Bakıda avtomobil 23 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə “Neapol” dairəsində qeydə alınıb.

Belə ki, 10-NE-255 dövlət nişanlı, “Chevrolet Niva” markalı avtomobil 1986-cı il təvəllüdlü Əliyev Ceyhun Şamil oğlunu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *