Month: April 2019

  • Şagirdin intihar etdiyi məktəbin direktoru işdən kənarlaşdırılıb

    Səkkizinci sinif şagirdi Elina Hacıyevanın intiharı ilə gündəmə gələn Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Buna səbəb baş vermiş hadisə ilə bağlı açılmış cinayət işi üzrə istintaq və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan xidməti araşdırma ilə əlaqədar yaranmış zərurətdir.

    Məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun aparıcı məsləhətçisi İsgəndərov Əfqan Kərəm oğluna həvalə edilib.

    Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

    Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

    Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

    Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

  • Президент наградил Эльчина Багирова

    Президент Ильхам Алиев подписал распоряжение о награждении Эльчина Талат оглу Багирова орденом «Шохрат».

    Распоряжение опубликовано на АЗЕРТАДЖ.

    Э.Багиров награжден за плодотворную деятельность на государственной службе.

    Отметим, что в настоящее время он занимает должность начальника службы протокола Президента. Сегодня ему исполнилось 60 лет.

  • Prezident Elçin Bağırovu təltif etdi

    Median.Az xəbər verir ki, aprelin 6-ı saat 12 radələrində Pəlikeş kəndi ərazisində, rayon sakini Ədalət Şəkərov idarə etdiyi “UAZ-3303” markalı avtomobili dərəyə aşırıb.

    Nəticədə Ə.Şəkərov və bir sərnişini xəstəxanaya yerləşdirilib, göstərilən tibbi yardımlara baxmayaraq sürücü orada ölüb.
    Astara RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • В Астаре “УАЗ” упал в овраг, погиб водитель

    Как сообщает Median.Az, 6-го апреля примерно в 12 часов в селе Паликеш автомашина марки “УАЗ-3303”, управляемая жителем района Адалят Шакаровым упала в овраг.

    В результате водитель и пассажир с различными травмами были доставлены в больницу, где А.Шакаров скончался.

    В Астаринском РОП по факту ведется расследование.

  • Astarada “UAZ” dərəyə aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, aprelin 6-ı saat 12 radələrində Pəlikeş kəndi ərazisində, rayon sakini Ədalət Şəkərov idarə etdiyi “UAZ-3303” markalı avtomobili dərəyə aşırıb.

    Nəticədə Ə.Şəkərov və bir sərnişini xəstəxanaya yerləşdirilib, göstərilən tibbi yardımlara baxmayaraq sürücü orada ölüb.

    Astara RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakıdan Moskvaya uçan təyyarə qəza enişi etdi

    Bakı-Moskva marşrutu üzrə hərəkət edən və göyərtəsində sərnişinlərin olduğu “Gulfstream” təyyarəsi aprelin 8-də səhər saatlarında “Şeremetyevo”hava limanına qəza enişi edib.

    Median.Az “Virtualaz.org”a istinadən xəbər verir ki, müşahidə kameralarından olan qeydlərdə görünür ki, təyyarə uçuş-enmə zolağına endikdən sonra asfalt örtükdən kənara çıxıb.

    Nəticədə, təyyarənin şassisinin dirəkləri qırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

  • Yeni dodaqları xoşuna gəlmədi – Həkimdən 100 min manat istəyir

    Gözəl görünmək istəyi Bakı sakinini polis bölməsinə gətirib çıxarıb.

    Nizami rayon Polis İdarəsindən oxu.az-a verilən məlumata əsasən, 54 yaşlı Mehriban Orucova polisə şikayət edib.

    Qadın 2017-ci ilin mart ayında 28 yaşlı qızı Şahnaz İsmayılovanın dodaq formasını dəyişmək üçün Orxan adlı plastik cərraha müraciət etdiyini bildirib. Ancaq cərrahi müdaxilədən sonra qızının siması tanınmaz hala gəlib. İsmayılova dodaqlarının yeni formasından razı qalmayıb. O, buna görə cərrahı günahkar bilir.

    Oxu.az-ın müxbiri məsələni araşdırıb.

    Belə ki, Orxan Abbaslı dodaq korreksiyası üzrə Bakının aparıcı mütəxəssislərdən sayılır. Şahnaz İsmayılova “Loğman” klinikasında məhz ona müraciət edib. Ancaq qadın həkimin yanına gələndə dodaqları artıq fillerlərlə doldurulmuş olub.

    “Yeni dodaq formaları İsmayılovanın ürəyincə olmayıb və ona görə korreksiya üçün mənə müraciət edib. Mən süni gelin kənarlaşdırılması və dodaq korreksiyası üzrə üç əməliyyat həyata keçirmişəm. Məndə onun əməliyyatdan əvvəlki və sonrakı fotoşəkilləri var. Daha sonra qız yenidən dodaqlarını şişirtmək fikrinə düşüb.

