Month: March 2019

  • 14 kq kürü keçirilməsinin qarşısı alındı – Rusiya-Azərbaycan sərhədində

    Gömrükdə balıq kürüsü və siqaretlər aşkarlanıb.

    ONA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsi saxlanılıb və rentgen qurğusu vasitəsilə avtomobilə gömrük baxışı keçirilib.

    Baxış zamanı şübhəli məqamlar müəyyən edildiyindən təkrar gömrük yoxlaması aparılıb və nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd “Belomorkanal” markalı siqaretlər aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • В столице за сбыт наркотиков задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Бинагадинского РУП задержали жителя столицы, ранее судимого Н.Асадуллаева, у которого изъяли 11,1 кг. марихуаны.

    Кроме этого, сотрудники 42-го отделения полиции Сабунчинского РУП в результате проведенной операции задержали жителя поселка Нардаран, ранее судимого Н.Ализаманова, у которого в доме обнаружили 1 кг. 250 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела.

  • Bakıda narkotik satışı ilə əlaqədar 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

    Ondan 11,1 kq-dan artıq marixuana götürülüb.

    Bundan başqa, Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Əlizamanovun evindən 1 kq. 250 qram marixuana aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Снегопад в регионах Азербайджана – ВИДЕО

    В районах Азербайджана со вчерашнего дня установилась холодная и снежная погода.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в Загатальском, Гахском и Гедабекском районе выпал снег.

    Отметим, что вчера Национальный департамент гидрометеорологии Министерства экологии и природных ресурсов сообщил, что в районах Азербайджана временами ожидаются дожди, в горных и предгорных районах – снег.

  • Azərbaycanın rayonları ağ örpəyə büründü – VİDEO

    Dünəndən başlayaraq, Azərbaycanın rayonlarında soyuq hava və qar yağışı müşahidə edilir.

    Zaqatala, Qax və Gədəbəy rayonları ağ örpəyə bürünüb.

    Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıntısının gözlənilməsi barədə məlumat yayıb.

  • Zaqatalada restoran yandı

    Zaqatala rayonunda yanğın baş verib. Bu barədə Lent.az-a Fözqəladə Hallar Nazirliyindən bildirilib

    Məlumata görə, rayonun Tala kəndində ümumi sahəsi 200 m² olan tikilinin (restoran kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 25 m² sahədə yanıb. Tiklinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Bakıda REYD: 19 sərxoş sürücü saxlanıldı – VİDEO

    Martın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri keçirilib.

    Bakı şəhər Baş Polis İdarəsindən ONA-ya verilən məlumata görə, paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılıb. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunub.

    Paytaxt üzrə keçirilən kütləvi tədbirdə əsas məqsəd yol hərəkətinin təhlükəsizliyinin etibarlı təminatında hər bir insanın məsuliyyət hissinin artırılması olub. Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin əməkdaşları ilə yanaşı, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Ümumilikdə yol hərəkəti qaydalarını pozan 896, o cümlədən kobud qayda pozuntusuna yol verən 130 sürücünün barəsində İXM-nin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən 17 nəqliyyat vasitəsi saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib, avtomaşını sərxoş halda idarə edən 19, avtoxuliqanlıq edən 2 sürücü, yolu müəyyən olunmayan yerdən keçən 295 piyada, sərnişin daşıma qaydalarının pozulması ilə bağlı 50 fakt müəyyən olunaraq müvafiq tədbirlər görülüb.

    Eləcə də keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində küçə ticarəti ilə məşğul olduqlarına görə 106, avara və dilənçiliklə məşğul olduqlarına görə 14 nəfər müəyyən olunub.

    Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

  • “Paytaxtda qanunsuz bina tikilir, qurumlar göz yumur” – Açıqlama

    Arif Əmirov qardaşı Oktay Əmirovdan ona miras qalan torpaqda qanunsuz hündürmərtəbəli binanın tikildiyini iddia edir.

    O, bu barədə “Qafqazinfo”ya müraciətində danışıb. Şikayətçi qeyd edib ki, “Murad-MS MMC” şirkəti 2016- ci ildən 8-ci mikrorayon 3078-ci məhəllə, 21-ci binanın qarşısında tikintiyə icazə sənədi olmadan 17 mərtəbəli bina tikir:

    “Buna etiraz olaraq ilk dəfə bina sakinləri Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovla görüşüblər. Bina sakini Əbülfəz Hacıyevin adına gələn məktubda tikintinin qanunsuz olduğu vurğulanıb. Amma tikinti yenə də davam etdi. Daha sonra mən özüm Dövlətxan müəllimlə görüşdüm və o, mənə Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Komissiyasına məktub təqdim etməyimi bildirdi. Həmin komissiyanın 0563 nömrəli qərarında göstərilir ki, yoxlama zamanı şirkətin torpaqda tikintiyə dair icazə sənədinin olmadığı məlum olub.

    Bundan sonra tikinti işləri müəyyən müddətə dayandırıldı. Şirkət yenidən Arxitektura komitəsinə müraciət edərək tikintini davam etdirmək üçün kod reyestr və xüsusi nişan alıb. Ancaq kod reyestr tikinti icazəsi demək deyil. Tikinti Məcəlləsində də qeyd olunub ki, ilk olaraq torpağa dair icazə sənədi olmalıdır. Mənə çox maraqlıdır ki, bu adamlar tikinti icazəsi olmadığı halda bunu necə apara bilirlər? Mən birinci vitse-prezidentin katibliyində də olmuşam. Katiblik Ədliyyə Nazirliyinə torpağın kimə adi olmasını araşdırmaq üçün məktub göndərib. Nazirliyin bələdiyyələrlə iş üzrə mərkəzindən mənə gələn məktubda da qeyd olunub ki, torpaq Əmirov Oktayın adınadır.

    Şəhərsalma və Arxitektura Komitəsindən bildirirlər ki, 2013- cü ildə layihələndirmə sərəncamı tikintiyə icazə sənədi kimi qəbul olunurdu. Halbuki qanunvericilikdə belə bir şey yoxdur. Paytaxtda qanunsuz bina tikilir, qurumlar isə buna göz yumur. Layihələndirmə sərəncamının və xüsusi nişanın ləğv edilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində iddia qaldırdım. Məhkəmənin hakimi Fərrux Qasımov tikintiyə icazə sənədinin olmadığına dair qərar verdi. Amma bu adamlar hansısa yollarla 1 saylı İnzibati İqtisad Məhkəməsində iş qaldırdılar. Və məhkəmə həmin qərarı onların lehinə ləğv etdi”.

    “Qafqazinfo” məsələ ilə bağlı “Murad-M.S” MMC ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, torpaq şikayətçinin qardaşı Əmirov Oktayın adınadır. O, 2006- cı ildə bu torpağı satmaq barəsində 27 saylı notariusda alqı-satqı müqaviləsi bağlayır. Daha sonra isə Əmirov Oktay torpağı satmadan “Murad-M.S” MMC-yə təsisçi olaraq daxil olur. Yəni, torpağı payçı kimi təqdim edərək bina tikilməsinə icazə verir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim olunub. Ona bunun üçün 700 min manat pul ödənilib. Mülk şəklində isə həyat yoldaşı Lətafət Əmirovaya pulla yanaşı, 4 mənzil də verilib. Əslində Arif Əmirovun davası Lətafət Əmirovayladır. Belə ki, Oktay Əmirov vəfat etdikdən sonra onun elə hüzr mərasimində mülk məsələsi üstündə mübahisə düşüb:

    “Bizə də o hüzrdə yaxınlaşıb dedilər ki, torpağın alqı-satqı əməliyyatı təkrar onlarla aparılsın. Bu isə mümkün deyil. Ölümündən sonra 75 faiz pay onun həyat yoldaşına miras qalıb. Qalan 25 faiz pay isə anasına qalsa da, anası vəfat edib. Vərəsələr arasında qardaş və ya bacının olmasına dair heç bir hüquqi sənəd yoxdur. 2016- ci ildə isə binanın tikintisi 7 aylıq müddəti ətrafda olan bina sakinlərinin şikayəti əsasında dayandırılıb, yəni Əmirov Arifin şikayəti əsasında bir gün belə bina tikintisi dayandırılmayıb. Biz bütün məhkəmələrdə udmuşuq. Ən son 2018-ci ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb ki, Arif Əmirovun heç bir iddiası mümkün sayılmasın.

    Biz başa düşmürük ki, 1 bina Bakı şəhərində nə qədər gücə malikdir ki, bütün dövlət qurumları bunun tikilib başa çatmasına göz yumsun. Ətrafda olan bina sakinlərinin bizdən heç bir narazılığı yoxdur. Bütün qanuni prosedurlar çərçivəsində bina tikilib. Binanın həyətindəki park da abadlaşdırılıb. İndi heç bina yaxınlığında yaşamayan Hüseynov Elçin adlı şəxs də tapıblar. O da bunlara qoşulub. Məhkəmə də sual verir ki, yaxşı bunun ailə üzvlərinin məsələsini başa düşdük, bəs siz kimsiniz? İndiyə kimi şikayət etmədikləri yer qalmayıb. Biz də əlimizdə olan bütün hüquqi sənədlərlə məhkəmədə qalib oluruq. Tikintiyə layihələndirmə sərəncamı verildikdən sonra xüsusi nişan da bizə təqdim olunub”.

  • “Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu – VİDEO

    Paytaxt sakini Babək Cəfərov “Kontakt Home”nin şok fırıldağının üstünü açıb.

