Month: May 2019

  • Moskva-Qroznı təyyarəsində fövqəladə hadisə: 155 sərnişin ölümdən döndü

    Hadisə baş verən zaman təyyarənin göyərtəsində 155 sərnişin olub

    Moskvada Qroznıya uçan sərnişin təyyarəsi texniki nasazlıqla bağlı “Şeremetova” hava limanına eniş edib.

    Bunu “RİA Novosti”-yə açıqlamasında Moskva regionunun təcili və təxirəsalınmaz xidmətinin nümayəndəsi bildirib.

    “Sərnişin təyyarəsi 10:22-də (Bakı vaxtı ilə 11:22-də enib – Red.) – deyə agentliyin mənbəsi bildirib.

    İlkin məlumatlara görə, təyyarənin yanğınsöndürmə sistemində nasazlıq siqnalı işi düşüb.

    Hadisə baş verən zaman təyyarənin göyərtəsində 155 sərnişin olub.

  • Emin Ağalarov Azərbaycanda narkotiklə mübarizəyə başladı – FOTO

    Xalq artisti Emin Ağalarov Rusiya Milli Anti-Narkotik Birliyinin (NAS) rəhbəri Nikita Luşnikovla birlikdə Azərbaycanda sözügedən mərkəzin filialını açmaq istəyir.  

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Emin bu barədə “Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə günü”nə həsr olunmuş mətbuat konfransında qeyd edib. 

    Tədbirdə Emin Ağalarov, Nikita Luşnikov, MMA çempionu Fedor Emelyanenko və kino-teatr aktyoru Pavel Derevyanko iştirak edib. 
     

    “Mən Azərbaycanı çox sevirəm. Bu problemin ölkəmdə həllinə başlamaq üçün Rusiyadan dostlarımı Bakıya dəvət etmişəm. Bəxtim gətirib ki, narkotikdən istifadə etməmişəm. Böyük uğurdur. Çünki işlədiyim sahədə bu, nadir hal kimi qəbul edilir.  Mənim 4 uşağım var. İstəyirəm ki, onlar bu təhlükədən maksimum dərəcədə müdafiə olunsunlar”- deyə E. Ağalarov bildirib. 

    Xalq artisti dövlətin ona bu fəaliyyətində dəstək olacağına inandığını qeyd edib. 

    Nikita Luşnikov isə bildirib ki, narkotik onun 10 ilini əlindən alıb: “Rusiyada elə bir narkotik növü olmayıb ki, istifadə etməyim. Ona görə də, bu asılılıqdan çətinliklə azad oldum. Heç bir həkim köməklik göstərə bilmədi. Özümə və Allaha inam sayəsində narkotikdən azad oldum. Rusiyada narkomaniya yayılıb. Bizə çox məşhurlar müraciət edib. Təəssüf ki, onların adını açıqlaya bilmərik, müalicə anonim şəkildə aparılır.  Elə tanınmışlar var ki, bizdən çox tok-şoulara müraciət edərək bundan reytinq toplayırlar. Heç kimin bostanına daş atmıram. Bu, onların işidir.


    Həqiqətən də əziyyət çəkənlər arasında xilas ola bilməyənlər də var. Buna səbəb onların öz xilas istəklərinin az olması ilə bağlıdır. Azərbaycanda da narkomaniya var, ancaq Rusiyadakı kimi güclü deyil. Bizə Azərbaycandan da müraciət edənlər var, uğurla müalicəni bitiriblər. Biz Eminlə burada mərkəz açmaq qərarına gəlmişik, bir neçə beynəlxalq layihələrdə də əməkdaşlıq edəcəyik”. 

    Luşnikov etiraf edib ki, möcüzə sayəsində narkotikdən xilas olub və təxminən 15 il əvvəl “NAS”ı yaratmaq qərarına gəlib. 


    Pavel Derevyanko da jurnalistlərin suallarına cavab verərək müalicə olunanlar barədə fikirlərini bölüşüb:

    “Aktyorların stresli həyatı var. Nikita ilə tanışlıqdan sonra həyatım dəyişdi. Mən mərkəzə gedəndə müalicə olanlarla tanış oldum və mənim üçün böyük görünən problemlərimin onların yanında heç nə olduğunu anladım. Biz onlara kömək etməyə çalışırıq. Təəsüf ki, çox vaxt narkotikə güc gələ bilmirlər. Ancaq biz kömək üçün əlimizdən gələni edirik”. 

  • Bakıda “Coca-Cola”nın qazanxanasında gözlənilməz hadisə – 3 nəfər xəsarət aldı

    “Coca-Cola” şirkətinin 3 əməkdaşının üzərinə qaynar su tökülüb.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Coca-Cola” şirkətinin qazanxanasında baş verib.

    Qazanxanadakı avadanlıqlarda yaranan nasazlıq nəticəsində orada işləyən 1961-ci il təvəllüdlü Məmmədov Nazim Şəmməd oğlu, 1960-cı il təvəllüdlü Vəlixanov Həsən Qaraoğlan oğlu və 1980-cı il təvəllüdlü Məmmədov Pərviz Cəlal oğlu yanıq xəsarətləri alıblar.

