Month: April 2019

  • Yasamalda marketdə quldurluq edən yeniyetmə saxlanılıb

    Median.Az xəbər verir ki, aprelin 1-i saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gələn naməlum şəxs, orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manat pulu ələ keçirib və uzaqlaşıb.

    Məlumatla əlaqədar Yasamal RPİ 28-ci polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini olan yeniyetmə saxlanılıb.

    Faktla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Bu marşrut xətti bağlandı

    Sumqayıt şəhərində fəaliyyət göstərən 55 nömrəli marşrut xətti bağlanıb.

    ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov ONA-ya açıqlamasında marşrut xəttinin bağlanmasını təsdiq edib: “Marşrut xəttinin bağlanmasına səbəb yolların bərbad vəziyyətdə olması və ərazidə fərdi yaşayış evlərinin sıx tikilməsidir. Sakinlərin yaxın marşrut xətlərinin hərəkət etdiyi əraziyə çatdırılması üçün 2 avtobus ayrılıb. Bu avtobusların xidmətindən yararlana bilərlər”.

    Qeyd edək ki, 55 nömrəli marşrut xətti şəhərin mərkəzi bazarından “Ximstroy” deyilən yaşayış massivi istiqamətində fəaliyyət göstərib.

  • В Азербайджане будут введены льготы для матерей приемных детей

    Счетная палата предлагает внести соответствующие поправки в закон “О социальных пособиях” для учета приемных сыновей или дочерей до 8 лет при определении права на социальное пособие многодетных матерей.

    Как сообщает Median.Az со ссылкой на Report, это отражено в отчете палаты о деятельности в 2018 году.

    Отмечается, что по представленной информации по предложению подготовлен и обговаривается “Проект решения Кабмина Азербайджанской Республики” и законопроект “О поправках в закон Азербайджанской Республики “О социальных пособиях”.

  • Azərbaycan İran yolundan istifadə edənlər diqqətli olsunlar

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsində təmir işləri aparılır.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

    Verilən məlumata görə, yolun 0-32 km –lik hissəsində, həmçinin sözügedən yolun 81-ci km-dən ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun 89-116 km hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq. İşlər 5 aprel tarixinə qədər davam edəcək.

    Sürücülərdən bu müddət rəzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • В Баку пройдет X Международный фестиваль Мстислава Ростроповича

    С 22 по 27 апреля в Баку пройдет X Международный музыкальный фестиваль Мстислава Ростроповича, передаёт Median.Az со ссылкой на ONA.

    В фестивале, организованном Фондом Гейдара Алиева, Министерством культуры и Фондом Мстислава Ростроповича, примут участие всемирно известные музыканты и коллективы из России, Германии, Швейцарии, Испании – швейцарский камерный оркестр Лозанны, Санкт-Петербургский государственный академический театр балета Бориса Эйфмана, оркестр «Munchenklang» и другие.

    Билеты на концерты, которые будут начинаться в 19:00, можно приобрести на сайте www. iticket.az, в кассах города и в сервисных центрах ASAN.

  • Mehriban Əliyevanın verdiyi ev şəhid ailəsinə təqdim olundu – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə bağışladığı mənzilin açarı onun oğluna təqdim olunub.

    Mənzilin açarları bu gün polkovnik-leytenant Tahir Axundova verilib.

    Qeyd edək ki, Sənan Axundovun ailəsinə məxsus ev əllərindən alınıb. Bu barədə Ali Məhkəmə qərar çıxarıb. Şəhid ailəsindən onlara məxsus olan evə görə 100 min manat pul istənilib.

    Məlumata görə, S.Axundov şəhid olmamışdan bir neçə il əvvəl “Kamran” MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran” MMC-nin işçiləri barəsində cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini biznesmen Şərurlu İsfəndiyar alıb.

    Məhkəmə proseslərindən biri Sənan Axundov sağ olanda baş tutub. Qərar Axundovlar ailəsinin lehinə olub. Lakin Ali Məhkəmə Şərurlu İsfəndiyarı müdafiə edib və şəhid ailəsini evsiz qoyub.

    Məsələnin ictimailəşməsindən sonra Mehriban Əliyeva Aprel şəhidi, polkovnik-leytenant Sənan Axundovun ailəsinə ev bağışlayıb.


    //oxu.az

  • Ögey uşaqlara görə də müavinət veriləcək?

    Hesablama Palatası çoxuşaqlı anaların yaşa görə sosial müavinət hüququ müəyyən edilərkən onların 8 yaşınadək tərbiyə etdikləri ögey oğul və qızlarının nəzərə alınmasını da təklif edib.

    Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

    Hesablama Palatası bununla əlaqədar “Sosial müavinətlər haqqında” qanuna müvafiq dəyişikliklərin olunmasını təklif edib.

    Təkliflə bağlı Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələrin edilməsi və “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik edilməsi üçün layihələr hazırlanıb. Hazırda layihələr razılaşdırma mərhələsindədirlər.
    //azxeber.com

  • Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl – TƏFƏRRÜAT

    Bakıda bacısını öldürməyə cəhddə günahlandırılan Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Samir Bağırovun (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Samir Bağırov 26 iyul 2017-ci il tarixdə, saat 13 radələrində qohumu Günel Bağırovaya məxsus Bakı şəhəri, Nizami rayonunda olan mənzilin yataq otağında çarpayıda uzanmış bacısı Vəfanın mobil telefonuna baxıb.

