Month: May 2019

  • “Sahibkarlarıln hüquqları pozulur”

    ““Binə” və “Sədərək” ticarət mərtkəzlərində işləyən sahibkarlar yüksək qiymətə mağaza alsalar da, onların mülkiyyət hüququ olmur. Onlardan nəinki işlətdiyi dükanın icarə haqqını, o cümlədən işlətdiyi internetin, elektrik enerjisinin, hətta küçədə qoyulan şlaqbaumun və ayaq yolunun da pullarını alırlar”.

    Deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı belə deyib. “Adı çəkilən ticarət mərkəzlərinə sahibkarla fəaliyyyət göstəsə də, oradakı dükanlar, obyektlər sahibkarların şəxsi mülkiyyəti deyil, icarə qaydasında işlədilir. İş adamlarında 50 kv.metr sahə üçün 1250 manat icarəhaqqı alınır. Bu ticarət mərkəzlərində 30 mindək insan çalışır və onlaırn hüquqlarının müdafiəsi istiqamətində işlər görülməlidir”.

    Deputat əlavə edib ki, bu gün sahibkarların fəaliyyətinə daha geniş imkanlar yaradılmalıdır. “Çünki yeni iş yerlərinin açılması sahibkarların fəaliyyətindən asılıdır. Onlara şərait yaradılarsa yeni iş yerləri açılar və insanların büdcədən asılılığı da azalar”.

    Digər qeyd edib ki, digər məqam isə sahibkarların məhkmələrdə üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlıdır. “Təsəvvür edin, bu gün Azərbaycanda məhkəmələrdə çıxarılan qərarların əksəriyyəti insanların azadlıqedan məhrumetmə ilə bağlıdır. 2017-ci ilin göstəricilərinə görə, Azərbaycanda məhkəmlərin çıxardığı 54.8 hökm azadlıqdan məhrumetmədir. Digər ölkələrlə müqayisədə bu, cox yüksəkdir. Bu göstərir ki, nə qədər amnistiya, əfv fərmanları olsa da həbsxanalar boşalmır ki, boşalmır. Bu gün sahibkarların ən çox əziyyət çəkdiyi dələduzluqla bağlıdır. Ancaq məhkəmlərdə bununla bağlı ciddi işlər görülmür. Elə etməliyik ki, məhkəmələrdə sahibkarların hüquqları müdafiə olunsun.

    Bu olmadığına görə də bəzi radikal qüvvələr problemləri dilə gətirib öz məqsədləri üçün istifadə edirlər”- deputat bildirib.

    Spiker Oqtay Əsədov bildirib ki, sahibkarlıqla bağlı islahatlar aparılır: “Bu qədər iş görülür, amma 7 dəqiqəlik çıxışınızda bir dənə müsbət fikir söyləmədiniz. Ancaq tənqid edirsiniz”.

    //Bizimyol.info

  • Maaşlar və pensiyalar yenidən arıtırılacaq – Video

    Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlətin siyasəti davam etdiriləcək. Son illər maaş və pensiyaların dəfələrlə artmasına baxmayaraq bu proses davam edəcək.

    Bu barədə millət vəkili Musa Quliyev deyib.

    O bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması ölkə prezidentinin daxili siyasətində hər zaman prioritet istiqamət olub. Bunun nəticəsidir ki, bu il Azərbaycanda sosial müdafiə və sosial rifah ili kimi başlayıb.

    Musa Quliyevin sözlərinə görə, təkcə əmək haqqı və pensiyaların artırılması deyil, həmçinin məcburi köçkünlərin problemlərinin həlli, onların mənzillərlə təmin edilməsi kimi məsələlər də mərhələli şəkildə həllini tapır.

