Month: April 2019

  • Xırdalanda avtomobil piyadanı öldürüb, qaçıb

    Median.Az xəbər verir ki, aprelin 6-ı saat 23 radələrində Xırdalan şəhəri ərazisində, müəyyən edilməmiş avtomobillə Masazır qəsəbə sakini Faiq Həsənov vurulub.

    Piyada hadisə yerində ölüb.

    Abşeron RPİ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

  • Elina özünü atandan 2 saat sonra təcili yardım çağırılıb

    162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın vəfatı ilə bağlı ilginc iddia səslənib.

    Median.Az xəbər verir ki, movqe.az-a açıqlamasında ekspert Kamran Əsədov bildirib ki, məktəbin direktoru Sevinc Abbasova Elinanın intiharı barədə dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməyib:

    “Elina özünü atandan sonra iki saat yerdə qalıb. Bu barədə mənə məktəbdən etibarlı mənbə məlumat verib. İki saatdan sonra təcili və təxirəsalınmaz tibbi yardıma müraciət edilib. Hadisədən şok yaşayan məktəb rəhbərliyi həyəcandan necə davranacağını bilməyib. İki saatdan sonra təcili yardıma müraciət edildiyindən, qızın həyatını qurtarmaq mümkün olmayıb. Vaxtında həkimə müraciət edilsəydi, bəlkə də Elina yaşayacaqdı. Bu fakt mütləq prokurorluq tərəfindən araşdırılmalıdır”.

    K.Əsədov deyib ki, indiyə qədər Bakı Şəhər Təhsil İdarəsinə 162 saylı məktəblə bağlı çox şikayət daxil olub. Amma o şikayətlərin hamısının üstünü Bakı Təhsil İdarəsinin Daxili Nəzarət sektorunun rəisi “bağlayıb””.

  • “Cahangir deyirdi ki, Dünyaminin layihəsini maliyyələşdirin” – MİLYARDLIQ CİNAYƏT

    “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın Nağdsız Hesablaşmalar Departamentinin direktoru Elşən Məmmədzadə ifadə verib.

    Direktor qeyd edib ki, bəzi kreditlər tapşırıqla verilib:

    “Rəhbərliyin tapşırığı vardı ki, Dünyamin Xəlilova məxsus şirkətlərə kreditlər verək. Biz sənədləri hazır edirdik. Kreditlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Ancaq bəzi istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu ki, mən bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Bu barədə bizə əsasən Akif Əliyev göstəriş verirdi”.

    Hakim elan edib ki, E.Məmmədzadə 1993-cü ildən, yəni 18 yaşından bankda müxtəlif vəzifələrdə çalışıb: “26 il bankda işləməsinə baxmayaraq, o, hələ də bankda Müşahidə Şurasının olmasını dəqiq bilmədiyini deyir”.

    Məhkəmədə şahid qismində Akif Əliyev də ifadə verib. O deyib ki, 1990-cı ildən 2017-ci ildə bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kredit Komitəsinin sədri, 2011-2015-ci illərdə bankın baş direktoru, daha sonra Problemli Kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir. Bildiriib ki, kredit komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olub: “Bu məbləğdən yuxarı pul verilməyib”.

    Sonra şahid sualları cavablandırıb. Şahid deyib ki, kreditlərin verilməsi ilə bağlı komitədə baxılan müraciətlərə İdarə Heyəti sədrinin sərəncamı ilə verilirdi: “Bank müxtəlif layihələri maliyyələşdirirdi. Layihələrin əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də deyirdi ki, Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin. Biz də tapşırığı icra edirdik”

    Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

    ///Lent.az

  • Полиция оцепила школу №162, прибыла прокуратура – всплыли новые подробности

    Сегодня в связи с уголовным делом, связанным с самоубийством 14-летней Элины Гаджиевой в школе №162, сотрудники проохранительных органов прибыли в учебное заведение.

    С сотрудниками прокуратуры школу посетили и журналисты.

    Как передает Median.Az со ссылкой на Yeni Sabah, охрана школы не пустила во внутрь журналистов для встречи с директором, Севиндж Аббасовой. Причиной назвали необходимость получить разрешение у Бакинского Городского Управления Образованием.

    Также не удалось встретиться со школьным психологом Кёнюль Агаевой.

    В настоящее время представители Сабаильской районной прокуратуры проводят встречи с одноклассниками погибшей. Школа находится под контролем полиции.

    По словам одноклассников Элины, отношение к ней не было однозначным.

    Некоторые одноклассники заявили, что она была невоспитанной девочкой, гуляла со всеми мальчиками подряд, курила с ними кальян, на переменах курила сигареты, надевала мини-юбки, красила волосы в разные цвета, употребляла алкоголь, учителя и все в школе часто ругали ее. Однако подтвердить свои голословные обвинения дети не смогли.

    На вопрос сотрудников прокуратуры о том, почему все говорят такие ужасные и необоснованные вещи о погибшей, другие дети ответили, что им учителя сказали так говорить.

    Между тем, журналисты подтвердили факт того, что администрация школы дает указания детям и учителям.

