Month: May 2019

  • Qarabağ müharibəsi əlillərinə 50 avtomobil verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim edilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov iştirak edib.

    Nazir müavini bildirib ki, cari ilin ötən dövründə Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla minimum əməkhaqqı və minimum pensiya orta hesabla 40 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətlər 50 faiz, həmçinin tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb:

    “Ümumilikdə, bu ilin ilk aylarında reallaşdırılan sosial paket təqribən üç milyon insanın rifahına ciddi dəstək olub. Həmçinin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə nəzərdə tutulduğundan üç dəfədən çox olmaqla 626 mənzil, indiyədək isə 6654 mənzil verilib”.

    Anar Kərimovun sözlərinə görə, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil təqdim olunacaq:

    “Cari ilin ötən dövründə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 300 manata çatdırılıb, müharibə əlilləri üçün müavinət və təqaüdlər də orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. 12268 şəhidin vərəsələrini əhatə edən birdəfəlik ödəmə (11 min manat) ilə təminat proqramı artıq 80 faiz icra olunub”.

    “2018-ci ildə 265 müharibə əlilinə avtomobil verilib. Dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə ayrılmış vəsait 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin alınmasına, beləliklə, cari ildə müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla, 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb.

    Onlardan artıq 50 avtomobil bu gün təqdim edilir. Bununla da indiyədək 6200-dək avtomobil müharibə əlilləri və onlara bərabər tutulanlara verilib”, – deyə nazir müavini qeyd edib.

  • В Баку любовь толкнула юношу на суицид

    Безответная любовь к девушке толкнула юношу на суицид, такова версия следственных органов Низаминского района.

    Как передает Median.Az, oб этом Oxu.Az сообщили в Прокуратуре Низаминского района.

    Отметим, что 26 мая в 11:30 из окна веранды на девятом этаже16-этажного жилого дома, расположенного на проспекте Гара Гараева, выбросился житель Ширвана 18-летний Гусейнов Шахин Хафиз оглу.

    Версию о любви к девушке следствие выдвинуло на основе показаний двоюродного брата Ш.Гусейнова, у которого последний гостил. Родственник показал, что за несколько минут до суицида между ними состоялся разговор о душевных переживаниях Ш.Гусейнова. Брат посоветовал ему не принимать все это близко к сердцу и не быть дураком, после чего прошел в другую комнату. Не успел он удалиться, как Ш.Гусейнов крикнул: «Прощай» и бросился с окна.

    Между тем, как сообщил Oxu.Az учитель компьютерных программ, преподававший Ш.Гусейнову – Парвиз Акперов, юноша гостил в Баку, а вовсе не работал здесь рабочим, как это было написано в новостях.

    По его словам, на момент суицида рядом с Ш.Гусейновым находился его двоюродный брат (сын сестры отца). Последний рассказал следствию, что Ш.Гусейнов сел на подоконник, снял куртку, попрощался и бросился вниз.

    «Я знал Ш.Гусейнова еще маленьким, он вырос у меня на глазах. Он всегда боялся высоты. Поэтому я не верю, что он мог совершить суицид. Не верят в это и его родные. Он любил жизнь. Вчера я был на похоронах, там видел его родных. Последние сказали, что перед смертью он позвонил домой и просил послать ему его гитару», – сказал учитель.

    В настоящее время следствие по факту продолжается. По полученным данным, все улики говорят в пользу версии о суициде.

  • Bakıda sevgi gənci intihara sövq etdi

    Nizami rayon istintaq orqanlarının sözlərinə görə, qarşılıqsız sevgi gənc oğlanı intihara sövq edib.

    Median.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Nizami rayon Prokukorluğundan məlumat verilib.

    Xatırladaq ki, 26 may 11:30 radələrində Qara Qarayev prospektində yerləşən 16 mərtəbəli yaşayış evinin doqquzuncu mərtəbəsinin eyvanından Şirvan sakini 18 yaşlı Şahin Hafiz oğlu Hüseynov özünü atıb.

    Son dəfə qonaq etdiyi əmisi oğlunun bildirdiyinə görə, intihara səbəb qıza olan sevgisidir. O, aralarında intihardan bir neçə dəqiqə əvvəl oğlanın narahatlıqları barədə danışıq olduğunu bildirib. Qardaşı ona hər şeyi ürəyinə yaxın qəbul etməməyi və ağılsızlıq etməməyi bildirib və digər otağa keçib. Ş.Hüseynov az sonra “Əlvida” deyə qışqırıb və pəncərədən özünü atıb.

