Month: May 2019

  • Kürdəmirdə yol qəzası baş verib

    Kürdəmir rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 190 km-də, rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı avtomobil avtokrana çırpılıb. Nəticədə Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Nağıyev Elvin Cavanşir oğlu xəsarət alıb. Yaralıya yerində ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb.

  • ABŞ-da şəhər su altında qaldı – VİDEO

    ABŞ-ın Ayova ştatında yerləşən Devenport şəhərinin bir hissəsi su altında qalıb.

    Bu barədə Telegram-kanalda yer alan məlumatda bildirilir.

    Qeyd edilir ki, şəhərin su altında qalmasına səbəb Missisipi çayının məcrasından çıxmasıdır.

    Sakinlərin bir qismi özləri şəhəri tərk edə bilib, digərləri isə müvafiq qurumların köməyi ilə təxliyə edilib.

  • Sumqayıtda pivə üstündə kütləvi dava düşüb, qadın xəsarət alıb – FOTO

    Sumqayıt şəhərində kütləvi dava baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, dava Niyazi küçəsində fəaliyyət göstərən Yaşar adlı şəxsə məxsus kafedə iki qrup arasında olub.

    Hadisəyə pivənin pulunun verilməməsi səbəb olub. Dava zamanı kafenin infrastrukturuna ziyan dəyib, bir qadın xadimə isə ağır xəsarət alıb.

    Əraziyə Sumqayıt Şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub.

    Hazırda davaya səbəb olanların şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda Ağa Musa Nağıyevin heykəli ucaldılacaq – EKSKLÜZİV

    Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir.

    Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib.

    Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana kimi tikdirib və səhiyyə ocağı 2010-cu ilə qədər onun adını daşıyıb. Ağa Musa Nağıyevə Bakıda heykəlin ucaldılması arzumdur. Babamın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək və bu barədə rəsmi səviyyədə mənə söz verilib. Səhiyyə Nazirliyi bu məsələ ilə bağlı Nazirlər Kabinetinə artıq müraciət ünvanlayıb”.

  • «Мы так не разговариваем»: стала известна причина ссоры Меган Маркл с Елизаветой II

    Королевский биограф Кэти Николл рассказала о конфликте супруги принца Гарри Меган Маркл и королевы Елизаветы II, пишет The Daily Mail.

    Все произошло во время подготовки к свадьбе принца Гарри и Меган. Девушка увлеклась так называемой макробиотической диетой, которая предполагает, что в любой пище есть энергии инь и янь (мужское и женское начало в восточной философии). И употреблять можно только те продукты, в которых эти энергии сбалансированы.

    На одно из торжеств перед свадьбой были приглашены некоторые звезды, также придерживающиеся этой диеты. Меган настаивала на том, чтобы для этих гостей приготовили особенные блюда, и лично следила за поварами. Во время дегустации девушка отчетливо почувствовала вкус яиц, которых, согласно новомодной диете, там не должно было быть.

    Повара убеждали невесту принца, что яиц там нет, но Маркл уверяла всех в обратном на повышенных тонах.

    «Нет, я попробовала, попробовала! В этом блюде есть яйцо!» – кричала актриса.

    Когда это увидела королева, она решительно отвела Меган в сторону и сообщила, что «в этой семье мы так не разговариваем с людьми».

  • 15 yaşına çatmayan şəxsləri işə götürəni məsuliyyət gözləyir

    15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Kürdəmir rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

    İşəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

    Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib. “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. Əmək münasibətlərinə daxil olan hər bir şəxslə ilk növbədə əmək müqaviləsi bağlamağın vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat hüquqları üçün əsas yaratdığı diqqətə çatdırılıb.

  • Xocahəsən-Lökbatan yolu bağlanır

    Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Median.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

    Təmir işləri müddətində sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.

  • В Барде задержали двоих злоумышленников

    В Барде задержаны лица, снявшие деньги с заработной карты гражданина.

    Об этом сообщили в пресс-службе МВД.

    Житель района Ровшан Сулейманов написал заявление в отдел полиции Бардинского района и сообщил, что с его зарплатной карты украли деньги.

    В результате оперативно-разыскных мероприятий были задержаны подозреваемые в совершении преступления жители Тертерского района Вусал Мамедов и Али Алисой.

    По факту возбуждено уголовное дело.

  • Bərdədə əməkhaqqı kartından pul oğurlayanlar tutuldu

    Bərdədə vətəndaşa məxsus əməkhaqqı kartından pul oğurlayan şəxslər saxlanılıb.

    Bununla bağlı DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Rayon sakini Rövşən Süleymanov Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əməkhaqqı kartından pulunun oğurlanması barədə məlumat verib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Vüsal Məmmədov və Əli Əlisoy saxlanılıb.

    Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

  • Xəzərdə zəlzələ oldu

    Mayın 4-də Xəzər dənizində 3 bal gücündə zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:24-də qeydə alınıb.

    Ocağı 25 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.