    Напомним, что сайт Movqe.Az опубликовал аудиозапись разговора Севиндж Аббасовой, директора школы.

  • Şəbnəm Tovuzlu efirdə söyüş söyən həmkarının müdafiəsinə qalxdı: “Rüfətin günahı yoxdur”

    “Spase” televiziyasında baş verən məlum biabırçılığa görə, Rüfətin günahı yoxdur.

    Median.Az xəbər verir ki, bunu BakuPost-a müğənni Şəbnəm Tovuzlu deyib. Onun fikrincə, bu, qara piardır: “O söyüş söyməyib. Hamımız bilirik ki, o kadrlar montajdır. Yəni Rüfət o cür kəlmələr işlətməz. Xüsusi ilə efirdə… Rüfət ağıllı, səviyyəli, özünü hər yerdə normal apara biləcək bir bəydir”.

    Qeyd edək ki, aprelin 5-də “Space” TV-nin “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə “Space” TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

  • Шокирующая запись голоса директора школы №162: Пишите, что семья Элины была безнравственной – АУДИО

    В сети распространились шокирующие откровения директора школы №162 Севиндж Аббасовой.

    Как передаёт Median.Az со ссылкой на movqe.az, директор попросила обратившихся к ней журналистов написать, что семья погибшей Элины Гаджиевой была безнравственной, что ее мать вышла замуж во второй раз и не интересовалась дочерью, потому что у нее был ребенок от второго брака.

    Отметим, что на днях ученица 8 класса 162 школы Элина Гаджиева совершила суицид, выбросившись из окна третьего этажа школы.

    Мать и близкие подруги Элины утверждают, что она периодически подвергалась насилию и оскорблениям в школе, а директор и учителя, знакомые с ситуацией, не вмешивались.

    По факту возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства). В ходе расследования директор школы № 162 Севиндж Аббасова была допрошена в прокуратуре.

  • Tufandağda qeyri-adi evlilik təklifi – VİDEO

    “Moya planeta” telekanalının “Planeta na dvoix” verilişinin növbəti çəkilişi Azərbaycanda keçib.

    Bu dəfə layihənin qəhrəmanları Sankt-Peterburq sakini Elksey Kulik və onun sevgilisi – bir tərəfi azərbaycanlı olan Elvira olub.

    Proqramın çəkilişləri Bakı, Naftalan, Şəkidə keçib, Qəbələdə, Tufandağın zirvəsində başa çatıb.

    Dağın zirvəsində Kulik sevgilisinə evlənmə təklifi edərək, ona narın içində üzük təqdim edib. Sonuncu izdivaca razılıq verib.

    Qeyd edək ki, “Planeta na dvoix” verilişində layihənin kişi iştirakçıları sevgililərinin qəlbini fəth etmək üçün orijinal romantik macəralar fikirləşir. Verilişin qaydasına görə, planı sonadək sevgilisindən gizli saxlamalıdır.

  • Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır

    Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır.

    Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

    V.Dərgahlı bildirib ki, ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.

    “Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.

    Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”, – deyə polkovnik V.Dərgahlı vurğulayıb.

    Qeyd edək ki, bu gün Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi ordunu sülhə hazırlamalıdır.

    Xatırladaq ki, bundan əvvəl Ermənistanın müdafiə naziri “sülh naminə ərazilər” formatını “yeni ərazilər üçün yeni müharibə” formatına dəyişdiklərini bəyan etmişdi.

    “Hərbi əməliyyatları düşmənin ərazisinə köçürmək üçün hücum bölmələrinin sayını artıracağıq”, – deyə nazir bildirmişdi.

    Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu sözlərə reaksiya verərək Ermənistanın hücuma keçməsini arzuladıqlarını qeyd eləmişdi:

    “Hesab edirəm ki, Tonoyan hərbçi deyil. O, rəhbərlik etdiyi ordusunun imkanlarından xəbərsizdir. Tonoyan bu sözləri Nyu-Yorkda – erməni lobbisinin qarşısında deyib. Oraya pul dilənməyə getmişdi. Bu gün Ermənistan ordusunun Azərbaycana hücum etməsi üçün nə iqtisadi imkanı, nə silahı, nə şəxsi heyəti, nə də digər imkanları var”.

  • Азербайджан отменил пошлину на импорт лука

    Ввоз лука в Азербайджан освобожден от таможенной пошлины.

    Об этом говорится в совместном заявлении министерств экономики и сельского хозяйства.

    «В последние годы цены на картофель, лук и капусту на внутреннем рынке значительно возросли. В связи с этим, решением Кабинета министров от 5 апреля 2019 года на экспорт картофеля введена пошлина до 30 апреля, лука и капусты – до 31 мая текущего года. Кроме того, специальная пошлина на импорт лука отменена до указанной даты.

    Этот шаг обеспечит стабильность цен на внутреннем рынке, послужит удовлетворению спроса населения на данную продукцию», – говорится в заявлении.

  • Ölkəyə soğan idxalına gömrük rüsumu ləğv edildi

    Azərbaycan ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv edib.

    Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə məlumat yayıb.

    Məlumata görə, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib.

    Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.

    “Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcək”, – deyə məlumatda bildirilib.