Month: April 2019

  • В Азербайджане закрывается крупная страховая компания

    Страховая компания AXA MBASK приняла решение о прекращении своей деятельности в Азербайджане. Об этом, как передает Median.Az, сообщает Trend со ссылкой на компанию.

    Как отмечается, соглашение о намерении по продаже акций компании, заключённое между компанией AXA и Эльханом Гарибли 21 мая 2018 года, потеряло свою юридическую силу.

    В связи с этим компания приняла решение приостановить заключение новых контрактов и обеспечить интересы текущих клиентов.

  • Facebook elektron poçtun şifrəsini tələb etdi – “YOLVERİLMƏZDİR”

    Facebook yeni istifadəçi hesablarının qeydiyyatı zamanı insanlardan onların elektron poçt ünvanlarının şifrələrini tələb etməyə başlayıb.

    Median.Az technote-a istinadla xəbər verir ki, buna ilk olaraq e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisi fikir verib.

    “Facebook, istifadəçi hesabının təsdiqi və ya başqa niyyətlər üçün şəxsi elektron poçt ünvanının şifrəsini tələb edir. Bu, informasiya təhlükəsizliyi baxımından çox pis ideyadır, daha doğrusu yolverilməzdir. Bu üsulla siz, bilməli olmadığınız şifrələri yığırsınız” – deyə mütəxəssis qeyd edib.

    Facebook e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisinin elektron poçt ünvanını təsdiqləmək üçün həmin elektron poçt ünvanının şifrəsini tələb edib. Baxmayaraq ki, sosial şəbəkə ona “Bunun necə çalışdığını yoxlayın” özəlliyini təqdim etsə də həmin özəllik çalışmayıb.

    Daily Beast saytına şərhində Facebook təmsilçisi etiraf edib ki, istifadəçilərin elektron poçt ünvanlarının təsdiqi üçün onlardan elektron poçt ünvanlarının şifrələrini tələb etmək həqiqətən də yaxşı ideya olmayıb. Sosial şəbəkə bu funksiyanın aradan qaldırılacağına söz verib.

    Bundan əlavə olaraq Facebook bildirib ki, o, yığılmış şifrələri özündə saxlamayıb və bununla yanaşı istifadəçilərə elektron poçt ünvanlarının təsdiqi üçün digər üsulları da təqdim edib. Məlumata əsasən, elektron poçt ünvanının şifrəsinin tələb olunması problemi ilə nə qədər insanın qarşılaşdığını söyləmək çətindir. Güman olunur ki, sosial şəbəkə yalnız nadir elektron poçt servislərindən istifadə edən insanlardan elektron poçt şifrəsini tələb edib.

  • Bədəninizin yaşını BELƏ ÖYRƏNİN – Alimdən İNANILMAZ TEST – FOTO

    Adətən vücudunuzun funksiyalarının necə işlədiyini bilmək üçün bir çox test etmək və analizlər vermək lazım gəlir.

    Braziliyalı alim Klaudio Gil Araoujo elə bir test təklif edib ki, o, bu testin bədənin hansı yaşda olduğunu müəyyən etməyə imkan verdiyini iddia edir. Çoxsaylı araşdırmalar göstərib ki, test həqiqətən işə yarayır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, test çox sadədir. Bunun üçün sadəcə oturmaq və durmaq lazımdır.

    1. Ayaqqabıları çıxarıb ayaqlarınızı çarpaz edin. Məşqin əvvəlində sizin 10 xalınız var.


    2. Daha sonra bardaş qurub oturun. Bu zaman heç kimdən və heç nədən dəstək almaq olmaz. Əgər əl, diz və ya ayağınızla özünüzü dəstəkləyərsinizsə, bir xalınızı itirirsiniz. Siz bu şəkildə oturmağı bacarırsınızsa, ancaq balansınızı itirirsinizsə, yarım xalınız itirilir.


    3. Ayaqlarınızı çarpaz edərək yerdə bir müddət bardaş qurub oturmağa davam edin. İndi isə heç bir dəstəksiz ayağa qalxmağa çalışın. Əgər nədənsə dəstək alaraq ayağa qalxmağa çalışsanız, siz daha bir xal itirirsiniz.


    4. Belə bir sadə testin nəticələrinə əsasən, sağlamlıq vəziyyətinizi asanlıqla müəyyən edə bilərsiniz.


    Nəticələr

    8-10 bal

    Yaxşı göstəricidir. Sağlam həyat tərzi sürürsünüz və vücudunuz yaxşı vəziyyətdədir. Səhhətiniz qaydasındadır.

    6 – 7,5 bal

    Pis deyil. Üzərində çalışmalı olduğunuz çox şey var, amma böyük bir risk yoxdur.