    Faktı ONA-ya şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən təsdiqləyiblər. Şöbənin əməkdaşı Səlminaz Ələkbərova bildirib ki, mayın 29-u səhər saatlarında su prosessorlarına texniki nəzarət zamanı nasazlıq yaranıb və 3 əməkdaşın üzərinə qaynar su tökülüb.

  • Azərbaycanda ana oğlunu döyərək evdən qovdu – 8 gündür yoxa çıxıb (FOTO)

    Azərbaycanda yeniyetmə anası tərəfindən döyüldükdən sonra itkin düşüb.

    Median.Az trend-ə istinadla xəbər verir ki, Göygöl rayonunda ailə mübahisəsi baş verib. 2004-cü il təvəllüdlü İsmayılov Emil Ramil oğlu may ayının 22-sindən yoxa çıxıb.

    Onun itkin düşməsinə səbəb anası tərəfindən döyülərək evdən qovulması olub. Bu barədə Trend-ə yeniyetmənin atası bildirib. Ramil İsmayılovun sözlərinə görə, o, 11 ildir ki, həyat yoldaşından ayrılıb:

    “Oğlum mayın 22-si anası tərəfindən döyülüb, səbəb isə dərslərini yaxşı oxumaması olub. Anası onu döyərək qovlayıb və bildirib ki, get atanın yanına. Emil evdən çıxıb, gecə qayıdarkən anası onu evə buraxmayıb və uşaq qapıda gecələyib”.

    R.İsmayılovun sözlərinə görə, növbəti gün Emil Bakıya yola düşüb:

    “Oğlum Bakıya yola düşəndə cibində 33 manat pul olub. Anası onun yoxa çıxdığını anladıqda polisə müraciət edib. Polis əməkdaşları Emilin əl telefonu ilə əlaqə saxlayaraq öyrəniblər ki, o, Bakıdadır və işləmək üçün bura üz tutub. Bundan sonra Emillə əlaqə kəsilib”.

    Yeniyetmənin atası əlavə edib ki, Emili sonuncu dəfə 9-cu mikrorayonda görüblər: “O, məşhur marketlərdən birinin qarşısında halsız vəziyyətdə pilləkəndə oturubmuş. Mən oğlumu iki ildi görmürəm, Emil, onu axtardığımı bilsə, öz xoşu ilə üzə çıxar. Onu görənlərdən 055 813 65 55 nömrəsi ilə əlaqə saxlamalarını xahiş edirəm”.


  • В Бинагадинском районе за серийные кражи задержан житель столицы

    Как сообщает Median.Az, сотрудники 6-го отделения полиции Бинагадинского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы В.Абдуллаева, который 26-го мая украл у женщины сумку.

    В ходе разбирательства выяснилось что, он с 15-го апреля по 18-е мая украл из 5 автомобилей и 1 дворового участка аккумуляторы и автомобильное колесо.

    Возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана.

  • Biləcəridə silsilə oğurluqlar törədən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini olan qadının çantasını oğurlayan paytaxt sakini V.Abdullayev saxlanılıb.

    Araşdırma zamanı, onun aprelin 15-dən mayın 18-dək olan müddətdə 5 avtomobildən, habelə 1 həyətyanı sahədən akkumulyator və avtomobil təkəri oğurlaması məlum olub.

    Faktlar bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Азербайджане не будут продавать алкольные энергетики

    В течение 60 дней энергетические напитки, содержащие алкоголь, будут изъяты из оборота.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил советник председателя Агентства продовольственной безопасности Азербайджана (АПБА) Эльхан Микаилов в ходе встречи с президентом Ассоциации энергетических напитков Европы (Energy Drinks Europe) Андреасом Кади.

    Так, А.Кади отметил, что употребление энергетиков подростками, беременными и кормящими женщинами в допустимых количествах не вредит их здоровью.

    Кроме того, он подчеркнул, что стандартный состав энергетических напитков представлен как минимум шестью веществами, а также подтвердил, что эти вещества не будут вредить здоровью человека, если они не смешаны с алкоголем.

    Однако Э.Микаилов не согласился с этим и сказал, что составляющие энергетиков стимулируют центральную нервную систему человека, а это опасно для здоровья. Он также подчеркнул, что в составе энергетиков не должно быть алкоголя.

    «Не рекомендуется употреблять энергетические напитки лицам, не достигшим 18 лет, беременным и кормящим женщинам, диабетикам, людям, страдающим почечной и сердечной недостаточностью, различными гипертоническими заболеваниями, бессонницей, имеющими проблемы с метаболизмом», – отметил Э.Микаилов.

    Представитель АПБА также добавил, что количество ингредиентов на 100 мл напитка не должно превышать указанные ниже:

    «Кофеин – 32 мг;
    таурин – 200 мг;
    инозитол – 20 мг;
    креатин – 1 мг;
    глюкоронолактон – 200 мг;
    витамин B2 – 0,34 мг;
    витамин B3 – 1,4 мг;
    витамин B5 – 1 мг;
    витамин B6 – 0,04 мг;
    витамин B12 – 0,0004 мг».

