Month: May 2019

  • Bakıda malakanların yeganə kilsəsi sökülür? (VİDEO)

    1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina sökülə bilər. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.

    Daha sonra isə Radio evi kimi fəaliyyət göstərib.

    Hazırda burada icma üçün mədəni fəaliyyət məkanı olan “Salaam Cinema Baku” yerləşir.

    Burada tədbirlər təşkil edilir, sərgilər olur, film nümayişləri keçirilir. 2018-ci ilin axırında bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir.

    Gənclər deyir ki, mayın 2-də binanı sökməyə cəhd göstərilib.

    Özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov isə deyir ki, kirayə müqaviləsini onlar yox, mühafizəçi imzalayıb. Amma sonra bu işin üstü açılıb və mühafizəçi işdən çıxarılıb.

    Binanın gələcək taleyi isə tam qərarlaşdırılmayıb. İndi kirayənişinlərə iyunun 15-nə qədər vaxt verilib, amma gənclər bu binanın sökülməməsini istəyirlər.

    Bina dövlət tərəfindən qorunan abidələrin siyahısında deyil.

    Mənbə: BBC

    Bakıda malakanların yeganÉ kilsÉsi sökülür? (VİDEO)

  • В Гейгеле и Гейчае за крупные квартирные кражи задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники Гейгельского РОП в результате оперативно-розыскных мер задержали жителя города, ранее судимого Ш.Дурсунова, который 19-го апреля из дома украл сейф, внутри которого находилось 980 манатов, 9950 долларов, а также золотые украшения на сумму 10.000 манатов.

    Кроме этого, сотрудники Гейчайского РОП в результате оперативно-розыскных мер задержали жителей района И.Солтанова, Н.Наджафова и ранее судимого А.Гашимова, которые войдя в преступный сговор 7-го апреля украли из дома 900 манатов, 400 долларов и золотые украшения на сумму 4000 манатов.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Göygöl və Göyçayda oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki evdən, içərisində 980 manat və 9950 dollar, habelə 10.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Dursunov saxlanılıb.

    Bundan başqa, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki evdən 900 manat, 400 dollar və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan rayon sakinləri İ.Soltanov, N.Nəcəfov və əvvəllər məhkum olunmuş A.Həşimov saxlanılıblar.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Azərbaycanda heyrətamiz taksi sürücüsü: Ayaqları işləmir, pedalları əllə idarə edir – FOTO + VİDEO

    Elşad Məmmədov: “Maşın mənim həyatımdır, ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm”

    İnsanlar çox vaxt sahib olduqları şeylərin dəyərini bilmir, problemlər qarşısında tez ruhdan düşərək geri çəkilirlər. Lakin elə insanlar var ki, ən böyük sərvət olan sağlamlıqlarını itirsələr belə, bütün çətinliklərə sinə gərərək həyata bağlanmağı bacarırlar.

    I-ci qrup əlil Elşad Məmmədov
    Goranboy rayon Nərimanlı kənd sakini I qrup əlil Elşad Məmmədov da belə insanlardandır. O, 15 il əvvəl hər iki ayağından məhrum olsa da, ruhdan düşməyərək gəncliyindən məşğul olduğu sürücülük peşəsini davam etdirib.

    Avtomobili idarə edə bilmək üçün pedalları əllə idarə ediləcək şəklə salaraq taksi fəaliyyəti ilə məşğul olan E.Məmmədov avtomobili sağlam sürücülər kimi idarə edir. Bu yolla həyatına rəng qatmaqla yanaşı ailəsinin dolanışığını təmin edir. O, hətta avtomobildə əksər təmir işlərini də özü aparır.

    I-ci qrup əlil Elşad Məmmədov

    Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində, 57 yaşlı Elşad Məmmədov hər şeyin heç də indi göründüyü kimi asan başa gəlmədiyini söyləyib. 1989-cu ildən səhhətində problemlər başlayan Goranboy sakini bütün müalicələrə baxmayaraq, 2004-cü ildə hər iki ayağını itirməli olub.

    E.Məmmədova ayaqlarını itirmək çox pis təsir edib, hər an ölüm haqda fikirləşib: “Ölümü fikrimdən çıxara bilmirdim. Elə hey fikirləşirdim ki, bu gün öləcəm, sabah öləcəm. Sağ qalmağıma inamım yox idi”.

    “Sonradan qərara gəldim ki, maşın alım. Maşını aldıqdan sonra onda öz ideyamla əllə idarə etmək üçün düzəlişlər etdim. Yavaş-yavaş bu maşının köməyi ilə bütün problemlərimi yaddan çıxardım. İndi sükan arxasında oturanda özümü sağlam adam kimi hiss edirəm” – həmsöhbətimiz bildirib.

