Month: March 2019

  • 5 yaşlı uşaq faciəvi şəkildə öldü

    5 yaşlı Balakən rayon Mahamalar kənd sakini Ramazan Bayramov at arabasından yıxılaraq dünyasını dəyişib.

    Balakən Rayon Prokurorluğundan qafqazinfo-ya daxil olan məlumata görə, azyaşlı martın 28-də axşam saatlarında həmyaşıdları ilə oynayarkən arabadan yıxılaraq təkərin altına düşüb. Bu zaman qarnın küt travması, dalağın partlaması, daxili qanaxma diaqnoza ilə rayon xəstəxanasına aparılıb.

    Ötən gün səhər saatlarında isə xəstəxanada dünyasını dəyişib. Hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Məhkəmə tibbi ekspertizası təyin olunaraq meyit daxili müayinə olunub.

    Hazırda Balakən rayon prokurorluğunda araşdırma aparılır.

  • Вокалиста The Prodigy похоронили под массовое веселье фанатов – ВИДЕО

    Вокалиста британской группы The Prodigy Кита Флинта похоронили в городе Брейнтри, графство Эссекс, передаёт Median.Az со ссылкой на Reuters.

    На отпевании присутствовали только близкие Флинту люди, но служба транслировалась через динамики на улицу.

    Траурная церемония сопровождалась фанатами, которые по просьбе группы приехали «веселиться и пошуметь» в честь покойного. Всем, кто пришел отдать дань уважения звезде Firestarter, предлагали бесплатно нанести грим на лица, а также татуировки.

    Конный катафалк был украшен яркими оранжевыми цветами с надписями Keef и Chief («Кит» и «Главный»). Гроб украшали флуоресцирующий зеленый микрофон Флинта и элегантная композиция из белых и красных роз.

    Тело Флинта было найдено 4 марта в его доме в Данмоу. Отмечалось, что причиной самоубийства могла стать депрессия из-за развода с супругой Маюми Каи, более известной как DJ Gedo Super Mega Bitch.

  • Свадьба детей азербайджанских бизнесменов взбудоражила весь интернет – ВИДЕО

    Свадьба, которую сыграли своим детям азербайджанские бизнесмены, взбудоражила весь интернет.

    На свадьбу в дворце торжеств «Buta palace» была приглашена специальная танцевальная группа.

    Но больше всего гостей поразил свадебный торт. Ведущий даже назвал торт «произведением искусства».
    //Media.az

  • В Азербайджане с апреля увеличится размер соцпособий и президентских пенсий

    С 1 апреля в Азербайджане увеличится размер социальных пособий и президентских пенсий.

    Об этом журналистам сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    По его словам, в соответствии с распоряжением Президента Азербайджана Ильхама Алиева от 25 февраля 2019 года, были подготовлены соответствующие нормативные акты для повышения социальных пособий по 14 категориям лиц и президентских пенсий по семи категориям, в среднем на 100 процентов, а также для учреждения новых пенсий Президента по двум категориям, которые были представлены в соответствующие структуры.

    Министр отметил, что в ближайшее время будут подписаны соответствующие документы. В этом же месяце будет осуществлена выплата соцпособий и пенсий с соответствующей надбавкой, а также будет обеспечена выплата новых видов пенсий.

    Бабаев сказал, что распоряжение охватывает 600 тысяч граждан из особо уязвимых групп лиц, а также 300 тысяч лиц с инвалидностью. Министр также сказал, что для повышения социальных пособий и пенсий, а также учреждения новых пенсий, ежегодно будет дополнительно выделено 400 миллионов манатов.
    //Trend

  • В Баку сын избил 67-летнюю мать из-за денег

    В Баку сын избил 67-летнюю мать из-за денег.

    Инцидент произошел в Хатаинском районе столицы.

    Гараева Сейлан Сейид гызы, 1952 года рождения, проживающая по адресу проспект Бабека, 55, обратилась в полицию с заявлением, что ее сын, Гашимов Руслан Мехман оглу, 1988 года рождения, проживающий вместе с ней, избивает ее и, угрожая, требует денег.

    По факту полициия начала расследование.

    //Trend

  • Новый тренд среди азербайджанских женщин возмутил пользователей Сети – ВИДЕО

    Новый тренд, распространившийся в социальных сетях в Азербайджане, подвергся общественной критике.

