Month: May 2019

  • Bakıda qadın çantasını oğurlayan şəxsi təqib etdi, pullarını “xilas etdi”

    Bakının Xətai rayonunda qadın onu qarət edən şəxsi təqib edərək, öz pullarını geri alıb.

    Bu haqda Xətai rayon Polis İdarəsindən məlumat verilib.

    Hadisə aprelin 30-da 20:30 radələrində Məhəmməd Hadi küçəsi 6 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs 48 yaşlı Fərəcova Zəminə Arif qızına hücum edərək, içində pul və mobil telefon olan çantasını oğurlayıb.

    Zərərçəkənin ifadəsinə görə, çantasında 130 manat, 100 ABŞ dolları, 300 rubl, bank kartı, mobil telefon və şəxsiyyət vəsiqəsi olub.

    Hadisədən sonra qadın sayıqlığını itirməyib və cinayətkarın dalınca qaçaraq, onu yaxalayıb. Çantasını geri alsa da, onu polisə təhvil verə bilməyib. Aradan çıxan cinayətkar 34-cü polis bölməsinin əməliyyatçıları tərəfindən axtarılır.

    Əldə etdiyimiz məlumata görə, aprel ayında Azərbaycanda 10 soyğunçuluq və 20 oğurluq hadisəsi qeydə alınıb.//oxu.az

  • Taxt-tac davası pik həddə: İlhamə Quliyevanın varisi danışdı – VİDEO

    Müğənni Roza Zərgərlinin Oxu.Az-a verdiyi müsahibə şou aləmində müzakirələrə səbəb olub.

    Oxu.Az-ın xəbərinə görə, prodüser Tarix Əliyev (Tolik) “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin bugünkü buraxılışını məhz bu məsələyə həsr edib.

    R.Zərgərlinin mərhum sənətkar İlhamə Quliyeva ilə bağlı fikirləri verilişdə müzakirə olunub.

    Belə ki, Zərgərli “İlhamə xanımın taxt-tacına namizədsiniz?” sualına belə cavab verib:

    “İlhamə xanım diktator idi. O diktə etməyi çox sevirdi. Taxtını da, tacını da özü ilə aparıb. Heç kim də onun taxt-tacına göz dikə bilməz. Kimsə onun yerində oturmaq istəsə də bacarmaz. Məcazi mənada söyləyirlər ki, yeri boş qalıb.

    İlhamə xanımın yerini heç kim doldura bilməz.

    İlhamə xanım bir çox adamlara əl öpdürüb. Nə olsun ki, həmin insanlar onunla illərlə televiziyalarda davalar ediblər… Fakt odur ki, onun əlindən öpüblər”.

    Tolik verilişdə Xalq artistinin yerini tutmaq istəyən bəzi müğənnilərin ünvanına sərt ifadələr işlədib:

    “Ataların belə bir misalı var: “Atlar ölüb, itlərin bayramıdır”. Kimin ürəyi istəyir, çıxıb deyir ki, “mən İlhamə Quliyevanın yerinə gəlmişəm”.

    Elə bil, İlhamə Quliyeva vəsiyyət eləmişdi ki, gedəndə seçim olsun və öz yerində kimisə görsün. Məncə, hər bir insan həyatda öz yerini tapmalıdır”.

    Tolik taxt-tac məsələsinə nöqtə qoymaq üçün müğənni Roza Zərgərlini canlı efirə bağlayıb.

    Roza mövzu ilə bağlı bunları söyləyib:

    “Maqazin verlişlərinin birində mərhum xalq artisti İlhamə Quliyevaya bənzərliyimlə bağlı süjet verildi. Bunu rəhmətliyin özü də dəfələrlə söyləyib ki, mənə çox oxşayırsan. Özüm bu oxşarlığı görməsəm də, çox insanlar bənzədiyimizi deyir. Həmin süjetdə isə söhbət sənətdən, kreslodan getməyib. Bu süjetə baxan qeyri-peşəkar jurnalist özünə sərf edən kimi şərh edərək, yazıb. Kor-kor, gör-gör. Taxt-tac məsələsi haqda isə Oxu.Az-a müsahibəmdə aydınlıq gətirmişəm”.

    Daha sonra Tolik mərhum xalq artisti İlhamə Quliyevanın yeganə varisi, bacısı Gülbahar xanımı telefonla canlı efirə qoşub.

    “Bu gün müğənnilər İlhamə xanımın ifa etdiyi mahnılara klip çəkdirib, ruhunu şad etmirlər. Onlar İlhamə xanımın yerinə göz dikiblər. Bu sizi narahat edirmi?” sualına cavab verən Gülbahar xanım bundan narahatlığını dilə gətirib:

    “İlhamə xanım bu söz-söhbətə layiq xanım deyildi. İlhamə xanım olmaq üçün onlar İlhamə qədər həyat yaşamalıdırlar. Heç kəs İlhamə xanım ola bilməz. Onlar İlhamə xanımın mahnılarını oxuya bilərlər, oxuyurlar oxusunlar, amma gözəl oxusunlar. “Tac” söhbəti qurtardı, indi onun “kreslo”undan danışırlar. Öz yolları ilə getsinlər. Sənətləri varsa, qoy, onunla məşğul olsunlar”.

