Month: April 2019

  • В Астаре женщина украла у жительницы столицы сумку

    Как сообщает Median.Az, сотрудники Астаринского РОП в результате оперативно-розыскных мер задержали жительницу села Шахагаджы Х.Самедову, которая 31-го марта на территории района украла у жительницы столицы Ф.Баядовой сумку, где находились 500 манатов, мобильный телефон и банковские карты.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Astarada qadının çantasını oğurlayan qadın tutulub

    Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də rayon ərazisində Bakı şəhər sakini F.Bayadovaya məxsus, içərisində 500 manat pul, mobil telefon və bankomat kartları olan çantanı oğurlayan Şahağacı kənd sakini X.Səmədova saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Yanğından zərər çəkmiş 57 sahibkara 570 min manat maddi yardım ödənilib – VİDEO

    Bu gündən “Diqlas” ticarət mərkəzində yanğından zərər çəkən 57 sahibkara maddi yardım verilib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, sahibkarlara 570 min manat məbləğində maliyyə yardımı edilib.

    Nazir, həmçinin yanğından zərər çəkməmiş anbarlardakı malların inventarlaşdırılmasına başlanılacağını da qeyd edib. Bundan sonra sahibkarlara ödəniləcək ziyanın məbləği tam müəyyənləşəcək.

    Maddi yardım alan sahibkarlar bu vəziyyətdən məmnun olduqlarını bildiriblər.

    Sahibkarlara nəzərdə tutulan yardımı almaları üçün bank kartları təqdim olunub.

    Şahin Mustafayev ticarət mərkəzinin binasının aqibəti məsələsinə də toxunub.

  • Азербайджан увеличит производство и экспорт гранатов

    В 2019 году производство гранатов в Азербайджане вырастет на семь-десять процентов, сказал Trend глава Ассоциации производителей и экспортеров граната Фархад Гарашов, передает Median.Az.

    Для сведения, в 2017 году в Азербайджане было произведено 156 тысяч тонн гранатов, а в 2018 – 170 тысяч тонн.

    По словам главы Ассоциации, 15 предприятий, занимающихся производством продукции из гранатов, в течение 2018 года переработали 60-70 тысяч тонн гранатов.

    Затронув вопрос экспорта, глава Ассоциации отметил, что в текущем году ожидается рост до 12-15 тысяч тонн поставленной на внешние рынки продукции. Для сравнения, показатель объема экспорта в 2018 году по сравнению с 2017 годом вырос на 22 процента до 10 тысяч тонн.

    Говоря о планах на будущее, Гарашов отметил, что согласно указу Президента Ильхама Алиева в министерстве сельского хозяйства подготовлен ряд государственных программ в области развития сельской инфраструктуры и социального сектора, реализация которых ожидается в ближайшие пять лет. В связи с этим, Гарашов выразил надежду на увеличение государственных субсидий, что ускорит рост развития сельского хозяйства. В частности, ожидается расширение территории гранатовых садов в Азербайджане до 28 тысяч гектар, что на 21,7 процента больше нынешнего показателя.

    Также было отмечено, что ассоциация регулярно проводит с фермерами и производителями тренинги и семинары. Второго апреля в Имишлинском районе будет проведен тренинг при поддержке министерства сельского хозяйства совместно с Государственным центром аграрного развития для местных фермеров производителей гранатов. Основная цель тренинга, по словам Гарашова, просвещение и повышение квалификации для получения заинтересованными в выращивании граната фермерами, международных сертификатов для дальнейшего выхода на зарубежный рынок. Помимо этого, в рамках подготовки к следующему сезону урожая, будут дополнительно проведены тренинги в шести региональных центрах аграрного развития Миль-Муганьского и Аранского регионов. В этом глава ассоциации видит большую возможность для расширения объема экспорта.

    В свою очередь, Гарашов отметил поддержку Фонда поощрения экспорта и инвестиций в Азербайджане (AZPROMO) в оказании поддержки продвижению отечественной гранатовой продукции в рамках бренда “Made in Azerbaijan” во всем мире. Ассоциация регулярно демонстрирует азербайджанские гранаты на местном и международном рынках.