    Dediyinə görə, hazırda avtomobili onunçün yaşam səbəbi, həyat mənbəydir: “Maşın mənim həyatımdır. Ana balasız qala bilmədiyi kimi mən də maşınsız qala bilmərəm. Axşamdan hiss edəndə ki, maşında nasazlıq var, həmin gün gözümə yuxu getmir. Sabah olan kimi çayımı içməmiş başlayıram nasazlığını düzəltməyə. Ona görə də 2004-cü ildən sürsəm də, məni yolda qoymayıb, 1 dəfə olsun benzini qurtarmayıb, təkəri belə, buraxmayıb”.

    Tək narahatlığının yol hərəkəti qaydalarını bilməyən, sürücülük mədəniyyəti olmayan sürücülər olduğunu deyən E.Məmmədovun müştəriləri də kifayət qədərdir. Qazaxdan tutmuş Şirvanadək bütün ətraf rayonlara hər gün müştəri aparan Goranboy sakini müştərilərin sağlam sürücülərdən daha çox ona etibar etdiklərini bildirib.

    Elşad Məmmədovun istəyi fiziki məhdudiyyətli şəxslər üçün hazırlanmış avtomobilə sahib olmaqdır. 1985-ci il istehsalı olan “dəmir” dostunun artıq köhnəldiyindən, bir müddət öncə əlillər üçün nəzərdə tutulmuş avtomobil almaq üçün müraciət edib. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən ona avtomobillərin yalnız Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə verildiyi bildirilib.

    //sputnik.az

  • Əhaliyə ŞAD XƏBƏR: “Pensiya və maaşlar yenə artırılacaq” – VİDEO

    Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına eksklüziv müsahibə verib.

    Sədr müavini son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxundu. Əli Əhmədov bildirdi ki, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və bu istənilən əməkdaşlıqda ən vacib amildir.

    Azərbaycanın istənilə qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir. Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir.

    2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq.

    İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir.

    Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun “Amerikanın Səsi”nə verdiyi müsahibəyə də münasibət bildirdi.

    Əli İnsanov vaxtılə Azərbaycan iqtidarında təmsil olunarkən, 10 ildən çox bugünkü Azərbaycan iqtidarında nazir vəzifəsində işləyərkən, həm Azərbaycan iqtidarını bəlağətli şəkildə tərifləyərdi, digər tərəfdən isə müxalifətə ən ağır sözlərlə təhqirlər yağdırardı. İndi zaman keçibdi, Əli insanovun sifəti 180 % dəyişibdi. O vaxtılə təmsil olunduğu və Azərbaycanın bugünündə çox böyük dəyişiklikləri yaratmış, Azərbaycan iqtidarını heç bir əsas olmadan, böhtan ataraq, şər ataraq, tənqid edir.

    Əli Əhmədov bildirdi ki, Əli İnsanov işğalı Azərbaycanın bugünkü iqtidarı ilə əlaqələndirməklə tarixi reallıqları ciddi şəkildə təhrif edir. Azərbaycanlılara qarşı ermənilərin təcavüzləri əsrin əvvəllərindən başlayıb. 1905-07 ci illərdə təcavüzlər edilib, soyqırımları törədilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilən dövrdə isə Azərbaycanın bugünkü iqtidarı hakimiyyətdə təmsil olunmayıb. Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun yeni müxalif siyasi partiya yaradacağı ilə bağlı açıqlamasına da mövqe bildirdi:

    “Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevi dəstəkliyir. Çox kiçik sayda insanlar var ki, çoxlu sayda müxalif partiyaları dəstəkləyirlər. Bu çox azsayda insanlardı. Əli İnsanovu dəstəkləyən bir sosial baza qalmayıb. Əli İnsanov axı kimə arxalanır? Ona kim inanacaq? Kim bunun arxasınca gedəcək? Əli İnsanov dünənki müsahibəsində açıq şəkildə Qərbə reverans elədiyini gördünüz. O açıq şəkildə özünü qərbə xidmət etməyə hazır olduğunu bəyan elədi və erməni lobbisinin onu dəstəkləyəcəyinə ümid edərək ermənilərin də haqqında ermənilərin könlündən olan sözləri işlətdi”

    Bundan əlavə Əli Əhmədov bildirdi ki, Əli İnsanovun ətrafına vaxtılə müxalifəti təhqir edən biri kimi müxalif düşüncəli insanların toplaşacağı da heç bir halda inandırıcı görünmür.

  • İki oğlan yeniyetmə qızı zorladı — Bakıda rüsvayçılıq

    Bakıda yeniyetmə qızı zorlamaqda təqsirləndirilən Eltac Qasımzadə və Rövşən İsanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi iyun ayının 4-nə təyin olunub.

