Month: May 2019

  • Vəkil: “Biz bilet alınmasına baxmayaraq, Fuad Abbasovun deportasiyasına yol verməyəcəyik”

    “Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah – mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur”.

    Median.Az xəbər verir ki, bunu “Report”a jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib.

    Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib: “Bu gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti Korolyov şəhəri üzrə idarəsinin Əcnəbilərin Müvəqqəti Saxlama Mərkəzinə baş çəkərkən Fuad Abbasovun deportasiya olunmasına dair Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin müvafiq qərarının qanuni qüvvəyə minnməsi, artıq Azərbaycana təyyarə biletinin də alınması əsas gətirməklə mayın 31-də onu, həqiqətən də, göndərməyə hazırlaşdıqlarına şahid oldum. Lakin biletlərin kim tərəfindən alındığı barədə verdiyim sual Mərkəz rəhbərliyi tərəfindən cavabsız qaldı. Həmçinin Ximki Şəhər Məhkəməsinin 16 may tarixli sözügedən qərarına verdiyimiz şikayətin Moskva Vilayət Məhkəməsi Mülki İşlər Kollegiyası tərəfindən iyun ayının 6-da baxılacaq”.

    Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Mayın 16-da Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb.

  • İtkin uşaqları bankomatlar axtaracaq

    Niderlandda dünyada ilk dəfə bankomatlar “Amber Alert” milli sisteminə qoşulub.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, “Amber Alert” sistemi (America’s Missing: Broadcast Emergency Response abreviaturası olduğuna görə çox vaxt AMBER kimi yazılır) itkin düşən uşaqların axtarışı üçün nəzərdə tutulub. “Amber Alert” məlumatlarının yayılması üçün müxtəlif ölkələrdə radiostansiya, televiziya, internet və mobil rabitə servislərindən istifadə edilir. Bildirişlər, həmçinin yol elektron lövhələrinə və reklam ekranlarına yerləşdirilir. Ötən həftədən etibarən 300-dən çox Niderland bankının təsvirində itən uşaqların fotoşəkilləri nümayiş olunur.

    Məlumata görə, aeroport, böyük ticarət mərkəzləri və populyar görməli yerlərin yaxınlığında quraşdırılan bankomatlar “In2Retail” operatoruna məxsusdur. Gələcəkdə əhatə dairəsinin genişləndirilməsi, o cümlədən digər operatorların bankomatlarının qoşulması planlaşdırılır.

    İtkin düşən və ya oğurlanılmış uşaqların fotoşəkilləri ilə yanaşı, bankomatlarda vətəndaşlara smartfonlarda bildirişlər almaq üçün “Amber Alert” sistemində qeydiyyatdan keçməyi bildirən çağırışlar göstəriləcək.

  • XİN: Paşinyanın idmanı siyasiləşdirməsi daxili problemləri pərdələmək cəhdidir

    Ermənistan Baş naziri Nikol Paşinyan Arsenal futbol klubunun oyunçusu H.Mxitaryanla telefon söhbəti edərək, onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulayıb.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Paşinyanın bu iddiasına cavab verib:

    “Ermənistan Baş nazirinin özünə aid olmayan məsələlərə qarışaraq, idmanı siyasiləşdirməsi görünür onun üzləşdiyi daxili problemləri bu kimi addımlarla pərdələmək cəhdlərindən irəli gəlir.

    Ermənistan kimi monoetnik dövlətin və qonşu Azərbaycanın ərazilərini güc tətbiq etməklə işğal edərək bu ərazilərdə zorakı etnik təmizləmə həyata keçirən, Xocalıda qanlı soyqırımı törədən bir ölkənin rəhbərinin iqrçilikdən danışmağa heç bir haqqı yoxdur. Bu hər hansı əxlaqa sığmır.

    Ermənistan baş nazirinə xatırladırıq ki, torpaqlarımızın erməni silahlı qüvvələrinin işğalı altında olmasına rəğmən Azərbaycanda bu gün on minlərlə erməni yaşayır və ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri hər zaman sülh və əmin-amanlıq şəraitində birgə yaşayıblar və yaşayırlar.

    Onu da qeyd edim ki, Ermənistanın böyük qısqanclıqla izlədiyi və hər vəchlə əsassız şəkildə gündəmə gətirdiyi Avropa Liqasının Bakıdakı final oyunu zamanı Azərbaycana səfər edən çoxsaylı əcnəbi pərəstişkarlar ölkədəki vəziyyətlə öz gözləri ilə tanış olublar. Necə deyərlər, yalan ayaq tutar, ancaq yeriməz!”.

