyəti normaldır. Ağırlaşmayıb. Əksinə, əvvəlkinə baxanda, indi yaxşıdır. Həkimlər söylədilər ki, bir neçə gün sonra müayinəyə gətirə bilərsiniz. İndi evdədir, özünü yaxşı hiss edir”.

    Xatırladaq ki, bu gün mətbuatda meyxanaçının səhhətinin pisləşdiyi barədə xəbərlər dərc olunub.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

  • Sərhəddə siqaret və spirtli içkilər aşkar olunub – FOTO

    Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 21063” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

    Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

    Lakin baxış zamanı nəqliyyat vasitəsinin salonunda və yük yerində gizlədilən 8200 ədəd “King”, 800 ədəd “Kent” markalı siqaretlər, üzərində “Nemirovskaya” yazısı olan 16 ədəd 1 litrlik spirtli içkilər aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Венесуэла дважды за день осталась без света

    Часть Венесуэлы осталась без энергоснабжения дважды за понедельник, 25 марта.

    Как сообщает газета El Nacional, около 22:00 по местному времени (06:00 26 марта по бакинскому времени – ред.) от жителей стали поступать сообщения об отсутствии света. Затронуты оказались множество районов столицы – Каракаса, а также 21 из 23 штатов.

    Отметим, что первый сбой в подаче электричества произошел в понедельник днем. Он затронул большую часть Каракаса и 14 штатов страны. В частности, встало столичное метро.

  • Задержаны лица, совершившие кражи в дачных массивах

    Как сообщает Median.Az, сотрудники 42-го отделения полиции Сабунчинского РУП в результате оперативно-розыскных мер задержали жителей поселка Маштага Мирэйваза Мамедова и Аганаби Хадиева.

    Установлено что, они в дачных массивах в поселке Нардаран, Лахидж и Маштага украли из 7 домов предметы быта.

    Во время допроса задержанные признались в том что, определенную часть награбленного продали в Сабунчинском рынке. Остальные похищенные предметы были найдены сотрудниками полиции в их домах.

    В Следственном отделе Сабунчинского РУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору)
    УК Азербайджана.

  • Bakı bağlarında evləri qarət edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Maştağa qəsəbə sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev saxlanılıblar.

    Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında yerləşən 7 evdən məişət əşyaları oğurlamaları məlum olub.

    İş üzrə dindirilmiş şəxslər bildiriblər ki, oğurladıqları əşyaların bir qismini Sabunçu bazarında satıblar.

    Oğurlanan əşyların qalan hissəsi saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkar edilib.

    Sabunçu RPİ İstintaq Şöbəsinə CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bakıda yanğın baş verən ticarət mərkəzində açıq alovun qarşısı alındı

    Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

    Bu barədə FHN məlumat yayıb.

    Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

  • Azərbaycanda ər arvadını qohumu ilə yataqda tutdu — Ağzından güllələdi

    Ərvadını və qohumu güllələyən şəxsin məhkəməsi başlayır.

    Median.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, arvadını və qohumunu güllələməkdə şübhəli bilinən Şamaxı rayon sakini İbrahimov Əmrah İbrahim oğlunun məkhəmə prosesi aprel ayının 3-də hakim Etibar Hümbətovun sədrliyi ilə keçiriləcək.

    Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Şamaxı rayonunun Pirbəhli kəndində baş verib. Kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, qohumu, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

    Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.

    M.İbrahimova isə xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib.

    Qanlı hadisəni törətməkdə şübhəli bilinən Əmrah İbrahimov polis şöbəsinə gələrək, könüllü təslim olub.

  • 1000 mağaza, 200 milyon manat… – “Diqlas”dakı yanğının dəhşətli sonu

    Bu gün Bakıda yanan “Diqlas” Ticarət Mərkəzində 1000-ə yaxın sahibkara zərər dəyib.

    Median.Az bildirir ki, bu barədə Bakupost.az-a danışan bazarda ticarətlə məşğul olan şəxslərdən biri deyib ki, yanğın nəticəsində 1000-ə yaxın dükan tamam yararsız hala düşüb və dükanlardakı bütün mallar külə donub: “Yanğın səhər erkən saatlarda başladığı üçün sahibkarların əksəriyyəti işə gəlməmişdi. Gələnlər də mallarını çıxara bilmədi. Ticarət Mərkəzindəki dükkanların hamısında malların demək olar ki, hamısı yanıb külə dönüb, heç kim malını çıxara bilməyib”.

    Sahibkar bildirir ki, TM-də dükanların kvadratmetrinin qiyməti 200 manatdan başlayır. Ticarət mərkəzinin sahibləri isə dükan sahiblərinin mallarını sığortalamayıb.

    Əldə etdiyimiz məlumata görə, yanğın nəticəsində sahibkarlara dəyən ziyanın miqdarı təxminən 200 milyon manata yaxındır.