Month: April 2019

  • Zakir Həsənovdan müharibə ANONSU: Hər an döyüşlərə başlaya bilərik

    Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam artıb. Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğısını görür.

    Median.Az-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

    Nazir bildirib ki, Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur:

    “Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, “Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. “Azərsilah” 1000-dən çox çeşiddə silah-sursat istehsal edir”.

    Aprel döyüşlərindən nümunə gətirən nazir bildirib ki, qısa müddətdə erməni ordusu darmadağın edildi, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı.

    Nazir bildirib ki, aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu.

    Z.Həsənov bildirib ki, ermənilər iqtisadi, siyasi, ordu quruculuğu baxımdan Azərbaycanla bacara bilmirlər və başqa yola əl atırlar, satqınlardan istifadə edirlər, yalan və böhtan danışırlar:

    “Ancaq onun da bir xeyri yoxdur. İndi 90-cı illərin əvvəlləri deyil, o zaman hərc-mərclikdən istifadə edib bizim torpaqlarımızı işğal etdilər. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq güclü dövlətçilik var, dövlətin başında güclü lider var, güclü iqtisadiyyat, ordu quruculuğu var”.

  • Şəhid anası: Oğlumun köynəyinə “Səni görüm şəhid olasan” yazmışdılar – VİDEO

    2016-cı il Aprel döyüşlərində övladını Vətən uğrunda itirənlərdən biri də Bayramovlar ailəsidir.

    Şəhid Şulan Bayramov 1996-cı ilin iyulun 28-də Sumqayıt şəhərində anadan olub. Orta məktəbi bitirən Şulan Bayramov bir il sonra, 2014-cü ildə Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olub. Lakin o, təhsilini donduraraq hərbi xidmətə gedib.

    Ailədə iki qardaş olublar. Şulan hərbi xidmətini başa vurduğu zaman qardaşı dörd ayın əsgəri olub.

    Median.Az xəbər verir ki, şəhidin anası Türkanə Bayramova Oxu.az-a müsahibəsində deyib ki, 18 il əziyyətlə böyütdüyü oğlunun üzünə, qoxusuna həsrət qalıb:

    “Şulan əsgər gedən gün bir kəlmə dedi ki, anam mənim yanıma gəlməsin. O sözdən sonra 1 il 6 ay mən bir dəfə də olsun oğlumu görmədim. Bütün valideynlər uşaqlarının andiçmə mərasiminə qatıldı. Şulan mənə icazə vermədi.

    İnanırsınız, bu müddət ərzində hələ də mən qapı döyüləcək, Şulan gələcək deyə gözləyirəm. Üç ildir həsrətim, ürəyimin yanğısı keçmir”.


    Şəhid Şulan Bayramovun hekayəsində hər kəsi dəhşətə gətirən bir məqam var. Anası deyir ki, sinif yoldaşlarından biri oğlunun məzun köynəyinin üzərinə “Səni şəhid olasan!” yazıb:


    “Məzun günü evə gəldi. Köynəyinə baxanda gördüm ki, yazıblar, “Səni görüm şəhid olasan”. Anayam, ürəyim dağlandı, ağladım. Soruşdum, bunu kim yazıb, niyə yazıb? Dedi, dostu yazıb. Şulan əsgər gedəcəyini biləndə evdə bütün paltarlarını, əşyalarını yığıb dost-tanışlarına hədiyyə etmişdi.


    Elə bil hiss edirdi ki, daha geri qayıtmayacaq. Mənə gözdağı olacaq heç nə saxlamadı. Şulan çox dəliqanlı, kişi qeyrətli oğlan idi. Ailəcanlı, istiqanlı oğul idi. Aprelin 3-ü oğlum təxris olunub evinə gəlməli idi. Onun yolunu necə həsrətlə gözləyirdim, amma özü yox, buz kimi soyuq bədənini gətirdilər”.