    Девушки танцуют и записывают видео под песню «Kazbekə şey basım, zırranım», затем делятся кадрами в социальных сетях.

    Пользователи Сети неоднозначно отнеслись к новуму тренду. Они отмечают, что подобные видео не подходят азербайджанским женщинам и демонстрируют негативный пример.

  • В Азербайджане отличившиеся в учебе выпускники получат аттестаты особого образца

    В Азербайджане выпускники, завершившие общее образование с особым отличием, получат аттестат особого образца.

    Данный вопрос нашел отражение в новом разработанном законопроекте «Об общем образовании», накануне вынесенном на обсуждение в третьем чтении на пленарном заседании Милли Меджлиса (парламента).

    В законопроекте говорится, что государственный документ об общем образовании считается основным для продолжения образования на следующем уровне и ступени, а также для начала трудовой деятельности.

    Согласно новому законопроекту, лицам, по различным причинам, не завершившим среднее или полное среднее образование, в установленном порядке выдается справка.

    На заседании было отмечено, что ранее не завершившие образование лица не могли получить документ, однако, по новому законопроекту, им будет выдаваться справка о том, что они проучились до определенного класса.

    После обсуждений новый законопроект был вынесен на голосование и принят большинством голосов.
    //Trend

  • “Diqlas”dakı sahibkarlar dövlətdən 6,3 milyon manat güzəştli kredit istəyib

    Bakıdakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş 142 sahibkar İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında fərdi qaydada qəbul edilib.

    Nazirlikdən verilən məlumata görə, onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.

    Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 000 m2 olan 350-yə yaxın ticarət obyekti beş ay icarə haqqı ödənilməmək şərti ilə istifadə etmələri üçün sahibkarlara təklif edilib.

    Bununla əlaqədar təqdim edilən təkliflər üzrə qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq, 135 sahibkar tərəfindən 4934 m2 sahədə ticarət obyektinə ehtiyaclarının olduğu müəyyən edilib və bu istiqamətdə işlərə başlanılıb.

    Eyni zamanda, qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və nəticədə artıq 126 sahibkar tərəfindən təxminən 6,3 milyon manatdan çox güzəştli kreditdən istifadə etmək istəklərində olduqları bildirilib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.

    Qəbulun 30-31 mart tarixlərində davam etdirilməsi və başa çatdırılması planlaşdırılır, nəticələri barədə əlavə məlumat veriləcək.

  • Məhkəmədən Aysellə “ər qalmaqalı” yaşayan ananın əleyhinə qərar – AÇIQLAMA

    Müğənni Aysel Əlizadə ilə “ər qalmaqalı” yaşayan Turanə Nəcəfova adlı qadının məhkəmə prosesi baş tutub.

    Median.Az xəbər verir ki, Ayseli 13 illik əri Elçin Nəcəfovu əlindən alması ilə ittiham edən edən T.Nəcəfova məhkəməyə müraciət edərək, uşaqların anaya verilməsini tələb edib.

    2017-ci ildə məhkəmə hər iki övladın anada qalmasına dair qərar çıxarsa da, bu dəfə baş tutan prosesdə Turanənin istəkləri məhkəmə tərəfindən rədd edilib.

    Məhkəmə uşaqların ataya verilməsini məsləhət görüb. “Səni axtarıram” proqramının eksperti, vəkil Şəfiqə Nağıyeva isə hesab edir ki, psixoloji ekpertiza olmalıdır.

    “Sənədlər Ədliyyə Nazirliyinin psixoloji ekspertiza şöbəsinə göndərilməlidir. Ona görə ki, 9 aydan çoxdur uşaq atanın yanındadır və təbii ki, atanın ona təsiri var. Ona görə də psixoloji ekspertiza öz rəyini deməlidir ki, uşaq ata tərəfindən öyrədilir, yoxsa yox?! Buna görə də iş ora göndərildi”, – deyə, Ş.Nağıyeva “Səni axtarıram” verilişinin efirində məlumat verib.

    Turanə isə verilişin efirində “Uşaq 2 il 3 aydır məndən gizlədilir, qaçırdılır” ifadəsini dilə gətirib.

