Month: May 2019

  • Dərsliklərin hazırlanmasına mənfi təsir edən amillər açıqlandı

    Azərbaycanda dərslik hazırlığına mənfi təsir göstərən amillər açıqlanıb.

    Təhsil İnstitunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, ixtisaslaşmış peşəkar nəşriyyatların, müəlliflərin azlığı, müasir dərslik nəzəriyyəçilərinin yoxluğu dərslik hazırlığına mənfi təsir göstərən amillər sırasındadır.

    Layihə rəhbəri onu da vurğulayıb ki, 2020-ci ildə I siniflər üçün “Azərbaycan dili” və “Riyaziyyat” fənlərindən yeni ehtiyat dərsliklərin istifadəyə verilməsi planlaşdırılır: “Layihə sınaq mərhələsindədir. Həmin dərsliklər 2 hissəli olacaq. Birinci hissə I yarımil, ikinci hissəsi isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Pilot layihə uğurlu olacağı halda mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tətbiq olunacaq”. (Unikal.org)

  • Жительница Баку написала письмо Президенту с просьбой о помощи

    Жительница Баку Хюрниса Багирова написала письмо Президенту Ильхаму Алиеву, а также Первому вице-президенту Мехрибан Алиевой.

    В своем письме Хюрниса Багирова отметила, что с разрешения соседей и Бадамдарского представительства Исполнительной власти Сабаильского района ее семья очистила и засадила деревьями прилегающую к дому со стороны дороги территорию двора площадью 3,5 соток. В доме она с семьей проживает с 1996 года.

    «В 2005 году мы обратились в Исполнительную власть города Баку и Сабаильского района, в мунициалитет Сабаильского района для оформления данного земельного участка и постройки частной квартиры для одного из наших детей. В соответствии с постановлением муниципалитета Сабаильского района №209 от 23 декабря земельный участок был оформлен на мое имя», – говорится в письме.

    Через некоторое время, приблизительно в 2009-2010 годах, семья приняла решение продать земляной участок. В этом деле семье обещал помочь их знакомый Мусаев Замеддин.

    «Но через некоторое время нам стало известно, что Замеддин вместе с председателем Бадамдарского муниципалитета Бейбалой Гусейновым, сфальсифицировав документы, продали этот земельный участок человеку по имени Ильгар», – пишет женщина.

    Несмотря на то, что семья не раз обращалась по этому поводу в соответствующие органы, до сегодняшнего дня не было предпринято никаких мер. Муж Хюрнисы Багировой – полковник юстиции Шахкиши Багиров – преждевременно скончался от тяжелой болезни.

    «Обращение человека, многие годы преданно прослужившего государству, до сих пор остается нерассмотренным. Прошу Вас наказать тех, кто продал этот земельный участок и помочь вернуть его нам», – пишет Хюрниса Багирова.

  • Milyonerlərin daha çox üz tutduğu 12 ölkə (SİYAHI)

    Ekspertlərin apardığı hesablamalara görə, 2018-ci ildə dünyanın 108 milyoneri yaşadığı yeri dəyişiblər. Bu isə əvvəlki ilə (95 min milyoner) nisbətən 14% çoxdur.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, milyonerlər yaşadığı yerləri müxtəlif səbəblərə görə dəyişirlər: kimi siyasi və iqtisadi qeyri-sabitlikdən qaçır, kimi isə daha əlverişli vergi rejiminə yaşadığı məkanı dəyişir.

    Siyahının ilk pilləsində Avstraliya qərarlaşıb. Ötən il bütün dünyadan yaşayış üçün bu ölkəyə 12 min milyoner gəlib. Sözügedən ölkənin digər qitələrdən xeyli aralı olması, həmçinin rəqabətqabiliyyətli iqtisadiyyatın və Asiya və Sakit Okean regionunun bazarlarına çıxışın mövcudluğu zəngin insanları özünə cəlb edir.

    Reytinqin ikinci yerini isə ABŞ tutur. Bu ölkəyə köçən milyonerlər əsasən Nyu-York, Mayami və San-Fransisko kimi şəhərlərə üstünlük veriblər. Ötən bu şəhərlərə 1 mindən çox milyoner köçüb ki, bu da reytinqdə yer almış bəzi ölkələrə gələn ümumi milyonerlərin sayına bərabərdir.

