Month: April 2019

  • В Барселоне задержали 66 бандитов из Грузии

    Грузинские и испанские правоохранители задержали в Барселоне 66 граждан Грузии: 25 за квартирные кражи, 41 – за нарушение правил миграции, сказано в заявлении МВД.

    По данным ведомства, 4 апреля в Барселоне прошла масштабная спецоперация под названием «Мерлин–Така», в ней участвовали 250 правоохранителей. В результате были задержаны более 100 граждан разных стран. Спецоперация была проведена в здании одной из школ Барселоны, часть которой незаконно заняли члены криминальной группировки.

    «Среди них 25 граждан Грузии, которые обвиняются в квартирных кражах и членстве в организованной преступной группировке, а так же в административном порядке за нарушение правил миграции задержан 41 гражданин Грузии»,- сказано в заявлении.

  • Hacıqabulda qayınata keçmiş kürəkənini bıçaqlayıb

    Hacıqabul şəhərində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 1999-cu il təvəllüdlü Əsədov Fərhad Azər oğlu mübahisə zəmnində keçmiş qaynatası tərəfindən bıçaqlanıb.

    Bud nahiyyəsindən iki bıçaq yarası alan F. Əsədov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

  • Xəzər dənizində “Azərbaycan Mirvarisi”

    Nargin adasının turizm mərkəzinə çevirmək təklif olunur.

    “Azərbaycan Mirvarisi” adlı layihədə adanın dünya səviyyəli istirahət zonasına çevrilməsi üçün konkret ideyalar ortaya qoyulub. Layihə gerçəkləşərsə, burada hotel, muzey, sərgi salonları, teatr binaları, Şərq üslubunda bazar, hətta liman və vertolyot meydançasına da rast gəlmək mümkün olacaq.
    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və bir vaxtlar Nargin adlandırılmış Böyük Zirə adası dünya səviyyəli istirahət zonasına çevrilə bilər.
    Memarlar İttifaqının idarə heyətinin üzvü Rasim Babakişiyev bunu nəzərdə tutan “Azərbaycan Mirvarisi” adlı layihə hazırlayıb. Layihə adanın ən müasir turizm mərkəzinə çevrilməsini nəzərdə tutur. Burada müasirlik və keçmişin bir araya gətirilərək harmoniya yaradılması və ümumilikdə adanın beş zonaya bölünməsi planlaşdırılır.
    Memar layihəyə Böyük Zirə adasında ümumtəhsil və musiqi məktəblərinin, teatrların, Şərq bazarının tikintisini də daxil edib. Bundan başqa, tariximizin faciəli hadisələrinə şahidlik edən adanın qurbanlarına xatirə kompleksinin inşası da nəzərdə tutulub.

    Rasim Babakişiyev layihənin reallaşdırılması üçün lazım olan maliyyə xərclərinin təxmini hesablanmasını da aparıb.
    Memar deyir ki, “Azərbaycan Mirvarisi” layihəsi həm də adada il boyu yaşayışın olmasına da hesablanıb.

  • Kələmin kəskin bahalaşmasının səbəbi bilindi

    Bazarlarda kələm bahalaşıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl 1 kiloqramı 70-80 qəpiyə satılan kələmin qiyməti indi 1 manat 40 qəpiklə 2 manat arasında dəyişir.

    Satıcılar qiymətlərin kəskin artmasını bir sıra səbəblərlə izah edirlər. Əsas səbəb bölgələrdə, xüsusən də Bərdədə kələmin azalmasıdır.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Firdovsi Fikrətzadə isə deyib ki, qiymətlərin artmasının əsas səbəbi kələm ixracının kəskin artmasıdır.

    Nazirlik rəsmisinin sözlərinə görə, hazırda qonşu ölkələrdə yerli kələmə ciddi tələb var. Bu səbəbdən bütün regionda məhsul qıtlığı yaşanır.

    Firdovsi Fikrətzadə onu da bildirib ki, yaxın günlərdə bazara Qusardan və digər bölgələrdən məhsul daxil olduqca, qiymətlər stabilləşəcək.

  • Две семьи в Баку хотели помириться, но дело закончилось стрельбой – ОБНОВЛЕНО

    Представители двух семей в Баку встретились, чтобы помириться, но все завершилось стрельбой.

    Как передает Median.Az со ссылкой на Sputnik Азербайджан, об этом сообщило Главное управление полиции столицы.

    Представители семей Гулиевых и Набиевых встретились в одном из кафе Бинагадинского района столицы для того, чтобы примирить Эльмара Гулиева с супругой, дочерью Вели Набиева, вернувшейся в отчий дом из-за проблем в семье. Именно свекор пригласил супруга дочери с близкими в одно из кафе для решения семейной проблемы.

    Во время беседы между сторонами возник спор, в ходе которого отец Гулиева открыл огонь из спортивного пневматического пистолета.

    В связи с происшествием Бинагадинская полиция возбудила уголовное дело по статье 221.3 (Хулиганство, совершенное с использованием оружия или предметов, используемых в качестве оружия) УК республики.