    Gülbahar xanımın bu çıxışı isə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. İzləyicilərin çoxu onun bu kəlmələrini Rozaya aid etdiyini və ona eyham vurduğunu yazıb.

  • В одном из бакинских магазинов вскрыли сейф

    Попытка обчистить сейф магазина закончилась, мягко говоря, неудачно. В Баку задержан молодой человек, совершивший разбой на рабочем месте.

    Как передает Median.Az, oб этом Oxu.Az сообщили в Управлении полиции Насиминского района.

    Преступление было совершено 30 апреля в 08:00 в одном из магазинов OBA. В маркете, расположенном по адресу: проспект Азадлыг 108, 26-летний Зейналлы Ниджат Абузар оглу, продемонстрировав лезвие бритвы 27-летней Гулиевой Фатиме Бахрам гызы, пригрозил ей физической расправой. Н.Зейналлы потребовал открыть сейф магазина.

    Девушка выполнила требование. Взяв оттуда 2 400 манатов, молодой человек пустился бежать, но очень скоро сотрудники 20-го отделения полиции задержали глупца. В отношении него по факту разбоя возбуждено уголовное дело. Известно, что молодой человек работал в этом самом магазине.

    Отметим, что в сети магазинов OBA часто совершаются кражи продуктов питания и денег – это название периодически мелькает в полицейских сводках.

  • Öz işçisi “OBA” marketi qarət etdi

    Bakıda gənc çalışdığı mağazanın seyfindəki pulları oğurlamağa çalışıb.

    Median.Az xəbər verir ki, bu haqda Oxu.Az-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

    Cinayət əməli aprelin 30-da 08:00 radələrində “OBA” marketlər şəbəkələrindən birində törədilib.

    26 yaşlı Zeynallı Nicat Abuzər oğlu Azadlıq prospekti 108 ünvanında fəaliyyət göstərən marketə daxil olaraq, ülgüclə 27 yaşlı Quliyeva Fatimə Bəhram qızını hədələyib və ondan mağazanın seyfini açmasını tələb edib.

    Qız soyğunçunun tələbini yerinə yetirib. Cinayətkar seyfdən 2400 manat götürdükdən sonra hadisə yerindən qaçsa da, tezliklə 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Fakt üzrə quldurluq maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, saxlanılan şəxs elə həmin mağazada çalışıb.

    Qeyd edək ki, “OBA” mağazalarında tez-tez ərzaq məhsullarının və pulların oğurlanması faktı qeydə alınır.

  • Müğənnilər Rüfət Axundovla Rəşad İlyasovun həbs edilməsi tələb edilir

    Bu gün Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az-ın “Report”a istinadla verdiyi məlumata görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.

    Bildirilib ki, R.İlyasovla R.Axundov bu günükü məhkəmə prosesinə də gəlməyiblər.

    Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O deyib ki, “Space TV”-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib: “Buna görə də hər iki şəxs cinayət məsluliyyətinə cəlb edilib, 6 ay müddətinə azadlıqdan məhrum edilsin”.

    Xüsusi ittihamçı R.Sadıqlı da vəkili ilə razı olduğunu söyləyib, müğənnilərin həbs edilməsini istəyib.

    Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.

    Proses mayın 2-dək təxirə salınıb.

    Qeyd edək ki, aprelin 5-də “Space TV”-də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

    Daha sonra vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.

  • В Баку житель Агджабеди украл деньги с банковской карты

    Как сообщает Median.Az, сотрудники 21-го отделения полиции Насиминского РУП в результате проведенной операции задержали жителя Агджабединского района К.Бабишова, который 19-го манта украл с банковской карты жителя столицы О.Мамедли 70 манатов.

    Возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Bakıda vətəndaşından bank kartından pul oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da paytaxt sakini O.Məmmədlinin bank kartından 70 manat çıxararaq oğurlayan Ağcabədi rayon sakini K.Bəbişov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Məşhur azərbaycanlı diktor vəfat etdi

    Azərbaycan televiziyasının tanınmış diktoru, respublikanın əməkdar artsiti Natəvan Hacıyeva dünyasını dəyişib.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-a N.Hacıyevanın yaxınları məlumat verib.
    1942-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.

    N.Hacıyeva ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayırdı. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.

  • ИВ Баку запретила два митинга

    Исполнительная власть города Баку ответила на обращения Общественного комитета «Карабах» и Национального совета по поводу проведения митингов.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, обратившимся направлены ответы ИВ.

    В письмах отмечено, что Комитету «Карабах» и Национальному совету не разрешено провести митинги на стадионе спортивно-оздоровительного комплекса в Ясамальском районе, которые должны были состояться 4 и 5 мая.

  • BŞİH iki mitinqə icazə vermədi

    Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin və Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

    BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

    Məktubda Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda mayın 4-də Qarabağ Komitəsinin və mayın 5-də Milli Şuranın mitinq keçirməsinə razılıq verilmədiyi qeyd edilib.