Month: May 2019

  • Axtarışda olan şəxs Xaçmazda silsilə oğurluqlar edib

    Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan E.Hüseynov saxlanılıb.

    Araşdırma zamanı, onun bu ilin yanvar-aprel aylarında bir yardımçı təsərrüfatdan 2 ev quşu, bir köşkdən 100 manat, üç evdən inşaat materialları, televizor və pul, iki həyətyanı sahədən qaz sayğacı və inşaat materialları oğurlaması məlum olub.

    RPŞ İstintaq bölməsində istintaq aparılır.

  • Nazir lisey direktorunu işdən çıxardı – Ciddi nöqsanlara yol verib

    Təhsil Nazirliyi Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin aksiya keçirməsinə aydınlıq gətirib.

    Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov oxu.az-a bildirib ki, bəzi saytlarda Biləsuvar şəhər məktəb-liseyi ilə bağlı yayılan videogörüntü 25 aprel tarixinə aiddir:

    “Belə ki, K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin fəaliyyəti ilə bağlı Təhsil Nazirliyinə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə nazirliyin müvafiq komissiyası mart-aprel aylarında məktəb-liseydə xidməti araşdırma aparıb, məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Natəvan Əzizovanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

    Bununla bağlı komissiyanın rəyinə əsasən Natəvan Əzizova barədə müvafiq intizam tənbehinin tətbiq edilməsi və məktəb-liseyə yeni direktorun təyin olunması qərara alınıb. Təhsil nazirinin əmri ilə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində coğrafiya müəllimi vəzifəsində çalışan, habelə Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi və monitorinqi qrupunun eksperti Mehman Əliyev həmin məktəb-liseyin direktoru vəzifəsinə təyin edilib”.

    “Mehman Əliyevin məktəb kollektivinə təqdim edilməsindən bir gün əvvəl məktəbin direktor əvəzi şagirdlərin növbə dəyişməsi zamanı məktəb qarşısında toplaşmasından istifadə edərək, bunu şagirdlərin etirazı kimi təqdim etməyə çalışıb. Hazırda internat-məktəbində təlim-tərbiyə prosesi öz axarı ilə davam edir”, – deyə məlumatda qeyd edilib.

    Qeyd edək ki, mətbuatda Biləsuvar şəhər məktəb-liseyində şagirdlərin yeni direktor təyin olunduğuna görə aksiya keçirdikləri barədə məlumat yayılıb.

  • Putin AST Telmanla bağlı qərarını verdi – VİDEO

    Telman İsmayılovun başının üstündəki qara buludlar çəkilib.

    Yenicag.az-ın əldə etdiyi məlumata görə, “Lukoil”in prezidenti Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putindən Telman İsmayılovu bağışlamasını xahiş edib.

    Putin Telman İsmayılovu bağışlamağa razı olub, lakin bunun üçün şərt irəli sürüb. Belə ki, şərtə əsasən, Telman İsmayılov bütün investisiyasını Rusiyaya yatırmalıdır.

    Əldə etdiyimiz məlumata görə, Telman İsmayılov bu şərtlə razılaşıb və yaxın zamanda yeni biznes layihəsi ilə Moskvaya geri dönəcək.

    Qeyd edək ki, AST şirkətlər qrupunun prezidenti Telman İsmayılov müflis olaraq Rusiyadan Türkiyəyə getmişdi.

  • Damlanın qeyri-etik davranışının — VİDEOSU YAYILDI

    Müğənni Damla (Məsumə Əliyeva) və prodüseri Şamil İbrahimov Moskvada çinlilərə qarşı qeyri-etik davranış sərgiləyiblər.

    “Ölkə.Az”ın məlumatına görə, sənətçi və prodüseri çinlilərin yanından keçərkən onların danışıqlarını təqlid ediblər.

    Sosial şəbəkədə paylaşılan videonu xeyli sayda insan tənqid etsə də, sənətçiylə prodüserin bu “qəhrəmanlığına” gülənlər də olub.

  • В Баку возобновят движение на «Баладжарском спуске»

    Движение автотранспорта на дороге, ведущей к Баладжарскому кругу в Бинагадинском районе Баку, будет восстановлено в среду вечером.

    Об этом сообщил в среду Trend глава пресс-службы Государственного агентства автомобильных дорог Азербайджана Анар Наджафли.

    По его словам, в настоящее время на территории продолжаются ремонтные работы: «Производятся ремонтно-восстановительные работы на Баладжарском кругу и примыкающих дорогах. В связи с этим от круга и до так называемого «Баладжарского спуска» движение автотранспорта ограничено. В настоящее время осуществляется асфальтирование указанного участка. Просьба к водителям, в качестве альтернативы, использовать улицы Яхьи Гусейнова, Рашида Исмаилова и Асафа Зейналлы».

    Напомним, что с 30 апреля движения автомобильного транспорта на указанной дороге ограничено, а также изменена схема движения проходящих через эту территорию регулярных автобусных маршрутов.

  • В НАНА назначили нового вице-президента – ФОТО

    В Национальную Академию Наук Азербайджана (НАНА) назначили нового вице-президента.

    Как передаёт Median.Az со ссылкой на ONA, в связи с этим на сегодняшнем общем собрании НАНА среди 58 действительных членов Академии было проведено тайное голосование.

    В результате голосования на эту должность был избран академик Расим Алигулиев.

    Отметим, А. Алигулиев был академиком-секретарем НАНА.

    Напомним, академики Ибрагим Гулиев, Иса Габиббейли, Тофиг Нагиев, Дильгам Тагиев, Наргиз Пашаева являются вице-президентами НАНА.

  • Ordumuzun yeni dağıdıcı silahı – XÜSUSİYYƏTLƏRİ + FOTO

    Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilir.

    Lazer yönləndirməli aviasiya bombası sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

    Xüsusiyyətlərinə gəlincə, lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb.

    Uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.

    “QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.

    Aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.

  • В Баку будет до 26 градусов тепла

    В Баку и на Абшеронском полуострове 2 мая ожидается переменная облачность, преимущественно без осадков. Утром в некоторых местах туман. Умеренный южный ветер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 12-15, днем – 20-25, в Баку ночью – 13-15, днем – 24-26 градусов тепла.

    Атмосферное давление будет ниже нормы – 756 мм ртутного столба. Относительная влажность ночью 65-75%, днем – 45-55%.

    В районах Азербайджана завтра будет преимущественно без осадков. Однако вечером в некоторых горных районах ожидаются локальные кратковременные дожди, возможны грозы, град. Ночью и утром в отдельных местах туман. Западный ветер может местами усиливаться.

    Температура воздуха составит ночью 11-16, днем – 27-32, в горах ночью – 8-13, днем – 15-20 градусов тепла.

  • Sinoptiklərdən hava müjdəsi

    Mayın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq.

    Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-16, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

  • Задержан еще один участник квартирной кражи в Сураханы

    Как сообщает Median.Az, сотрудники Управления Криминалистических расследований МВД и 33-го отделения полиции Сураханского РУП в ходе проведенной совместной операции задержали жителя столицы Р.Гасанова, который 23-го апреля вместе с “поддельником” украли из дома 550 манатов, ноутбук, мобильный телефон и часы.

    В Следственном отделе Сураханского РУП ведется следствие по статье 177 (кража) УК Азербайджана.