    Qeyri-peşəkarların yanına getməsin deyə, ona həkim-kosmetoloqa müraciət etməyi tövsiyə etdim. Daha onu görmədim. Ancaq İsmayılovanın anası hər yerdə məndən şikayətlənərək, müxtəlif tələblər irəli sürür”, – deyə cərrah bildirib.

    Həkim-kosmetoloq Şahnaz İsmayılovanı qəbul edib və dodaqlarına yenidən gel yeritməyi məsləhət görmədiyini bildirib. Ancaq sonuncu bu məsləhəti qulaqardına vurub və başqa kosmetoloqa müraciət edib.

    “İsmayılova nəticədən razı qalmayıb. O, həkimin etdiyi müdaxilədən sonra dodaq formasının dəyişdiyini hesab edir. Ancaq bu, belə deyil. Buna baxmayaraq, İsmayılovanın anası əməliyyat üçün ödədiyi məbləğin, yəni min manatın qaytarılmasını klinikadan tələb edib, buna nail olub da.

    Qadın klinika rəhbərliyinə İsmayılovanın iki azyaşlı uşaq böyütdüyünü, əməliyyat üçün verdiyi məbləği böyük çətinliklə topladığını bildirib. O, əməliyyat üçün ödədikləri məbləğin geri qaytarılacağı təqdirdə artıq həkimləri narahat etməyəcəyinə söz verib.

    “Pullarını geri alsa da, sosial şəbəkədə mənim haqqımda yalan informasiya yaymağa başlayıb və bunu saxta profillərin vasitəsilə həyata keçirib”, – deyə cərrah bildirib.

    Orxan Abbaslı artıq Bakı şəhər Baş Polis İdarəsində olduğunu və ifadə verdiyini bildirib. Orada ona məlum olub ki, İsmayılovanın məqsədi heç də dodaq korreksiyası deyil, 100 min manat məbləğində təzminat almaqdır.

    Polisə verdiyi ifadədə İsmayılova həmin məbləğlə İtaliyaya səfər edib, dodaqlarını əvvəlki formasına qaytarmağı planlaşdırığını söyləyib.

    “Nə deyim, şikayət etmək onun hüququdur. Ancaq məndə onun yanıldığını göstərən sübutlar var. Mən öz işimdə naşı deyiləm. Bakıda dodaq korreksiyası üzrə iki minə yaxın uğurlu əməliyyat keçirmişəm. Kosmetologiya və plastiki cərrahiyə sahəsinin mütəxəssisləri mənimlə məsləhətləşir”, – deyə Abbaslı bildirib.

    Nizami rayon Polis İdarəsi cərraha qarşı ittiham irəli sürməyə tələsmir. Hazırda fakt üzrə araşdırma aparılır. Ona görə şikayətçi İsmayılova İtaliya səfərini ertələməli olacaq.

  • В Азербайджане построят новую дорогу

    Президент Ильхам Алиев 8 апреля подписал распоряжение «О мерах по строительству автомобильной дороги Шамкир – Заям – Дуярли – Шиштепе – Байрамлы в Шамкирском районе».

    Соответствующий документ опубликован АЗЕРТАДЖ.

    Согласно распоряжению, на строительство автомобильной дороги Шамкир – Заям – Дуярли – Шиштепе – Байрамлы, соединяющей восемь населенных пунктов с населением 85 тысяч человек, Государственному агентству автомобильных дорог выделено из госбюджета 14 миллионов манатов.

    Министерству финансов поручено обеспечить финансирование в указанной сумме.

  • Müğənni Rüfət Axundov vəzifəsindən qovuldu

    Müğənni Rüfət Axundov “Space”dəki qeyri-etik ifasına görə işdən çıxarılıb.

    Median.Az-in “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, müğənni Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən azad edilib.

    Qeyd edək ki, MTRŞ R. Axundovun efirə buraxılmaması ilə bağlı telekanallara şifahi xəbərdarlıq edib.

  • В Хырдалане автомобиль скрылся, сбив насмерть пешехода

    Как сообщает Median.Az, 6-го апреля примерно в 23 часа в г.Хырдалан, автомобиль неустановленной модели сбил насмерть жителя поселка Масазыр Фаика Гасанова и скрылся.

    В направлении по задержанию водителя сотрудниками Апшеронского РУП ведется оперативно-розыскная работа.