    В связи с этим, ведутся интенсивные работы, а именно, осуществляются встречи местных фермеров с зарубежными партнерами. В качестве примера, глава ассоциации рассказал о визитах представителей ведущих профильных российских компаний, встретившихся с азербайджанскими фермерами. В рамках этих встреч, были подписаны протоколы о намерениях для дальнейшего сотрудничества.

  • Həftəsonu ölkədə qızıl-gümüş bazarı ucuzlaşdı

    Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, aprelin 5-də qızılın qiyməti aprelin 4-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2192,184 manat təşkil edib.

    Gümüş 0,0269 manat ucuzlaşaraq 1 unsiya üçün 25,7333 manata bərabər olub.

    Trend-ə görə, platinin qiyməti 27,3275 manat artaraq 1513,663 manat, palladiumun qiyməti isə 62,1435 manat azalaraq 2335,528 manat təşkil edib.

  • Лолита впервые высказалась о новой молодой жене Цекало

    Лолита Милявская стала новой звездной гостьей шоу Регины Тодоренко «Пятница с Региной». Эпатажная исполнительница высказалась о своих многочисленных мужьях и прокомментировала новую женитьбу экс-супруга Александра Цекало.

    Лолита Милявская подчеркнула, что была замужем четыре раза. Один брак она не считает официальным, потому что он был фиктивным. По мнению 55-летней артистки, именно она была виновницей расставаний. Артистка объяснила, что всему виной было ее неумение любить. Она считала, что любовь – это секс. Если в постели у нее с партнером все было хорошо, то это и есть любовь.

    Однако со временем страсть проходила, а с ней и, по мнению Лолиты, любовь, начинались проблемы, и она принимала решение расстаться. Милявская честно призналась, что была потребителем в отношениях. Причем лишь с помощью психолога певица пришла к этому заключению. Проработав свои проблемы со специалистом, 55-летняя артистка в своем нынешнем браке, с тренером по сквошу Дмитрием Ивановым, уже иначе воспринимает брак, свои обязанности, понимает их ценность. Лолита работает над отношениями.

    Милявская призналась, что теперь уже не максималистка. К примеру, она совершенно спокойно относится к тому, что ее муж зарабатывает меньше. Но, по ее словам, Дмитрий полностью обеспечивает свою «ту» семью, ребенка, близких. Со спортсменом Лолита счастлива уже девять лет, она призналась, что у них был период притирки, когда они часто ругались. Певица вообще не верит в то, когда люди говорят, что, прожив вместе полвека, ни разу не поссорились. Так не бывает, убеждена она.

  • İstanbuldan yola düşən blok qatarı Bakıya çatdı

    İstanbuldan yola düşən ilk blok qatarı Bakıya çatıb.

    Təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir xətti üzərindən həyata keçirilib.

    Son illər ölkə daxilində nəqliyyat infrastrukturuna xeyli vəsait qoyulub. Xəzər dənizində ən böyük ticarət limanı da məhz Azərbaycana məxsusdur. Ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılmasında mühüm rol oynayır. Regionun avtomobil, dəmir və dəniz yollarını birləşdirən logistik mərkəzlərin yaradılması hesabına Azərbaycan Qərbi Şərqə qovuşdurur. Yükdaşımada Azərbaycan ərazisindən istifadə olunması isə xərcləri azaldır.

    Abşeron Logistika Mərkəzinin gündəlik yükdaşıma gücü 30 min tona bərabərdir. Bu isə il ərzində 11 milyon ton deməkdir. Ölkəmizin tranzit və logistik potensialından daha səmərəli istifadəyə Bakı-Tbilisi-Qars dəmir yolu da geniş imkanlar yaradacaq.

    Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Proqnozlara görə, bu dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton yük daşınacaq, yükdaşımalardan başqa ildə 1 milyon sərnişinə xidmət göstərəcək. (AzərTAc)

  • Avstriya internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiq edəcək

    Avropa İttifaqı (Aİ) daxilində internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiqi ilə bağlı fikir ayrılığı olduğuna görə, Avstriya bu məsələdə fərdi addım atmaq qərarına gəlib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, hələ cari ilin əvvəlində vahid Avropa mövqeyi olmayacağı təqdirdə fərdi şəkildə vergi tətbiqini elan edən Avstriya hökuməti artıq konkret addımlar atacaq. Nazirlər Kabinetinin qərarına əsasən, rəqəmsal vergi haqqında qanun layihəsi hazırlanaraq ölkə parlamentinə təqdim edilməlidir.

    Avstriyanın federal maliyyə naziri Hartviq Löqer mətbuata verdiyi açıqlamada deyib: “Martda Aİ ölkələrinin rəqəmsal vergi barədə danışıqları uğursuzluğa uğradıqdan sonra, Avropanın edə bilmədiyini Avstriya etmək qərarı verdi”. Onun sözlərinə görə, yeni vergi sayəsində dövlət büdcəsinə ildə 200 milyon avro əlavə vəsait daxil olmalıdır.

    İlkin plana əsasən, Avstriyada onlayn ticarət və reklamla məşğul olan internet şirkətləri dövriyyənin 5 faizi həcmində rəqəmsal vergi ödəməli olacaqlar. Kiçik və orta sahibkarlara əlavə vergi yükü yaratmamaq üçün hökumət rəqəmsal vergini illik dövriyyəsi 750 milyon avrodan çox olan şirkətlərə tətbiq etmək niyyətindədir. Həmin vəsaitdən 25 milyon avro Avstriyadakı fəaliyyət nəticəsində formalaşarsa, o zaman həmin internet şirkətləri Avstriyada rəqəmsal vergiyə cəlb olunacaqlar. Bununla da Avstriyada demək olar ki, heç bir vergi ödəməyən və bunu da bu ölkədə daimi nümayəndəliyə malik olmadıqlarını əsas gətirən “Amazon”, “Facebook”, “Google” və digər nəhəng şirkətlər vergiödəyicilərinə çevriləcəklər.

  • BMT üzən şəhərlər tikməyə çağırıb

    Üzən şəhərlər bəşəriyyətə iqlimin dəyişməsi nəticəsində yaranacaq qlobal subasmadan xilas olmaq imkanı verəcək.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT baş katibinin müavini Amina Məhəmməd sabit inkişaf məqsədləri mövzusuna həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

    “İqlim dəyişiklikləri nəticəsində şəhərlərin su altında qalması riskləri artır. Bəzi məlumatlara görə, Banqkok şəhəri hər il 2 santimetr batır və Siam körfəzində suyun səviyyəsi qalxmağa davam edir. Üzən şəhərlər arsenalımızda yeni alətlərdən biri ola bilər. Onlar sabit inkişaf məqsədləri istiqamətində yeni addım olacaq”, – deyə o bildirib.

    BMT-nin məlumatına əsasən, əhalisi 300 min nəfərdən yuxarı olan şəhərlərin təxminən 60 faizi yüksək siklon, quraqlıq, daşqın, zəlzələ və vulkan püskürməsi riski qarşısındadır. Artıq belə qurğular bəzi regionlarda istifadə olunur. Məsələn, Sinqapur 1965-ci ildə üzən tikililər vasitəsilə öz ərazisini təxminən 25 faiz artırıb.

  • Xəstəxanaya yerləşdirilən Pele açıqlama verdi

    Parisdə xəstəxanaya yerləşdirilən əfsanəvi braziliyalı futbolçu Pele səhhəti barədə açıqlama verib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, o, vəziyyətinin nisbətən yaxşılaşdığını bildirib:

    “Antibiotiklər yaxşı təsir edir. Analizlər müalicənin yaxşı getdiyini göstərir. Özümü yaxşı hiss edirəm. Dəstəyiniz üçün təşəkkürlər”.

    Qeyd edək ki, Pele 2 apreldə PSJ-nin futbolçusu Kilian Mbappe ilə görüşdükdən sonra səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.