Month: May 2019

  • Сотрудники МВД в Ясамальском районе задержали наркоторговца

    Как сообщает Median.Az, сотрудники Главного управления по борьбе с наркотиками (ГУБН) МВД в результате проведенной операции на территории Ясамальского района задержали жителя Кюрдамирского района, ранее судимого Н.Сулейманова.

    При личном осмотре у него изъяли свыше 50 грамм, во время обыска на съемной квартире еще 850 грамм героина и электронные весы.

    По факту возбуждено уголовное дело.

  • DİN əməkdaşları Yasamalda heroin satan şəxsi saxlayıblar

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri nəticəsində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş N.Süleymanov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 850 qram heroin və 1 ədəd elektron tərəzi aşkar götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Ramil Usubovdan YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib.

    O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

    Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.

    Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə, Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə keçmiş müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.

  • Kürdəmirdə bu da oldu – İlk dəfə banan yetişdirdilər – VİDEO

    Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.

    Median.Az “report”a istinadən xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.

    Təsərrüfat sahibi “Report”un yerli bürosuna bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: “Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam.

    Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım.

    Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər”.

    Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.

  • Məmurların hasarladığı, sadə insanların həsrət qaldığı Xəzər – REPORTAJ

    Yenə yay gəldi, yenə də kasıb əhali “hansı çimərlikdə  sərinləyək” sualı aktuallıq kəsb etməyə başlayır.  Xəzərdəki qanunsuz tikililərlə bağlı rəsmilər danışsa da, qanunlara əlavə və dəyişikliklər artsa da, hasarların uzunluğu da azalmır, əksinə artır. İllərdir ki, Xəzər dənizi Abşeron yarımadası ərazisində sahilboyu uzanan hasarlarla əhatələnib. Sahilboyu hündürlüyü 4-5 metr, 100 metrlərlə, bir çox ərazidə kilometrlərlə hasarlar çəkilib. Türkan, Hövsan, Buzovna, Bilgəh, Kürdəxanı, Pirşağı, Corat, bir sözlə, Abşeron yarımadasının  bir çox ərazilərində  çimərlik i xalqın üzünə hasarlanıb.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat”ın reportyor qrupu dəniz mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Türkan, Buzovna, Pirşağı qəsəbələrində olub. Gördüklərimiz bu sahədə vəziyyətin hər il daha da pisləşdiyini deməyə əsas verir.

    “Get dənizə çat, torunu at, 3 balıq tut. Bircə qırıcı təyyarələri qaldırmayacaqlar. Əynində forma olan, əlində bir balaca səlahiyyəti olan azı 10 nəfər başının üstünü kəsdirəcək. Bir vay-şüvən çıxaracaqlar ki, bəs qanunu pozmusan. Bu hasarları isə görmürlər” – Buzovna sakini Həsənbala Gülverdi oğlu belə deyir. Onun sözlərinə görə, Buzovnada dənizə çatmaq artıq igidlik hesab olunur: “Mənim 76 yaşım var. Baxın da, baxın bir qarış yol qoyublar? Bu adamlar nə yeyib-içirlər, nə fikirləşirlər? Guya balaca bir yol qoysaydılar, hasarlarını 3 addım o tərəfə çəksəydilər, kasıb olacaqdılar? Dənizi camaatın üzünə bağlayıblar, heç özlərinə də qismət olmur burada yaşamaq. Camaat bütün yayı hasar çəkənləri söyür, hasarlarına söyüşlər yazır”.

    Həmsöhbətimiz deyir ki, vaxtilə şəhərin səs-küyündən bezən, yorulanlar dincəlmək, Xəzərə tamaşa etmək üçün şəhərdən çıxardı: “İndi daha gələn də yoxdur. Adamlar evindən çıxır, gəlir, sahilə yol tapınca əsəbləri dözmür. Yol olan yerlərə də hərəsi bir şlaqbaum qoyub. Camaatla düşmən kimi davranırlar.

    “Dəniz vəzifəlilərindir təkcə? Hasarlayırlar, hasarlayırlar, hər il təzə hasarlar çəkirlər. Camaatı heç fikirləşmirlər. Bax elə bu hasarı çəkən 4 ildir ki, bu tərəfə hərlənməyib. Gözətçisi kef çəkir orda. Qala kimi ev tikib, hasarının uzunluğu da yarım kilometr. Deyirlər Dubayda bizneslə məşğuldur. Bir ətək pul verib buranı alıb, bir o qədər  verib bu boyda nataraz hasar çəkdirib. Amma gəlib-getmir. Camaat da 4-5 yaydır ki, bunun nəsil-nəcabətini yolkəsənliyinə görə döşəyir. Belə də insafsızlıq olar? Yaxşı insan yolkəsənlik eliyər? Başqasını yolda qoyar?”

    Bakının Türkan qəsəbəsi də Xəzər sahilində yerləşir. Bu kəndə də durum fərqli deyil. Dəniz sahilinə ayrılan adına yol deyilən, faktiki isə cığırlar qumsaldır. Maşınların sahilə yolu demək olar ki, yox səviyyəsindədir. Əvəzində dəniz sahili boyunca bir-biri ilə bəhsə girən restoranların pullu dayanacaqlarına rahat yollar var. Azərbaycanda dəniz bahalı əyləncəyə çevrilib. Pulu olmayan, maaşla dolananlar dəniz çimərliklərinə baş çəkməsələr də olar. Dəniz sahili boyunca uzanan hasarları cəmiyyətdəki anormal təbəqləşmənin simvolu da hesab etmək olar. Hasarlar var-dövlətin, cəh-calalın göstəricisinə çevrilib. Hansılar ki, Xəzəri kasıbların üzünə bağlayıb. Baş çəkdiyimiz Buzovna, Türkan və Pirşağı çimərliklərində real durum belədir. Görünən odur ki, rəsmilər hasar sahibləri ilə bacarmır, qanunlar işləmir, dənizi isə xalqın üzünə yalnız buldozerlər aça bilər…

    Azərbaycanda Xəzərlə bağlı qanunlar çoxdur. Hər il də artır. Hasarlar təkcə Xəzəri xalqın üzünə bağlamır, həm də ekoloji durumuna təsir edir. Bu haqda Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov “Novoye Vremya” qəzetinə olduqca maraqlı açıqlama verib. Direktor deyib ki, bu ilin yazında bir sıra dövlət qurumlarının Xəzər sahili zolaqda yerləşən obyekt sahiblərinə verdiyi xəbərdarlığın vaxtı bitib.

    Direktor vurğulayıb ki, Xəzər sahillərini çoxsaylı villalar zəbt edib, nə Bakıda, nə şəhərdən kənarda Xəzərətrafı zonada bir qarış belə boş sahə qalmayıb, dəniz sahili tam hasarlanıb. Ə.Həsənov xatırladıb ki, dəfələrlə sahilləri zəbt edənlərin cəzalandırılacağı deyilsə də, bu, söz olmaqdan o yana keçməyib: “Hətta dənizin içinə doğru uzanan villalar var ki, ümumiyyətlə hər hansı icazə sənədi yoxdur. Belə hallar isə vətəndaşın istirahət hüququnun əlindən alınmasıdır. Görünən də budur ki, oliqarxlar bu yerləri asanlıqla qaytarmaq fikrində deyildirlər, bunun üçün isə dövlət başçısı işə qarışmalıdır”.

    Ə.Həsənov deyib ki, bu işə məsul olan şəxslər acizdir və onlar dəniz sahilindədki villalara yaxın getməyə belə cürət etmirlər: “Görünür bizim oliqarxalara anlatmaq olmur ki, dəniz sahili bütün vətəndaşlara aiddir, bura ”oliqrax şıltaqlıqları” məkanı deyil. Bunu indi etmək lazımdır, əks halda sahildə boş bir qaya belə qalmayacaq”.

    Respublika ərazisində Torpaq Məcəlləsi, Su Məcəlləsi və hətta Cinayət Məcəlləsində də torpaqların zəbt edilməsi ilə bağlı müəyyən müddəalar olsa da, təəssüf ki, bu mövzuda “qanun şah ola bilmir”.

    Qeyd edək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsində qeyd olunur ki, Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Mövcud duruma nəzər salanda, məsuliyyətin müvafiq icra hakimiyyətinin üzərində olduğunu görürük. Ancaq icra hakimiyyəti orqanları bu səlahiyyətləri canla-başla həyata keçirəndə, məcəllədə qeyd olunmuş digər nüanslara da diqqət yetirməlidir. Çünki istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər.

    Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

    Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi icazədə nəzərdə tutulmayıbsa, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu günə qədər dəniz sahilinə hasar çəkdiyinə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan olubmu?.. 

  • Vergilər “Binə” və “Sədərək” məsələsini həll etdi – YENİLİK

    Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər – “Binə” və “Sədərək”in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.

    Median.Az “fed.az”a istinadən xəbər verir ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.

    Bu o deməkdir ki, “Sədərək” və “Binə”də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.

    Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri e-qaimə ilə rəsmiləşmələr, malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib.

    Bundan əlavə, idxal əməliyyatlarının rəsmiləşdirilməsinə nail olunub:

    “Bizim idxalda böyük problemlərimiz “karqo şirkəti” adlanan şirkətlərlə bağlıdır. Onların əsas funksiyaları daşıma olsa da, daşıdıqları malları öz adlarına rəsmiləşdirir, “Binə”, “Sədərək” və digər bu kimi iri ticarət mərkəzlərində sahibkarlara paylayırdılar.

    Sahibkarlar isə həmin malları öz adlarından satırdılar. Amma malın sənədləşməsi olmadığı üçün, təbii ki, sahibkarlar pərakəndə və ya topdan satdıqları malın qaimə-faktura və ya kassa aparatı vasitəsilə rəsmiləşməsinə meyilli deyildilər”.