    Ş.Hüseynovun kompüter proqramları üzrə müəllimi Pərviz Əkbərov Oxu.Az-a bildirib ki, gənc, xəbərlərdə yazıldığı kimi, Bakıda fəhlə işləmirdi, Bakıda qonaq idi.

    Onun sözlərinə görə, intihar vaxtı onun yanında atasının bacısı oğlu olub. Ş.Hüseynov pəncərənin ağzına oturub, gödəkçəsini çıxarıb, sağollaşıb və özünü aşağıya atıb.

    “Şahini balaca vaxtından tanıyırdım, gözümün qabağında böyüyüb. Həmişə hündürlükdən qorxurdu. Ona görə də inanmıram ki, o, intihar etsin. Buna onun doğmaları da inanmır. O, həyatı sevirdi. Dünən yasda idim, orada onun yaxınlarını gördüm. Ölməmişdən əvvəl evə zəng edib, ona gitarasını gətirmələrini xahiş edib” – müəllimi deyir.

    Hazırda faktla bağlı araşdırmalar davam edir. Məlumatlara görə, nəticə bunun intihar olduğunu sübut edir.

  • Лейла Алиева побывала в Детской клинике – ФОТО

    В понедельник вице-президент Фонда Гейдара Алиева Лейла Алиева и студенты Азербайджанской государственной академии художеств посетили Детскую клинику Национального онкологического центра.

    Лейла Алиева и студенты академии встретились с детьми, проходящими лечение в клинике, и обучали их рисованию.

    Эта инициатива Лейлы Алиевой и студентов Академии художеств, совместное рисование стали сюрпризом для детей, страдающих от тяжелых заболеваний, и улучшило им настроение.

  • Şəki sakini qonşusunu bıçaqladı

    Dünən axşam saatlarında Şəkidə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, rayonun Aşağı Daşağıl kənd sakini 31 yaşlı Vüqar Abdurəhmanov bıçaqlanıb.

    Müayinə zamanı yaralının mübahisə zəminində qonşusu tərəfindən bıçaqlandığı məlum olub.

    Xəstəyə sol bel və döş nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub, vəziyyəti kafidir.

    Faktla bağlı araşdırma aparılır.

  • Çin İran neftindən imtina etdi

    Çin ABŞ sanksiyaları səbəbindən İrandan neft alışını dayandırıb.

    Bununla bağlı “The Wall Street Journal” məlumat yayıb.

    Pekin bu addımı ABŞ-la gərginliyi artırmamaq üçün qəbul edib.

    Bununla yanaşı, İran Çinə neft satışının yenidən başlayacağına dair ümidini itirməyib.

    Qeyd edək ki, bundan əvvəl Hindistan, Türkiyə, Şimali Koreya, Yaponiya, Tayvan, Yunanıstan və İtaliya İran neftindən imtina etmişdi.

  • Azərbaycanlı alim şəhərlərin su basmalardan qorunması üçün yeni üsul təklif edir

    Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Bakı, Sumqayıt, Gəncə şəhərlərində və böyük qəsəbələrdə su keçirməz səthlərin artması yağış sularının yığılmasına və subasmalara gətirib çıxarır.

    N.Paşayev bildirib ki, inkişaf etmiş ölkələrin çoxunda yağış sularının idarə olunması üçün müxtəlif metodlarından istifadə edilir.

    Alim təklif edir ki, Azərbaycanın da böyük şəhərlərində bunun üçün xüsusi ərazilər qazıla və yağış yağdıqda toplanan sular həmin əraziyə yönəldilərək orada saxlanıla bilər. Ondan daha sonra texniki su kimi istifadə edilərək həm şəhərlərin tələbatının ödənməsinə yardım göstərmək, həm də əraziləri subasmalardan qorumaq mümkündür.

  • Şəmkirdə qadına qarşı quldurluq edənlər tutulub – VİDEO

    Mayın 20-də DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib.

    Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.

    Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Leyla Əliyeva “Yoqa və düşüncənin gücü” kitabının təqdimatında iştirak edib

    Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.
     
    Layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
     
    Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.
     
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.
     
    Tədbirdə çıxış edənlər – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.

  • Lənkəranda külli miqdarda narkotik tutulub

    Polis əməkdaşları Lənkəranda külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları əldə edilmiş məlumat əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirərkən 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkarlayaraq götürüblər.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.