Month: May 2019

  • Dövlət başçıları Prezident İlham Əliyevə təbrik məktubları göndərir – YENİLƏNİB-4

    Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Fu Çonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Hörmətli Prezident.

    Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Vyetnam Hökuməti və xalqı adından ən xoş təbriklərimi çatdırmaq istəyirəm.

    Cənab Prezident, Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın regionda və dünyada rolunun artmasından və mövqeyinin möhkəmlənməsindən, xalqınızın qazandığı böyük sosial-iqtisadi uğurlardan məmnunluq hissi keçiririk.

    Vyetnam xalqlarımızın maraqları naminə ölkələrimizin liderləri və xalqları tərəfindən uzun illər ərzində yaradılmış və inkişaf etdirilmiş səmərəli əlaqələrimizi bütün sahələrdə hər zaman təqdir edərək gücləndirmək niyyətindədir.

    Son zamanlar Vyetnam-Azərbaycan əməkdaşlığının nəticələrini yüksək qiymətləndirirəm. Mən tam əminəm ki, ölkələrimizin liderlərinin güclü siyasi iradəsi və birgə səyləri sayəsində Vyetnamla Azərbaycan arasındakı dostluq münasibətləri və əməkdaşlıq ölkələrimizin inkişafına, bölgədə və dünyada sülhə, sabitliyə və rifaha əhəmiyyətli dərəcədə töhfə verməklə səmərəli şəkildə genişləndiriləcəkdir.

    Mən Azərbaycanın daim firavan olmasını arzulayıram.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

    *** 14:48

    Rumıniyanın Prezidenti Klaus Verner İohannis də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident.

    Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, bütün Azərbaycan xalqına firavanlıq arzularımı çatdırmaq istərdim.

    Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirirəm ki, Rumıniya ilə Azərbaycan arasında möhkəm təməl üzərində qurulmuş strateji tərəfdaşlıq daha da genişlənəcək və dərinləşəcək.

    Cənab Prezident, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    14:00

    İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurer də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

    Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

    Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    12:58

    Mərakeşin Kralı VI Mohammed də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Əziz Qardaşım.

    Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

    Bu xoş fürsətdən istifadə edərək xalqlarımız arasındakı möhkəm qardaşlıq əlaqələrinə, eləcə də ölkələrimiz arasındakı sıx əməkdaşlığa çox böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm”.

    10:40

    Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az-ın məlumatına görə, təbrik mətnində deyilir:

    “Zati-aliləri.

    Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

    Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”.

  • Azərbaycanda qadının əl-qolunu bağlayan maskalı şəxslər tutuldu – FOTO

    Samuxdan olan dəstənin digər əməlləridə üzə çıxıb.

    Bir neçə gün əvvəl Şəmkirdə qadına qarşı zor tətbiq edən dəstə tutulub. Şəmkir rayon Polisd İdarəsindən BAKU WS-in bölgə müxbirinə verilən məlumata əsasən aparılan əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon Qarayeri qəsəbə sakinləri 28 yaşlı Yusif Qurban oğlu Kazımov və 31 yaşlı Vəli Abdulla oğlu Şəfiyev saxlanılıb.


    İstintaq tədbirləri zamanı həmin şəxslərin cinayətdə istifadə etdiyi maskalar, eləcə də digər cinayət alətləri maddi sübut kimi götürülüb. İlkin dindirilmə zamanı dəstənin digər şəhər və rayonlarda da bənzər quldurluq əməlləri üzə çıxıb.

    Şəmkir polisi həmən şəxslərin əməllərindən zərərçəkən şəxslərin polisə müraciət etmələrini xahiş edir. Bildirək ki, Samuxlu cinayətkar dəstə sonuncu dəfə Şəmkir rayon sakini Gülnarə Qasımovanın evini qarət ediblər.


    Quldurluq etmiş şəxslər söhbət əsnasında qadına Rusiyadan pul gələcəyini eşidib. Sonra evə daxil olaraq qadının əl qolunu bağlayıb mənzildən 3 min rubl, 3 min manat dəyərində qızıl zinyət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.

    Hazırda faktla bağlı cinayət işi açılıb,araşdırmalar davam etdirilir.

  • Azərbaycanın bu universitetlərində təhsil alanların nəzərinə – Diplomlarınız tanınmayacaq!

    Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

    Median.Az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, bildirib ki, əsas səbəb kimi FETÖ hadisələri göstərilir:

    “Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” universitetlər siyahısına salınıb.

    Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb”.