    Reytinqin ilk üçlüyünü Kanada tamamlayır. Ötən il 4 minə yaxın milyoner bu ölkəyə köçüb. Digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada da xidmətlər sektoru üstünlük təşkil edir. Sözügedən sahədə kanadalıların ¾-ü məşğuldur. Kanada digər inkişaf etmiş ölkələrdən xammal sektorunun əhəmiyyəti ilə seçilir. Meşə təsərrüfatı və neft sənayesi ölkənin ən mühüm sahələri hesab edilir.

  • Baş prokurorluq Elinanın ölümü ilə bağlı AÇIQLAMA YAYDI

    Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

    Baş Prokurorluqdan verilən məlumata görə, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

    Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub.

    Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib, müvafiq sorğular verilib.

    E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

    Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.//Baku.ws

  • Заявление МИД о гибели офицера на фронте

    Кровавый инцидент, совершенный ВС Армении в ходе визита сопредседателей Минской группы ОБСЕ в регион носит провокационный характер.

    Об этом говорится в заявлении МИД Азербайджана в связи с гибелью офицера азербайджанской армии на линии фронта.

    «Сегодня режим прекращения огня был грубо нарушен армянскими войсками на агдамском направлении линии соприкосновения вооруженных сил Армении и Азербайджана, в результате чего азербайджанский военнослужащий погиб выстрелом снайпера.

    Следует особо отметить, что кровавый инцидент, совершенный со стороны ВС Армении в ходе визита сопредседателей Минской группы ОБСЕ в регион носит провокационный характер и нацелен на нарушение переговоров по урегулированию конфликта», – отмечается в заявлении.

    МИД отмечает, что заявления руководства Армении относительно создания мирных условий для урегулирования конфликта не подкрепляются реальными и практическими шагами, напротив, указанный кровавый инцидент, открыто демонстрирующий стремление Армении провокационными действиями нарушить мирные переговоры, абсолютно неприемлем и наносит удар переговорному процессу:

    «Ответственность за кровавое преступление и возможные негативные последствия полностью лежит на Армении».

  • XİN-dən əsgərimizin şəhid olması ilə bağlı – BƏYANAT

    ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır.

    Bu barədə Xarici İşlər Nazirliyinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun hərbi zabitinin şəhid olması ilə bağlı bəyanatında deyilir.

    “Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

    Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir”, – məlumatda deyilir.

    Nazirlikdın bildirilib ki, işğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmur, əksinə, Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur:

    “Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir”.

  • Güclü külək Salyanın 20-dək kəndini işıqsız qoyub

    Bu gün axşam saatlarında güclü küləklə müşayiət olunan leysan yağış Salyan rayonunun bir sıra kəndlərində fəsadlar törədib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Bəşirbəyli, Pambıqkənd, Yuxarı Bəşirbəyli, Şatrovka, Qarabağlı, Qaraçala və başqa kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

    Yerli sakinlərin verdiyi məlumata görə, iki saata yaxındır ki, 20-dək kənddə işıqlar yanmır.

  • FIFA sabiq baş katibi 8 il futboldan uzaqlaşdırıb

    FIFA Etika Komitəsi Okeaniya Futbol Konfederasiyasının sabiq baş katibi Taya Nikolası 8 il müddətinə futboldan uzaqlaşdırıb.

    Median.Az report-a istinadən məlumatına görə, istintaq zamanı 2014-cü ildən 2017-ci ilə qədər qurumun üzvü olan Nikolasın FIFA-nın vəsaitlərini qeyri-qanuni yolla mənimsədiyi məlum olub. Onun təşkilatın etika normalarını pozaraq qiymətli əşyalar təqdim və qəbul etdiyi də ortaya çıxıb.

    Diskvalifikasiyaya əlavə olaraq sabiq funksioner 50 min İsveçrə frankı məbləğində cərimə olunub.

  • Обнародовано время праздничного намаза в Азербайджане

    Управление мусульман Кавказа объявило время праздничного намаза в Азербайджане.

    Об этом сообщает Median.Az со ссылкой на ONA.

    Отмечается, что праздничный намаз в связи с завершением месяца Рамазан пройдет в 08.00 5 июня в мечети “Аждарбей” и в 09.00 в мечети “Тезепир”.

    В праздничном намазе примет участие председатель Управления Мусульман Кавказа, шейхульислам Аллахшукюр Пашазаде.

  • Kürdəmirin bir sıra kəndlərinə dolu düşüb, meyvə ağaclarına ziyan dəyib – VİDEO

    Kürdəmir rayonuna güclü yağış yağıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili və Dayıkazımlı kəndlərinə leysan yağıb, dolu düşüb.

    Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib.