Month: May 2019

  • Bakıda sükan arxasında sürücünün ürəyi dayandı – VİDEO

    Ötən gecə Bakıda bədbəxt hadisə baş verib.

    Median.Az-ın Trend-ə istinadla verdiyi məlumata görə, hadisə Nobel prospektində qeydə alınıb. Üzü şəhər istiqaməti ilə hərəkət edən “Mercedes E-class” markalı avtomobilinin sürücüsü qəfil halı pisləşib.

    Şahidlərin sözlərinə görə, sürücü avtomobili saxlaya bilsə də, Təcili Tibbi Yardımı gözləyə bilməyib. Onun ürəyinin dayandığı bildirilir.

    Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

    Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

  • İcra başçısı sakinlərlə görüşüb, evlərində qonaq olub

    Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun ən ucqar dağ kəndlərindən olan Dağ Daşbulaqda sakinləri fərdi şəkildə qəbul edib.

    Əvvəlcə kənd sakinləri ilə söhbət edən icra başçısı Alimpaşa Məmmədov bildirib ki, bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə prezidentin sonsuz sevgi və qayğısını hiss etdirməkdir.

    Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, işıq dirəklərinin yenilənməsi və ötən il Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təmir edilən kənd yolunun bəzi yerlərində yağıntı sularının yaratdığı çöküntülər yenidən pərpa olunmasına köməklik edilməsini xahiş ediblər.

    Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

    Qəbuldan sonra icra başçısı Alimpaşa Məmmədovu kənd ağsaqqalı Ziyad Qarayevin evində çay süfrəsinə qonaq olub.



  • За кражи из автомобилей задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 2-го отделения полиции Хазарского РУП в результате проведенной операции задержали жителя столицы, несовершеннолетнего А.К, который 26-го мая украл из автомобиля марки “Nissan” 470 манатов.

    Кроме этого, сотрудники Кяпазского РУП задержали жителя г.Гянджа Р.Алиева, который с 20-го декабря прошлого года по 7-е мая украл из трех автомобилей аккумулятор и ремонтные инструменты.

    Сотрудники Сабирабадского РОП задержали жителя района Э.Аскерова, который 20-го апреля украл из грузовой автомашины
    “КАМАЗ” аккумулятор.

    Сотрудники Евлахского РОП задержали жительницу столицы, ранее судимую С.Кадырову, которая 18-го мая украла из автомобиля марки “Mercedes” 180 манатов.

    По фактам ведется расследование.

  • Avtomobillərdən oğurluq edən 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən mayın 26-da Binə qəsəbəsində “Nissan” markalı avtomobildən 470 manat oğurlayan paytaxt sakini olan yeniyetmə saxlanılıb.

    Bundan başqa, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 20-dən bu il mayın 7-dək olan müddətdə 3 avtomobildən akkumulyator və təmir-tikinti alətləri oğurlayan Gəncə şəhər sakini R.Əliyev saxlanılıb.

    Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisində “KamAZ” markalı avtomaşından akkumulyator oğurlayan rayon sakini E.Əsgərov saxlanılıb.

    Yevlax RPŞ-nin əməkdaşları tərəfindən mayın 18-də vətəndaş E.Hüseynova məxsus “Mercedes” markalı avtomobildən 180 manat pul oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kadırova saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Азербайджан простил гражданина Польши

    Гражданин Польши Петр Леоняк (Piotr Leoniak) направил письмо в Министерство иностранных дел Азербайджана, в котором попросил исключить его имя из списка иностранных граждан, незаконно посетивших оккупированные территории республики.

    Об этом сообщил МИД.

    В письме П.Леоняк написал, что уважает территориальную целостность и суверенитет Азербайджанской Республики в рамках ее международно признанных границ, а также уважает законы нашей страны, отметив, что не был информирован о последствиях своего визита. Также он пообещал в будущем воздерживаться от незаконного посещения оккупированных территорий Азербайджана.

    Обращение гражданина Польши было рассмотрено в соответствующем порядке. Было принято решение исключить его имя из списка «нежелательных лиц».

  • Azərbaycan Qarabağa səfər edən polşalını bağışladı

    Polşa vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

    Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının “arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

  • Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

    Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var.

    Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin media nümayəndələri üçün keçirdiyi təlimdə çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, müəllimlərin, şagirdlərin psixoloji problemləri var:

    “Ona görə də biz məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alırıq ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olur. Çünki uşaqlarda xarakter 3-5 yaşlarında formalaşır və məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmadıqda, gələcək inkişafında problem ola bilər”.

    Nazir müavini qeyd edib ki, məktəblərdə hər kəsə istənilən kimi tərbiyə vermək mükün olmur:

    “Buna görə də məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb.

    Bu yaxınlarda Cəlilabadda müəllimin şagirdə sataşması və döyülməsi barədə məlumat yayıldı. Məsələ araşdırılmadan yazıldı. Daha sonra məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıldı. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.

    //oxu.az

  • Президент на трибуне встретился с болельщиками – ФОТО

    Как сообщалось, Президент Ильхам Алиев посмотрел матч финала Лиги Европы УЕФА 29 мая с трибун Бакинского олимпийского стадиона.

    Глава государства, смотревший футбол вместе с супругой, Первым вице-президентом Мехрибан Алиевой и членами семьи, встретился на трибунах с болельщиками.

    Любители футбола сфотографировались с главой государства.






  • Prezident tribunada azarkeşlərlə görüşdü – FOTO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasını Bakı Olimpiya Stadionunda izləyib.

    Xanımı, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə London derbisini izləyən ölkə başçısı tribunadakı azarkeşlərlə də görüşüb.

    Futbolsevərlər dövlət başçısı ilə foto çəkdiriblər.





  • Britaniya səfiri: Bakıya əhsən!

    Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi.

    Bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

    Səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib.

    “Çelsi” klubunu təbrik edirəm, “Arsenal” üçün isə təəssüflənirəm. Möhtəşəm oyun oldu və hər iki komanda yaxşı nəticə üçün hər şeyi etdi. Final oyununun əla təşkil olunmasına görə Bakıya əhsən! Stadion dünya standartlarına cavab verir”, – səfir bildirib.

    Xatırladaq ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Çelsi” klubunun 4-1 hesablı qələbəsi ilə başa çatıb.

    //oxu.az