    3,5 – 5,5 bal

    Xəbərdarlıq siqnalı! Problemlər var. Növbəti 6 ildə ölmək riski yuxarıdakı iki kateqoriya ilə müqayisədə iki dəfə yüksəkdir.

    0 – 3 bal:

    Vəziyyət pisdir! Bu, ciddi bir xəbərdarlıqdır! Siz çox pis vəziyyətdəsiniz və növbəti 6 il ərzində ölmək riski ilk kateqoriya ilə müqayisədə 5 qat daha çoxdur.

    Əlbəttə ki, belə bir test müəyyən xəstəlikləri olan insanlar üçün uyğun deyil. Buna baxmayaraq, onu sınamaq maraqlıdır.

    İlk iki kateqoriyadan olan insanlar sakit ola bilərlər. Ancaq alt qruplara aid edilirsinizsə, çox gec qalmadan sağlamlığınızı ciddi şəkildə nəzərdən keçirmək yaxşı olardı.

  • Грузовик столкнулся с «легковушкой» в Баку – ФОТО

    Сегодня в вечерние часы в Баку было зарегистрировано ДТП.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, авария произошла близ Беюкшорского бульвара.

    По сообщению, столкнулись грузовик марки İsuzu и легковой автомобиль марки Land Rover.

    По сообщению, сообщений о пострадавших нет.

  • Cəlilabadda “Mercedes” ağaca çırpıldı – Sürücü öldü

    Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 5 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakini Nəbi Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

    Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

  • AXA MBASK Azərbaycanda fəaliyyətini dayandırır

    AXA MBASK Sığorta Şirkəti ASC fəaliyyətini dayandırır.

    AXA MBASK Sığorta Şirkətindən verilən məlumata görə, AXA-nın Azərbaycandakı qeyri-həyat sığorta şirkətinin (AXA MBASK Sığorta Şirkəti ASC) satılması barədə Elxan Qəribli ilə bağlandığı 21 may 2018-ci il tarixdə elan edilən niyyət sazişi qüvvədən düşüb.

    AXA MBASK Sığorta Şirkəti hazırda yeni sığorta işləri yazmağı dayandırıb və bundan sonra Azərbaycandakı mövcud müştərilərin maraqlarını ən yüksək səviyyədə təmin etmək şərti ilə mümkün olan müddətdə Azərbaycandakı fəaliyyətinə xitam vermək məqsədilə yalnız mövcud portfeli idarə edəcək.//milli.az

  • Nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

    “2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi, böyük tarixi qələbəyə imza atılmaqla müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək”.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bunu nazir Sahil Babayev bu gün Nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə vurğulayıb.

    Nazir bildirib ki, Aprel döyüşləri Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın, eyni zamanda qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirib: “Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi”.

    S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb.

    O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib: “Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. I qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub”.

    Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub: “Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər”.

    Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşləri iştirakçıları – polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident cənab İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.//report.az

  • В Азербайджане могут ограничить проценты по кредитам

    Палата надзора за финансовыми рынками (ПНФР) рассматривает возможность снижения банками процентных ставок по кредитам. Об этом сообщила руководитель управления рисками Айтен Мамедова.

    «Мы согласны с мнением, что процентные ставки высоки. Однако, на данном этапе законодательство не позволяет нам ограничивать банки в данном вопросе. Мы выступили с предложением их снизить, предложения находятся на стадии обсуждения», – отметила А.Мамедова.

    Член правления «Паша банка» Бахруз Нагиев, в свою очередь, отметил, что банки могут снизить процентные ставки по кредитам, однако, это приведет к снижению ставок по депозитам.

    «Банки согласятся на дешевые кредиты, если все держатели депозитов согласятся на ставку 6-7%», – отметил Б.Нагиев.

    Отметим, что по данным 2018 года средние процентные ставки по потребительским кредитам в стране составили 21% процента, что на 4 пункта ниже показателя 2017 года. По бизнес кредитам средняя ставка колеблется в пределах 15%.

  • Kiyevdə Nəsimiyə heykəl ucaldılacaq

    Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.

    Dövlət Administrasiyasından bildiriblər ki, Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.

    Onu da qeyd edək ki, heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur. Tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. (AzərTAc)

  • “WhatsApp” qruplarla bağlı yenilik

    “WhatsApp” messencerinin yeni versiyasında istifadəçinin icazəsi olmadan onu qruplara əlavə etmək qadağan ediləcək.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, messencer yeniləndikdən sonra “Qrup” adlı yeni bölmə əlçatan olacaq.

    Məxfilik sazlamalarından qruplara istifadəçi əlavə etmək imkanına malik olacaq şəxsləri seçmək mümkün olacaq. Seçim üçün 3 variant mümkün olacaq: “Hamı”, “Mənim kontaktlarım” və “Heç kim”.

    İndi sözügedən funksiya artıq sınaq rejimində bəzi istifadəçilərə əlçatandır.