Month: April 2019

  • Nazirlər Kabineti bəzi gömrük rusumlarına dəyişiklik etdi

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

    Median.Az “report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli və 5 fevral tarixli 34 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilir:

    1.1. 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0” rəqəmi “0 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə və 0701 10 000 9, 0701 90 100 0, 0701 90 500 0, 0701 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (30.04.2019-cu il tarixinədək 1 kq – 1,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin;

    1.2. 0703 10 190 0, 0703 10 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda (15.12.2019-cu il tarixinədək 1 kq – 0,6 ABŞ dolları) sözləri (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə və 0704 90 100 0, 0704 90 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “15 (31.05.2019-cu il tarixinədək 1 kq – 2,0 ABŞ dolları*) sözləri ilə əvəz edilsin.

    1.3. “QRUP 07”nin cədvəlindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:

    “Qeyd.

    Bu mal qrupuna daxil olan alt yarımmövqelərinin 4-cü sütununda qeyd edilmiş ulduz işarəsi ixrac gömrük rüsumlarının dərəcələrini göstərir.”.

    Bu qərarın 1.1-ci bəndi 2019-cu il aprelin 30-dək, 1.2-ci və 1.3-cü bəndləri 2019-cu il mayın 31-dək qüvvədədir.

  • Bu maşınların sürücüləri məsuliyyətə cəlb olunacaq – Yol polisi hərəkətə keçdi

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində “Təmiz hava” aylığı keçirir.

    İdarədən verilən məlumata görə, məqsəd avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insanların sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınmasıdır.

    Nəzərə çatdırılıb ki, sürücülər istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sisteminə nəzarət etməklə, saz vəziyyətə saxlamalı və xaric olunan qazlarının tərkibi ekoloji təhlükəsizlik normalarına uyğun olmalıdır.

    Bildirilib ki, ekoloji təhlükəsiz normalarına cavab verməyən avtomobillər yol polisi əməkdaşları tərəfindən aşkar olunaraq, sürücüləri inzibati məsuliyyətə cəlb olunacaqlar.

    “Təmiz hava” aylığı aprelin 28-dək davam edəcək.

  • Gəncə-Moskva təyyarəsində bomba həyacanı

    Gəncə-Moskva reysi ilə uçmalı olan təyyarənin sərnişinlərdən biri təyyarəyə bomba qoyması barədə bələdçiyə məlumat verib.

    Təyyarəyə baxış keçirildikdən sonra məlumatın yalan olduğu üzə çıxıb.

    Məlumatı verən 48 yaşlı Firuz Abdullayev saxlanılıb. İçərisində 174 sərnişin olan Ural Hava Yollarına məxsus təyyarə isə təyinatı üzrə Moskvaya uçub.

    Qeyd edək ki, hadisə dünən Gəncə hava limanı ərazisində qeydə alınıb. (“Report”)

  • Məktəbli qızın intiharına görə direktor ifadə verir

    162 saylı məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyevanın özünü məktəb binasının üçüncü mərtəbəsindən atması faktı ilə bağlı cinayət işi başlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

    Hazırda iş üzrə istintaq orqanı tərəfindən məktəbin direktoru və şagirdlərin ifadəsi alınır.

    Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığı bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.

  • Kartofa gömrük rüsumu tətbiq edildi – Bir kiloqrama bir dollar

    Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.

    Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

    Qərara əsasən, hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük rüsumundan azad edilir.

    Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunur.

    Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.

    Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq.

  • Yol polisindən maşına gerb yapışdıranlara – XƏBƏRDARLIQ

    Son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin yapışdırılması halları tez-tez müşahidə olunur ki, bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında əsasnamə ilə ziddiyyət təşkil edir.

    Bu barədə oxu.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun hər hansı bir nəqliyyat vasitəsinin üzərinə yapışdırması və bu şəkildə istifadə olunması yol verilməzdir.

    “Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür”, – deyə o vurğulayıb.

    Rüfət Quliyev həmçinin qeyd edib ki, dövlət atributlarına hörmətlə yanaşma hər bir Azərbaycan Respublikasının vətəndaşının borcudur.

  • Bizi on milyona çatdıran qız köçkün ailəsində doğulub – ATASI DANIŞDI

    Azərbaycanın 10 milyonuncu sakininin atası Rauf Həsənov açıqlama verib.

    Oxu.az-a danışan qız atası bildirib ki, dünyaya gələn körpə cütlüyün ilk övladıdır:

    “Çox sevincliyəm. Həyəcandan danışa da bilmirəm. Qızım Azərbaycanın on milyonuncu sakini olub. Bu sevindiricidir. Ölkənin on milyonuncu sakini olan qızım həm də ailəmizin ilk övladıdır”.

    Uşağın atası qeyd edib ki, qızına hələ ad qoymayıblar: “Hazırda işdəyəm. Axşam evdə valideynlərimlə qızımın adını məsləhətləşib qərar verəcəyik”.

    Azərbaycanın on milyonuncu sakininin atası polis, anası Nigar Ocaqova isə məktəbdə laborant işləyir.

    Qeyd edək ki, on milyonuncu vətəndaş 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün ailəsində dünyaya gəlib.

  • 17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı – Azərbaycanda

    Lənkəran şəhərində iki gəncin mübahisəsi dəhşətli cinayətlə nəticələnib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, rayonunda Digah kənd sakini 18 yaşlı Şamil Bağırov aralarında olan mübahisəni həll etmək üçün həmkəndlisi 17 yaşlı Əkbər Quliyevi kənddə yerləşən bir yarımtikiliyə çağırıb. Ş.Bağırov da ora gedib və mübahisə zamanı Əkbəri söyərək burnundan yumruqla vurub. Bundan əsəbiləşən Ə.Quliyev idman fəndi ilə Ş.Bağırovun boynunu sındırıb, daha sonra Şamilin əynindəki şalvarın belindən kəməri çıxararaq onu boğub. 17 yaşlı Əkbər həmkəndlisinin öldüyünə əmin olduqdan sonra meyiti həmin tikilinin zirzəmisinə atıb.

    Bu hadisə martın 17-də baş verib, cinayətin üstü isə aprelin 5-də açılıb. Faktla bağlı Lənkərən şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Quliyev saxlanılıb.

  • Синоптики обещают дождь и ветер

    В Баку и на Абшеронском полуострове 7 апреля ожидается переменная облачность, преимущественно без осадков. Однако в некоторых местах есть вероятность измороси. Будет дуть северо-западный ветер, который может местами усиливаться.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшеронском полуострове составит ночью 7-9, днем – 13-15, в Баку ночью – 7-9, днем – 13-15 градусов тепла.

    Атмосферное давление будет в пределах нормы и составит 761 мм ртутного столба, относительная влажность составит ночью 70-80%, днем – 60-65%.

    В районах Азербайджана завтра пройдет преимущественно без осадков. Однако утром и вечером в отдельных местах ожидаются осадки. В горных районах может пойти снег. Ночью и утром местами будет туман. Подует восточный ветер.

    Температура воздуха составит ночью 5-10, днем – 15-20 градусов тепла, в горах ночью – от 2 градусов мороза до 3 градусов тепла, днем – 5-10 градусов тепла.

  • Sinoptiklər yağışlı və küləkli hava vəd edirlər

    Aprelin 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin məlumatında bildirilir.

    Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti təşkil edəcək.

    Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti təşkil edəcək.