Month: April 2019

  • Ələtdə piyadanı öldürüb, qaçan “KamAz” sürücüsü saxlanılıb

    Median.Az xəbər verir ki, martın 31-i saat 23 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Ümid qəsəbə sakini Əfsanə Qurbanova vurulub, nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat, Baş Cinayət Axtarışı və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “KamAZ” markalı avtomaşınla törədilməsi müəyyən edilib. Hadisə yerindən yayınan sürücü, Daşkəsən rayon sakini M.Sadıqov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Житель столицы совершил разбой в кафе в Хатаинском районе

    Как сообщает Median.Az, 3-го апреля в кафе по улице К.Керимова неизвестный избил жителя столицы А.Мирзоева, вследствии чего отобрал у него кошелек, где находились 100 манатов и банковская карта.

    Сотрудники 37-го отделения полиции Хатаинского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы А.Гасымова.

    В Следственном отделе Хатаинского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Xətai rayonunda kafedə quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, аprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafedə naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb, içərisində 100 manat və maaş kartı olan pul kisəsini alıb.

    Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini A.Qasımov saxlanılıb.

    Xətai RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Зираддин Рзаев предсказал имя будущего президента Украины

    Финалист известного шоу «Битва экстрасенсов» Зираддин Рзаев рассказал Season Passed, кто победит на президентских выборах в Украине:

    «Тимошенко не будет президентом. А по поводу борьбы Порошенко и Зеленского, могу сказать, что победит Зеленский. У него шансов больше, чем у Порошенко – он будет президентом. 99% шансов на победу у него. Когда выбирают президентов, у актеров выгодная позиция: Рейган, саксофонист Клинтон, даже Трамп снимался в кино до своего президентства. Порошенко ничем не может вредить актеру, он будет заниматься своим бизнесом, а потом у него возможны проблемы со здоровьем», – рассказал экстрасенс.

    Отметим, что на 21 апреля намечен второй тур выборов в Украине. В нем примут участие лидер президенсткой гонки – Владимир Зеленский и Петр Порошенко.

  • Bakda qız üstündə kütləvi dava – VİDEO

    Bakının Bakıxanov qəsəbəsində kütləvi dava olub.

    Median.Az minval.info-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir neçə gəncin yumruq davasına çıxdığı görünür. Onlar bir-birilərinə zərbələr endirib, təhqir edirlər.

    İddialara görə, dava qız üstündə düşüb. Y.Əliyev və S.Mehmandarov küçələrinin kəsişməsində toqquşan gənclər dava etməyə başlayıblar.

    Yaşları 15-18 arasında dəyişən onlarla gənci ətrafdakılar seyr etməklə kifayətlənib.

    Qeyd edək ki, təhqir dolu sözlər olduğu üçün videonu səs olmadan təqdim edirik:

  • “Diqlas” sökülür

    “Diqlas” ticarət mərkəzi sökülür.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    “Bildiririk ki, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” Ticarət Mərkəzi söküləcək”, – deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.

    Martın 28-də prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

    Martın 29-da İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.

    Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq üç milyon manat ayrılıb.

  • BOKT-lar “təmizlənir”: üçünün lisenziyası ləğv edildi

    Maliyyə Bazarlarına Nəzarət Palatası daha üç bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib. Beləliklə, Azərbaycanda bank olmayan kredit təşkilatlarının sayı 43-ə düşüb.

    Bakıda fəaliyyət göstərən “Kredit House” və “Mədəd Kredit”, eləcə də, Lerik rayonunda fəaliyyət göstərən “Azəri Finans” MMC-lərin fəaliyyəti dayandırılıb.

    Bu kredit təşkilatlarının lisenziyasının alınmasına onların qanunvericiliyin tələblərinə cavab verməmələri, hesabatların vaxtında verilməməsi və bəzilərinin faktiki olaraq fəaliyyət göstərməməsi səbəb olub.

    Palata artıq bir neçə aydır ki, BOKT-ların sağlamlaşdırılması işini davam etdirir və artıq 12-dən çox belə təşkilata verilmiş lisenziya ləğv edilib.

  • Bakıda bağçada bədbəxt hadisə: Dolab uşağın üzərinə aşdı – VİDEO

    Bakının Binəqədi rayonunda yerləşən bağçalardan birində bədbəxt hadisə baş verib.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

    Məlumatlara görə, “Gənclər evi”ndə təhsil alan dörd yaşlı uşağın üzərinə paltar dolabı aşıb. Aprelin 1-də baş verən hadisə nəticəsində azyaşlının qolu sınıb və tərbiyəçi tərəfindən dərhal xəstəxanaya çatdırılıb.

    “Gənclər evi”ndən oxu.az-a verilən məlumata görə, uşağın həyati təhlükəsi yoxdur və vəziyyəti yaxşıdır.

    “Xəsarət alan uşaq 2015-ci il təvəllüdlü Hüseyn Talıblıdır. Günün birinci yarısında “Gənclər evi” müxtəlif dərnəklər üçün istifadəyə verilir. Dərnəklərdə müxtəlif mövzularda uşaqlara dərslər keçirilir. Hadisə də həmin vaxt baş verib”.

  • В Азербайджане меняются требования к сельхозпредприятиям

    В Азербайджане будет требоваться проведение оценки влияния на окружающую среду животноводческих и птицеводческих предприятий, специализирующихся на производстве сельскохозяйственной продукции.

    В связи с этим предлагаются поправки в закон «О сельскохозяйственной кооперации».

    В соответствии с поправками, должно оцениваться влияние на окружающую среду проектов кооперативов, животноводческих и птицеводческих предприятий, специализирующихся на производстве сельскохозяйственной продукции, агропарков, а также проектов по рыбоводческой хозяйственной деятельности (в т.ч. аквакультура).

    По проекту, если по показателям оценки эти объекты соответствуют экологическим требованиям, то подготовка документа об оценке влияния на окружающую среду с целью реконструкции или замены сооружений и оборудования на этих объектах не требуется.

    Оценка влияния на окружающую среду коснется и деятельности, осуществленной до вступления в силу этого закона.
    //Trend

  • Ramil Usubov Bakıda bu rəislərin yerini dəyişdi

    Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə Unikal.org-a şöbədən məlumat verilib.

    Nazirin digər əmri ilə Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.