    Qeyd edək ki, E. Qasımzadə və R. İsa yetkinlik yaşına çatmayan M.Səfərlini (ad şərtidir) zorlayıblar. Qızın valideynləri məsələdən xəbardar olduqdan sonra polisə şikayət edilib. Şikayət əsasında hər iki şəxs saxlanılıb.

    Onlara Cinayət Məcəlləsinin 149.2.3-cü (zorlama,yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) ittiham verilib. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslərə verilən ittiham məhkəmədə öz təsdiqini taparsa, E. Qasımzadə və R. İsanı uzun müddətli həbs cəzası gözləyir.

  • В Jewish Journal опубликована статья азербайджанки, побывавшей в армянском плену – ФОТО

    В американском издании Jewish Journal опубликована статья Дурданы Агаевой, члена правления Общественного Объединения “Азербайджанская община Нагорного Карабаха”, азербайджанки, побывавшей в армянском плену. 

    Как сообщает Median.Az со ссылкой на ONA, в статье говорится о продолжающейся оккупационной политике Армении против Азербайджана, в частности, о захвате нагорно-карабахского региона и прилегающих районов, этническом истреблении мирных азербайджанцев и вандализме против культурных памятников на захваченных территориях. 

    “В результате оккупационной политики, начавшейся с 1990 года, Нагорно-Карабахский регион и прилегающие районы Азербайджана были захвачены армянскими вооруженными соединениями, и несмотря на неоднократные резолюции СБ ООН, осуждающие незаконное военное вторжение, до сих пор не вывели свои войска. 

    Более 800 тысяч человек, включая меня и мою семью, были изгнаны из своих домов. Когда армяне вторглись в наш поселок, мы, с братом пытаясь спастись бегством, попали в плен. После чего попали в лагеря для пыток, где подвергались пыткам и унижению”, – отмечается в статье. 

    “Карабах считается колыбелью поэзии, музыки и культуры Азербайджана. В результате вандализма, совершенного армянами на наших оккупированных территориях, уничтожено 1891 материальное и культурное достояние, в том числе 738 исторических памятников, 28 музеев с 83500 экспонатами, 4 картинных галереи, 14 мемориальных комплексов”. 

    В статье отмечено, что мировая общественность не должна смотреть сквозь пальцы на продолжающиеся армянские зверства: “культура принадлежит миру, все потери – это потери для всех нас”.

  • За совершение краж в Губе задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Губинского РОП в результате оперативно-розыскных мер задержали жителей города Ф.Гаджиева и И.Гурбанова, которые 25-го апреля украли из дома 300 манатов и телевизор.

    Кроме этого, в ночь на 2-е мая сотрудники регионального отдела охраны возле городского рынка задержали жителя района, ранее судимого А.Сулейманова, который украл из автомобиля марки “ВАЗ-21011” магнитофон.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Qubada oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də rayon ərazisindəki evdən 300 manat və televizor oğurlayan şəhər sakinləri F.Hacıyev və İ.Qurbanov saxlanılıblar.

    Bundan başqa, mayın 2-i gecə saat 2 radələrində Quba şəhər bazarının yaxınlığında “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan
    Regional Mühafizə Şöbəsinin (RMŞ) əməkdaşları tərəfindən saxlanılıb. Quba RPŞ-nə təhvil verilən şəxsin rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Süleymanov olması
    məlum olub.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Закир Гасанов дал поручение поддерживать боеготовность на высоком уровне

    Четвертого мая на Центральном командном пункте под руководством министра обороны генерал-полковника Закира Гасанова состоялось служебное совещание.

    Как сообщает сайт Минобороны, к совещанию, проведенному с участием заместителей министра обороны, командующих видами войск, начальников главных управлений, управлений и служб министерства, командиров объединений, посредством видеосвязи были также привлечены командиры соединений и другие ответственные офицеры.

    Доведя до руководящего состава конкретные задачи, поставленные Президентом Азербайджанской Республики, Верховным главнокомандующим Вооруженными силами Ильхамом Алиевым в связи с усилением военного потенциала Азербайджанской Армии, министр обороны поручил уделить основное внимание повышению боеспособности всех видов и родов войск, в особенности передовых подразделений.

    Министр обороны поставил перед должностными лицами задачи увеличить интенсивность учений и тренировок, проводимых согласно плану боевой подготовки, в особенности в ночное время, в условиях и на местности, максимально приближенных к боевым, повысить оперативность действия и боевой готовности войск, строгим соблюдением требований скрытного управления и маскировки, общих правил безопасности, в частности пожарной безопасности, а также организовать подготовку к переводу вооружения, военной и специальной техники воинских объединений и соединений на летний режим эксплуатации.

    Министр дал конкретные указания более качественно организовать боевую подготовку, повысить уровень военного профессионализма, усилить идеологическую работу и морально-психологическое обеспечение с целью повысить военный патриотизм и боевой дух личного состава, а также решить другие служебные вопросы.