    Millət vəkili deyib ki, sosial islahatların aparılması başlıca olaraq iqtisadi inkişafla bağlıdır. Çünki iqtisadi inkişaf nəticəsində maddi imkanların yaranması sosial proqramların həllinə imkan yaradır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • В Шамкире за квартирные кражи задержаны 2 женщины

    Как сообщает Median.Az, cотрудники Шамкирского РОП в результате следственно-розыскных мер задержали жителей Газахского района, ранее судимую Л.Бакирову и М.Юсифову, которые украли из двух домов деньги и предметы быта.

    В Следственном отделе РОП возубждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц по предварительному сговору) УК Азербайджана.

    Область прикрепленных файлов

  • Şəmkirdə evlərdən oğurluq edən 2 qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 2 evdən pul və məişət əşyaları oğurlayan Qazax rayon sakinləri, əvvəllər məhkum olunmuş L.Bəkirova və M.Yusifova saxlanılıblar.

    Faktla bağlı CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə istintaq aparılır.

  • В Баку прозвучат шедевры мировой классики

    В Азербайджанском государственном академическом театре оперы и балета в Баку 2 июня состоится гала-концерт известных азербайджанских оперных артистов под названием «Viva Opera», сообщили Trend Life в театре.

    В проекте примут участие – народные артисты Фидан Гаджиева, Самир Джафаров, Гарина Керимова, Али Аскеров, заслуженные артисты Афаг Аббасова, Инара Бабаева, Джахангир Гурбанов, Фарид Алиев, Илаха Эфендиева, Ильхам Назаров, Фарида Мамедова, Сабина Вахабзаде, Турал Агасиев, а также Нина Макарова, Талех Яхъяев и хоровой коллектив театра.

    В этот вечер известные вокалисты, любимцы бакинской публики представят весь спектр мирового оперного искусства. В программе «Viva Opera» прозвучат сочинения Винченцо Беллини, Вольфганга Амадей Моцарта, Кристофа Виллибальда Глюка, Камиля Сен-Санса, Джузеппе Верди, Джакомо Пуччини, Пьетро Масканьи, Руджеро Леонкавалло, Узеира Гаджибейли, Гара Гараева и многих других выдающихся композиторов.

    Наряду с образцами итальянского, французского и азербайджанского оперного искусства на концерте будет представлен жанр классической оперетты и итальянские песни в оригинальных сочетаниях – сольные номера, дуэты, трио, квартеты, ансамбли.

    Вокалисты выступят в сопровождении оркестра театра оперы и балета под управлением заслуженного артиста Азербайджана, главного дирижера Государственного академического театра оперы и балета, доцента Бакинской музыкальной академии имени Узеира Гаджибейли Эйюба Гулиева.

    «Viva Opera» – станет настоящим подарком для поклонников оперного искусства, которые услышат шедевры мировой оперной классики в исполнении звезд азербайджанской оперной сцены.

  • АЖД перешел на усиленный режим работы в преддверии праздника Рамазан

    В связи с ростом пассажиропотока, наблюдаемым в праздничные и выходные дни, многие граждане предпочитают именно железнодорожный транспорт, как наиболее комфортное и выгодное средство передвижения, сообщает в четверг Trend со ссылкой на ЗАО «Азербайджанские железные дороги».

    В связи с праздником Рамазан коллектив Департамента пассажирских перевозок ЗАО «Азербайджанские железные дороги» работает в усиленном режиме, и мобилизовал силы на повышение культуры обслуживания в пассажирских поездах.

    Учитывая рост пассажиропотока, к пассажирским поездам внутреннего следования прицепляется необходимое количество дополнительных вагонов.

    Отметим, что продажа билетов на пассажирские поезда осуществляется за 10 дней до отправления, а на места в дополнительных вагонах – в день, когда их прицепят к составу.

    Напомним, что в связи с праздником Рамазан 5 и 6 июня объявлены в Азербайджане нерабочими днями.

  • Эмин Агаларов планирует открыть в Баку наркоцентр

    Народный артист Азербайджана Эмин Агаларов планирует вместе со своими земляками и главой Национального антинаркотического союза (НАС) России Никитой Лушниковым открыть наркоцентр на территории Азербайджана.