    Эльмар Гулиев, Гулиев-старший и друг семейства задержаны в качестве подозреваемых, пистолет, использованный во время инцидента, изъят полицейскими, ведется следствие.

    09:01

    Вчера в Бинагадинском районе, в ресторане «Чешмяли» между родственниками завязался спор, завершившийся перестрелкой. В результате происшествия пострадали два человека.

    37-летний Эльчин Набиев с травмой руки и 44-летний Вели Набиев с черепно-мозговой травмой были доставлены в Клинический медицинский центр.

    Как сообщили Media.Az в Минздраве, жизни пострадавших вне опасности.

  • Sürücülərin diqqətinə! Avtomobillərdən oğurluq halları artır

    Son zamanlar avtomobillərin şüşələrini sındıraraq oğurluq edilməsi hallarına daha çox rast gəlinir. Odur ki, sürücülərə diqqətli olmaq tövsiyə edilir.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, son vaxtlar paytaxt rayonlarının ərazisində avtomobillərdən gecələr oğurluqlar edilməsi polisi hərəkətə keçirib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeydə alınan bütün cinayət hadisələri araşdırılır, amma buna baxmayaraq sürcülərə tövsiyə edilir ki, avtomobilləri nəzarətsiz ərazilərdə saxlamasınlar.
    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, sürücülər bəzi nüanslara diqqət etsələr özlərini bu kimi hadislərdən qoruya bilərlər.

    Vaqif Əsədov qeyd edir ki, bəzən sürücülər dəyərli əşyaları salonun görünən hissəsinə qoyduğundan, hətta gündüz vaxtı da oğurluq baş verə bilir.

    Daxili İşlər Nazirliyindən o da bildirilib ki, sözügedən hadisəylə qarşılaşan şəxslər “102-Zəng Mərkəzi”nə və ya ərazi üzrə polis orqanlarına müraciət etsinlər.

  • Liviyada vətəndaş müharibəsi başlayır

    Liviya Milli Ordusunun baş komandanı, feldmarşal Xalif Xaftar ölkə paytaxtı Tripoliyə hücum əmri verib.

    Reuters-in məlumatına görə, qoşunlar ölkə paytaxtını silahlı qruplaşmalardan azad etmək üçün yeridilib.

    Həmçinin, Liviyanın baş naziri Abdulla Əbdürrəhman ət-Tani də orduya bütün hökumət qurumları üzərində nəzarət yaratmağı əmr edib.

    Baş nazirin bu əmri onun rəsmi Facebook səhifəsində yerləşdirilib.

  • “Diqlas”dan sonra “Karvan”: Yanğında batan pullar və “əsassız” şikayət

    Bir neçə gün öncə Bakıda yerləşən “Diqlas” ticarət mərkəzində yanğının baş verməsi ilə sahibkarların malları külə döndü.

    Bu hadisədən iki gün sonra isə prezident sahibkarlara dəymiş maddi zərərin ödənilməsi ilə bağlı tapşırıq verdi.
    Qeyd edək ki, analoji hadisə bir neçə il əvvəl Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində də baş vermişdi. Oradakı yanğından sonra da sahibkarlara xeyli maddi ziyan dəymişdi. İndi “Diqlas”dakı sahibkarlara dövlət tərəfindən yardım verilməsindən ruhlanan “Karvan” ticarət mərkəzinin sahibkarları da onlara dəymiş maddi ziyanın ödənilməsini xahiş edirlər.

    Median.Az-ın məlumatına görə, Sputnik Azərbaycan-a müraciət edən şikayətçi Fizuli Quliyev illərdir aldadıldığını söyləyir: “Diqlas” Ticarət Mərkəzində sahibkarların başlarına gələn olayı biz illər öncə yaşamışıq. Təxminən 7 il idi ki, Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzində işləyirdim. 2013-cü ildə baş verən yanğın nəticəsində həyatımızda hər şey darmadağın oldu. Mən və digər sahibkarların malı yandı. Bu olayın üstündən 6 il keçsə də, heç kimdən pulumuzu ala bilmirik”.

    Şikayətçi 2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zaman 55 min manat zərərə düşdüyünü deyib: “Mənimlə eyni vaxtda orada işləyən Şirəli Əsgərova isə 170 min manat ziyan dəyib. Sahibkar Füzuli Quliyevə də 55 min manat ziyan dəyib. Bu zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Ancaq buna baxmayaraq “Karvan”ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri min bir bəhanə ödəməkdən imtina edir”.

    “Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar görüşdə ziyanın ödəniləcəyi ilə bağlı fikirini bildirdi. Lakin sonradan o da, heç nə edə bilməyəcəyini dedi”, – deyə F.Quliyev əlavə edir.