    Şəhid Şulan Bayramov haqqında hazırlanan süjeti təqdim edirik:

  • Объявлен приговор жителю Сумгайыта, который убил на улице знакомого – ФОТО

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя г.Сумгайыт Рафика Нариманова, обвиняемого по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана

    Как сообщает Median.Az, 9-го ноября прошлого года накануне с территории 21-го квартала житель г. Сумгайыт Дашгын Гусейнов в состоянии комы был доставлен в городскую больницу скорой помощи и там скончался.

    Приступившие к расследованию сотрудники полиции выяснили, что его возле дома избил неизвестный. В ходе оперативно-розыскных мер был задержан ранее судимый Рафик Нариманов. Во время допроса он показал, что в тот день между ним и покойным возник спор на почве выяснения личных отношений, когда Гусейнов обругал его, он нанес ему удары по голове тупым предметом.

    Суд приговорил обвиняемого к 9 годам 10 месяцам лишения свободы.


  • Sumqayıtda tanışını döyüb, öldürən şəxsə hökm oxunub – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yaşayan şəhər sakini Daşqın Hüseynov koma vəziyyətində xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

    Sumqayıt ŞPİ məlumat daxil olandan sonra D.Hüseynovun ölümünün səbəbləri araşdırılıb və məlum olub ki, mərhum yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zamanı döyülüb.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Nərimanov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisə günü dünyasını dəyişən şəxslə arasında münaqişə baş verdiyini və onun baş nahiyəsinə küt alətlə xəsarət yetirdiyini bildirib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


  • Bitkoinin qiyməti 5 min dolları keçib

    Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri ilk dəfə 5 000 ABŞ keçərək 5 025 dollara çatıb.

    Xatırladaq ki, vaxtilə bitkoinin 100 min dollara qədər bahalaşacağı ilə bağlı proqnozlar səslənirdi. Amma bu baş verməyib.

    Ekspertlər mövcud vəziyyəti ABŞ-ın İstiqrazlar və Mübadilə Komissiyasının (SEC – Securities and Exchanges Comission) kriptovalyuta bazarının “əliəyri” iştirakçılarına qarşı kampaniyaya başlaması ilə əlaqələndirir. Bundan sonra bitkoinlə bağlı bədbin gözləntilər üstünlük qazanıb. Tanınmış iqtisadçı, ABŞ-ın Nyu-York Universitetinin Leonard Ştern Biznes Məktəbinin professoru Niruel Rubini kriptovalyuta macərasının 2018-ci ildə başa çatdığını bildirib. Bundan sonra əsas kriptovalyutalar, o cümlədən bitkoin dəyərdən düşüb, bu sahənin investorları əllərindəki rəqəmsal pulları tələm-tələsik satmağa çalışıb.

    İndi isə bitkoinin bahalaşmasının səbəbləri və kriptovalyutanın gələcək perspektivləri barədə aktiv müzakirələr gedir. Mütəxəssislərin çoxu qiymət artımının möhtəkirlik olduğu qənaətindədir. Məsələn, “Veta” ekspert qrupunun direktoru Dmitri Jarski səbəb kimi bitkoinlə bağlı birdəfəlik satınalmanı göstərir: “ABŞ və Lüksemburqun birjalarında naməlum alıcılar 100 mln. dollar ödəyərək 20 min bitkoin alıb və bazarda canlanma yaradıb. Bitkoinin qiyməti 5 min dolları keçəndə zəncirvari şəkildə başqa kriptovalyutalara da maraq yarandı. Nəticədə bu bazara 170 mlrd. dollardan artıq sərmayə gəldi, gündəlik dövriyyə 14 mlrd. dolları üstələdi”.

    Onun fikrincə, həmin alıcılar mənafeyini güdən sərmayəçilər qrupu və yaxud treydinq robotu ola bilər: “Həmin sövdələşmələrin vahid alqoritm idarəli sifariş olması da əvvəlcədən düşünülmüş plan təəssüratı yaradır”.