    Samir Bağırov bacısının cəlbedici geyim tərzində şəkillərini görüb və bunu rüsvayçılıq kimi qəbul edib. O, bacısına əxlaqsız həyat tərzi keçirdiyini bildirib.

    Vəfa onun sözlərinə əhəmiyyət verməyib, şəxsi işinə qarışmamasını istəyib. Bu sözlərdən hiddətlənən Samir onunla mübahisə edib.

    Mübahisə zamanı o, Vəfanın saçından tutub, mətbəxdən götürdüyü bıçaqla onun baş və boyun nahiyələrinə zərbələr endirib. Həmin vaxt ardıcıl zərbələr vurması nəticəsində bıçaq qırılıb. Bıçağın qırıldığını görən Samir hamamdan döşəmə silmək üçün istifadə edilən taxtanı götürərək bacısını yenə vurmağa başlayıb.

    Samir gözünə düşmüş qan damcısını yumaq məqsədilə hamama girib. Bundan istifadə edən Vəfa ondan yaxa qurtarmaq üçün mənzildən qaçıb.

    Mənzildən küçəyə qaçandan sonra Günel təcili yardıma zəng vurub. Təcili yardım onu çatdırılıb.

    Vaxtında tibbi yardım göstərildiyi üçün Vəfanın həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Samir polis əməkdaşları tərəfindən yaxalanıb.

    Samir Bağırov barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hökmə əsasən, Samir Bağırovun bacısını xüsusi amanszılıqla öldürməyə cəhd etməsi sübuta yetirilməyib.

    Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilib.

    Məhkəmənin hökmü ilə Samir Bağırov 3 il azadlıqdan məhrum edilib. Gürcüstan vətəndaşı olan Samir Bağırov cəzasını Azərbaycanda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzası başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılması qərara alınıb.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Samir Bağırovu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə ittiham edilməsini, ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növünün təyin edilməsini istəyib.

    Həmçinin cinayət işi üzrə zərərçəkmiş Vəfa Bağırova da qardaşından şikayətçi olub. O, qardaşının cəzasının ağırlaşdırılmasını tələb edib.

    Samir Bağırov isə apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

    Tərəflərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayətləri təmin olunmayıb.

    Bu qərardan narazı qalan təqsirləndirilən şəxs isə kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Hakim heyəti kasasiya şikayətini araşdırmağa başlayan zaman 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum məhkəməyə ərizə ünvanlayıb. O, ərizəsində şikayətini geri götürdüyünü, bu səbəbdən şikayətinə baxılmamasını xahiş edib.

    Hakim heyəti ərizə əsasında məhkumun xahişini nəzərə alıb. Kasasiya şikayəti baxılmadan icraatdan çıxarılıb və geri qaytarılıb.

  • Anar Nağılbazın atası gəlininə əsəbiləşdi: “Özünü yığışdır” – VİDEO

    ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev olub.

    Rizvan Cəbiyev, gəlininin “Anar Nağılbazın qəbrini su basıb” deyə yaydığı dezinformasiya xəbərlərini təkziba edərək məsələyə aydınlıq gətirib:

    “Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Onların hamısına dözüb və bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, “Anarın qəbrini su basıb, ora getmək mümkün deyil” deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər.

    Burada da var idi və mən ona görə onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. Mənim 2 dənə gül kimi nəvəm var, uşaqları vasitə edirlər. Mən onun əleyhinəyəm və pis də olsa, yaxşı da olsa o uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Ona görə də mən Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa o uşaqlar üçün edirəm”.

    Mərhum reperin atası daha sonra gəlininə böyük məsləhət də verib:

    “Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtı ilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.

  • В Шабране школьник подвергся сексуальному насилию со стороны 17 человек – УЖАСАЮЩИЕ ПОДРОБНОСТИ

    В одном из сел Шабранского района произошел возмутительный инцидент. 15-летний житель села Амиль Гасанов (имя и фамилия условные – ред.) с 13 лет (с 7 класса) подвергался сексуальному насилию в групповой форме со стороны одноклассников и старшеклассников.

    Отец подростка Хатам Гасанов обратился в Publika.az и заявил, что это происходило во дворе школы, в туалете и разных местностях села:

    «В первый раз мой сын был избит и подвергся сексуальному насилию неестественным путем, когда ему было 12-13 лет учеником, который был на четыре года старше него. Он пригрозил моему сыну тем, что опозорит его, если он что-либо кому-то расскажет. После этого другие ученики школы и жители села, в общей сложности 17 человек применяли насилие, шантажировали ребенка и вступали с ним в половой контакт».

    По словам подростка, некоторые из них продолжают учиться в школе, некоторые уже ее окончили. Отец ребенка сказал, что узнал о случившемся месяц назад.

    Пришедший в ужас от услышанного отец 1 марта обратился в Управление полиции Шабранского района. По факту возбуждено уголовное дело.

    «Несмотря на что, личности совершивших преступление установлены и до сегодняшнего дня большинство из них было допрошено, никто не привлечен к ответственности. И это при том, что согласно выводам трех медицинских экспертов, случаи регулярного полового акта с пострадавшим подтверждены», – cказал отец подростка.

    Как сообщили в Управлении полиции Шабранского района, расследование по уголовному делу продолжается.