    Həmsöhbətimiz yanğından sonra dəyən ziyanla əlaqədar maddi durumlarının hədsiz dərəcədə pisləşdiyini söyləyib: “Bu səbəbdən də banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik. Çox acınacaqlı vəziyyətdəyik. Bu acınacaqlı durumdan çıxmaq üçün istərdik ki, “Diqlas” Ticarət Mərkəzində ziyana düşmüş sahibkarlarla yanaşı bizi də nəzərə alsınlar”.

    “Bu ziyan “Karvan” ticarət mərkəzinin rəhbəri tərəfindən ödənilməlidir. Həmin rəhbər şəxs bizim mallarımızın təhlükəsizliyinə cavabdeh idi”, – deyə o əlavə edir.

    F.Quliyev bildirir ki, məhkəmə yanğın hadisəsi ilə əlaqədar olaraq orada nəzarətçi kimi çalışmış Bayramov İsməli Həmid oğlunun cavabdeh olması haqda qərar çıxarıb: “Bu qərara görə, həmin şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməli idi.

    Lakin o, 7 ay məhbus həyatı yaşadıqdan sonra azadlığa buraxılıb. İsməli Bayramov bununla bağlı olaraq Ali Məhkəməyə etiraz ərizəsi də yollayıb. O qeyd edib ki, pul müqabilində onun üzərinə belə bir ittiham qoyulub. Həmin müraciətdə Kamil Əhədovla onun atası Ağamirzə Əhədovun adı da qeyd edilib”.
    Şikayətçi deyir ki, hadisə baş verəndə Ağamirzə Əhədov oranın rəhbəri, oğlu Kamil Əhədov isə müavini olub.

    Qarşı tərəflərin də məsələyə münasibətini öyrənməyə çalışdıq. Sumqayıt şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirərək qeyd ediblər ki, Sumqayıt rayon İcra Hakimiyyəti bu məsələdə tərəf deyil. Həmin şikayətçilərin ticarət mərkəzinin rəhbəri ilə problemləri var. Onların işi məhkəmədədir.

    “Karvan” ticarət mərkəzinin rəhbəri olduğu deyilən və davamlı olaraq adı hallanan Kamil Əhədov isə Sputnik Azərbaycan-a barəsində danışılanların əsassız olduğunu söyləyib: “Nə deyirlər, öz işləridir, özləri bilərlər. Cəfəng sözlər deyirlər. Çünki bununla bağlı artıq məhkəmənin qərarı var”.

    Adı çəkilən İsməli Bayramov da haqqında söylənilənləri təkzib edib: “Bütün bunlar yalan məlumatdır”.

  • Впервые главным католиком США стал чернокожий

    Афроамериканец впервые назначен главой католической церкви в столице США — Вашингтоне. О таком решении Папы Римского Франциска стало известно в четверг, 4 апреля.

    Как передает Лента.ру, об этом сообщает Reuters.

    71-летний Уилтон Грегори (Wilton Gregory) занимал должность архиепископа Атланты. Теперь он станет кардиналом — также первым чернокожим в истории римско-католической церкви. Кроме того, Грегори, вероятно, получит право голосовать на конклаве, который будет избирать следующего понтифика.

    Отмечается, что мужчина стал католиком, когда был подростком. Он считается прогрессивным священнослужителем, предпочитающим диалог.

    Агентство пишет, что глава вашингтонской церкви считается самым влиятельным в стране из-за ее близости к политикам. Так, люди, ранее занимавшие эту должность, обычно были доверенными лицами в том числе американских президентов и иностранных дипломатов.

    Предшественник Грегори, кардинал Дональд Вюрл (Donald Wuerl), служил в этой должности 12 лет. Он подал в отставку в октябре 2018 года после доклада большого жюри. В нем Вюрла раскритиковали за неспособность пресечь случаи насилия в период, когда он был архиепископом Питтсбурга.

    Вюрл был преемником кардинала Теодора Маккаррика (Theodore McCarrick). Последнего исключили из рядов священнослужителей в 2019-м после того, как признали виновным в сексуальных преступлениях как в отношении взрослых, так и несовершеннолетних.

    В последнее время доверие к католической церкви было сильно подорвано скандалами о сексуальном насилии во многих странах мира. Среди них — США, Ирландия, Чили, Австралия, Франция и Польша. Церковь была вынуждена заплатить миллиарды долларов компенсации пострадавшим, множество ее приходов закрылось.

    В нескольких американских штатах все епархии ранее опубликовали списки священнослужителей, которых обвиняли в сексуальном насилии над детьми.

  • Binəqədidə restoranda atışma olub, yaralılar var

    Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında qohumlar arasında insident baş verib. Tərəflər arasında yaranan mübahisə atəş açılması ilə nəticələnib.

    Median.Az Sputnik Azərbaycan-a istinadən veridiyi məlumata görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu, 44 yaşlı zərərçəkmiş Vəli Nəbiyev isə kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

    Nazirliyin məlumatına görə, artıq yaralılara ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

    Qeyd edək ki, tərəflərdən biri üzərində olan “Ekolbotan” markalı, pnevmatik idman (səs) tapançası ilə atəş açıb.