    Об этом рассказал Эмин Агаларов на пресс-конференции, приуроченной к Международному дню борьбы с употреблением наркотиков и их незаконным оборотом, который отмечается 26 июня, сообщает Sputnik Азербайджан. В ней приняли участие председатель НАС Никита Лушников, многократный чемпион по смешанным единоборствам Федор Емельяненко и актер театра и кино Павел Деревянко.

    Агаларов с Лушниковым познакомился во время премьеры одного из российских фильмов. Глава НАС рассказал исполнителю о своем центре и пригласил в гости. По словам Эмина, центр представляет собой гигантский пансионат, в котором созданы все условия для ребят, страдающих от наркозависимости, чтобы они могли заниматься спортом, учиться вести здоровый образ жизни. После всего увиденного Агаларов решил свой проект «Жара» сделать партнером Союза.

    «Я очень люблю Азербайджан, поэтому пригласил своих друзей из России, чтобы вместе с ними начать заниматься решением этой проблемы на своей родине. Мне повезло, что я не соприкоснулся с наркотиками. Думаю, это абсолютное везение, потому что в той области, в которой я работаю, это большая редкость. У меня четверо детей и мне очень хочется сделать так, чтобы они от этой угрозы были максимально защищены», — сказал Агаларов.

    В центре певец познакомился со своими соотечественниками, которые приехали в Россию, чтобы пройти реабилитацию и уже завершили свое лечение. На данный момент Агаларов и его единомышленники планируют открыть на территории Азербайджана реабилитационный центр, который безвозмездно будет помогать наркозависимым людям. Народный артист верит, что со стороны государства проекту также будет оказана поддержка.

    «В Азербайджане наркомания тоже есть, просто она не так ярко выражена, как в России. К нам уже обращались ребята из вашей страны, которые успешно прошли реабилитацию. Азербайджан очень благоприятная страна. С вас действительно можно взять пример, потому что когда молодежь занимается спортом и ведет здоровый образ жизни – это всегда приятно. Мы с Эмином решили открыть центр и в Азербайджане, также будем сотрудничать и во многих других наших международных проектах», — отметил Лушников.

  • Zamirə Hacıyeva yenidən dünya KİV-nin gündəmində – 4 milyonluq üzük…

    Sabiq bankirin arvadının həyat tərzi varlı ingilisləri belə təəccübləndirib; bahalı mağazadan alınan 1 milyonluq oyuncaq… 

    Beynəlxalq Bankın keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyeva yenidən dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir. Britaniyanın “The Telegraph” nəşri Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatları haqda yazı dərc edib. Həmin yazı əksər nüfuzlu KİV-də tirajlanıb.

    KİV-in əlinə 3 loyallıq kartının və Azərbaycan Beynəlxalq Bankının buraxdığı 35 kredit kartının tranzaksiyaları haqda məlumatlar keçib.

    Zamirə Hacıyeva Londonun məşhur “Harrods” univermağında ümumilikdə 16 milyon funt sterlinq xərcləyib. Xərclər arasında “Boucheron” təmtəraqlı zərgərlik əşyalarına xərclənmiş 4 milyon funt sterlinq seçilir. 1,75 milyon funta Hacıyeva saatlar və “Cartier” zərgərlik məmulatları alıb. 1 milyon “Harrods”un oyuncaq satılan bölümündə xərclənib ki, burada hansısa bir alışa 790 min funt verilib. Daha 250 min funt parfümeriya şöbəsində xərclənib. Hacıyeva dəbli dizayner geyim brendlərinə yüz minlərlə funt sterlinq sərf edib. O cümlədən 131 min 300 – “Dennis Basso”dan paltara, 144 min – “Celine”nin mallarına, 136 min  funt – “Fendi”nin məhsullarına, 143 min funt – “Christian Dior” brendinə. Və bütün bunlar cəmi bir dəfə mağazaya daxil olmaqla alınıb. “Godiva” şokolad satışı mağazaları şəbəkəsində Hacıyeva 30 min funt sterlinqlik şirniyyat alıb. Daha 2400 funt şəraba və spirtli içkilərə sərf olunub.