    Qeyd edilib ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.

  • Sumqayıtın sabiq icra başçısı vəfat edib

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı vəfat edib.

    Median.Az report-a istinadən xəbər verir ki, Məmmədov Təvəkkül Yaqub oğlu uzun sürən xəstəlikdən sonra bu gün 79 yaşında dünyasını dəyişib.

    O, 1982-1988-ci illərdə Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri, 2000-2003-cü illərdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

  • Qarabağla bağlı heç yerdə görmədiyiniz nadir kadrlar – VİDEO

    “Real” televiziyasında Qarabağ müharibəsini əks etdirən kadrlar yayımlanıb.

    “Mir Şahinin vaxtı”nda Qarabağ müharibəsi ilə bağlı 1992-1993-cü illərə aid heç yerdə yayımlanmayan nadir videokadrlar göstərilib. Videogörüntüləri jurnalist Mir Şahinin qonağı, hərbi operator İlham Ələkbərov təqdim edib. Söhbət əsnasında kadrların Buzovna qəsəbəsində – məcburi köçkünlərin məskunlaşdığı yataqxanada, Ağdərə və Kəlbəcər rayonlarında çəkildiyi məlum olub.

    Kadrlarda mərmi düşməsi nəticəsində yaralanan əsgərlər, qana bulaşmış silahları yığan operator, əl-ayağını yara basmış şəxsi heyət, təcrübəsizlikdən şikayətlənən zabitlər əks olunub.

    Mir Şahin Ağayev mövzuya girişi bu sözlərlə başlayıb: “Keçmişin bərpası, qəhrəmanların dırnağa salınması. Ən yaxın tarixin təqdimatına başlayırıq. Tariximizin qızıl fondu Real Təhlil və İnformasiya Mərkəzində. Özünü gələcək kimi göstərənlərin əslində keçmiş olduqlarını gözlərinizlə görəcəksiniz”.

  • SOCAR начала бурение новой скважины на «Гюнешли»

    SOCAR AQS начала буровые работы на разведочной скважине №38 на пластах «Гала» и на скважине №342 на Х-горизонте пластов «Балаханы», сообщает компания в понедельник.

    Проектная глубина первой скважины составляет 4150 метров, второй – 2670 метров.

    Кроме того, SOCAR AQS начала бурение на скважине №346 на месторождении «Гюнешли». Проектная глубина скважины составляет 3550 метров.

    Также SOCAR AQS завершила работы по бурению скважины на стационарной морской платформе №7. Фактическая глубина скважины составляет 2713 метров.

    В целом компания с помощью шести буровых установок ведет буровые работы на пяти платформах на четырех нефтяных и газовых месторождениях на Каспии, в том числе на мелководных месторождениях «Гюнешли», «Гярби Абшерон», «Умид» и «Булла».

    Заказчиком выступает Производственное объединение «Азнефть» SOCAR.

  • SOCAR “Günəşli”də yeni qazma işlərinə başladı

    “SOCAR AQŞ” Xəzərdə dörd neft və qaz yatağında, o cümlədən, dayazsulu “Günəşli”, “Qərbi Abşeron”, “Ümid” və “Bulla” yataqlarında mövcud olan beş platformada altı qazma qurğusu vasitəsilə qazma işləri aparır.

    Müəssisədən verilən məlumata görə, kompleks qazma və quyu xidmətləri göstərən “SOCAR AQŞ” bu günlərdə 7 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 2713 metr olan 339 nömrəli quyunun tikintisi işlərini təhlükəsiz, keyfiyyətlə, vaxtından tez və ətraf mühitə heç bir ziyan vurmadan uğurla yekunlaşdırıb.

    Müəssisə 7 saylı özüldən layihə dərinliyi 4150 metr olan Qala lay dəstəsinə qazılan 38 nömrəli kəşfiyyat quyusunda və layihə dərinliyi 2670 metr olan Balaxanı lay dəstəsi – X horizonta qazılan 342 nömrəli quyuda qazma işlərinə start verib.

    Qeyd edək ki, müəssisə 7 saylı stasionar dəniz özülündə, eyni zamanda iki qazma qurğusundan istifadə edərək quyu tikintisi işlərini davam etdirir. SOCAR AQŞ “Günəşli” yatağında “Hong Hua ZJ 70/4500 DZ” qazma qurğusu vasitəsilə özüldən 38 və eyni özüldə ikinci qazma qurğusu, yeni nəsil qazma avadanlığı olan “Bentec 3000 HP” vasitəsilə 342 nömrəli quyuların qazılmasını həyata keçirir.

    Bununla yanaşı, SOCAR AQS dayazsulu “Günəşli” yatağında 11 saylı özüldən 346 nömrəli quyuda qazma işlərinə başlayıb.

    Qeyd edək ki, 346 nömrəli quyunun Fasilə lay dəstəsinə qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 3550 metr təşkil edir.

    Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.