    O, baş vermiş hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

    Bildirib ki, ilyarım əvvəl hər ay 27 manat ödəməklə kreditə 250 manatlıq telefon alıb. Son ödəməsini bu il martın 24-də şirkətə ödəyib və kreditini bağlayıb.

    Lakin 1 gün sonra telefonu işləməyib. Bəlli olub ki, Kontakt Home telefonu deaktiv edib. Maraqlandıqda isə bunu onunla izah ediblər ki, guya kreditdə olduğu müddət ərzində telefon şirkətin balansında imiş, indi Babək Cəfərovun adına keçib. Və buna görə də o əlavə 20 manat pul ödəməklə telefonu aktiv etməlidir.

    “Bu nə dərəcədə düzgündür və hansı etik normalara sığır?” – deyə istehlakçı sual edir:

    “Hesab edirəm ki, bu şirkətdən ümumiyyətlə telefon almağa dəyməz. Çünki 250 manatlıq telefon üçün 500 manat pul ödənilib, amma bu azmış kimi daha 20 manat da tələb edirlər”.

    Təəssüf ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar işlək vəziyyətdə olmadığından B. Cəfərov kimi minlərlə insan bu kimi fırıldaqlarla üz-üzə qalmağa məcburdur.(Yeni Sabah)

  • “Amerikada məni həbs edə bilərdilər” – Emin Ağalarov

    Məşhur azərbaycanlı müğənni və Rusiya biznesmeni Emin Ağalarov ABŞ-da xüsusi prokuror Robert Müllerin bu günlərdə başa çatan təhqiqatı barədə danışıb.
     

    Ağalarov “The Bell” nəşrinə müsahibəsində Müllerə ifadə verməyə hazır olduğunu deyib. Amma bildirib ki, son anda fikrini dəyişib, çünki Amerikada onu həbs edə və təhqiqat başa çatana qədər həbsxanada saxlaya bilərdilər.
     
    Xatırladaq ki, xüsusi prokuror ehtimal edilən Tramp-Rusiya sövdələşmələri çərçivəsində rusiyalı vəkil Natalya Veselnitskayanın Nyu-Yorkda Trampın oğlu ilə görüşü epizodunu da araşdırırdı. Həmin görüşü Emin Ağalarov təşkil etmişdi. Görüşdə məqsəd Hillari Klinton barədə kompromatların Trampa çatdırılması olmuşdu. Lakin tərəflər bildirirdi ki, görüş başlayanda rusiyalı vəkildə əslində heç bir kompromatın olmadığı üzə çıxıb.
     
    “Mən istintaqın suallarına cavab verməyə hazır idim və ABŞ-a planlaşdırdığım konsert turnesi zamanı ifadə verməyə hazırlaşırdım. Xüsusi olaraq buna iki həftə vaxt ayırmışdım. Çünki gizlətməyə nəyimsə yoxdur. Lakin turneyə bir neçə gün qalmış mənə vəkil zəng vurdu və dedi ki, Müller məndən ifadə almağa hazırdır, amma aeroportda istintaqa cəlb edildiyim haqda order təqdim etməklə. Bu isə o deməkdir ki, sən avtomatik olaraq istintaqın fiqurantı olursan və istintaq başa çatmayana qədər ABŞ-ı tərk edə bilməzsən. Həmin məqamda istintaq artıq iki ildir gedirdi və mən orada ilişib qalmağa hazır deyildim. Mənim dörd uşağım var, mən oturub gözləyə bilməzdim ki, istintaq nə zaman bitəcək”-Emin Ağalarov deyib.
     
    ABŞ-a konsert turnesini ləğv etməsi nəticəsində müğənni yarım milyon dollar itirib. Çünki onun konsertlərinə bütün biletlər satılmışdı. Ağalarov deyib ki, başqa gəlir yerləri olduğu üçün müğənniliyə pul qazanmaq vasitəsi kimi baxmır. Amma payızda hər halda Amerikaya getməyə və konsert verməyə hazırlaşır.
     
    E.Ağalarov onu da deyib ki, rublun dəyərdən düşməsi nəticəsində onun obyektlərindən əldə edilən icarə gəliri təxminən yarıbayarı azaldı. “Biz güzəştlər etməli olduq, icarəçilərlə güzəştli şərtlərlə anlaşmaq lazım gəldi. Rusiya bankında xeyli kreditimiz var. “Sberbank”a olan borcumuz 1.8 milyard dollar təşkil edir. Kredit böyükdür, amma biz ona müqavilə üzrə xidmət göstərə bilirik. Əgər pul çatmırsa şəxsi vəsaitlərimizdən götürüb veririk. Günahkar biz deyilik ki, ölkə böhrana düşüb və ödəmək çətinləşib”-biznesmen müğənni bildirib.
     
    //Virtualaz.org