Month: April 2019

  • 17 nəfər şagirdi tualetdə və digər yerlərdə dəfələrlə zorladı – Azərbaycanda məktəbdə DƏHŞƏTLİ HADİSƏ

    Şabran rayonunun kəndlərindən birində dəhşətli hadisənin üstü açılıb. Belə ki, həmin kənd sakini, hazırda 15 yaşı olan Amil Həsənov (adlar şərtidir) 13 yaşından etibarən (7-ci sinif şagirdi olarkən) həm sinif yoldaşları həm də yuxarı sinif şagirdləri tərəfindən qrup şəklində zor tətbiq edilərək seksual xarakterli hərəkətlərə məcbur edilib. Sinif yoldaşları və məktəbin digər şagirdləri 13 yaşından etibarən Amillə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Publika.az-a müraciət edən yeniyetmənin atası Hətəm Həsənov deyib ki, bu hərəkətlər məktəbin həyətində, tualetində və kəndin müxtəlif yerlərində edilib: “Oğlum ilk dəfə 12-13 yaşında olarkən özündən 4-5 yaş böyük şəxs tərəfindən döyülərək qeyri-təbii yolla cinsi təcavüzə məruz qalıb. Bundan sonra həmin şəxs əgər kiməsə desə (əsasən də evdə) onu bütün kənddə biabır edəcəyini və onu yenə döyəcəyini bildirib. Bundan sonra məktəbin digər şagirdləri və kənd sakinləri də əxlaqsızcasına uşağa dəfələrlə zor tətbiq edərək, onu şantaj edərək onunla cinsi əlaqədə olub”.

    A.Həsənovla cinsi əlaqədə olmuş şəxslərin sayı hələlik zərərçəkmiş şəxsin deməsinə görə 17 nəfər olub. Həmin şəxslərin bir neçəsi hazırda məktəbdə təhsil almaqda davam edir, bir hissəsi isə məktəbi bitirib. Uşağın atası bildirib ki, baş verənlərdən təxminən bir ay öncə xəbər tutub: “Əmisi oğlunun onun müəyyən hərəkətlərindən şübhələnərək sorğu suala çəkməsi nəticəsində hər şey üzə çıxıb”.

    Eşitdiklərindən dəhşətə gələn ata müxtəlif yollar barədə düşünsə də sonda çarəni həmin şəxslərin cəzalanmasına nail olmaqda görüb, övladını isə psixoloq kurslarına aparıb. Həmçinin o, bir mart 2019-cu il tarixdə Şabran rayon Polis Şöbəsinə müraciət edib.

    O, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətlər göndərib. H.Həsənov bildirib ki, 19 mart 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə cinayət işi başlanıb: “Amma cinayəti törədən şəxslərin kimliyi məlum olmasına baxmayaraq bu günə kimi adı çəkilən əksər şəxslər dindirilsə də hər hansı şəxs məsuliyyətə cəlb edilməyib. Halbuki, əldə edilmiş 3 tibbi ekspert rəyinə əsasən zərər çəkmiş şəxslə mütəmadi qeyri-təbii yolla cinsi əlaqədə olma halları mövcud olub. Həmin şəxslərdən biri hətta oğluma zor tətbiq edib onunla cinsi əlaqədə olduğunu etiraf edib və səs yazısı istintaqa təqdim olunub”.

    Məsələ ilə bağlı Şabran rayon Polis Şöbəsindən Publika.az-a bildirilib ki, faktla bağlı cinayət işinin istintaqı davam etdirilir. Məsələyə istintaqın yekununda hüquqi qiymət veriləcək.

    Hadisənin baş verdiyi kəndin adını və şəxslərin kimliyini etik qaydalar çərçivəsində qeyd etmirik.

  • Binəqədidə pulsuz ağac paylandı, sakinlər arasında dava düşdü – VİDEO

    Bu gün Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanıb.

    Median.Az xəbər verir ki, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında baş tutan mərasimdə qalmaqallı anlar yaşanıb.
    Belə ki, vətəndaşlar ting üstündə yarışıblar. Bəziləri daha çox ting götürmək üçün növbəni pozub, bu da digər sakinlərin narazılığına səbəb olub.

    Qeyd edək ki, aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Lakin sakinlər nazirlik nümayəndəsini dinləməkdənsə, daha çox ting götürməyə meylli olub.

    Hadisə şahidlərinin azxeber.com üçün çəkdiyi videonu təqdim edirik:

  • Prezident AXC-Müsavat cütlüyünün xəyanətindən danışdı

    Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində bizim torpaqlarımız işğal altına düşmüşdür. Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin.

    Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdə deyib.

    “Dövlət başçısı bildirib ki, AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin.

    Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı.

    Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür”, – deyə prezident İlham Əliyev vurğulayıb.

  • Ильхам Алиев назначил нового главу Исполнительной власти

    Сиям Черкез оглу Гаджиев назначен главой Исполнительной власти Джульфинского района Нахчыванской Автономной Республики.

    Соответствующее распоряжение подписал Президент Ильхам Алиев.

  • İlham Əliyev yeni icra başçısı təyin etdi

    Siyam Çərkəz oğlu Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Bununla bağlı müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

    Qeyd edək ki, 2018-ci ilin dekabrın 21-də İlham Əliyevin sərəncamı ilə Şükür Fərəməz oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada müsabiqə keçirilib – FOTO

    Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Miss və Mister RAGB-2019” müsabiqəsi başa çatıb.

    AZƏRTAC-a xəbər verir ki, bu il mart ayında Azərbaycan gənclərinə xas olan ən yaxşı keyfiyyətləri təcəssüm etdirən bir gənc qız və bir gənc oğlan seçmək üçün müsabiqə elan edilib. RAGB-nin sosial şəbəkələrindəki səhifələrində aparılmış səsvermədən sonra səkkiz iştirakçı finala çıxıb.

    RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev müsabiqənin final mərhələsini açıq elan edərək deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin sıx birləşməsinə, onların elmi, təhsil, yaradıcılıq sahələrinə aid və ictimai xarakterli təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır.

    Təşkilatın rəhbəri Leyla Əliyeva istedadlı gəncləri həmişə dəstəkləyir, onların yaradıcılıq imkanlarının reallaşdırılmasına kömək edir. E.Hacıyev deyib:

    “Bizim bugünkü tədbirimiz artıq ənənəyə çevrilir. Bu müsabiqəmiz başqa oxşar tədbirlərdən fərqlənir. Bizim müsabiqənin iştirakçıları münsiflər heyətinin üzvlərinə Azərbaycanın ənənələri, mədəniyyəti, milli geyimləri barədə məlumat verəcəklər. Onlar müğənni, rəqqas, intellektual və teatr sahəsinin mütəxəssisləri olacaqlar”.

    Müsabiqənin final mərhələsinə çıxmış iştirakçılar – Səbinə Abbasova (Moskva), Səbinə Bayramova (Moskva), Kamilla Ələsgərova (Kazan), Tünzalə Mirzəzadə (Moskva), Şahnaz Zeynalova (Perm), Anar Ağazadə (Moskva), Semur Qarayev (Kaluqa) və Məhər Məhərrəmov (Moskva) münsiflər heyətinə öz video-vizit kartlarını təqdim ediblər. Sonra üç iştirakçı yaradıcı müsabiqə, milli geyimdə defile və müsahibə sınaqlarından keçməli olublar. Hər bir iştirakçı müəyyən obraz fikirləşib tapıb və bu obrazı səhnədə yaradıb. Olduqca parlaq və qeyri-adi nəticə alınıb.

    Münsiflər heyətinə modelyer-rəssam, Rusiya Dizaynerlər İttifaqının üzvü, Parisdəki Rus Rəssamlar Assosiasiyasının üzvü Orxan Sultan, opera səhnəsinin yeni ulduzu, Rusiya Milli Qvardiyası Federal Qoşun Xidməti ansamblının solisti, beynəlxalq müsabiqələr laureatı Lali Xabalova və “Səttar” brendinin həmtəsisçisi, rəssam Cemma Səttar daxil idi.

    Münsiflər heyətinin apardığı səsvermənin yekunlarına əsasən “Miss RAGB-2019” tacı G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin tələbəsi Səbinə Abbasovaya çatıb, “Mister RAGB-2019” – Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında Hərbi Universitetin kursantı Anar Ağazadə isə təşkilatçılardan kubok alıb.

    Müsabiqənin qaliblərinə və digər finalçılara təşkilatçılar adından diplomlar və qiymətli mükafatlar təqdim edilib.

    Tədbir maraqlı musiqi proqramı ilə davam edib.












  • В ДТП в Балакене погиб водитель

    Как сообщает Median.Az, 2-го апреля примерно в 4 часа утра на проспекте Г.Алиева в г.Балакен автомобиль марки “Lada Priora”, управляемый жителем района Ряван Миканаевым врезалась в кольцевое ограждение.

    В результате дтп водитель скончался на месте происшествия.

    В РОП по факту ведется расследование.