    Zamirə Hacıyeva 2006-2016-cı illərdə donuz ətindən hazırlanmış sendviç alışına 332 min funt sterlinq xərcləyib. Onun xərclər siyahısı genişdir. Diqqətli təftişçilər hesablayıblar ki, Zamirə Hacıyeva “Harrods”da alış-verişin 11 dəfəsində hər dəfə 250 min funt-sterliqdən artıq vəsait xərcləyib.

    Bəzi tranzaksiyalar pulların məhz nəyə xərcləndiyini göstərmir. “Harrods”da illik 10 min funtdan artıq xərcləmiş müştərilər üçün mükafatlandırma sxemi mövcuddur. Varlı müştərilər üçün hər sərf olunmuş funt müqabilində 3 bal hesablanır. Toplanmış 500 bal loyallıq kartının sahibinə 5 funt qazandırır. Bu səbəbdən, 16 milyon xərcləyərək, Zamirə Hacıyeva 480 min futnluq bonus əldə edə bilərdi. “The Telegraph” xatırladır ki, 55 yaşlı Zamirə Hacıyeva ötən il pulların yuyulmasına qarşı “McMafia” adlı yeni qanun qüvvəyə mindikdən sonra Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (National Crime Agency) izlənmə obyektinə çevrilib.


    Böyük Britaniya hakimiyyəti bilmək istəyir ki, Cahangir və Zamirə Hacıyevlər “Harrods”dan piyada bir neçə dəqiqəlik məsafədə olan 11,5 milyon funtluq evi və 10,5 milyon futluq qolf-klubu necə alıblar. Ev 2009-cu ildə Britaniyanın Virginiya adalarında qeydiyyatdan keçmiş şirkət tərəfindən alınıb. Hazırda ev 15 milyon funt həcmində qiymətləndirilir. Qolf-klub sövdələşməsi isə 2013-cü ildə Hernsi adasında qeydiyyatdan keçmiş şirkət tərəfindən bağlanıb, lakin müstəntiqlər hesab edirlər ki, hər iki obyekt Hacıyevaya və onun ərinə məxsusdur.

    Varlı investorlar üçün nəzərdə tutulmuş Britaniya vizasının alınması məqsədilə Hacıyeva İsveçrə bankındakı 1 milyon funtdan artıq hesab təqdim edib. Böyük Britaniya istiqrazlarına o, 1 milyondan artıq vəsait yatırıb.

    Sənədlərdə həmçinin İtaliyanın Sardiniya adasındakı 15 milyon funtluq ev, Bakıda 5 milyon funtluq ev və 2 milyon funtluq mənzillə bağlı qeydlər var. Müstəntiqlər güman edirlər ki, Hacıyevlər cütlüyü “Gulfstream G550″ təyyarəsinin alışına 33 milyon funt xərcləyib.

    Həmçinin bildirilir ki, Zamirə Hacıyevaya günlərin birində təcili pul lazım olub və bu səbəbdən o, 2016-cı ildə təxminən 3 milyon funt sterlinq dəyərində zinət əşyalarını satıb.


    Xatırladaq ki, Zamirə Hacıyeva barəsində Böyük Britaniyada pulların yuyulması ilə mübarizə haqqında yeni qanunun tətbiq edildiyi ilk əcnəbi vətəndaşdır. O, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində həbs edilmişdi. Z.Hacıyevaya vəsaitlərin mənimsənilməsi ilə bağlı 2 ittiham irəli sürülüb və sonra o, istintaq təcridxanasına salınıb. Lakin sonradan onu 500 min funt sterlinq müqabilində zaminə buraxıblar. Hazırda Z.Hacıyeva Londondakı evində yaşayır, ona şəhəri tərk etmək qadağan olunub və hər gün polisdə qeydiyyatdan keçməlidir.