    Oxu.Az-ın əməkdaşı qalmaqallı olayın digər qəhrəmanı Elçin Nəcəfovun vəkili Xəyal Bəşirov ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, onlar məhkəmənin qapalı keçirilməsini istəyib və bu vəsatət təmin olunub:

    “Prosesin qapalı keçirilməsinə rəğmən Şəfiqə Nağıyevanın məsələ ilə bağlı hər hansı məlumatı ictimailəşdirməsi düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Qısa olaraq qeyd edim ki, iş ekspertizaya göndərilib. Ekspert rəyindən sonra proses davam etdiriləcək. Bu səbəbdən də hər hansı bir məlumatı hələ ki ötürə bilmərəm.

    Verlişin reytinq naminə şəxsi ailəyə aid olan məsələləri efirə çıxarıb və bunu proqramın əsas mövzusu etməsi, həftələrlə müzakirəyə buraxması düzgün hal deyil. Azərbaycanın mental dəyərləri var. Hər halda boşanma baş verilən təqdirdə o, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Burada nikaha xitam verilib və qanunsuzluqdan söhbət belə gedə bilməz”.

    Vəkil qeyd edib ki, bu məsələdə adı çəkilən müğənni Aysel Əlizadənin işguzar nüfuzuna xələl gəlib: “Məndə olan məlumata görə, Aysel qarşı tərəfi məhkəməyə verib. Şərəf və ləaqətin alçaldılması ilə bağlı xüsusi ittiham qaydası ilə bağlı hər iki tərəf məhkəməyə müraciət edə bilər. Turanə Nəcəfova da artıq bununla bağlı məhkəməyə üz tutub.

    Onu da qeyd edim ki, Elçin Nəcəfov bununla bağlı məhkəməyə müraciət etməsə də, istisna da olunmur”.

    Xoşagəlməz olayda adıçəkilən və ittiham olunan müğənni Aysel Əlizadənin keçirilən məhkəmə proseslərində iştiraki ilə bağlı isə hüquqşunas bunları deyib:

    “Şəxsən mən Ayselin Elçinlə hər hansısa bir əlaqəsinin olduğu haqda heç nə eşitməmişəm. Üzdə olan şəxs haqqında hər hansısa bir məlumat yayılırsa, istər-istəməz ajiotaja və söz-söhbətə səbəb olur.

    İnsanların diqqətini cəlb edir. Turanə xanım verlişə çıxmazdan öncə Elçin bəyə müraciət etsəydi, proses tamam başqa istiqamətdə gedəcəkdi”.

    Qeyd edək ki, Elçin və Turanə Nəcəfov cütlüyünün iki qız övladı var. “Yetim” ləqəbi ilə el arasında tanınan Elçin Nəcəfovun avtosalonlara malik olduğu və tikinti işi ilə məşğul olduğunu deyilir.

  • Elçin Quliyev Ermənistanla sərhəddə – FOTO

    Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

    Bu barədə DSX-nın mətbuat xidməti məlumat yayıb.

    Səfər çərçivəsində yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi məqsədilə sərhədçilərə göstərilən hərtərəfli dəstəyə görə minnətdarlıq bildirilib, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

    Dövlət Sərhəd Xidmətinin rəisi Qazax rayonunun icra hakimiyyətinin başçısı və yerli ictimaiyyət nümayəndələri ilə birgə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində olub, burada aparılan mühəndis təminatı və döyüş mövqelərinin möhkəmləndirilməsi işlərinə yerində baxış keçirib, zabit və əsgərlərlə söhbət aparıb, xidməti-döyüş fəaliyyətinin nəticələri haqqında məruzələri dinləyib.

    Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərinə uyğun olaraq xidməti ərazidə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılması, şəxsi heyət üçün lazımi xidməti və məişət şəraitinin yaradılması, hərbi hissələrdə və bilavasitə təmas xəttində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi istiqamətində görülən işlərin gücləndirilməsi barədə tapşırıqlar verilib.

    Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi və digər vəzifəli şəxsləri mart ayının 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatı nəticəsində Füzuli rayonu istiqamətində şəhid olmuş Qazax rayonunun Yuxarı Salahlı kənd sakini əsgər Əlləzov Əlləz Ələddin oğlunun yas mərasimində iştirak etmiş, qəhrəman əsgərin valideynlərinə baş sağlığı veriblər.