  • Ukrayna qızıl ehtiyatlarını satır – Borcunu ödəmək üçün

    Ukrayna dövlət borclarını ödəmək məqsədilə qızıl ehtiyatlarını satır.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna Milli Bankının sədri Yakov Smoliy deyib.

    Bank rəsmisinin sözlərinə görə, 2019-cu ilin may ayı üçün ölkənin qızıl ehtiyatları 1,2 milyard dollar dəyərində azalıb.

    Qızıl ehtiyatlarında isə bu göstərici 20,5 milyard dollardan 19,3 milyard dollara qədər düşüb.

    Y.Smoliy qeyd edib ki, 2019-cu ilin sonuna qədər Ukrayna 5 milyard dollar dəyərində xarici və daxili borclarını ödəməlidir.

  • “Liverpul”un avtobusu “Atletiko”nun meydanında bir saat tuneldə ilişib qaldı – VİDEO

    İngiltərənin “Liverpul” futbol klubunun avtobusu Madriddə hadisə ilə üzləşib.

    Median.Az bildirir ki, Çempionlar Liqasının final matçında iştirak etmək üçün İspaniya paytaxtına gələn komandanın avtobusu oyunları qəbul etməli olan “Vanda Metropolitano” stadionunun altındakı tuneldə qalıb.

    Avtobus yalnız bir saat tuneldə qaldıqdan sonra hərəkət edə bilib.

  • Sürətli yeriyən adamları sevindirən ARAŞDIRMA

    Amerikalı alimlərin sözlərinə görə, çəkisindən asılı olmayaraq sürətlə yerinə insanlar daha çox yaşayır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, ABŞ tədqiqatçıları 10 il ərzində 474 919 insanın səhhəti haqqında məlumatları öyrənib. Onlar iştirakçıların yerimə tempi və bədən quruluşu haqqında məlumatları toplayıb.

    Məlum olub ki, sürətlə yerinən adamlar 86 ildən çox yaşayıb. Asta yeriyən insanlar isə 64 yaşa qədər ömür sürüb. Ən maraqlısı odur ki, bu, bədən quruluşu və piylənmənin səviyyəsindən asılı deyil.

    Tədqiqatın müəllifi Tom Yeyts bildirib ki, əvvəllər insanlar ömrün uzunluğunu çəki ilə bağlayırdı. Amma hər şey fiziki hazırlıqdan asılıdır:

    “Nəticələrin möhkəmliyinə təsir edən bir çox amil mövcud olmasına baxmayaraq, fiziki məşqləri artırmaq öz sağlamlığınız üçün edə bildiyiniz ən yaxşı işdir”.

    Tədqiqat yalnız müşahidələrə söykənir və yerimə ilə uzunömürlülük arasında arasında səbəb-nəticə əlaqəsini göstərmir.

  • Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi, alınmadı… – FOTO

    Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Şirvanlı” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz 230” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

    Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan paketlərdə və idman çantasında Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 5740 ədəd “Marlboro”, 1560 ədəd “Marlboro Gold” və 4400 ədəd “Parliament” markalı siqaretlər aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.//milli.az

  • В Баку муж за измену перерезал жене горло и выбросил ее с четвертого этажа – ВИДЕО

    В Баку совершено страшное преступление.

    В поселке Бакиханова в Сабунчинском районе Баку муж жестоко расправился с женой, сообщает primetime.az.

    По словам свидетелей происшествия, мужчина перерезал жене горло, после чего сбросил ее с 4-го этажа здания. Сам убийца сбежал с места происшествия.

    По предварительной версии причиной убийства выступает измена и внутрисемейный конфликт.

  • Özümüz istehsal edirik, amma sata bilmirik – Çıxış yolu isə sadədir

    Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3 milyon 768 min ABŞ dolları dəyərində 2734 ton süd idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 459 min dollar (13,9%), həcm baxımından isə 465 ton (20,5%) çoxdur. Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.08%-ni təşkil edib.

    Süd idxalının artımını kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a şərh edib.

    Ekspert bildirib ki, Azərbaycanda kifayət qədər süd istehsalı var, amma heyvandarlar südü sata bilmirlər: “Çünki emal müəssisələri südü qəbul etmir və ya elə qiymətə qəbul edirlər ki, bu da istehsalçıya sərf etmir. Ölkədə kifayət qədər süd var, məsələ onu satmaqdır. Düzdür, Rusiyadan, Belarusdan kifayət qədər süd idxal edilir. Amma bunlar Azərbaycana konkret süd şəklində gətirilmir. Süd məhsulları (qatılaşdırılmış süd, yoqurt və s.) da buraya daxildir”.