  • Balakəndə “Lada” qəza törədib, sürücü ölüb

    Median.Az xəbər verir ki, aprelin 2-i səhər saat 4 radələrində Balakən şəhərinin H.Əliyev prospektində, rayon sakini Rəvan Mikanayev idarə etdiyi “Lada Priora” markalı avtomobili dairəyə vurub.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Balakən RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Yerüstü çaylar Binəqədiyə axır… – Video

    Bakıda yerüstü çaylar axan qəsəbə var. Həmin yer çox da uzaqda deyil, Binəqədi rayonunun eyni adlı qəsəbəsində…
    Eşitdiyimiz zaman inanmasaq da, gedib gözlərimizlə gördük.

    Qəsəbənin 3-cü mədən, 124-cü korpusda yaşayan məhəllə sakinləri “Qafqazinfo”ya müraciət edərək bu çayın yaranma tarixçəsini danışmaq istədiklərini bildirdilər.

    Çayın mənbəyi yaşayış evləridir. 20 ilə yaxındır burada yaşayan qocaman Rüstəm Nəcəfov deyir ki, əslində əvvəl burada çay yox, göl olub. Sonra Binəqədi Rayon İcra Hakimiyyəti həmin gölü rayonun digər qəsəbələrinin zibili hesabına qurudub. İnsafən, göl tam qurudulmayıb, yerində fərqli su axını yaradılıb.

    Göl olan vaxtlarda sakinlər kanalizasiya sularını ora axıdırmış, lakin indi onun yerində qalan kiçik çay qolları 2 minə yaxın evin tullantısına tab gətirə bilmir.

    “Azərsu” ərazini su ilə təmin etsə də, o suyun keçdiyi müəyyən prosesdən sonra axıdılmasını nəzərə almayıb. Sakinlərin sözlərinə görə, kanalizasiya xətləri olmasa da, kanalizasiya pulu ödəyirlər. Nə vaxtsa bu xəttin olacağı ümidi ilə…

    Ağbirçək Lida Spirina acizanə şəkildə kanalizasiya sualarının və zibil tullantılarının qoxusundan cana gəldiklərini, ən azından uşaqlara görə bu problemin həll edilməsini istədiklərini deyir.

    Yağış yağanda kanalizasiya daşıb evlərə dolur, yağmayanda da zibilin iyi evlərə dolur. Bütün hallarda onlar bu bəladan heç cür xilas ola bilmirlər. Bu vətəndaşların evlərinin qarşısı Binəqədinin zibilxanasına çevrilib. İddiaya görə, müvafiq qurum “Təmiz şəhər”ə olan borcunu ödəyə bilmədiyi üçün digər ərazilərin zibillərini də gətirib bura tökür.

    Sakinlərdən hər ay üçün 3-4 manat zibil pulu yığılsa da, zibil qutuları da quraşdırılmayıb. Sakin İsa Həsənov bildirir ki, hər bir şəxs evdən çıxanda zibil “kulyok”larını da götürüb özü ilə aparır, ərazidən təxminən 1 kilometr uzaqlıqda, harda zibil qutusu görsələr, ora atırlar.

    Artıq illərdir zibil və kanalizasiya tullantıları ilə qoyun-qoyuna yaşayan sakinlərdə belə bir ümid var idi ki, nə vaxtsa bu yerdə park, poliklinika və məktəb salınacaq. Çünki bu vədi onlara keçmiş başçı Xaləddin İsgəndərov veribmiş. Lakin son günlər eşitdikləri bir xəbər onların ümidini puç edə bilər. Belə ki, artıq doldurulmuş gölün yerinin hissə-hissə bölünüb satışa çıxarıldığı deyilir. Bu da korpus sakinlərini narahat etməyə başlayıb.

    Bu problemlərlə bağlı bir müddət öncə 51 sakin rəsmi qurumlara da müraciət ediblər, lakin hələ də onlara cavab verilməyib.

  • Bankların gəlirləri azalıb

    Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib. Halbuki 2018-ci ilin ilk iki ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3 milyon manat təşkil etmişdi.

    2018-ci ilin eyni dövrü ilə müqayisədə, 2019-cu ilin fevral ayı üzrə bankların xalis mənfəəti 2,9 dəfə azalıb.

    Bunun səbəblərindən biri bankların mənfəətinin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır.

    Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.

    Sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb.

    Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 milyon manat) artaraq, 12 milyard 629.9 milyon manat təşkil edib.

    2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.

    Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam edib. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 95 nəfər artaraq, 17 683 nəfər təşkil edib.