    Ekspert bildirib ki, yeni qərarə əsasən bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.

  • Меняется схема движения и остановки ряда автобусных маршрутов в Баку

    29 мая будут внесены временные изменения в схему движения ряда регулярных автобусных маршрутов в Баку.

    Как сообщает Median.Az со ссылкой на Бакинское транспортное агентство, изменились конечные остановки маршрутов 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 и 213.

    Вдобавок, изменены схемы движения автобусов 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 и 70.

  • Şabranda qız üstündə bıçaqlanma

    Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adamöldürməyə cəhddə təqsirləndirilən Fərid Musayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    Median.Az ölkə.az”a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.

    Qeyd edək ki, bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olub.
    Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki,

    həmin gün axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı F.Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayaraq xəsarətlər yetirib. Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.

    Qeyd edək ki, 22 yaşlı Fərid Musayevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilib.

  • Həkim əməliyyatdan sonra vəfat edib

    Qara Qarayev metrosu yaxınlığındakı 4 saylı Vərəm Dispanserinin həkimi Sona Gürgün (Vəliyeva) liposaksiya (piy sovurma) əməliyyatından sonra vəfat edib.

    Median.Az yenilik.az-a istinadən xəbər verir ki, Baku Medikal Plazada baş tutan əməliyyatı Sirus Qoçxani adlı həkim həyata keçirib.

    Məlumat saytımıza gecəyarısı daxil odluğuna görə, informasiyanı dəqiqləşdirmək cəhdlərimiz boşa çıxdı. Baku Medikal Plazadan bildirdilər ki, hazırda klinikanın ancaq təcili yardım xidməti iş başındadır, suallarımıza cavab verə biləcək şəxslər səhər saat 8-də işdə olacaqlar. Məlumatı dəqiqləşdirib ətraflı informasiya verməyə çalışacağıq.

    Qeyd edək ki, Sirus Qoçxani adı Azərbaycan ictimaiyyətinə tanışdır. Belə ki, 2017-ci ilin iyun ayında 21 yaşlı gənc model Leyla Oruclu da liposaksiya əməliyyatı üçün o zaman “Zəfəran Hospital”da çalışan Sirus Qoçxaniyə müraciət etmiş və əməliyyatdan sonra gənc qız həyatını itirmişdi. O zaman gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyini və klinikanın hazırlıqsız olduğunu əsas səbəb kimi göstərirdi.

  • В Баку ожидается дождь

    В Баку и на Абшеронском полуострове 29 мая ожидается переменная облачность, местами осадки, которые к вечеру постепенно прекратятся. Юго-западный ветер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 16-19, днем – 23-27, в Баку ночью – 17-19, днем – 25-27 градусов тепла.

    Атмосферное давление будет выше нормы и составит 764 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 55-60%.

    В районах Азербайджана с перерывами ожидаются дожди, которые в некоторых местах могут перейти в ливни, грозы, град. Ночью и утром в отдельных местах туман. Порывистый западный ветер.

    Температура воздуха составит 13-18, днем – 25-30, в горах ночью – 8-13, днем – 15-20 градусов тепла.

  • Yağış yağacaq, şimşək çaxacaq

    Bakıda və Abşeron yarımadasında mayın 29-da havanın dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi, axşam, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 25-27° isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

    Azərbaycanın rayonlarında sabah fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

  • Fuad Abbasovun Azərbaycana deportasiyası təxirə salındı

    Rusiyada həbs olunan jurnalist Fuad Abbasov Azərbaycana, əvvəlcədən bildirildiyi kimi, mayın 28-də deportasiya olunmayacaq.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib ki, jurnalistin Rusiyadan deportasiya edilməsi ilə bağlı qərardan yuxarı instansiya məhkəməsinə şikayət verildiyi üçün onun deportasiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb:

    “Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı Ximki Şəhər Məhkəməsinin qərarından Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti vermişik. Hələlik ilkin məhkəmə iclasının vaxtı təyin olunmayıb. Ancaq bu şikayətə baxıldıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiyasının qanuni olub-olmayacağı barədə qərar verəcək”.

    Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

  • Şamaxıda yenidən vulkan püskürüb

    Şamaxıda yenidən vulkan püskürüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə gecə saatlarında rayonun Dağ Göylər kəndində qeydə alınıb.

    Nəticədə ulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq ətrafa yayılıb.

    Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.

    Qeyd edək ki, bu ilin fevralında rayonun Quşçu və Kiçik Xınıslı kəndlərində də vulkan püskürməsi baş verib.