    Onun fikrincə, ölkədə istehsal olunan südü daxili bazara çıxara bilsək, qablaşdıra bilsək, xaricdən süd gətirməyə ehtiyac qalmaz: “Burada əsas problem xırda heyvandarlıq təsərrüfatlarındadır. Xırda heyvandarlıq təsərrüfatlarında modernizasiya görmürük. 10-50 baş heyvan saxlayanlar ancaq süd satmağa öyrəşiblər. Bu da mövsümi amillə bağlı olan bir məsələdir. Hava istiləşəndə insanlar süd istehlak etmirlər və bu da alıcılıq qabiliyyətinə təsir edir. Ona görə də, xırda heyvandarlıq təsərrüfatları özləri emal müəssisəsinə, emal bazasına çevrilsə, çox yaxşı olar”.

    O, bildirib ki, dövlət tərəfindən çox ciddi güzəştlər edilir: “Elə avadanlıqlar var ki, 60-70 faiz güzəşt tətbiq edilir, amma xırda heyvandarlar buna maraq göstərmirlər. Xırda ailə təsərrüfatları məhsulları xammal şəklində satdığına görə, nəticədə bu, ölkədə məhsul dövriyyəsinə təsir etmir. Ümumilikdə əhalinin tələbatında iri müəssisələr ciddi rol oynamır, əsas rol oynayan xırda təsərrüfatlardır. Xırda təsərrüfatlarda modernizasiyanın olmaması, itkilərin hesablanmaması, uçotun aparılmaması bu problemi ortaya çıxardır”.

    Ekspert qeyd edib ki, kifayət qədər dövlət tərəfindən güzəştlər edilir, amma heyvandarların fəal şəkildə sağım avadanlıqlarına keçməsini, xəstəliklərdən mühafizə sisteminin tətbiqini görmürük: “Ən müasir sağım avadanlığı 550 manatdır və 60 faiz güzəştlə verilir. Heyvandarların iqtisadi təşəbbüskarlığın olmaması problemdir, yeniliklər tətbiq etmək istəmirlər. Ona görə də xaricdən süd alırıq, bəzən süd idxalında artımlar, bəzən azalmalar olur”.

    “Örüş sahələrində ekoloji vəziyyətin bərpa olunması ilə bağlı işlər aparılmalıdır. Hazırda heyvandarlığın inkişafı və örüş sahələrinin bərpa olunması ilə bağlı Dövlət Proqramı hazırlanır. Bu məsələlər sənəddə öz əksini tapacaq” – deyə o bildirib.

    Ekspertin qənaətincə, artıq otarılma sistemindən imtina etmək lazımdır: “Bütün dünyada heyvanların bəslənməsi qapalı şəkildədir. Otarılan zaman heyvan kifayət qədər qidalana bilmir, uzun məsafə qət edir, bioloji qocalma dövrü sürətlə gedir. Tədricən heyvanların qapalı saxlanma rejiminə keçilməlidir. İlk növbədə iribuynuzlu sonra isə xırdabuynuzlu heyvanları buraya cəlb etməliyik. Bizdə ənənəvi yanaşma var ki, heyvanı tövlədə saxlamaq olmaz, amma bu, belə deyil. Bəsləmə şəraiti varsa, bu, mümkündür. Bizdə yem əkinçiliyi də çox zəifdir”.

    Ekspert bu ilin 4 ayında Azərbaycanın kərə yağı idxalını azaltmasına da münasibət bildirib: “Hər il adətən bu mövsümdə kərə yağı istehlakı aşağı düşür. İdxalı daha da azaltmaq üçün bizdə çoxçeşidli kərə yağları istehsal edilməlidir. Heyvandarlıq təsərrüfatlarının çoxunda ənənəvi istehsal görürük: yəni pendir və qatıq. Xarici ölkələrdə çoxçeşidli kərə yağları, pendirlər və s. istehsal edilir. İri heyvandarlıq təsərrüfatlarında marketinq mütəxəssisi, qida mühəndisi olsa, çoxçeşidli məhsul istehsal edilə bilər, daha çox gəlir götürmək mümkündür”.

    Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan 20 milyon 588 min ABŞ dolları dəyərində 4115 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 5 milyon 184 min dollar (20,1%), həcm baxımından isə 206 ton (4,8%) azdır. 4 ayda kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,45%-ni təşkil edib.

  • Şəmkirdə 6 otaqlı evin 3 otağı kül oldu

    Şəmkirdə 6 otaqlı ev yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Dəllər Cəyir kəndində ümumi sahəsi 394 kv.m olan birmərtəbəli 6 otaqlı evin 3 otağının tavanı 45 kv.m sahədə və dam örtüyünun yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.//yenicag.az