    Отметим, что представитель АПБА отметил, что энергетики, состав которых не отвечает перечисленным нормам, будут изъяты из оборота в стране.

  • Bu tərkibli enerji içkiləri dövriyyədən çıxarılır

    60 gün sonra tərkibində alkoqol olan enerji içkiləri dövriyyədən çıxarılacaq.

    Bunu AQTA-nin sədr müşaviri Elxan Mikayılov Avropanın enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadinin fikirlərinə münasibət bildirərkən deyib.

    Belə ki, A.Kadi enerji içkilərinin yeniyetmələr, hamilə və süd verən qadınlar üçün müəyyən miqdarda istifadəsinin zərərsiz olduğunu bildirib.

    Bundan başqa, o, enerji içkilərinin standart tərkibinin minimum altı maddədən ibarət olduğunu deyib və bu maddələrin alkoqol qarışığı olmadığı müddətcə insan sağlamlığına ziyan vurmayacağı fikrini müdafiə edib.

    Qida Təhlükəsizliyi Agentliyinin sədr müşaviri Elxan Mikayılov isə səsləndirilən bu fikirlərin əleyhinə olduğunu bildirib.

    Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan maddələrin qarışığı insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırır və bu, sağlamlıq üçün təhlükəlidir.

    Tərkibində bu maddələrdən ən az ikisi olan məhsul enerji içkisi hesab olunmur və insan sağlamlığı üçün risk təşkil edir:

    “Kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, quarana, B qrup vitaminlər, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstratları varsa, bunlar enerji içkiləri hesab olumur. Avropa ölkələrindəki normalar əsasında tərkibində kofein və şəkərin miqdarı 150ml aşağı olmamaq şərtilə enerji içkisi hesab edilə bilər.

    Enerji içkilərinin tərkibinə alkoqol qatıla bilməz. Bu, yolverilməzdir. Ümumiyyətlə, enerji içkiləri 18 yaşdan aşağı şəxslərə, hamilə və süd verən qadınlara, diabetdən əziyət çəkən şəxslərə, ürək fəaliyyətinin pozulduğu, böyrək çatışmazlığı, müxtəlif hipertonik xəstəliklərdən əziyyət çəkənlərə, yuxusuzluq və metobolizm problemi olan şəxslərə qətiyyən tövsiyə edilmir”.

    AQTA rəsmisi onu da əlavə edib ki, təhlükəsizlik normalara görə, 100ml enerji içkisinin tərkibində olan komponentlərin maksimum miqdarı aşağıdakından artıq olmamalıdır:

    “Kofein-32,
    Taurin 200
    İnozitol 20
    Kreatin 1
    qlükoronolakton 200
    Vitamin B2 – 0,34
    Vitamin B3 – 1,4
    Vitamin B5 – 1
    Vitamin B6 -0,04
    Vitamin B12 – 0,0004”.

    Qeyd edək ki, AQTA rəsmisi son olaraq onu da əlavə edib ki, sadalanan normalara riayət etməyən enerji istehsalçılarının məhsulları ölkə ərazisində dövriyyədən çıxarılacaq.

    Ümumilikdə AQTA-nın enerji içkilərinin istehsalına tamamilə qadağa qoymaq kimi istəyinin olmadığı, lakin məhsulun tərkibinin insan sağlamlığına zərər vurmayacaq komponentlərlə hazırlanmasının tələblərini müdafiə etdiyi də vurğulanıb.

  • Предложено расширить полномочия депутатов

    Депутат Фазиль Мустафа предложил расширить полномочия депутатов для того, чтобы они могли выступить с законодательной инициативой.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, выступая на очередном пленарном заседании Милли меджлиса Азербайджана, депутат заявил, что необходимо расширить полномочия и права депутатов при обсуждении дисциплинарных вопросов и внесении изменений в законодательство:

    «Было бы неплохо, если на будущих сессиях этому вопросу было уделено достаточно серьезное внимание. В стране, например, осуществляются судебно-правовые реформы. Однако депутаты об этом не знают, они не информированы о проводимой работе по формированию, усовершенствованию законодательной базы.

    Поэтому есть необходимость в расширении прав и полномочий депутатов. На прошедшем заседании вице-спикер Зияфет Аскеров отметил, что нужно говорить только о вопросах повестки. Это неправильный подход. Депутаты должны иметь право выражать мнение по любому интересующему их вопросу. В большей степени нужно обеспечивать именно эти права депутатов, а не заниматься вопросами дисциплины».

    Спикер Огтай Асадов не полностью согласился со своим коллегой:

    «Если нет дисциплины, то не будет и пользы. В словах Зияфета муаллима есть доля правды. Если вы откроете внутренний устав Милли меджлиса, то увидите, что этот вопрос там есть. Поэтому дисциплина очень важна».

  • Deputat səlahiyyət artımı tələb etdi, spiker razılaşmadı

    Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.

    Millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki, bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:

    “Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə, məsələn, məhkəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar.

    Ona görə deputatların hüquqlarının, səlahiyyətlərinin artırılmasına və təmin edilməsinə ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.

    Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:

    “Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsini açıb baxsanız, görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”.

    //oxu.az