Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzindəki yanğın lokallaşdırılıb.
Median.Az azvision.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı yaxınlıqdakı mağazalar da yanaraq külə dönüb.
İlkin məlumata əsasən, yanğın dönərxanada başlayıb. Daha sonra alovun miqyası böyüyərək ticarət mərkəzinə keçib.







