Month: May 2019

  • Bakıda avtomobil 23 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

    Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə “Neapol” dairəsində qeydə alınıb.

    Belə ki, 10-NE-255 dövlət nişanlı, “Chevrolet Niva” markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Onun vəziyyəti ağır qiymətləndirilir.

  • Xavi karyerasını başa vurur

    “Barselona”nın əfsanəvi yarımmüdafiəçisi olmuş Xavi karyerasını başa vurmaq qərarı alıb.

    Median.Az xəbər verir ki, 39 yaşlı futbolçu idman karyerasındakı son mövsümünü Qətərin “Əl-Sadd” klubunda keçirəcək.

    Xavi bildirib ki, futbolçu kimi karyerasını başa vurduqdan sonra həyatında baş verəcək dəyişiklikləri səbirsizliklə gözləyir: “Bu, mənim oyunçu kimi son mövsümümdür. Gələcəkdə məşqçi qismində məni nələr gözləyəcəyini səbirsizliklə gözləyirəm.

    Futbol insanları birləşdirmək və həyatı yaxşılığa doğru dəyişmək üçün əla vasitədir. Növbəti dörd həftə ərzində mən 21 il davam edən oyunçu karyeramı başa vuracam”.

  • İsmayıllıda 8 yaşlı uşağı ilan vurub

    İsmayıllıda 8 yaşlı uşağı ilan vurub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Uştal kəndində baş verib. İlkin məlumatlara görə, 2011-ci il təvəllüdlü Davudov Nihat İbadoğlunu həyətlərində ilan sancıb. Azyaşlı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilərək ilkin tibbi yardım göstərilib. Xəstənin vəziyyəti ağırlaşdığından onu Bakıdakı xəstəxanaların birinə göndəriblər.

  • Месси схитрил во время штрафного удара, судья не заметил – ВИДЕО

    Ставший уже знаменитым штрафной удар нападающий «Барселоны» Лионель Месси выполнил не с того места, сообщает Спорт экспресс.

    Арбитр первого матча полуфинала Лиги чемпионов «Барселона» – «Ливерпуль» (3:0) Бьерн Кайперс на 81-й минуте зафиксировал фол на аргентинце совсем в другой точке поля.

    На это сегодня обратили внимание сотрудники британского издания The Sun. А вот судья, а за ним и миллионы болельщиков, очарованные изумительным ударом аргентинской звезды, этого не заметили.

    На видеозаписи видно, как Месси поднимается с газона, берет мяч и начинает движение вперед и влево. Пока не упирается в Кайперса. В итоге Лионель прошел несколько метров и сократил расстояние до ворот.


  • Qız qaçıran rusiyalı deputat danışdı

    İnquşetiyanın Xalq Şurasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü Məhəmməd Darsiqov qız qaçırmadığını bildirib.

    İnterfaks-ın məlumatına görə, o İslam şəriət qanunları ilə həmin xanımla nikah bağlasa da dövlət nikahının olmadığını söyləyib. “Qız qaçırılması barədə məlumatlar isə həqiqəti əks etdirmir”, – deyə o bildirib.

    Daha öncə verilən məlumata görə, deputat evlənmək məqsədi ilə qız qaçırıb.Qaçırılan qızın Malqobek Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olduğu bildirilir. Yaranmış vəziyyəti Respublikanın ağsaqqalları nizamlayıblar. Onlar qərar veriblər ki, mayın 2-də toy olsun.

  • Azərbaycanda dəfn qaydalar dəyişdi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

    Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

    Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.

  • Азербайджанский министр лично поздравил 13-летнего вундеркинда

    Министр образования Азербайджана Джейхун Байрамов поздравил 13-летнюю Фидан Гараеву, завоевавшую бронзовую медаль в Европейской олимпиаде по математике среди девушек (European Girls’ Mathematical Olympiad).

    Отметим, что победа 13-летней учащейся бакинской школы № 257 – первая подобная в истории Азербайджана.

    Фидан Гараева ранее проживала с семьей в Мексике. Ее отец преподавал высшую математику в одном из местных вузов.

    Ф.Гасымова завоевывала золотую медаль математической олимпиады Мексики.

  • Bakıda quldur qardaşlar tutuldu

    Bakıda iki qardaş birləşərək qadının qızılını oğurlayıb.

    Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Abay Kunanbayev küçəsində baş verib.

    Ruslan və Nurlan Həsənzadə qardaşları ticarət mərkəzindən çıxan qadını evinə qədər izləyiblər. Daha sonra isə qardaşlardan biri bıçaqla qorxudub, digəri qadının ağzını tutub. Onlar qadının boynundakı qızıl boyunbağını götürərək hadisə yerindən qaçıblar.

    Qardaşlar boyunbağını sataraq aralarında bölüblər.

    Hazırda qardaşların başqa cinayətlərdə iştirakının olub- olmadığı araşdırılır.

    Nəsimi rayonunda isə qazanxanadan oğurluq edən şəxs saxlanılıb.

    Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf edərək 135 000 manat dəyərində avadanlıqların bir qismini satdıqlarını bildiriblər.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub

    Xırdabuynuzlu heyvanlar arasında ölümcül xəstəlik yayılıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə xəbərdarlıq edib.

    İnfeksiya ən çox yağışlı günlərdə nəmişlikdən sonra sürətlə yayılır. Xəstəlik özünü bəzən bir neçə simptomla, bəzən isə hec nə olmadan, tez bir zamanda heyvanın ölümü ilə göstərir.

    Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur.

    Qeyd edək ki, infeksiyadan qorunmaq üçün istifadə olunan peyvəndin qiyməti 1-1,50 qəpik arasında dəyişir.

  • ”İnstagram”da paltar sifariş edən şəxs aldadılıb

    Sosial şəbəkədə onlayn paltar sifariş edən şəxs aldadılıb.

    Median.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxt sakini Kamran Cahangirovun başına gəlib.

    Zərərçəkmiş deyir ki, bir ay əvvəl ”İnstagram” sosial şəbəkəsində ”fashionlinebaku” səhifəsində həyat yoldaşı üçün paltar sifariş edib. Səhifəni işlədən şəxslər ondan həmin paltar üçün göndərdikləri hesaba 45 manat ödəməsini tələb ediblər.

    Bundan sonra Kamran Cahangirov ”fashionlinebaku” səhifəsini işlədən Mehriban Nəsirovaya zəng vursa da onun telefonu sönülü olub. Sosial şəbəkədə isə onun mesajlarına məhdudiyyət qoyulub.

    Zərərçəkmiş deyir ki, hadisə ilə bağlı polisə məlumat verəcək.

    Məsələ ilə bağı həmin səhifənin sahibi Mehriban Nəsirova ilə əlaqə saxladıq. Qadın bildirdi ki, paltarın müştəriyə çatmaması anlaşmazlıqdan olub. Həmin şəxsin pulu ona qaytarılacaq.