    London Yüksək Məhkəməsi Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (National Crime Agency) sorğusu əsasında həmçinin Zamirə Hacıyevaya məxsus olan bəzi əmlaklara həbs qoyub. Bunlar Naytsbricdə yerləşən qiyməti 15 milyon funt sterlinq olan malikanə, 11 milyon funt sterlinq dəyərində qolf-klub, qiyməti təxminən 50 milyon dollar olan “Gulfstream” təyyarəsi və zinət əşyalarıdır.

    Zamirə Hacıyeva 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Vestminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib.

    “Yeni Müsavat” 

  • Vaqif Əsədov plyonka haqqında: “Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!”

    “Biz niyə qanunu müzakirə etməliyik!? Qanunda nə tələb olunursa, ona da əməl etməliyik”.

    Bu sözləri “Report”a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

    O, sürücüləri qanunvericiliyin bütün müddəalarına, o cümlədən plyonka ilə bağlı tələblərə əməl etməyə çağırıb:

    “Əgər qanunla plyonkaların avtomobillərin yan şüşələrinə vurulması qadağan edilibsə, niyə həmin qanunun tələblərini pozmalıyıq?! Şayiə yayıb sürücüləri çaşdırmağa nə ehtiyac var?!”

    Mövzu ilə bağlı “Report”un söhbət etdiyi ekspert isə bildirib ki, konstruksiya dəyişikliyi (pərdə və plyonkalar) ilə bağlı bəzi müddəalar dünya standartları ilə uyğun deyil: “Buna görə də yaxın vaxtlarda qanuna dəyişiklik edilməsi gözlənilir”.

    Qeyd edək ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların və konstruksiya dəyişliklərinin siyahısı göstərilib.

    Siyahını olduğu kimi təqdim edirik:

    VII. Konstruksiyanın digər ünsürləri

    1) Nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş arxanı göstərən güzgü, şüşə olmadıqda;

    2) Səs siqnalı işləmədikdə;

    3) Sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkildikdə.

    Qeyd: Avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər. İşığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir. Hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtobusun pəncərələrindən pərdə asmağa, eləcə də minik avtomobillərinin arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

  • Dostunun xalasına “əxlaqsız” deyəni çay kənarına aparıb bıçaqladı – TƏFƏRRÜAT

    Qubada qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək məhkum edilən Rəşad Hacıyev barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

    Qeyd edək ki, hadisə ötən il Quba rayonunda baş verib.

    Rəşad Hacıyev ötən il fevralın 18-də həmyerlisi Orxan Süleymanovu Qudyalçayın üzərindəki “Damba” adlanan Hidrotexniki su qovşağının yaxınlığında bıçaqlayaraq öldürmək istəyib.

    Məlum olub ki, Rəşad Hacıyev Orxan Süleymanovu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Hadisədən əvvəl Orxan Rəşadın yanında sonuncunun dostu Elvin Əkbərovun xalasının əxlaqsız olduğunu deyib.

    Buna görə onların arasında mübahisə yaranıb. Bir gün sonra Rəşad dostu Elvinlə birlikdə rayonun mərkəzindəki “Panorama” çay evinə gəliblər.
    Bu münasibətləri aydınlaşdırmaq üçün Orxanı çay kənarına aparıblar. Mübahisə zamanı Rəşad bıçaqla Orxana bir neçə zərbə endirib. Həmin vaxt Orxan ona qarşılıq verib və əl-qol atmaqla oradan kənarlaşıb.

    Xəstəxanaya çatdırılan Orxana tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Rəşad Hacıyev həbs edilib.

    İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti Rəşad Hacıyevin 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

    Hökmdən narazı qalan Rəşad Hacıyev apelyasiya şikayəti verərək əmrin Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş edib.

    Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.