    Bitkoinin bahalaşmasına əsas görmərən Rusiyadakı Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənov da möhtəkirliklə bağlı fikirləri bölüşür. Onun fikrincı, ən ağlabatan səbəb alqoritm sistemi vasitəsilə bir neçə birjadan bitkoinin satın almasını təşkil edən ayrıca alıcının olmasıdır: “Tələm-tələsik kriptovalyuta alanlar bundan sonra nə edəcəyini düşünürlər. Xüsusilə də 5 000 dollara yaxın vəsait ödəyənlər gözləmək və yaxud bitkoni satmaq barədə götür-qoy edirlər. Yaxın vaxtlarda daha yüksək qiymətə yeni alıcılar ortaya çıxmasa, onda 3 000 dollarlıq qiymətləri görə bilərik”. (Report.az)

  • Gözünü və ayağını itirən gənc komandir xalqa müraciət edib – Video

    Ayağını və gözünü Qarabağda ermənilərlə döyüşdə itirən Kamil Musavi xalqa müraciət edib.

    Qazi, 4 aprel döyüşçüsü Kamil Müsavi etdiyi videomüraciətdə Ermənistanla barışmağın mümkünsüz olduğunu bildirib.

    “Mən xalqıma səslənirəm, bu sözü də elə-belə demirəm, nə vaxtsa, mənim xalqım erməniləri bağışlasa, mən heç vaxt xalqımı bağışlamayacam.

    Yüzlərlə qardaşlarımızı şəhid və şikəst edən, yüzlərlə körpələrimizi qətilə yetirən erməni bizim düşmənimizdir.

    Bunu başa düşün!”,-deyə kəşfiyyatçı baş-leytenant Kamil Musavi bildirib.
    //bizimyol.info

  • Bakıda “Az avtomobil, çox həyat” adlı veloyürüş keçiriləcək

    Aprelin 7-də Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar Bakıda “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ONA-ya verdiyi məlumata görə, yürüş ETSN və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilir.

    Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

  • В Баку произошла массовая драка из-за девушки – ВИДЕО

    Массовая драка произошла в поселке Бакиханова города Баку, передаёт Median.Az со ссылкой на Unikal.orq.

    В Сети распространилось видео, на котором несколько молодых людей вступают в рукопашный бой. На кадрах видно, как парни бьют друг друга кулаками и оскорбляют.

    Предположительно, драка произошла из-за девушки. Потасовка между молодыми людьми зафиксирована на пересечении улиц Я.Алиева и С.Мехмандарова.

  • Задержан водитель “Jeep”а, скрывшийся после наезда в Ясамальском районе

    Как сообщает Median.Az, в 29-е отделение полиции Ясамальского РУП поступила информация о том, что 27-го марта примерно в 22 часа в поселке Ени Ясамал-2 неизвестный автомобиль сбил жителя столицы Х.Мамедзаде и скрылся. Потерпевшему была оказана необходимая медецинская помощь.

    Сотрудники Службы безопасного города МВД, Управления дорожной полиции Главного управления полиции (ГУП) г.Баку, 4-го отделения полиции Бинагадинского РУП и Ясамальского РУП в результате проведенной совместной операции задержали жителя столицы Н.Бейбалыева, который совершил автонаезд на автомашине марки “Jeep”.

    Ведется расследование.

  • Yasamalda piyadanı vurub, qaçan “Jeep” sürücüsü saxlanılıb


    Median.Az
    xəbər verir ki, Yasamal RPİ-nin 29-cu polis şöbəsinə Bakı şəhər sakini H.Məmmədzadənin avtomobillə vurulması barədə müraciət daxil olub.

    Araşdırma zamanı, H.Məmmədzadənin martın 27-i saat 22 radələrində Yeni Yasamal-2 yaşayış sahəsində yolu keçərkən vurulması müəyyən edilib. Piyadaya xəstəxanada ilkin
    tibbi yardım göstərilib.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Jeep” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmış sürücü, Bakı şəhər sakini N.Bəybalıyev saxlanılıb.

    Araşdırma aparılır.